Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbüləla əl-Müərri
Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri (ərəb. أبو العلاء المعري‎; 973[…], Məərrət ən-Nöman, İdlib mühafəzəsi – 1057, Məərrət ən-Nöman, İdlib mühafəzəsi) — Ərəb şairi. O, Ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," ərəblərin dilində Əbüləlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbüləlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi.
Tonino Querra
Tonino Querra (it. Tonino Guerra;16 mart, 1920, Rimini – 21 mart, 2012) — İtaliya şairi, yazıçısı və ssenaristi. Tonino Querra 16 mart 1920-ci ildə Rimini şəhəri yaxınlığında yerləşən kiçik Santarkancelo-di-Romanya kommunasında anadan olmuşdur. O, bütün ömrünü bu yerlərdə keçirmişdir. Urbino universitetinin pedaqogika fakültəsini bitirmişdir. Yazıçılığa hələ nasist konslagerində başlamışdır. 1953-cü ildən Tonino Querra kinofilmlərə ssenari yazmağa başlamışdır. Həmin filmlər klassik dünya kinosunun qızıl fonduna daxil edilmişdir. O, Cüzeppe de Santis, Mario Bolonyini, Damiano Damiani, Mario Moniçelli, Taviani qardaşları kimi rejissorlarla işləmişdir. Mikelancelo Antonioni onun ssenariləri əsasında "Macəra", "Gecə", "Tutqunluq", "Qırmızı səhra", "Şəkilböyütmə", "Zabriski Poynt" və s.
Andrea Querra
Andrea Querra (it. Andrea Guerra; 22 oktyabr 1961) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi. Şair və ssenarist Tonino Querranın oğlu Andrea Querra 1961-ci ilin oktyabrında İtaliyanın şimalındakı Santarkancelo di Romanya şəhərində doğulub. Maestro Ettore Ballottanın rəhbərliyi altında bəstəkarlıq və aranjimançılıq üzrə təhsil aldıqdan sonra o, Romaya köçür və burada karyerasını sənədli filmlər üçün musiqi bəstələməklə başlayır. Sonrakı illərdə o, Fərzan Özpətək, Roberto Faentsa, Cuzeppe Bertoluççi, Paolo Cenoveze və digər məşhur rejissorların filmlərinə musiqi yazır.
Müəmma
Müəmma — klassik Şərq ədəbiyyatında geniş yayılmış formalardandır. Müəmmanı "mənzum tapmaca" da adlandırırlar. Məlum olduğu kimi, müəmmalardan bir çoxu əbcəd hesabı əsasında yazılır. Belə ki, bəzən rəqəm söylənilir, onun müqabili olan hərf nəzərdə tutulur, bəzən də hərf söylənilir, onun müqabili olan rəqəm nəzərdə tutulur. Orta və Yaxın Şərq ədəbiyyatında İ.Nəsimi və M.Füzulinin müəmmaları daha məşhurdur. Müəmmalarda şair fikrini müxtəlif sözlər, təşbehlər, rəmzlər içərisində bir növ gizlədib ifadə edir. Müəmmalarda əsas fikri, mətləbi tapmaq üçün fikirləşmək lazımdır. Aşıq yaradıcılığında, xüsusən də deyişmələrdə müəmmalardan geniş istifadə olunmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Ələsgər və Molla Cumanın müəmmaları məşhurdur. Ustadlar müəmmalardan müxtəlif məqsədlərlə, xüsusən də aşıq və sinədəftərlərlə deyişmə-qarşılaşma zamanı imtahan-sorğu vasitəsi kimi istifadə etmişlər.
Müərrin
Müərrin (ərəb. معرين‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 159 nəfəri kişilər və 175 nəfəri qadınlar olmaqla cəmi 334 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 50 km şimali–qərbdə, Əzaz şəhərindən 3 km şimalda, Suriya–Türkiyə sərhəd xəttinə yaxın (3.5 km) ərazidə, dəniz səviyyəsindən təqribən 620–670 metr hündürlükdə yerləşir. Müərrin kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Müərrin kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Fransis Mərraş
Fransis bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. فرنسيس بن فتح الله بن نصر الله مرّاش‎; 29 iyun 1836[…], Hələb – 1874, Hələb) ya Fransis əl-Mərraş ya Fransis Mərraş əl-Hələbi — şair, yazıçı və həkim Hələbdən. Abdulla və Maryana Mərraşın qardaşı idi. 1866-cı ildə tibb oxumaq üçün Parisə getdi. Gözlərinin pisləşən vəziyyəti onu təhsilini yarımçıq qoydurdu.
