Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mədrəsə
Mədrəsə, Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələr. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır. == Tarix == VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə Ispaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Bünövrəsi VIII–IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam etdi. Mübaliğəsiz demək olar ki, X–XIV əsrlərdə Islam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil edirdi. Ən böyük universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yerləşirdi, ən güclü alimlər burada çalışırdılar. Bu dövrdə Azərbaycan şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərirdi.
Məşrutə
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Mərəzə
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == === "Mərəzə" adının mənşəyi haqqında === Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Məşrif
Məşrif — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Məşrif kəndi Yenikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqda Məşrif kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 831 nəfərdir.
Şərəfə
Şərəfə (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Şərəfə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Əşrəf
Əşrəf — ad. === Qadınlar === Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. === Kişilər === Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Mədrəsə-məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. == Haqqında == Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. == Həmçinin bax == İmamqulu məktəb-məscidi == İstinadlar == == Mənbə == "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə (1990)
== Məzmun == Filmdə gənclərin dinə qayıdışından bəhs olunur.
Mədrəsə (dəqiqləşdirmə)
Mədrəsə — Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələrin ümumi adı. Mədrəsə (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Mədrəsə (film, 1990) — Qısametrajlı sənədli film. Mədrəsə (şərab) — "Gəncə-Şərab 2" ASC-nin istehsalı olan şərab.
Mədrəsə (Şamaxı)
Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar. == Mədəniyyət == Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. == Din == Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Mədrəsə məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. == Haqqında == Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. == Həmçinin bax == İmamqulu məktəb-məscidi == İstinadlar == == Mənbə == "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə məscidi

Məşrutə Evi
Məşrutə Evi — və ya Konstitusiya Evi 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Məşrutə hərəkatı zamanı fədailərin və hərəkat üzvlərinin toplanma yeri olub. Məhz buna görə də bina hazırda Məşrutə Muzeyi kimi fəaliyyət göstərir. == Haqqında == Bina 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Binanı məşhur Təbrizli Hacı Vəli Memar tikib. Rastabazar küçəsində yerləşən bina Təbriz bazarının və Cümə məscidinin yaxınlığında yerləşir. Qacar dövrünün memarlıq nümunəsi olan bina gözəl tavanı və rəngli pəncərələri ilə fərqlənir. İki mərtəbəli binada yaşayan Kuzəkünani Məşrutə hərəkatı zamanı fəallıq göstərir və hərəkata maliyyə ayırır. Bundan başqa öz şəxsi evini fədailərin və hərəkat üzvlərinin qərargahına çevirir. Burada hərəkatın liderləri və fəalları Səttar xan, Bağır xan, Mirzə Əli Siqqətülislam, Əli Müsyo, Heydər xan Əmioğlu, Məhəmmədəli Tərbiyət daima yığışar və hərəkatla bağlı qərarlar verirdilər.
Məşrutə hərəkatı
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Məşrutə inqilabı
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Məşrutə parkı
Məşrutə parkı — Təbrizdə Məşrutə bulvarında Mərkəzi Sərnişin Terminalının yanında yerləşən park. Məşrutə inqilabının şərəfinə adlandırılan bu parkda Səttar xanın heykəli qoyulub. == Haqqında == Təbrizdə yerləşən Məşrutə parkı 2009-cu ildə istifadəyə verilib. Park Məşrutə bulvarında Təbriz Mərkəzi Sərnişin Terminalının yanında yerləşir. Park Məşrutə inqilabına həsr olunduğu üçün burada Səttar xana heykəl qoyulub. Burada yaşıllıq salınıb və insanların istirahəti üçün şərait yaradılıb.
Zincirli mədrəsə
Zəncirli mədrəsə (Krım tatarcası: Zıncırlı mədrəsə) — Krım bölgəsinin paytaxtı Bağçasarayda olan bir mədrəsə. Krım xanlarının və tarixi Müftülük binasının yerləşdiyi Salacık səmtində yerləşir. I Mənqli Gəray xan tərəfindən 1500-cü ildə inşa etdirilib. I Mənqli Gəray Bağçasaraydakı tarixi Xansarayı tikdirməkdən əvvəl Zəncirli mədrəsə bütün Şimali Qafqazdan Ural dağlarına qədər xidmət edən bir qurum halına gətirmişdir. Bu mədrəsədə dərs verəcənlərin və oxuyacaq tələbələrin dolanışıqlarını ödəmək üçün gəliri yüksək olan torpaqlar vəqf etdi. == İnşaası == Xanın mədrəsənin təməli atılanda şəxsən öz əlləri ilə qazdığı və daş daşıdığı rəvayət edilir. Bina başa çatanda isə mədrəsənin qapılarına çarpaz bir formada bir zəncir bağlanmışdır. Hazırda qapı girişində yerləşən bu zəncir mədrəsəyə girən tələbələrin əyilərək girməsini zəruri etdiyindən təvazökar olma yolunda təhsilə ilk addım kimi qəbul edilirdi. Mədrəsənin açılışında Xanın söylədiyi "Ağıl adamı alicənab edir, ağlı kamilliyin yolu isə elmə bağlıdı. Elmə hörmət etməyən, xan olsun, ya da padşah, o bir şeyə əsas ola bilməz, tez ya da geç o bunun zərərini görər.
