Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Albert Lottin
Albert-Nikolas Lottin (fr. Albert-Nicolas Lottin; 29 avqust 2001, Parisin 20-ci dairəsi[d]) — Niderlandın aşağı liqa təmsilçilərindən olan "Yonq Utrext" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. Lottin "Bordo" akademiyası vasitəsilə inkişaf etmişdir. O, Amerikanın GACP şirkəti klubu aldıqdan sonra akademiyaya qəbul olan ilk futbolçu olmuşdur. 14 dekabr 2018-ci ildə Lottin Liqa 1 təmsilçilərindən olan "Bordo" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 5 aprel 2019-cu ildə "Marsel" klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə François Kamanonu əvəz etmişdir. Liqa 1 görüşündə Bordo rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 2020-ci ilin sentyabrında oyunçu Niderlandın "Yonq Utrext" klubu ilə 3 illik müqavilə imzaladı Lottin Fransada anadan olmuşdur. Valideynləri isə Kamerun vətəndaşlarıdır.
Kotlin (proqramlaşdırma dili)
Kotlin — (JVM) ilə işləyən və JavaScript mənbəyinə daxil edilə bilən bir statik tipli bir proqramlaşdırma dilidir. Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən JetBrains proqramçıları tərəfindən hazırlanmışdır. Adı Kotlin adasından gəlir. Java ilə uyğun bir sintaksis olmasa da, Kotlin Java kodu ilə işləmək üçün hazırlanmışdır. Həmçinin Kotlin, Apple'ın Swift dilinə bənzəyir. C, C ++, Java və Go kimi, Kotlin proqramına giriş nöqtəsi hər hansı bir əmr sətiri arqumentlərini ehtiva edən bir sıra ötürülə bilən "ana" adlı bir funksiyadır. (Kotlin 1.3-dən bəri bütün versiyalar bu istəyə bağlıdır). Kotlin sənədinin ən üst səviyyəsində yalnız idxal və bəyannamələr mövcud ola bilər. Buna görə fərdi bir faylın "işlədilməsi" yalnız bir giriş nöqtəsi olduqda məna kəsb edir, hansı ki, "array strings" tipli args adlı bir dəlil ilə əsas deyilən bir funksiya olmalıdır. args, proqramın Python-da sys.argv-a bənzər şəkildə çağırıldığı əmr satırı arqumentlərini ehtiva edəcəkdir; Proqramınızın əmr sətiri dəlillərini qəbul etməsi lazım deyilsə və Kotlin 1.3 istifadə edirsinizsə onda, buraxıla bilər.
Botlix
Botlix (avar. Болъихъ) — Dağıstan Respublikasının cənub-şərqində yerləşən kənd. Botlix rayonunun inzibati mərkəzi və ən iri yaşayış məntəqəsi. Botlix kənd sovetliyinin inzibati mərkəzidir. == Coğrafi yerləşmə == Kənd Botlix rayonun cənub hissəsində, Ansalta və Qadaro çayları arasında, Mahaçqaladan 160 km cənub-qərbdə, Andi Koysu dərəsində yerləşir. Xarami aşırımından keçən yol (2177 m) Çeçenistana (Vedeno) aparır. Ən yaxın yaşayış məntəqələri: Aşino, Raxata və Tando cənub-qərbdə, Tasuta şimal-şərqdə, Muni şərqdə, Kvanxidatli və Aşağı İnxelo cənub-şərqdə, Alak cənubda və Miarso cənub-qərbdə. == Etimologiyası == Kəndin adının mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur. Onlardan ən çox yayılana görə Botlix toponimi avarlara aiddir (avar. Бо Лъалхъ), bo — «qoşun» və лъалхъ — «durmaq» sözlərinin birləşməsindən meydana gəlmişdir.
Lublin
Lublin — Polşanın şərqində şəhər, Lublin voyevodalığının inzibati mərkəzi. Şəhərin sahəsi 147,5 km2. Əhalisi-332000 nəfər. Şəhər Lublin dağının şimal hissəsində, dəniz səviyyəsindən 163–238 m yüksəklikdə yerləşir. Bıstşitsa çayının vadisi (Vepşanın sol qolu) şəhəri müxtəlif mənzərəli 2 hissəyə bölür. Qərb sahilində dərin dərələri və köhnə löss dərələri ilə Nalençovski yaylasının bir hissəsi, şərq sahilində isə Şvidnitski yaylasının və Gelçevska yüksəkliyinin yaratdığı şərq sahilinin landşaftı yerləşir. Lublində Bıstşitsaya 2 kiçik çay axır: Çerneyufka və Çexufka. Dördüncü çay-Nendznitsa isə şəhərin içərisindən keçir. Müasir Lublin ərazisində ilk yaşayış məskəni VI əsrdə Çvartek təpəsində yaranmışdır. X əsrdə taxta istehkam, daha sonra isə daşdan istehkamlar tikilmişdir.
