Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etel Lilian Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İrland yazıçısı. == Həyatı və fəaliyyəti == Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarıdır. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olmuş bu xanımın əsil-kökü çox məşhurdur. Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Buldur. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır. İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M.Voyniç dünyada məşhur olan "Voyniç əlyazması"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Daha sonra Sidney Reyli adlı şəxslə eşq macərası yaşayır. Sidney "Mahir casus" adı qazanmış məşhur xəfiyyə idi. Onunla birlikdə Etel siyasətə daha çox daxil olur.
Dilican
Dilican bu mənalarda gələ bilər: Dilican (nəqliyyat) — furqon tipli nəqliyyat vasitəsi. Dilican rayonu — Ermənistan SSR-də mövcud olmuş rayon. Dilican (Ermənistan) — Ermənistan Respublikasının Ağstafaçay dərəsində şəhər. Dilican (İran) — İranın Mərkəzi ostanında şəhər. Dilican (rəqs) — Azərbaycan milli rəqsi.
Gilavan
Gilavan (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Xanəgah-i Gilavan — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Qilican
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Ziliban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi əsasən avarlardır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd.Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Vilvan
Vilvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Vilvanın kəndinin yaranması haqqında müxtəlif fikirlər var. Vilvan ərazisində aparılmış qazıntılar zamanı tapılmış keramika nümunələrinə istinadən bu yerlərdə eramızın IV əsrində yaşayış məskəni olduğunu tarixi faktlarla sübut edir. Təxminən 5-6 hektar ərzidə tapılmış maddi-mədəniyyət nümunələrinə əsasən ərazinin keçmişdə kənd məskənin qalıqları olduğu ehtimal edilir. Kənddə atəşpərəstlik dinin əks etdirən tarixi, maddi-mədəniyyət abidələri də olmuşdur. Qədim məzarlıqda qəbirüstü abidələrdə günəş simvolları öz əksini tapırdı. Qəbirüstü nümunələr kompozisiyası, quruluşu, ornament motivləri baxımından atəşpərəstlik dövrünün abidələrindən idi. Kənddə gələn tarixçi-alimlərdən biri qəbirüstü abidələrin tünc və daş dövrünə aid olduğunu bildirmişdi. Təəssüf ki, bu yerlər baxımsızlıq üzündən dağıdılmışdı. 1988-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları tərəfindən aşkara çıxarılmış kurqanlara istinad etsək, deyə bilərik ki, Vilvanın yaranma tarixi 4 min ilə yaxındır.[mənbə göstərin] == Toponimiyası == Tədqiqatçılar Vilvan kəndinin mənasını müxtəlif variantlarda izah edirlər.
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Biliran adası
Biliran adası (seb. Lalawigan sa Biliran, taqal Biliran)- Filippin adalarına daxildir. == Coğrafiyası == Şərqi Visayi regionuna daxildir. Leyte adasından bir neçə km məsafədə yerləşən. İnzibati paytaxtı Naval şəhəridir. Biliran ölkənin kiçik bir əyalətlərindəndir. 1992-ci ildə Leyte əyalətinə daxil idi. Sahəsi-555,5 кm² (ölkənin ən balaca 4-cü adasıdır). Əsas Biliran adasından başqa bir neçə adanı da özündə birləşdirir. Belə ki, onlardan Maripipi və bir çox başqa məskunlaşmamış adaları göstərə bilərik.
Didivan qalası
Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala. == Ümumi məlumat == İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir. Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur.
Dilican (nəqliyyat)
Dilican – furqon tipli nəqliyyat vasitəsi. == Ümumi məlumat == Dilican furqon tipli nəqliyyat vasitəsi olub, şərəbana nisbətən daha çox sərnişin(16–18) göturə bilirdi. Dilican da yarıyumşaq nəqliyyat növü idi. Onun "evi" nin üstü örtülü olduğu üçün ilin bütün fəsilərində sərfəli nəqliyyat vasitəsi hesab olunurdu.
Dilican (İran)
Dilican və ya Delican — İranın Mərkəzi ostanınında şəhər, Dilican şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,852 nəfər və 8,779 ailədən ibarət idi.Bu şəhərin əhalisi raci dilində danışırlar və şiə müsəlmandırlar.
