Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Mirzə İsmayıl Məhzun
Mirzə İsmayil Məşədi Qasım oğlu Hacılı-Cavanşir (1828, Şuşa – 1894, Şuşa) — şair, xəttat, Şuşada fəaliyyət göstərən Məclisi-Fəramuşan ədəbi cəmiyyətinin üzvü. Mirzə İsmayıl Məhzun 1828-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Atasının yanında sərraclığı öyrənmişdi. Bir müddət əttarlıq etmişdi. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Məktəbdarlıqla məşğul olmuşdu. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Mirzə İsmayıl mahir xəttat idi. Mirzə İsmayıl Məhzun 1894-cü ildə vəfat edib.
Əli Məhzun Rəhimov
Əli Məhzun Zeynalabdinzadə Rəhimov (təxəllüsü: Yetim cücə) — şair Əli Məhzun Zeynalabdinzadə Rəhimov: "Molla Nəsrəddin" çilərdən biri, "Bürhani-həqiqət jurnalının müdiri və mühərriri kimi tanınmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, bəzən başqa müəlliflərin əsərləri kimi qələmə verilən satirik şeirləri müxtəlif mətbu orqanlarda dərc olunmuşdur. Molla Nəsrəddinçi Əli Məhzun Rəhimovun "İranlı olmasaydı" satirik şeirinin "Mollanəsrəddin" ədəbi məktəbinin istedadlı nümayəndələrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan "Seçilmiş əsərləri" və 1964-cü ildə çapdan buraxılan "Seçilmiş şeirləri" kitabına daxil edilməsi maraq doğurur. "İranlı olmasaydı" satirik şeiri "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin sonunda müəllifin gizli imzası "Yetim cücə" kimi göstərilməsi Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ.Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt odur ki, "Yetim cücə"B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabdinzadə Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli adimzanın həqiqətən də "Bürhani-həqiqət" məcmuəsinin 1917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində "Hərdənbir" başlığı ilə dərc olunan yazının Əli Məhzuna məxsus olduğu və həmin yazının "Yetim cücə" gizli adı ilə verilməsi bu məsələyə aydınlıq gətirir. Bu barədə ilk dəfə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Özgə imzalar" sərlövhəsi ilə "Azərbaycan" jurnalının 1989-cu il 1-ci sayında (səh.176-180)çap etdirdiyi məqaləsində, sonra isə Bayraməli Abbaszadəyə həsr etdiyi "Tufanlardan keçən ömür" (Bakı, Sabah, 1995, səh.40-41)monoqrafiyasında məlumat vermişdir. "Molla Nəsrəddin" məcmuəsində "İrəvan səyahətim"adlı yazıda oxuyuruq: "…Çıxıb bazara Yetim cücəni… Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər…" Məlum faktdır ki, Yetim cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar danılmaz faktdır. Hüseyn Həşimli.
Əli Məhzun Zeynalabdinzadə Rəhimov
Əli Məhzun Zeynalabdinzadə Rəhimov (təxəllüsü: Yetim cücə) — şair Əli Məhzun Zeynalabdinzadə Rəhimov: "Molla Nəsrəddin" çilərdən biri, "Bürhani-həqiqət jurnalının müdiri və mühərriri kimi tanınmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, bəzən başqa müəlliflərin əsərləri kimi qələmə verilən satirik şeirləri müxtəlif mətbu orqanlarda dərc olunmuşdur. Molla Nəsrəddinçi Əli Məhzun Rəhimovun "İranlı olmasaydı" satirik şeirinin "Mollanəsrəddin" ədəbi məktəbinin istedadlı nümayəndələrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan "Seçilmiş əsərləri" və 1964-cü ildə çapdan buraxılan "Seçilmiş şeirləri" kitabına daxil edilməsi maraq doğurur. "İranlı olmasaydı" satirik şeiri "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin sonunda müəllifin gizli imzası "Yetim cücə" kimi göstərilməsi Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ.Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt odur ki, "Yetim cücə"B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabdinzadə Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli adimzanın həqiqətən də "Bürhani-həqiqət" məcmuəsinin 1917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində "Hərdənbir" başlığı ilə dərc olunan yazının Əli Məhzuna məxsus olduğu və həmin yazının "Yetim cücə" gizli adı ilə verilməsi bu məsələyə aydınlıq gətirir. Bu barədə ilk dəfə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Özgə imzalar" sərlövhəsi ilə "Azərbaycan" jurnalının 1989-cu il 1-ci sayında (səh.176-180)çap etdirdiyi məqaləsində, sonra isə Bayraməli Abbaszadəyə həsr etdiyi "Tufanlardan keçən ömür" (Bakı, Sabah, 1995, səh.40-41)monoqrafiyasında məlumat vermişdir. "Molla Nəsrəddin" məcmuəsində "İrəvan səyahətim"adlı yazıda oxuyuruq: "…Çıxıb bazara Yetim cücəni… Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər…" Məlum faktdır ki, Yetim cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar danılmaz faktdır. Hüseyn Həşimli.