Maryana Mərraş
Maryana bint Fətulla bin Nəsrulla Mərraş (ərəb. مريانا بنت فتح الله بن نصر الله مرّاش‎; avqust 1848, Hələb, Hələb əyaləti, Osmanlı imperiyası – 1919, Hələb) ya Maryana əl-Mərraş ya Maryana Mərraş əl-Hələbiyyə — Hələbdən yazıçı və şair. Fransis və Abdulla Mərraşın bacısı idi. 1870-ci ildən qəzetlərdə məqalə və şeirləri dərc edildi. 1893-cü ildə Beyrutda onun "Bintü-fikr" adlı şeir toplusu nəşr edildi. Mərraşın II Əbdülhəmidi tərifləyən bir şeir yazmağından sonra, Osmanlı hökuməti bu kitabın nəşr edilməyə icazə vermişdi.
Müəmma filmi
Müəmma filmi — Kino janrlarından biridir. Bu janr detektiv və cinayət filmləri ilə sıx əlaqəlidir. Müəmma filmlərində dolaşıq situasiyalar yaranır, şübhə və sürpriz sonluq əsas süjet xəttini təşkil edir.
Abdulla Mərraş
Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. عبد الله بن فتح الله بن نصر الله مرّاش‎; 14 may 1839, Hələb – 17 yanvar 1900, Marsel) — Hələbdən yazıçı. Fransis və Maryana Mərraşın qardaşı idi.
Ceyms Mürre
Ser Ceyms Oqastes Henri Mürre (d. 7 fevral 1837-ci il, Denholm, Şotlandiya - 26 iyul 1915-ci il, Oksford) — Böyük Britaniya leksikoqrafı. "İngilis dilinin yeni lüğəti"nin redaktoru (sonradan "İngilis dilinin Oksford lüğəti" adını aldı). Ceyms Mürre Şotlandiyanın Denholm kəndində tacir ailəsində anadan olub. Ailəsi təhsil haqqını ödəyə bilmədiyinə görə 14 yaşında özəl məktəbi buraxmalı olub. 17 yaşında Xoikada ibtidai məktəbdə dərs deməyə başlayır. Gənclik illərində Mürre həm bank katibi, həm də müəllim işləmiş, lakin digər sahələrə, xüsusilə də filologiyaya həmişə böyük maraq göstərmişdir. İngilis Filoloji Cəmiyyətinə üzv olması və 1868-ci ildə nəşr olunan Şotlandiya dialekti haqqında kitabı ona bir çox mühüm elmi əlaqələr qurmağa imkan verdi. 1861-ci ildə öz gələcək həyat yoldaşı Meqqi Skot ilə tanış olub. İki ildən sonra qızları anadan olur, ancaq tezliklə tuberkulyozdan vəfat edir.
Məcməüş-şüəra
"Məcməüş-şüara" ("Şairlər yığıncağı") — Bakıda ədəbi məclis (1880-1923) "Məcməüş-şüara" ("Şairlər yığıncağı") XIX əsr. Azərbaycanda qurulan ədəbî məclislərdən biridir. 1880-ci ildə Bakıda təşkil olunan "Məcməuş-şuəra" ədəbi məclisinin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Sürəyya idi. İ. Zülali, M. Dilxun, Ə. Vaqif, Ə. Cənnəti, Ə.Yusif, Ağa Kərim Salik, M. Müsəvvir, M. Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi. Məclisin üzvləri olan şairlərin qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında geniş istifadə olunurdu.
Şüəra məqbərəsi
Şüəra məqbərəsi (fars. مقبرةالشعرا‎ Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir. Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar.