Dilican (şəhər)
Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir. == Tarixi == 1951-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 106 km məsafədədir. Şəhərdə dağ-iqlim və balneoloji kurortlar yerləşir. == Əhali == Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır. Sonrakı siyahıyaalmalarda azərbaycanlılar ayrıca göstərilməmişdir.
Dilican rayonu
Dilican rayonu — Ermənistan SSR–də, 1930–1951–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dilican qəsəbəsi idi. == Tarixi == Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. Rayon 9 sentyabr 1930–cu ildə təşkil edilmişdi. 19 mart 1951–ci ildə ləğv edilərək İcevan rayonuna birləşdirildi. Eyniadlı rayonun inzibati mərkəzi olmuş Dilican şəhər tipli qəsəbəsi 1951–ci ildə şəhər statusu almışdır. == Ərazisi == Rayon ərazisi 1 noyabr 1931–ci il vəziyyətinə görə 1.109 km², 15 iyul 1934–cü il vəziyyətinə görə 1.157 km², 1 oktyabr 1938–ci il vəziyyətinə görə 0.13 min km², 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 477 km² idi. == İnzibati bölgüsü == Rayonda 1 noyabr 1931–ci il vəziyyətinə görə 20 kənd sovetliyinə daxil olan 93 kənd, 1 oktyabr 1938–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1941–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyinə daxil olan 14 kənd, 1 may 1949–cu il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyi yerləşirdi. == Əhalisi == Rayonun təşkil edildiyi 1930–cu il sərhədləri daxilində 1926–cı il siyahıyaalınması zamanı 24.858 nəfər kənd əhalisi qeydə alınmışdı.1 yanvar 1930–cu il tarixinə olan cari hesablamalara əsasən rayonda 31.287 nəfər əhali var idi və bütün əhali kənd yerlərində yaşayırdı. Qeyd edilən tarixdə Ermənistan SSR əhalisi 1.032.700 nəfər, onlardan kənd əhalisi isə 812.300 nəfər idi, yəni bütün ölkə əhalisinin 3.03%–i, kənd əhalisinin isə 3.85%–i Dilican rayonunun payına düşürdü.1 yanvar 1933–cü il tarixinə olan cari hesablamalara əsasən isə rayonda 33.5 min nəfər əhali var idi, əhali 3 il öncəki müvafiq tarixə olan göstəriciyə nisbətdə 7 % və ya təqribən 2.2 min nəfər artmışdı.
Dilican şəhristanı
Dilican şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dilican şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 43,388 nəfər və 12,578 ailədən ibarət idi.
Dilican şəhəri
Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir. == Tarixi == 1951-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 106 km məsafədədir. Şəhərdə dağ-iqlim və balneoloji kurortlar yerləşir. == Əhali == Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır. Sonrakı siyahıyaalmalarda azərbaycanlılar ayrıca göstərilməmişdir.
Gilavan (Ərdəbil)
Gilavan (fars. گيلوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (92 ailə).
Ligitan adası
Ligitan adası (malay Pulau Ligitan) — Sulavesi dənizində yerləşəndə yerləşən, Malay arxipelaqının tərkib hissəsi olan Ligitan arxipelaqına daxil olan ada. İnzibati cəhətdən İndoneziyanın Sabah ştatı ərazisinə daxildir. Adanın sahəsi 0,079 km² təşkil edir. 2012-ci ilə olan məlumata görə adada yaşayış yoxdur. Ligitan adası İndoneziya və Malayziya arasında ərazi mübahisəsi olmuşdur. BMT Beynəlxalq məhkəməsinin qərarı ilə ada Malayziyanın ərazisi elan edilmişdir. Adada kurort turizm infrastrukturu yaradılır. == Fiziki-coğrafi göstəriciləri == === Coğrafi yerləşməsi === Adanın koordinatları: 4°09′00″ şm. e. 118°53′10″ ş.