Plotin
Plótin (yunanca Πλωτῖνος; 205 – 270[…], Minturno[d], Latsio) — antik idealist-filosof, neoplatonizmin yaradıcılarından biri. O həmdə neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər. Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.
Qoblin
Qoblin — Avropa folklorunda mənfi xüsusiyyətli məxluq. Qoblinlər əksər hallarda ziyanlı, deyingən, çirkin olaraq təsvir olunur. Bununla yanaşı, qoblinlər çox dözümlü, çezik və sehrli bacarıqlara sahib məxluqlardır. Müxtəlif mənbələrdə qoblinlər fərqli təsvir oluna bilər, amma görünüşlərinin üç elementi dəyişməz qalır: uzun qulaqlar, qorxunc pişik gözlərinə bənzər gözlər və əllərindəki uzun pəncələr. Qızıla olan hərislikləri ilə tanınırlar. Qoblinlərə bir çox fantastik film və kitablarda rast gəlmək olar.
Goblin
Goblin — amerikalı repçi Tyler, the Creator-un ilk studiya albomu. 10 may 2011-ci ildə XL Recordings tərəfindən buraxılıb. Albomda Tayler uydurma terapevti Dr. TC ilə arasında olan söhbətlərə yenidən davam edib. Bu söhbətlər ilk dəfə Taylerin 2009-cu ildə buraxılmış "Bastard" adlı əvvəlki miksteypində təqdim edilmişdi. Albomdakı treklərin demək olar hamısının prodüserliyini Taylerin özü etmişdir, həmçinin Odd Future qrupunun üzvü Left Brain-in iştirakı da olmuşdur.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Lomin
Lomin — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.
Lorin
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Xotin
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.
Etolin adası
Etolin adası (ing. Etolin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adası (qərb) və Vrangel adası (şimal-şərq) arasında yerləşir. Uzunluğu təxminən 48 km, eni isə 35 km-dir. Adanın sahəsi 878,1 km²-dir. Bu göstərici onu ABŞ-də 24-cü ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına görə əhalinin sayı cəmi 15 nəfərdir. Adanın xəritəsi ilk dəfə 1791–1795-ci illərdə Vankuver ekspedisiyası zamanı, 1793-cü ildə Ceyms Constoun tərəfindən çəkilib. O, yalnız cənub-qərb və şərq sahillərinin xəritəsini çəkir, buranın ada olduğunu heç vaxt öyrənmək ona qismət olmur. Əvvəlcə ada York Hersoqu olaraq adlandırılmışdır, lakin Alyaska satıldıqdan sonra ABŞ səlahiyyətliləri tərəfindən Etolin adlandırılmışdır.
Günter Litfin
Günter Litfin (19 yanvar 1937, Berlin – 24 avqust 1961, Berlin Şpandau kruiz kanalı[d]) — alman dərzi idi və o, Berlin divarından qaçmağa çalışarkən ölən ikinci şəxs idi. Litfin Şərqi Almaniya sərhəd qoşunları tərəfindən atəş açılaraq öldürlən ilk şəxs həmçinin ilk kişi idi. Günter Litfin 1937-ci il 19 yanvar tarixində Üçüncü Reyxin paytaxtı Berlin şəhərində doğulmuş və əkiz qardaşı olan Alois İkinci dünya müharibəsi dövründə həkim tərəfindən öldürülmüşdür. Litfin Şərqi Almaniyada şərqi Berlinin Vaysenze adlı qəsəbəsində yaşayırdı və atası Albert kimi Xristian Demokrat İttifaqı (Almaniya) partiyasının qeyri-qanuni şöbəsinin üzvü idi. Peşəsi dərzi olan Litfin Qərbi Almaniyada Berlin zooparkı yaxınlığında sərhəd-keçid məntəqəsiylə müntəzəm gedib gəlirdi. 1961-ci il avqustun 13-də şərqi və qərbi Berlin sərhədi Şərqi Almaniya tərəfindən anidən qapadıldı. Sərhədin qapadılmasından qısa müddət əvvəl Litfin avqustun 12-də Qərbi Almaniyada iş yerinin yaxınlığında Şarlottenburq adlı yerdə bir mənzil tapdı. Öncəki gün isə o, qardaşı Yürgen ilə birgə onun yeni mənzilində mebelləri yerləşdirmək üçün oraya getmişdilər. Litfinin məqsədi növbəti gün səhər Şərqi Almaniyadan qaçmaq idi. Belə ki, artıq yollar qapadılmış və Berlinin ilk tikanlı məftilli hasarları quraşdırılmışdı.