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Məhsul
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Boş məhsul
Riyaziyyatda boş məhsul və ya sıfır məhsul heç bir vuruğun vurulmamasının nəticəsidir. Konvensiyaya görə, boş cəm də olduğu kimi — heç bir rəqəmin əlavə edilməməsinin nəticəsi — sıfırdır. Rəqəmlər nəzərdə tutulduqda, boş məhsul birə bərabər olur. Boş məhsul termini hesab əməliyyatlardan bəhs edərkən ən çox yuxarıdakı mənada istifadə olunur. Bununla belə, termin kompüter proqramlaşdırmasında çoxluq-nəzəri kəsişmələri müzakirə edərkən istifadə olunur.
Bərk məhlul
Bərk məhlul– müxtəlif elementlərin atomlarının ümumi kristallik qəfəsdə yerləşdiyi dəyişən tərkib fazaları. == Təsnifat == Nizamsız (atomların xaotik yerləşməsi ilə), tam və ya qismən nizamlı ola bilərlər. Eksperimental olaraq, nizamlılıq əsasən rentgen struktur analizi ilə müəyyən edilir. Bərk məhlul yaratma qabiliyyəti bütün kristallik bərk cisimlər üçün xarakterikdir. Bir çox hallarda bu dar konsentrasiya həddləri ilə məhdudlaşır, lakin davamlı bərk məhlullar sıralı sistemlər də məlumdur (məsələn, Cu-Au, Ti-Zr, GaAs-GaP). Əslində, təmiz hesab olunan bütün kristallik maddələr, çox az tərkibli qarışığı olan bərk məhlullardır. Üç növ bərk məhlul var: əvəzedilmiş bərk məhlullar; daxil edilmiş bərk məhlullar; çıxarılmış bərk məhlullar. Yum-Rozerinin yarıempirik qaydalarına əsasən, əvəzedilmiş bərk məhlulların davamlı sırası metallik sistemlərdə ancaq o elementlərlə yaradılır ki, onlar birincisi, ölçülərinə görə bir-birinə yaxın olan atom radiuslarına malikdirlər (15%-dən çox fərqli olmamaq şərtilə) və ikincisi, gərginliyin elektrokimyəvi sırasında bir-birindən çox uzaq yerləşmirlər. Bu zaman elementlər eyni tip kristallik qəfəsə malik olmalıdırlar. Yarımkeçirici və dielektrik əsaslı bərk məhlullarda, daha "boş" kristallik qəfəslər sayəsində əvəzedilmiş bərk məhlulların yaranması atom radiuslarının böyük fərqi zamanı da mümkündür.
Doymuş məhlul
Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.
Məczub Təbrizi
Məczub Təbrizi — şair. Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizi haqqında Vəliqulu bəy Şamlu "Qisəsi-Xaqani" adlı təzkirəsində yazır:"Onun əsli təbrizlidir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür. Qəzəldə Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik "Şahrahi-nicat"adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən artıqdır". Məczubun təvəllüd tarixi məlum deyil. Bir rübaidən aydın olur ki, o,1682-ci ildə vəfat etmişdir.
Məhbub Hüseynzadə
Məhbub Şüküroğlu
Məhcur Şirvani
Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi. XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII - XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır. Firidunbəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində onun “Gəl, vəqtidir” rədifli tərcibəndini çap etdirib. Ədəbiyyatşünaslıqda “Qisseyi-Şirzad” poemasının Məhcur Şirvaniyə məxsus olması haqqında fikir vardır.