Ligitan arxipelaqı
Ligitan arxipelaqı və ya Ligitan adaları (malay Kepulauan Ligitan, ing. Ligitan group of islands) — adalar qrupu qumlu sualtı bankələrdən, mərcan və riflərdən ibarətdir. Adalar Malay arxipelaqının tərkibinə daxildir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Adaların ümumi sahəsi 1 km² təşkil edir. Ən iri adaları Ligitan və Mabul adaları. Adalarda ümulikdə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Hazırda adalarda kurort turizm inkişaf etmişdir. == Fiziki-coğrafi göstəriciləri == === Coğrafi yerləşməsi === Arxipelaqın coğrafi koordinatları: 4°20′00″ şm. e.
Lillian Giş
Lillian Giş (ing. Lillian Gish; 14 oktyabr 1893[…] – 27 fevral 1993[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞaktrisası.
Lillian Qiş
Lillian Giş (ing. Lillian Gish; 14 oktyabr 1893[…] – 27 fevral 1993[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞaktrisası.
Lipizan atı
Lipizan atı (Lipisan) — əsasən yürüş məqsədi ilə yetişdirilən at cinsi. Boyu 147—157 sm təşkil edir. Daha çox açıq boz rəngə sahib olurlar. Onlar cüssəli bədən quruluşuna malik olsalar da, istəlilən çətin hərəkətlərə alışma xüsusiyyətinə malikdirlər. Cins 16-17-ci əsrlərdə Sloveniyanın Lipisa kəndində yetişdirilməyə başlanışdır. Öz adınıda bu kənddən almışdır. Cins qədim Vyana İspan atçılıq məktəbi ilə əlaqələndirilir. == Xüsusiyyətləri == Bu cinsə daxil olan atların böyük qisminin boyu 147—157 sm təşkil edir. Baxmayaraq ki qoşquya qoşulan atların hündürlüyü 165 sm çata bilir. Lipizan atları düz və ya bir qədər əyri profillə uzun başlara sahibdirlər.
Liqitan adası
Ligitan adası (malay Pulau Ligitan) — Sulavesi dənizində yerləşəndə yerləşən, Malay arxipelaqının tərkib hissəsi olan Ligitan arxipelaqına daxil olan ada. İnzibati cəhətdən İndoneziyanın Sabah ştatı ərazisinə daxildir. Adanın sahəsi 0,079 km² təşkil edir. 2012-ci ilə olan məlumata görə adada yaşayış yoxdur. Ligitan adası İndoneziya və Malayziya arasında ərazi mübahisəsi olmuşdur. BMT Beynəlxalq məhkəməsinin qərarı ilə ada Malayziyanın ərazisi elan edilmişdir. Adada kurort turizm infrastrukturu yaradılır. == Fiziki-coğrafi göstəriciləri == === Coğrafi yerləşməsi === Adanın koordinatları: 4°09′00″ şm. e. 118°53′10″ ş.
Nəlivan (Üşnəviyyə)
Nəlivan (fars. نليوان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 878 nəfər yaşayır (145 ailə).
Vilavan Apinyaponq
Vilavan Apinyaponq – tailandlı voleybolçu. İki qat Asiya çempionudur. Voleybolçu hal-hazırda İqtisadçının və Tailand millisinin kapitanıdır. == Karyerası == Apinyaponq 2008-ci il də İspaniya superliqası komandalarından "Olimpico"yla müqavilə imzalayaraq ilk dəfə ölkəsindən kənara çıxır. O burada həmyerlisi Nutsara Tomkomla bir komanda da oynayır. Burada yarım sezon oynadıqdan sonra voleybolçu milli komandadan yoldaşları-Malika Kanthong və Amporn Hyaphanın çıxış etdiyi "Ereğli Belediyespor"a transfer olunur. İki il Türkiyə Qadınlararası Voleybol Çempionatında çıxış edən Apinyaponq burada göstərdiyi oyunla Çin klublarının diqqətini çəkir. Voleybolçu 2010-cu ildə Çinin ən titullu voleybol klublarından olan Quançjou şəhərinin təmsilçisi Eveqrande ilə anlaşır. Burada Cenni Lanq Pinq rəhbərliyində çox çətin forma savaşına girən tailandlının bu klubda əsas heyətdə oynamaq istəyinə Çin voleybol federasiyasının legioner məhdudiyyəti qanunu böyük maneçilik törədirdi. Belə ki, qaydalara görə hər komanda meydançaya yalnız 2 legioner voleybolçu buraxa bilərdi.
Qılıcan
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.