Janis Joplin
Cenis Coplin (ing. Janis Lyn Joplin; 19 yanvar 1943[…], Port-Artur[d] – 4 oktyabr 1970[…], Hollivud, Kaliforniya) — amerikalı musiqiçi. 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi. 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu.
Katlin(cərrahiyə)
Katlin və ya Katlinq – uzun, iki tərəfli cərrahi bıçaq . 17-ci əsrdən 19-cu əsrin ortalarına qədər, xüsusən də amputasiya üçün istifadə edilmişdir; bundan sonra mexaniki idarə olunan (daha sonra elektriklə idarə olunan) mişarlar istifadə olunmağa başlandı. Cərrah William Clowes 1596-cı ildə yazılmış tibbi traktatında alət haqqında yazırdı ki, amputasiya üçün "çox yaxşı bir katlin və kəsik bıçağı" istifadə edilməlidir 1639-cu ildə cərrah John Woodall bir əsərdə "catlinge" haqqında danışdı. 1693-cü ildə İngilis donanmasının cərrahı Con Moyl düzgün amputasiya üsullarını təsvir edərkən yazırdı ki, "Katlinqinizlə əti və damarları sümüklərin ətrafında və arasında bölün və katlinqinizin arxası ilə periosteumunu çıxarın ki, bu, sümüklərin işləməsinə mane olmasın. gördü, nə də əməliyyatda daha böyük əzablara səbəb ola bilməz". Daha sonralar bu terminin sümüklərarası bıçağa aid olduğu anlaşıldı.
Katlin (cərrahiyə)
Katlin və ya Katlinq – uzun, iki tərəfli cərrahi bıçaq . 17-ci əsrdən 19-cu əsrin ortalarına qədər, xüsusən də amputasiya üçün istifadə edilmişdir; bundan sonra mexaniki idarə olunan (daha sonra elektriklə idarə olunan) mişarlar istifadə olunmağa başlandı. Cərrah William Clowes 1596-cı ildə yazılmış tibbi traktatında alət haqqında yazırdı ki, amputasiya üçün "çox yaxşı bir katlin və kəsik bıçağı" istifadə edilməlidir 1639-cu ildə cərrah John Woodall bir əsərdə "catlinge" haqqında danışdı. 1693-cü ildə İngilis donanmasının cərrahı Con Moyl düzgün amputasiya üsullarını təsvir edərkən yazırdı ki, "Katlinqinizlə əti və damarları sümüklərin ətrafında və arasında bölün və katlinqinizin arxası ilə periosteumunu çıxarın ki, bu, sümüklərin işləməsinə mane olmasın. gördü, nə də əməliyyatda daha böyük əzablara səbəb ola bilməz". Daha sonralar bu terminin sümüklərarası bıçağa aid olduğu anlaşıldı.
Ketlin Osmond
Ketlin Osmond (5 dekabr 1995, Meristoun[d], Nyufaundlend və Labrador) — Kanadanı təmsil edən fiqurçu. Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında gümüş medal (Komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (Komanda) və bürünc (Fərdi) medallara sahib olub. Osmond həmdə 2018-ci ildə İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub. Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. 2016-cı ildə Çin Qran-Prisinin gümüş, 2017-ci ildə Fransa Qran-Prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-Prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-Prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarının da qalibi olub. Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada Çempionatının qızıl medallarına sahib olub. Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib. Ketlin Osmond 1995-ci il noyabrın 5-də Nyufaundlend və Labrador əyalətinin Meristoun şəhərində anadan olub.
Kollin Ballincer
Kollin Ballincer (ing. Co lleen Ballinger; 21 noyabr 1986, Santa-Barbara, Kaliforniya) — amerikalı komediyaçı, aktrisa, müğənni və youtuber. O, yaratdığı uydurma internet personajı Mirana Sings ilə tanınır. 2023-cü ilin iyun ayında Ballincerin yetkinlik yaşına çatmamış uşaqlarla yazışmaları ortaya çıxdı. Bu ekran görüntülərində onun 15 yaşlı uşaqlara əxlaqsız təkliflər etdiyi əks olunurdu. Ballincer bu ittihamlara cavab olaraq mahnılı bir video yerləşdirib səhv etdiyini etiraf etdi, lakin uşaqları pis yola çəkdiyi iddiası ilə razılaşmadı. O, bu ittihamları "yalan" və "uydurma" adlandırdı. Ballincer buna görə qınandı və tənqid olundu.
