1. Mənası gizli, çətin anlaşılan, üstüörtülü, qaranlıq söz, məsələ, şəkil və s.
Bu sözlər Məcidin ürəyinə yağ kimi yayılırdı və onu çətin bir müəmmanın həllindən azad edirdi.
[Hidayət] üçün heç bir müəmma, açılmaz düyün qalmamışdı.
// məc. Anlaşılmaz sirr, həlli çətin məsələ, şey. Bu lap müəmmadır ki…
2. ədəb. Hərf və rəqəmlərlə ifadə olunan klassik şeir formalarından biri; mənzum tapmaca. Füzulinin müəmmaları.
– Sirri-dəhəniyarı, könül, axtar, özün tap; Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər.