Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Sadıq xan Müstəşarəddövlə
Mirzə Sadıq xan Mirzə Cavad xan oğlu Müstəşarəddövlə (1863–1953) — İranın ictimai-siyasi xadimi. Mirzə Sadıq xan Mirzə Cavad xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Atasınndan sonra Müstəşarəddövlə ləqəbini daşıyırdı. Şeyx Möhsün xan Müşirəddövlənin bacısıoğludur. Mənbədə yazılır:"Sadiqi-həzrət titulunu daşıyan Mirzə Sadiq xan (7–1372/1952) Mirzə Cavad xan Müstaşarüddóvlə Azarbaycaninin oğludur. O, təhsilini İstanbulun Sultani mədrəsəsində almiş, sonra Tehranda davam etdirmişdir. O, bir müddət Xarici İşlər nazirliyində işləmiş, h. 1324-cü (1906) ilda Təbriz əhalisinin vəkili olaraq onlan Milli şura Məclisinin birinci çağirışinda təmsil etmişdir. Mirzə Sadiq xan Azarbaycani maşrutəxahlarin rəhbərlərindən biri olmuşdur. h.
Mirzə Yusif xan Müstəşarüddövlə
Mirzə Yusif xan Hacı Mirzə Kazım oğlu Müstəşarüddövlə (1813, Təbriz – 1895, Tehran) — XIX əsr Azərbaycan mütəfəkkiri, diplomat. O, ictimai mənşə etibarilə ticarət burjuazyasına mənsub olub 1854-cü ildən 1867-ci ilin sonunadək Həştərxan, Peterburq və Tiflis şəhərlərində konsul olmuş, 1867-ci ildən 1871ci ilədək Parisdə İranın səfiri vəzifəsini daşımışdır. Mirzə Yusif xan Rusiyada və Fransada olduğu müddətdə bu ölkələrin siyasi-ictimai vəziyyətləri ilə yaxından tanış olmuş, Tiflisdə olduğu zaman "Kitabe bənəfş" adlı əsərini yazaraq, İran sarayna gönldərmiş və bu əsərdə dəmir yolunun ölkənin abadlaşmasında nə qədər mühüm rola malik olmasından bəhs etmişdir. 1871-ci ildə Parisdə olduğu zamanı Fransanın 19 maddəlik konstitusiyasından iqtibasən "Yek kəlmə" adlı əsərini yazmış və onun İran xalqları həyatına tətbiq edilməsi fikrini irəli sürmüşdür. Mirzə Yusif xan İranda azadlıq ideyaları yayan ən qabaqcıl ziyalılardan biri olmuşdur. O, ictimai qüdrətin əsas mənbəyini xalqda və xalqın iradəsində olduğunu cəsarətlə elan etmiş birinci İranlı ictimai xadimdir. O, İranda parlament üsuli-idarəsi yaratmaq fikrini irəli sürən ilk şəxsdir. Mirzə Yusif xanın "Yek kəlmə" adlı əsəri 1905-ci ildə Tehranda yaranmış "Əncüməne məxfi" (gizli əncümən) tərəfindən siyasi proqram kimi qəbul edilmişdir. Müstəşarüddövlə 1889-cu ildə Müzəfərəddin Mirzəyə yazdığı məktubda mütləqiyyət üsuli-idarəsini ölkənin hər cəhətdən geri qalmasının əsas amili kimi qiymətləndirmiş, onun nicatını və abadlaşmasını məşrutə və konstition üsulunun bərqərar edilməsində olduğunu qeyd etmişdir. Həmin məktub Nizimülislam Kermaninin "Tarixe bidariye İraniyan" adlı əsərində verilmiş, İranın ilk siyasi cəmiyyətinin köhnə quruluşa və mütləqiyyətə qarşı apardığı tarixi mübarizənin kətbi sənədlərindən biridir.