Qaliya (mədrəsə)
Qaliya — 1906-cı ilin oktyabrından 1919-cu ilə qədər Ufada başqırdlar, tatarlar və digər türk xalqlarının təhsili üçün ikinci Ufa məscidində yaradılmış mədrəsə. 1919-cu ildən - başqırdlar və tatarlar üçün məktəbi idi. Mədrəsənin yaradıcısı və 1918-ci ilə qədər müdiri Ziyaitdin Kamaletdinov (Ziya Kamali) olmuşdur. == Təhsil prosesi == Mədrəsədə təhsil altı il idi; 15 yaşdan 45 yaşa qədər olan tələbələri imtahan əsasında qəbul edirdilər; Müraciət edən hər kəsdən ibtidai təhsil tələb olunurdu. Təhsil proqramında əsas yeri ənənəvi fənlər: İslamın tarixi və fəlsəfəsi, Quranın təfsiri, Məhəmməd peyğəmbərin həyatı, həmçinin: ərəb, osmanlı, rus, türk dilləri tuturdu. Bu fənlərin tədrisi ali təhsil müəssisələri səviyyəsində tədris olunurdu. Psixologiya, pedaqogika, didaktika, ədəbiyyat, xəttatlıq da öyrənilirdi. Müəllimlər Z.Kadıri, T.Badiqi, S.Ziqanşin, L.Biksurin, Q.Terequlov, X.Fazılov, İ.Abdışev və s. idi. Müəllimlərin çoxu Misir, Suriya, Türkiyə və başqa ölkələrdə təhsil almış müəllimlər idi.
Babarəhim Məşrəb
Babarəhim Məşrəb (1657[…], Nəməngan – 1711[…], Bəlx, Bəlx vilayəti) — Özbəkistan şairi. == Həyatı == Babarəhim Məşrəb (1657–1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir. Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.
Mərəzə gəvəni
Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz dağlarında yayılmışdır. == Botaniki təsviri == 30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.
Mərəzə rayonu
Qobustan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir. == Etimologiyası == Qədim yaşayış mərkəzlərindən olan Qobustan Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan "qobu" (qobi) — quru, susuz yer. ölkə, oba mənasnı daşıyır. Landşaftşünaslıda "qobu" quru və ya müvəqqəti su axan olan dərə, yarğan landşaflarına deyilir. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, müqqəddəs yer mənasında ərəbcə "qabustan’' sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" — Allaha yaxın.
Mərəzə xalçaları
Mərəzə xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == "Mərəzə" adlı xalçalar təkcə Mərəzədə (indiki Qobustan) deyil, "Çuxanlı", "Nabur", Göylər" və başqa xalçaçılıq məntəqələrində istehsal olunur. Ticarət bazarlarında "Mərəzə" xalçalarına "Qobustan" ("Kavıstan", "Kovıstan"), "Kabristan" və ya "Qebrıstan" deyir, bəzən isə səhvən "Mərəzəli" adlandırırdılar. == Bədii xüsusiyyətləri == "Mərəzə" adını daşıyan xalçalar Şirvan tipli xalçaların ən qədimlərindən hesab olunur. Onların çox müxtəlif kompozisiyaları var. Burada onların əsas variantları təqdim edilmişdir. === Birinci variant === Birinci variantlı "Mərəzə" xalçasının ara sahəsinin kompozisiyası Azərbaycanın digər xalçalarının kompozisiyasından əhəmiyyətli şəkildə fərqlənir. Bu xalçaların bütün sahəsi şaquli istiqamətdə enli zolaqlara bölünmüşdür. Zolaqların bəzəkləri əsas etibarilə "İlanqaç" adlanan budaqda yerləşmişdir. Bu zolaqlar əsrlər boyu Hindistanda istehsal olunan tirmə parçadan götürülümüş, sonra assimlyasiya edərək xalçaçılıq sənətinin xüsusiyyətlərini əldə etmiş və şəklini dəyişmişdir.
Şərəfə (Germi)
Şərəfə (fars. شرفه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (31 ailə).
Şərəfə (Masallı)
Şərəfə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Şərəfə (Şərəf-abad) kəndində 54 evdə 202 nəfəri kişilər, 132 nəfəri isə qadınlar olmaqla 334 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi. Şərəfə kənd inzibati ərazi dairəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir. 2012-ci ilin sonuna olan məlumata əsasən bu ərazi dairəsinin sahəsi 1.121 hektar, əhalisi isə 3.962 nəfərdir. Şərəfəlilər Böyük Vətən müharıbəsində və Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmuş, itkin və şəhidlər vermişdir. Hazırda kəndin əhalisi 2331 nəfərdir. == Toponimiyası == Keçmiş adı Şərəfabad olmuşdur. Şərəfə bu adın qısaldılmış formasıdır.