Əncüməni-şüəra
"Əncüməni-şüəra" Məlumdur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində ədəbi məclislər yaranmışdı. Həmin dövrdə Bakıda "Məcməüş-şüəra", Şamaxıda "Beytüs-Səfa", Qubada "Gülüstan", Lənkəranda "Fövcül-füsəha", Qarabağda "Məclisi-üns" və "Məclisi-fəramuşan" adlanan ədəbi məclislər fəaliyyət göstərirdilər. Belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində və Nəsrəddin Qarayevin "XIX əsrdə Azərbaycanda ədəbi məclislər" adlı namizədlik dissertasiyasında Şeyxəli Naibin məclisin təşkilatçısı kimi yalnız adı çəkilmiş, onun kimliyi haqqında heç bir məlumat verilməmişdir. Tədqiqatlar göstərir ki, həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. XIX əsrin birinci yarısından başlayaraq Şeyxəli xan Ordubadın naibi-canişini təyin olunmuş, şeir və sənət aləminə maraq göstərdiyi üçün orada "Ənçüməni-şüəra" adlı ədəbi məclis yaratmışdır. Təsadüfi deyildir ki, XIX əsrin görkəmli şairlərindən olan Əndəlib Qaracadaği özünün "Ordubadın vəsfi" adlı müxəmməsində Ordubadın və onun Əylis kimi səfalı kəndlərinin tərənnümü fonunda Şeyxəli xan Kəngərlini də oranın hakimi kimi yad etmiş, onun səxavət və şücaətindən danışmışdır: Ordubadın, nə deyim, vəsfi gülustanə dəyər. Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər. Hər dəm Əylis səfəri Hindu İsfahanə dəyər.
Məzra (Qars)
Məzra — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 385 nəfərdir (2022).
Gülşəni-şüəra
Gülşəni-şüəra (Şairlər gülşəni) - XVI əsrdə Əhdi Bağdadi tərəfindən qələmə alınan Bağdadda yaşamış türkdilli şair və alimləri haqqında müfəssəl məlumat verən təzkirə. “Gülşəni-şüəra”da Əhdi 381 (bunlardan 375 türkdilli) şairin özü və əsərləri haqqında çox mühüm və dəyərli məlumatlar verir. Bunlar əsasən azərbaycanlı və Osmanlı şairləridir. Təzkirə əlifba sırası ilə adlar göstəricisi olmaqla dörd rövzədən ibarət bir ensiklopedik abidədir. Təzkirə həmçinin Şəmsi, Hüsni, Rindi, Zöhdi, Muradi, Hüzni, Fəzli, Elmi, Kəlayi, Zaeyi və başqalarının həyat və yaradıcılığı haqqında ilkin məlumatlar verdiyi üçün böyük əhəmiyyət kəsb edir. == Müəllifi == Əhdi Bağdadi haqqında mənbələrdə ilk məlumatı Aşıq Çələbi, Qınalızadə, Bəyani, Riyazi təzkirələrində rast gəlinir. Bağdadda anadan olan Əhdini əsl adı Aşıq Çələbi və Riyazi təzkirələrində Mehdi, Qınalızadə təzkirəsində və “Künhül-əxbar”da isə Əhməddir.
Açerra
Açerra (it. Acerra) — İtaliyanın Kampaniya regionunda şəhər.
Müezza
Müezza (ərəb. معزة‎) Məhəmməd peyğəmbərin (s.a.s) pişiyi olduğu nəql edilir. Hz. Məhəmməd Uhud səfərində, ordunun önünə balalarını emizdiren bir pişik çıxınca, pişiyin yanına bir gözətçi qoymuşdur. Böyük bir ordunu o pişiyin ətrafından keçirmişdir. Səfərdən dönərkən pişiyə sahiblənmiş və adını Müezza qoymuşdur. Hz. Məhəmməd pişiyi Müezzanı o qədər çox sevərmiş ki, Müezza bir gün kölgəlikdə oturan Hz. Məhəmmədin paltarının ucunda yatıbmış. Hz.
Syerra
İspaniyada və ispan dili yayılmış ölkələrdə bir sıra dağ adının tərkib hissəsidir. Məs: Syerra-Nevada, Syerra-Madre və s.
Tierra
Tierra — L'Arc~en~Ciel qrupunun albomudur.