Müstəzad
Müstəzad (ərəbcə: əlavə edilən, artırılan) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması. Mövzu və məzmunca qəzəl və qəsidəyə yaxındır və müxəmməs və müəşşərin köməyi ilə də yaradılır. Həcmi 20-40 misra arasındadır. Misraları əsasən sətiraşırı uzun və qısa olur. Müstəzadi-müxəmməs, Müstəzadi-müsəddəs tərci, Müstəzadi-müəşşər, Müstəzad təsnis və s. formalarına da təsadüf edilir. XIX-XX əsrlər poeziyasında müstəzadın lirik xarakteri nisbətən dəyişmiş, o, ictimai-satirik məzmun kəsb edir. Təcnisin bir növü olan müstəzad təsnisdə (həm də ayaqlı təcnisdə) hər bəndin sonuna onunla qafiyələnən kiçik bir misra əlavə edilir. Məsələn: Aşıq Ələsgərin nümunə üçün aşağıdakı müstəzad təsnisinə baxaq. Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır: Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Müntəsir (xəlifə)
Əbu Cəfər Məhəmməd (ərəb. أبو جعفر محمد‎) və ya Əl-Müntəsir (ərəb. المنتصر بالله‎) (23 mart 838, Səmərra, Səlahəddin mühafəzəsi – 7 iyun 862, Səmərra, Səlahəddin mühafəzəsi) — 11-ci Abbasi xəlifəsi. Kraemer, Joel L., ed. (1989). The History of al-Ṭabarī, Volume XXXIV: Incipient Decline: The Caliphates of al-Wāthiq, al-Mutawakkil and al-Muntaṣir, A. D. 841–863/A. H. 227–248. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-874-4 Kennedy, Hugh (2006). When Baghdad Ruled the Muslim World: The Rise and Fall of Islam's Greatest Dynasty.
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Soni Mustivar
Soni Mustivar - (12 fevral 1990) - Azərbaycan Premyer Liqası klublarından olan Neftçi PFK-da oynayan Haitili futbolçu .
Müştəba Əliyev
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir.
Müxtəsər vurma düsturları
Müxtəsər vurma — çoxhədlilərin hesablanmasında tez-tez istifadə edilən cəbri eynilik. ( a ± b ) 2 = a 2 ± 2 a b + b 2 {\displaystyle (a\pm b)^{2}=a^{2}\pm 2ab+b^{2}} ( a + b ) 2 = a 2 + 2 a b + b 2 {\displaystyle (a+b)^{2}=a^{2}+2ab+b^{2}} ( a − b ) 2 = a 2 − 2 a b + b 2 {\displaystyle (a-b)^{2}=a^{2}-2ab+b^{2}} a 2 − b 2 = ( a − b ) ( a + b ) {\displaystyle a^{2}-b^{2}=(a-b)(a+b)} a 2 + b 2 = ( a ± b ) 2 ± 2 a b {\displaystyle a^{2}+b^{2}=(a\pm b)^{2}\pm 2ab} a 2 + b 2 = ( a + b ) 2 − 2 a b {\displaystyle a^{2}+b^{2}=(a+b)^{2}-2ab} a 2 + b 2 = ( a − b ) 2 + 2 a b {\displaystyle a^{2}+b^{2}=(a-b)^{2}+2ab} a 3 ± b 3 = ( a ± b ) ( a 2 ∓ a b + b 2 ) {\displaystyle a^{3}\pm b^{3}=(a\pm b)(a^{2}\mp ab+b^{2})} a 3 + b 3 = ( a + b ) ( a 2 − a b + b 2 ) {\displaystyle a^{3}+b^{3}=(a+b)(a^{2}-ab+b^{2})} a 3 − b 3 = ( a − b ) ( a 2 + a b + b 2 ) {\displaystyle a^{3}-b^{3}=(a-b)(a^{2}+ab+b^{2})} ( a ± b ) 3 = a 3 ± 3 a 2 b + 3 a b 2 ± b 3 {\displaystyle (a\pm b)^{3}=a^{3}\pm 3a^{2}b+3ab^{2}\pm b^{3}} ( a + b ) 3 = a 3 + 3 a 2 b + 3 a b 2 + b 3 {\displaystyle (a+b)^{3}=a^{3}+3a^{2}b+3ab^{2}+b^{3}} ( a − b ) 3 = a 3 − 3 a 2 b + 3 a b 2 − b 3 {\displaystyle (a-b)^{3}=a^{3}-3a^{2}b+3ab^{2}-b^{3}} ( a ± b ) 4 = a 4 ± 4 a 3 b + 6 a 2 b 2 ± 4 a b 3 + b 4 {\displaystyle (a\pm b)^{4}=a^{4}\pm 4a^{3}b+6a^{2}b^{2}\pm 4ab^{3}+b^{4}} ( a + b ) 4 = a 4 + 4 a 3 b + 6 a 2 b 2 + 4 a b 3 + b 4 {\displaystyle (a+b)^{4}=a^{4}+4a^{3}b+6a^{2}b^{2}+4ab^{3}+b^{4}} ( a − b ) 4 = a 4 − 4 a 3 b + 6 a 2 b 2 − 4 a b 3 + b 4 {\displaystyle (a-b)^{4}=a^{4}-4a^{3}b+6a^{2}b^{2}-4ab^{3}+b^{4}} a 4 − b 4 = ( a 2 − b 2 ) ( a 2 + b 2 ) {\displaystyle a^{4}-b^{4}=(a^{2}-b^{2})(a^{2}+b^{2})} a n − b n = ( a − b ) ( a n − 1 + a n − 2 b + a n − 3 b 2 + . . . + a 2 b n − 3 + a b n − 2 + b [ log 10 ⁡ n − 1 − ] {\displaystyle a^{n}-b^{n}=(a-b)(a^{n-1}+a^{n-2}b+a^{n-3}b^{2}+...