Məhdud dövlət
Məhdud dövlət və ya məhdud hökumət — siyasi fəlsəfədə heç bir qüvvəyə malik olmayan dövlətin və ya hökumətin onun konstitusiyasında təsbit edilmiş qanunlarla gücləndirilməsi və ya məhdudlaşdırılmasını nəzərdə tutan fikir. Bu, liberalizm tarixindəki açar anlayışlardandır. ABŞ Konstitusiyası ABŞ federal hökumətinin konstitusiyada qeyd edilmiş qüvvədən əlavə hər hansı bir qüvvəyə malik olmadığını qeyd edir. Konstitusiyanın onuncu düzəlişində açıq şəkildə bildirilir ki, spesifik olaraq federal hökumətə verilməmiş qüvvə xalq və ştatlar üçün saxlanılır. ABŞ bu hökumət formasından istifadə edən ən tanınmış nümunələrdəndir. ABŞ-nin məhdud dövləti yoxlama və balans sisteminə bölünür ki, dövlət daxilindəki qollar bölüşdürülmüş məsuliyyətləri olsun və digərindən üstün bir şöbə mövcud olmasın. "Magna Carta" və ABŞ Konstitusiyası dövlət gücünü məhdudlaşdırılmaşında böyük əhəmiyyət kəsb edir. Məhdud dövlət termininin ən erkən istifadəsi XVI əsrin axırlarına, kral I Ceymsin hakimiyyət dövrünə təsadüf edir. Məhdud dövlətin tətbiqi fərdi azadlığın dövlət müdaxiləsindən qorunmasını əhatə edir.
Məhdud yurisdiksiya
Məhdud yurisdiksiya və ya xüsusi yurisdiksiya — məhkəmənin yalnız müəyyən məsələlər üzrə, məsələn, müflisləşmə, ailə hüququ və s. məsələlər üzrə yurisdiksiyaya malik olmasını bildirir. Ümumi yurisdiksiyalı məhkəmələrdən fərqli olaraq, məhdud yurisdiksiyalı məhkəmələrə konstitusiya və ya qanunla belə səlahiyyətlər verilir. Məhdud yurisdiksiyalı məhkəmələr baxılan iş üzrə xüsusi səlahiyyətli məhkəmə olduqlarını göstərməlidirlər. Bunun əksinə, ümumi yurisdiksiyalı məhkəmələrin isə yalnız şəxsə görə yurisdiksiyalarının olduqlarını sübut etmələri kifayət edir.
Məhsul (Zaqatala)
Məhsul — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əliabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Məhsul qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Məhsul (biznes)
'Marketinqdə məhsul' — bazara təqdim edilə bilən və istehlakçıların ehtiyaclarını ödəyəcək bir məhsul və ya xidmət. Məhsullar maddi və qeyri-maddi olaraq bölünür. Sonunculara səyahət agentliyi xidmətləri və ya iş mühasibatı kimi xidmətlər daxildir. Bazarda olan bütün məhsullar təmiz mallardan təmiz xidmətlərə qədər dəyişə bilər. Təmiz xidmətlər, bir məhsulun əldə edilməsini müşayiət edən bütün fayda və satınalmaların əhəmiyyətli bir hissəsi hesab olunur, buna görə də xidmətin inkişafı və əlaqədar rəqabət işin vacib bir hissəsinə çevrilir. Bir məhsul maddi və ya qeyri -maddi olaraq təsnif edilə bilər. Maddi bir məhsul, bina, nəqliyyat vasitəsi, qadjet və ya geyim kimi toxunmaqla qəbul edilə bilən fiziki bir obyektdir. Qeyri-maddi məhsul, sığorta polisi kimi yalnız dolayı yolla qəbul edilə bilən bir məhsuldur. Xidmətlər geniş şəkildə dayanıqlı və ya qısamüddətli ola biləcək qeyri-maddi məhsullar kimi təsnif edilə bilər. Sears, Roebuck və Company onlayn məhsul kataloqlarında məhsullarını "şöbələr" olaraq təsnif edir və sonra məhsullarını funksiyası və ya markası ilə potensial müştərilərə təqdim edir.
Məhsul (dəqiqləşdirmə)
Məhsul Məhsul (qəzet) Məhsul (biznes) Məhsul (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda qəsəbə. 5 oktyabr 1999-cu ildə ləğv olunub. Məhsul (stadion) – Bakı şəhəri, Yasamal rayonunda stadion.