On üç müəmma
On üç müəmma ilk dəfə 1932-ci ildə Böyük Britaniyada müəllifi Aqata Kristi olmaqla Collins Crime Club tərəfindən nəşr olunmuş detektiv hekayələr toplusudur. ABŞ-da toplu 1933-cü ildə Dodd, Mead and Company tərəfindən The Tuesday Club Murders adı ilə nəşr edilmişdir. Kolleksiyaya on üç hekayə daxildir ki, onların hər biri Miss Marplın qonaqlarından birinin “anlatdığı” detektiv hekayəsidir. Qalan qonaqlar sirri həll etməyə və cinayətkarın adını çəkməyə dəvət olunur. Miss Marple - əyri , həvəskar detektiv Raymond West - Miss Marplın qardaşı oğlu, gənc yazıçı Coys Lamprier - rəssam, Raymondun sevgilisi Ser Henry Clittering - Scotland Yardın keçmiş komissarı Doktor Pender - qoca kahin Cənab Peterik - yerli hüquqşünas Bir il sonra kluba daxildir: Polkovnik Bantri Dolli Bantri - Polkovnikin arvadı Jane Helier - aktrisa Dr Lloyd "Çərşənbə axşamı" klubu Ser Henrinin hekayəsi. Üç nəfər - evli cütlük və arvadın yoldaşı - şam yeməyinə otururlar. Nahardan sonra hamı özünü pis hiss edir, amma sonda arvad ölür. Ölüm səbəbi naharda verilən konservlərin tərkibində olan ptomain ilə zəhərlənmə olub. Xidmətçinin şəhadəti göstərir ki, ər arvadının ölümünü arzulayır. Polis cəsədi çıxarır və ölümün arsenik zəhərlənməsindən olduğunu müəyyən edir .
Əbüləla əl-Məərri
Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri (ərəb. أبو العلاء المعري‎; 973[…], Məərrət ən-Nöman, İdlib mühafəzəsi – 1057, Məərrət ən-Nöman, İdlib mühafəzəsi) — Ərəb şairi. O, Ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," ərəblərin dilində Əbüləlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbüləlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi.
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Murla
Murla (isp. Murla) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,81 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 629 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 23 km uzaqlıqda yerləşir.
Mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Murya
Murya — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1065 nəfərdir.
Surra
Surra (Sabirabad) — Sabirabad rayonunda kənd. Surra (Şabran) — Şabran rayonunda kənd. Aşağı Surra — Neftçala rayonunda kənd. Bala Surra — Neftçala rayonunda kənd.
Şuəra
26-cı surə
Gerra
Gerra (q.yun. Γέρρα, Gérrha) — Şərqi Ərəbistanda, İran körfəzinin qərb tərəfində qədim şəhər. Strabon şəhəri "qapıları, divarları, damları rənglərlə dolu olan böyük evləri bir yana, ailə qızılı, düz [Qəvaim] üçbucaqları və içki şüşələri kimi qızıl və gümüşdən hazırlanmış bəzəkli alətlər, qızıl, gümüş və müqəddəs daşlar"ı varmış kimi təsvir edir. Strabon sakinləri ərəblər kimi təsvir etmişdir. O, qeyd etmişdir ki, "ticarətləri sayəsində gerralılar ərəblərin ən zəngini olmuşdular". Digər mənbələr sakinlərin həqiqətən də ərəb olduqları ilə razılaşır. Yunanıstanda tapılan petroqliflərin Gerradan olan "Tərm əl-Lat" (Əl-Latın qulluqçusu) adlı bir adam tərəfindən göndərildiyi aşkar edilmişdir.
Kampo-de-Mirra
Kampo-de-Mirra (isp. Campo de Mirra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 21,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 420 nəfərə çatmışdır.
Əl-Məhra mühafəzəsi
Əl-Məhra mühafəzəsi (ərəb. ٱلْمَهْرَة‎) - Yəmən Xalq Demokratik Respublikasında mühafəzə. İnzibati mərkəzi Əl-Geyda şəhəridir.
Əmir əl-üməra
Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi. İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər.
