Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri (ərəb. أبو العلاء المعري; 973[2][3][…], Məərrət ən-Nöman, İdlib mühafəzəsi[1] – 1057[4][1], Məərrət ən-Nöman, İdlib mühafəzəsi) — Ərəb şairi.
Əbüləla əl-Məərri | |
---|---|
Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri | |
Doğum adı | أحمد بن عبد الله بن سُليمان القضاعي التنُّوخي المعرِّي |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı, filosof |
Vikianbarda əlaqəli mediafayllar |
O, Ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," ərəblərin dilində Əbüləlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbüləlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbüləla soruşdu: "Sənə nə oldu?" Mən dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. O dedi: "Get bir az onunla söhbət elə."Mən soruşdum: "Bəlkə dərsimi bitirim, sonra?" O dedi: "Dur, mən səni gözləyərəm." Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan türkcəsində (azərbicidəcə) xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbüləla soruşdu: "Siz hansı dildə danışırdınız?" Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq. O dedi: "Mən (bu) dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm." Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum təəccüblə söylədi: "O, anlamadığı şeyləri necə əzbərləyib?"
Əbüləla əl-Məərri erkən sübh çağı küçədən keçərkən Bağdad əyanlarından biri ilə rastlaşır. Əbüləlanın belə bir vaxtda harayasa tələsdiyini görən əyan təəccüblə deyir: - Ey Əba Əbdüllah, sübh açılmamış haraya üz tutmusan? Əbüləla cavab verir: - Sübh vaxtı evdən çıxmaqda şərikimsən. Amma bu işə təəccüb etməkdə tənha qalmısan!