Əşrəfi yatağı
Əşrəfi yatağı — Xəzərin Azərbaycan sahilində, Bakının 105 kilometr cənub-şərqində, Qarabağ neft yatağının qərbində yerləşən qaz və neft yatağı. == Dan Ulduzu-Əşrəfi bloku == Dan Ulduzu-Əşrəfi bloku üçün ARDNŞ və Şimali Abşeron Əməliyyat Şirkəti (abr. ŞAƏŞ) konsorsiumu arasında kəşfiyyat, inkişaf və hasilat haqqında istehsal bölgüsü razılaşması (İBR) 14 dekabr 1996 tarixində imzalanmışdır. Müqavilə sahəsi 453 km² idi. Yatağın yerləşdiyi ərazidə suyun dərinliyi 160–180 metr arasındadır. Razılaşmaya əsasən, 3 kəşfiyyat quyusu qalılacaqdı, əgər uğurlu olarsa, istehsalat 2003-cü ildə başlayıb, 2007-ci ildə 7 milyon tona çatacaq hasilat ilə bitəcəkdi. Ümumi kapital investisiyası 2.5 milyard dollar olacağı ehtimal olunur. 3 kəşfiyyat quyusunun qazılmasından sonra Dan Ulduzunda 2 milyon ton neft, 1998-ci ilin yanvar ayında isə, Əşrəfi yatağında 6 milyon ton neft aşkar edilmişdir. 1998–2001-ci illərdəki kəşfiyyat mərhələsində neftin bir barrelinin qiyməti 20 dollardan aşağı idi. Enerji qiymətlərinin aşağı olması səbəbindən blok kommersiya cəhətdən etibarlı sayılmamış və beləliklə də tərk edilmişdir.
Məsafə
Məsafə – riyaziyyat və ümumiyyətlə həyatda iki nöqtə arasındakı uzaqlığı bildirir, azərbaycan dilinə ərəbcədən keçmişdir. İki nöqtə arasındakı məsafə onları birləşdirən düz xətt parçasının uzunluğuna deyilir. İki əşya arasındakı məsafə onların bir-birinə ən yaxın yerdən birləşdirən parçanın uzunluğudur. Kiçik məsafəni ölçmək üçün xətkeşdən istifadə edilir. İki nöqtə Oxyz koordinat sistemində, yəni klassik Evklid həndəsəsində (fəzasında) A ( x 1 , y 1 , z 1 ) {\displaystyle A(x_{1},y_{1},z_{1})} və B ( x 2 , y 2 , z 2 ) {\displaystyle B(x_{2},y_{2},z_{2})} nöqtələri arasında müxtəlif məsafə anlayışları mövcuddur, məsələn: (birinci məsafənin adi euclidienne məsafəsidir). | A B | = ( x 2 − x 1 ) 2 + ( y 2 − y 1 ) 2 + ( z 2 − z 1 ) 2 {\displaystyle |AB|={\sqrt {(x_{2}-x_{1})^{2}+(y_{2}-y_{1})^{2}+(z_{2}-z_{1})^{2}}}} və s. Qeyri-evklid həndəsəsində məsafə adi təsəvvürdə olan məsafələrdən fərqlidir.
Məsdərə kilsəsi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. == Memarlıq xüsusiyyətləri == Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Məsdərə məbədi

Sıx meşədə
Sıx meşədə (藪の中, Yabu no naka) — Yaponiya yazıçısı Rünoske Akutaqava tərəfindən yazılmış, ilk dəfə 1922-ci ildə nəşr edilmiş hekayə. Bu, 2014-cü ildə "The Telegraph" tərəfindən "bütün zamanların 10 ən yaxşı Asiya romanı" siyahısına daxil edilmişdir. "Sıx meşədə" hekayəsinə bir neçə dəfə başqa medialarda əsər tərtib edilmişdir. Akira Kurosava tərəfindən 1950-ci ildə hekayə əsasında çəkilmiş "Raşomon" filmi bir neçə mükafata layiq görülmüşdür. Hekayə cəsədi Kioto yaxınlığındakı bambuk meşəsində tapılmış gənc samuray Kanazava no Takehironun dəhşətli ölümü ətrafında cərəyan edir. Əvvəlki hadisələr ilk növbədə ətrafda olanlar, köməkçi polis məmurunun və onun tanışı, sonra isə üç əsas personajın – samuray, arvadı Masaqo və quldur Tacomarunun ifadələrinə əsasən təqdim edilir, lakin məlumatların ziddiyyətli olmasına görə həqiqət gizli qalır. == Nəşri == "Sıx meşədə" ilk dəfə Yaponiya aylıq ədəbiyyatı jurnal olan "Şinço"nun 1922-ci il yanvar sayında çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Murray, Giles. Breaking into Japanese Literature. Kodansha.