Müra (Alye)
Müra (fr. Murat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03191. 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. 2007-ci ildə 175 yaşda olan (15-64 yaş arasında) 132 nəfər iqtisadi cəhətdən fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.4%, 1999-cu ildə 72.0%). Fəal olan 132 nəfərdən 118 nəfər (70 kişi və 48 qadın), 14 nəfər işsiz (8 kişi və 6 qadın) idi. Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Munira məscidi
Munira məscidi — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonu ərazisində Nijeqorodka yaşayış məntəqəsində cümə məscidi. Şəhərin bu hissəsinin yeganə məscididir. Dolqoe gölünün sahilində yerləşir. Munira məscidi Munira Bayqildinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. O, müsəlman qadınları cəmiyyətinin sədridir. Məscid 100 nəfərlikdir. Məscidin memar Vəkil Davleçtindir. O, həmdə Lalə-Tülpan Kafedral məscidinin memarıdır. Məscidin tikintisinə 2002-ci ildə başlanılır. Təntənəli açılış 2011-ci ildə baş tutur.
Santa Muerte
Santa Muerte (ispancadan – "Müqəddəs ölüm") — əsasən Meksika və ABŞ-də yayılmış, xalq katolisizmində və Meksika neopaqanizmində idol və ilahə. O, ölümün təcəssümüdür və onun fədailəri onu sağalma, qoruma və axirətə təhlükəsiz çatdırılma ilə əlaqələndirirlər. Katolik kilsəsinin və yevangelist hərəkatların liderləri tərəfindən qınanılmasına baxmayaraq, onun kultu XXI əsrin əvvəlindən bəri getdikcə artır. Kultun bəzi nümayəndələrini "Meksika və ABŞ-nin ənənəvi Katolik kilsəsi" adlanan kilsə birləşdirir. Təsisçisi David Romodur. Bu təşkilatın ilk kilsəsi 1999-cu ildə meydana çıxmışdır. Chesnut, R. Andrew. Devoted to Death: Santa Muerte, the Skeleton Saint (Second). New York: Oxford University Press. 2018 [2012].
Sierra Leone
Syerra-Leone — Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlət. Ölkə şimaldan və şərqdən Qvineya ilə, cənub-şərqdən isə Liberiya ilə həmsərhəddir. Paytaxtı Fritaun şəhəridir. Qonşusu Liberiya kimi azad edilmiş Afrikalı qullar tərəfindən qurulub (1791-ci ildə Fritaunu qurdular). Syerra Leone 1961-ci ildə ingilis müstəmləkə əsarətindən çıxaraq müstəqilliyini elan etmiş, 10 il sonra krallıq üsul-idarə sistemindən imtina edərək, respublikaya çevirilmişdir. 90-cı illərdən başlayaraq 2002-ci ildə qədər dağıdıcı bir vətəndaş müharibəsi yaşamışdır. Ölkə ərazisində BMT sülhməramrıları fəaliyyət göstərməkdədir. Almaz mədənləri baxımından olduqca zəngindir, buna baxmayaraq qərbli müstəmləkəçilərin təhrik etdiyi və göz yumduğu vətəndaş müharibəsi nəticəsində bir xeyli yoxsullaşmışdır. Sərhədlərinin ümumi uzunluğu 958 km olub, sərhəd qonşuları isə Qvineya (652 km), Liberiya (306 km), sahil xəttinin uzunluğu 402 km-dir. Təbii sərvətləri almaz, titan, boksit, dəmir, qızıl, xromdur.
Syerra-Leone
Syerra-Leone — Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlət. Ölkə şimaldan və şərqdən Qvineya ilə, cənub-şərqdən isə Liberiya ilə həmsərhəddir. Paytaxtı Fritaun şəhəridir. Qonşusu Liberiya kimi azad edilmiş Afrikalı qullar tərəfindən qurulub (1791-ci ildə Fritaunu qurdular). Syerra Leone 1961-ci ildə ingilis müstəmləkə əsarətindən çıxaraq müstəqilliyini elan etmiş, 10 il sonra krallıq üsul-idarə sistemindən imtina edərək, respublikaya çevirilmişdir. 90-cı illərdən başlayaraq 2002-ci ildə qədər dağıdıcı bir vətəndaş müharibəsi yaşamışdır. Ölkə ərazisində BMT sülhməramrıları fəaliyyət göstərməkdədir. Almaz mədənləri baxımından olduqca zəngindir, buna baxmayaraq qərbli müstəmləkəçilərin təhrik etdiyi və göz yumduğu vətəndaş müharibəsi nəticəsində bir xeyli yoxsullaşmışdır. Sərhədlərinin ümumi uzunluğu 958 km olub, sərhəd qonşuları isə Qvineya (652 km), Liberiya (306 km), sahil xəttinin uzunluğu 402 km-dir. Təbii sərvətləri almaz, titan, boksit, dəmir, qızıl, xromdur.