Lev Roxlin
Lev Yakovleviç Roxlin (rus. Лев Яковлевич Рохлин; 6 iyun 1947, Aralsk, Qızılordu vilayəti – 3 iyul 1998) — Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Lev Roxlin 6 iyun 1947-ci ildə Qazaxstanın Apalsk şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daşkənd Ali Umumqoşun Komandirlər Məktəbində, sonra isə Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildə Baş qərargahın Hərbi Akademiyasını bitirmişdir. Rəsmi versiyaya görə, yatmış Roxlini arvadı Tamara Roxlina güllələyib – səbəb ailə davası olub. Naro-Fominsk şəhər məhkəməsi 2000-ci ilin noyabrında Tamara Roxlinanı öz ərini bilərəkdən öldürməkdə təqsirli bilib. Tamara Roxlina 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, saxlanma müddətindən və məhkəmə prosesinin uzadılmasından şikayət edib. Şikayət pul müavinəti (8 min avro) ödənməklə təmin edilib. Naro-Fominsk şəhər məhkəməsi 2005-ci il noyabrın 29-da Roxlinanı öz ərini şüurlu şəkildə qətlə yetirməkdə ikinci dəfə günahkar bilib və onu şərti şəkildə 4 il müddətində azadlıqdan məhrum edib, həmçinin 2,5 il müddətinə sınaq işləriylə cəzalandırıb. Qətlin araşdırılması zamanı meşə zolağında – cinayət yerinin yaxınlığında yanmış üç cəsəd aşkarlanıb.
Litvin Abasov
Litvin İbiş oğlu Abasov (6 aprel 1937, İrəvan) – "Azərkəndtikinti" ASC-nin sədri, Əməkdar Mühəndis (1976), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990–1995), "Şöhrət" ordeni (Azərbaycan) (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2019) Litvin İbiş oğlu Abasov 06 aprel 1937-ci ildə Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində (indiki Ermənistanın Yerevan şəhəri) ziyalı ailəsində anadan olmuşdur. Atası İbiş Vəli oğlu Abasov 1898-ci ildə indiki Ermənistanın Qəmərli rayonunun Muğanlı kəndində kəndli ailəsində doğulub. Qəmərlidə fəhlə-gənclər məktəbində təhsil aldıqdan sonra, Qəmərlidə və Zəngibasarda komsomol və partiya orqanlarında çalışıb. 1930-cu illərdə Ermənistanın Vedi rayonunda ispolkomun sədr müavini, sonra Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1937-ci ildən isə yeni yaradılmış Qarabağlar rayonunun birinci katibi vəzifəsinə təyin olunub və birinci katib vəzifəsində 1942-ci ilə kimi çalışıb. Ermənistan KP MK-nın plenum üzvü, Ali Sovetin deputatı olub. Litvin Abasov 1953-cü ildə Bakıya gəlmiş və Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) qəbul olunmuşdur. Azərbaycan Hökumətinin qərarı ilə 1956-cı ildə Litvin Abasovun təhsil aldığı fakültəni Politexnik İnstitutunun inşaat fakültəsinə keçirirlər (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). O, 1959-cu ildə Azərbaycan Politexnik institutunun sənaye-mülki tikinti fakültəsini bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. O, daha sonra −1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin "Xalq Təsərrüfatı Akademiyası"nı Xalq Təsərrüfatının İdarəetməsi ixtisası üzrə bitirmişdir.
Lublin uniyası
Lublin ittifaqı (pol. Unia lubelska; lit. Liublino unija; ukr. Лю́блінська у́нія; belar. Лю́блінская у́нія) — Böyük Litva knyazlığı və Polşa Krallığı arasında baş vermiş milli birləşmə və seçmə monarxiyaya əsaslanan Litva-Polşa ittifaqı. Jagiełło 1386-cı ildə xristianlığı qəbul edərək II Vadislav adını aldı və 11 yaşlı Polşa kraliçası Jadviga ilə evləndi. Beləliklə, Jagiellon sülaləsinin üzvləri həm Litvanın, həm də Polşanın hökmdarı oldular. Ancaq iki ölkənin hökmdarları eyni olsa da, dərhal birləşmədilər. Ancaq 1569-cu ildə Yagiellon sülaləsinin son kralı II Zygmunt Avqustun uşaqsız ölməsindən sonra iki dövlətin maqnatları (zadəganları) Lublin müqaviləsini imzalamaq üçün 1 iyul 1569-cu ildə Polşanın Lublin şəhərində bir araya gəldi və iki dövləti bir araya gətirdilər. Beləliklə, Polşa-Litva Birliyi yaradıldı.