+a^{2}b^{n-3}+ab^{n-2}+b[\log _{10}n-1-]} a 2 n − b 2 n = ( a + b ) ( a 2 n − 1 − a 2 n − 2 b + a 2 n − 3 b 2 − . . . − a 2 b 2 n − 3 + a b 2 n − 2 − b 2 n − 1 ) {\displaystyle a^{2n}-b^{2n}=(a+b)(a^{2n-1}-a^{2n-2}b+a^{2n-3}b^{2}-...-a^{2}b^{2n-3}+ab^{2n-2}-b^{2n-1})} , burada n ∈ N {\displaystyle n\in N} a 2 n + 1 + b 2 n + 1 = ( a + b ) ( a 2 n + a 2 n − 1 b + a 2 n − 2 b 2 − . . .
Müxtəsər Ədəbiyyat Ensiklopediyası
Müxtəsər Ədəbiyyat Ensiklopediyası (rus. Краткая литературная энциклопедия) — "Sovet ensiklopediyası" nəşriyyatında 1962—1978-ci illərdə çapdan çıxmış 9 cildli ədəbi ensiklopediya. Əsas 8 cild 1962—1975-ci illərdə, əlavə 9-cu cild isə 1978-də çıxıb. Ensiklopediyada 12 mindən artıq müəllifin məqalələri var (yazıçıların şəxsiyyətləri, dövrlərin tədqiqi, ədəbi terminlərin, cərəyanların, ədəbi qrupların, ədəbiyyatşünaslığın və mətbuatın xarakteristikaları və s.); əlifba göstəricisi 35 000-ə yaxın adların və terminlərin olduğunu göstərir. Tirajı 100 000 nüsxəyə çatmışdır. Baş redaktor vəzifəsini SSRİ Yazıçılar İttifaqının katibi Aleksey Surkov tuturdu, faktiki rəhbərliyi isə baş redaktor müavini Vladimir Jdanov edirdi, 1969-cu ildə isə onu A. F. Yermakov əvəz etdi. Birinci cildin ön söz bölməsində ensiklopediyaya "qısa" adının verilməsinin izahı belə verilib: "ədəbi biliklərin ətraflı toplusu deyil", həmçinin əlavə edilib ki, fundamental ədəbi ensiklopediyasının yaradılması "gələcəyin işi"di, lakin sonradan daha ətraflı ensiklopediya çap olunmadı. Ümumiyyətlə ensiklopediya "yüksək peşekarlıq və səylə hazırlanmış nəşrdi". Birinci cild.Aarne — Qavrilov 1962. İkinci cild.
Müstənsir (Abbasi-Məmlük xəlifəsi)
Müstənsir, Tam adı: Əbül Qasım Əhməd bin Zahir əl-Müstənsir Billah ( ərəb : ‏أبو القاسم أحمد المستنصر بالله الثاني‎) (ö. 1262) 58. 58-ci İslam xəlifəsi . O, həmçinin əl-Müstənsir Billah ət-Sani (İkinci Müstənsir Billah( kimi də tanınır. Abbasilər sülaləsinə mənsubdur. O, 1261-1262-ci illər arasında Qahirədə Məmlük dövlətinin himayəsi altında xəlifəlik etmişdir.
Şəki xanlarının müxtəsər tarixi
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII–XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. == Tədqiqi == "Şəki xanlarının müxtəsər tarixi" elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B. Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B. Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: "1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: "Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın "Maarif işçisi" jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi "Tənqid və mülahizələr" adlı məqaləsində aşkara çıxarıb.
Şəki xanlarının müxtəsər tarixi (kitab)
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII–XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. "Şəki xanlarının müxtəsər tarixi" elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B. Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B. Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: "1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: "Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın "Maarif işçisi" jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi "Tənqid və mülahizələr" adlı məqaləsində aşkara çıxarıb.