Syerra-Maestra
Syerra-Maestra (isp. Sierra Maestra) — Kubanın cənub-şərqində dağ massivi. Bu, Kubada ən yüksək dağ massividir və ölkənin ən hündür zirvəsi olan Piko Turkino burada yerləşir (1974 m). Burada həm də Böyük Syerra-Maestra Milli Parkı yerləşir (isp. Gran Parque Nacional Sierra Maestra). Syerra-Maestro massivi ilə Karib dənizi arasında 50 km uzunluğundakı Bakonao parkı yerləşir. 2 dekabr 1956-cı ildə Qranma yaxtası Kuba adasına 82 nəfəri gətirdi. Onların arasında Fidel Kastro, Ernesto Çe Gevara, Kamilo Syenfueqos, Raul Kastro və Kuba inqilabının digər nümayəndələri var idi. İnqilabçılar Syerra-Maestra dağlarında gizlənirdilər və 1 yanvar 1959-cu ildə Kuba diktatoru Fulxensio Batista üzərində qələbə ilə başa çatan partizan müharibəsinə hazırlaşırdılar.
Syerra Leone
Syerra-Leone — Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlət. Ölkə şimaldan və şərqdən Qvineya ilə, cənub-şərqdən isə Liberiya ilə həmsərhəddir. Paytaxtı Fritaun şəhəridir. Qonşusu Liberiya kimi azad edilmiş Afrikalı qullar tərəfindən qurulub (1791-ci ildə Fritaunu qurdular). Syerra Leone 1961-ci ildə ingilis müstəmləkə əsarətindən çıxaraq müstəqilliyini elan etmiş, 10 il sonra krallıq üsul-idarə sistemindən imtina edərək, respublikaya çevirilmişdir. 90-cı illərdən başlayaraq 2002-ci ildə qədər dağıdıcı bir vətəndaş müharibəsi yaşamışdır. Ölkə ərazisində BMT sülhməramrıları fəaliyyət göstərməkdədir. Almaz mədənləri baxımından olduqca zəngindir, buna baxmayaraq qərbli müstəmləkəçilərin təhrik etdiyi və göz yumduğu vətəndaş müharibəsi nəticəsində bir xeyli yoxsullaşmışdır. Sərhədlərinin ümumi uzunluğu 958 km olub, sərhəd qonşuları isə Qvineya (652 km), Liberiya (306 km), sahil xəttinin uzunluğu 402 km-dir. Təbii sərvətləri almaz, titan, boksit, dəmir, qızıl, xromdur.
Sen-Marsel-an-Müra
Sen-Marsel-an-Müra (fr. Saint-Marcel-en-Murat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03243. 2008-ci ildə əhalinin sayı 132 nəfər təşkil edirdi. 2007-ci ildə 85 yaşdan yuxarı (15-64 yaş arasında) 67 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 78,8%, 1999-cu ildə 70.0%) idi. 67 fəal şəxsdən 66 nəfəri (35 kişi və 31 qadın), 1 qadın işsiz idi. 18 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 5 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Priyest-an-Müra
Sen-Priyest-an-Müra (fr. Saint-Priest-en-Murat) — Fransada kommuna, Overn - Rona - Alplar regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03256. 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş) arasında 109 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.6%, 1999-cu ildə 68.8%). Fəal olan 109 nəfərdən 93 nəfər (59 kişi və 34 qadın) işləyir, 16 nəfər işsizdir (6 kişi və 10 qadın). 50 hərəkətsiz 21 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.