Məhsul (qəzet)
Məhsul — 1931-ci ildən bəri nəşr olunan qəzet. Biləsuvar rayonu İcra Hakimiyyətinin orqanı olan "Məhsul" qəzeti 1931-ci ildə təsis edilmişdir. Qəzet ilk dəfə " Qırmızl pambıqçı" adı ilə fəaliyyət göstərmişdir. Qəzetin ilk redaktoru Hüseyin Natiq olmuşdur. Qəzet keçən əsrin əllinci illərində "Yeni Muğan" adı ilə çap olunmuşdur. Qəzetin redaktoru 1955-1957-ci illərdə Əliyev Musaxan İsaxan oğlu idi. Qəzet 1957- ci ildən hal-hazıra kimi "Məhsul" adı nəşr olunur. 1957-2000-ci illərdə qəzetin baş redaktoru Əzizov Həmdulla Abdulla oğlu olmuşdur. 2000-2003-cü illərdə qəzetin redaktoru Quliyev Böyükbəy Həbib oğlu, 2003-2009-cu illərdə Şahbazov Surxay Qəhrəman oğlu və 2009-2016-cı illərdə Əhmədov Muxtar İsmayıl oğlu işləmişdir. 2017-ci ildən hal-hazıra kimi "Məhsul" qəzetinin baş redaktoru vəzifəsində Bağırov Qənbərəli Əliqulu oğlu fəaliyyətini davam etdirir.
Məhsul yerləşdirmə
Məhsul yerləşdirmə (ing. product placement, hərfi tərcümə məhsulun yerləşdirilməsi) — filmlərdə, televiziya proqramlarında, kompüter oyunlarında, musiqi kliplərində, kitablarda, illüstrasiya və rəsmlərdə qəhrəmanların istifadə etdiyi rekvizitlərin əsl kommersiya analoquna malik olmasından ibarət olan gizli reklamın qəbulu. Ən çox reklam edilən məhsulu, onun loqosunu birbaşa nümayiş etdirməklə yanaşı, məhsulu müsbət mənada qeyd etməkdə də özünü göstərə bilər. Peşəkar ədəbiyyatda məhsulun yerləşdirilməsi adətən PP abbreviaturası ilə qeyd olunur. 2006-cı ilin aprelində Broadcasting & Cable, reklam verənlərin üçdə ikisinin məhsul yerləşdirməsindən istifadə etdiyi statistikasını açıqladı, bunun 80%-i televiziya proqramlarından gəlir. Məhsulun yerləşdirilməsində bir neçə əsas komponenti ayırmaq adətdir: mənbə (müştəri şirkət), mesaj (PP-nin növləri və növləri nəzərdə tutulur), kanal (hər hansı bir televiziya məhsulu), alıcı (seçilmiş kanalın hədəf auditoriyası). Березкина О. П. Product Placement. Технология скрытой рекламы. — Спб.: Питер, 2009. — 208 с.
Mənzum dram
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ‎; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988). Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi. Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.Hətta siyasi həbsxana kimi tanınan bəzi həbsxanalar, yalnız siyasi məhbusların saxlanılması üçün ayrılıb.
Hacı Məhəmmədcəfər Məczub
Hacı Məhəmmədcəfər Məczub — Azərbaycan şairi. == Həyatı == Hacı Məhəmmədcəfər bəy 1756-cı ildə Həmədan əyalətinin Kəbudər Ahəng şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Hacı Məhəmmədcəfər bəy şair idi. Məczub təxəllüsü ilə klassik üslubda şeir yazırdı. O, 1823-cü ildə Təbriz şəhərində vəfat edib. == Yaradıcılığı == Təsəvvüf terminlərindən olan "Məczub" sözü ("Məczub – cəzb olunmuş. Sufi termini kimi o kəsə deyilir ki, Allah onu özü üçün seçmiş və müqəddəs su ilə pak etmişdir. Bu cür şəxs əzab və zəhmətsiz yüksək mərtəbə və məqamlara çatar" - Seyyid Cəfər Səccadi. Estelahat və təbirate-erfani.
Mehmud (aktyor)
Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsa da, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb.
Nahel Merzuk
Nahel Merzukun qətli — 27 iyun 2023-cü il tarixində 17 yaşlı əlcəzairəsilli Fransa vətəndaşı Nahel Merzukun Fransanın paytaxtı Parisin şəhərətrafı Nanter rayonunda vəsiqəsi olmadan avtomobili idarə etməsindən və polis təqibindən sonra yolda dayanarkən polis əməkdaşı tərəfindən odlu silah ilə qətlə yetirilməsi. Merzuku güllələyən polis əməkdaşı səlahiyyətlilər tərəfindən "vəzifəli şəxs tərəfindən könüllü öldürmə" şübhəsi ilə həbs edilmişdir. Qətl hadisəsi genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olmuşdur ki, bu zaman bələdiyyələr, məktəblər və polis məntəqələri kimi dövlətin simvollarına, eləcə də supermarketlər kimi digər binalara hücum edilmiş, avtomobillər və zibil qutuları yandırılmışdır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlarla bağlı 1,350-dən çox avtomobil yandırılmış, 1,300-dən çox şəxs həbs edilmişdir.