New Goblin
Herri Ozborn (ing. Harry Osborn) yaxud Yeni Qoblin (ing. New Goblin) – Marvel Comics kainatında xəyali bir personaj. Yeni qoblin əslində Piter Parkerin, yəni Hörümçək-adamın ən yaxın dostu Herri Ozborn''dur. Herri atasının ölümündən sonra Hörümçək-adamın əslində ən yaxın dostu Piter olduğunu öyrəndikdən sonra Piterdən intiqam almaq üçün özü-özünə söz verər (Sonralar atasının köməkçisinin sayəsində atasının özünü öldürdüyünü öyrənincə verdiyi sözü pozaraq Hörümçək-adama Venom və Qum-adamın qarşısında durmağa kömək edir). Qüvvətli fiziki gücə sahibdir və özünün yaratdığı texnoloji alətlərdən istifadə edir.
Oleq Litvin
Oleq Aleksandroviç Litvin (6 iyul 1936, Bakı – 5 iyul 2017, Volqoqrad) — Azərbaycanın tanınmış fotomüxbiri. Oleq Litvin 6 iyul 1936-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsində təhsil alıb (1956–1960). Daha sonra Sovet İttifaqı Teleqraf Agentiliyində (TASS) fotomüxbir kimi fəaliyyət göstərib (1973–1990). O, uzun illər "Azərinform", indiki "AZƏRTAC" agentliyində işləyib. "Reuters", "Associated Press" kimi xəbər agentlikləri ilə əməkdaşlıq edib. Fotoqraf 2000-ci ildə oğlunun yanına, Rusiyanın Volqoqrad şəhərinə köçüb. Orada beş il "Komsomolskaya pravda" qəzetində, 2005-ci ildən isə "LUKOYL" şirkətinin "Volqa i Don" korporativ qəzetində işləyib. 2017-ci ildə 81 yaşına bir gün qalmış həmin şəhərdə vəfat edib. Dağlıq Qarabağ münaqişəsi başlayandan Oleq Litvin cəbhə xəttindən foto-reportajlar hazırlayıb.
Qotlib Daymler
Qotlib Vilhelm Daymler (alm. Gottlieb Wilhelm Daimler‎; 17 mart 1834[…], Şorndorf[d], Vürtemberq krallığı[d], Almaniya ittifaqı – 6 mart 1900[…]) — alman mühəndisi, konstruktoru və sənayeçisi. O, Vilhelm Maybaxla birlikdə ilk avtomobillərdən birini və benzinlə işləyən bir neçə tip daxili yanma mühərrikini yaratmışdır. Qotlib Daymler Ştuttqartın yaxınlığında yerləşən Şorndorf şəhərciyində çörəkçi ailəsində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra 1847-ci ildə silah emalatxanasında işə başlayır. İki lülləli silahlar düzəldir. 1857-ci ildə Daymler Ştutqart politexnik institutunda təhsilinə başlayır. Təhsilini başa vurduqdan sonra Avropanın müxtəlif ölkələrinə (Fransa, İngiltərə və Belçika) gedərək orada işləyir. 1862-ci ildə Daymler Qeyslingendə yerləşən "Ştaub" firmasında konstruktor kimi işə başlayır. 1865-ci ildə o Roylingendə yerləşən Bruderhaus-Vasinhaym maşınqayırma fabrikində rəhbər təyin olunur, burada o ilk dəfə Vilhelm Maybax ilə tanış olur.
Roslin kapellası
Müqəddəs Matvey adına Roslin kapellası kilsəsi (Collegiate Church of St Matthew) — Şotlandiyanın midliotian Roslin kəndində son dövr qotik kilsəsi. Roslin qəsri yaxınlığında XV əsrdə Sinkler tayfasının məzarlığı kimi tikilib. Tikintinin təşəbbüskarı kimi 3-cü Orkney qrafı Uliyam Sinkler olub (1410—1484). İngiltərənin Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər. Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur: Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar. Bu kapella 1446-48 illərdə təkcə Şotlandiyada yox, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib.
Xotın
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.
Pehr Löflinq
Pehr Löflinq (isv. Pehr Löfling; 20 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.