Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müasirlik
Müasirlik – humanitar və sosial elmlərin mövzusu olan tarixi dövr (müasir dövr), eləcə də, İntibahdan sonra yaranan spesifik sosial-mədəni normalar, münasibət və təcrübələr toplusu. Bəzi şərhçilər 1930-cu ildə, 1945-ci ildə İkinci Dünya Müharibəsi və ya 1980 və ya 1990-cı illərdə müasirlik dövrünün başa çatdığını düşünürlər; Növbəti dövr postmodernlik adlanır. "Müasir tarix" termini müasir və ya postmodern dövrə istinad etmədən 1945-ci ildən sonrakı dövrə aid etmək üçün də istifadə olunur. Sahədən asılı olaraq, "müasirlik" müxtəlif zaman dövrlərinə və ya keyfiyyətlərə istinad edə bilər. Tarixşünaslıqda 16–18-ci əsrlər ümumiyyətlə erkən müasir dövr kimi müəyyən edilir, uzun 19-cu əsr isə "müasir tarix"ə uyğundur. O, bir-biri ilə əlaqəli müxtəlif tarixi prosesləri və mədəni hadisələri (modadan müasir müharibəyə qədər) əhatə etsə də, onların yaratdığı şəraitin subyektiv və ya ekzistensial təcrübəsinə və onların insan mədəniyyətinə, institutlarına və siyasətinə davam edən təsirlərinə istinad edə bilər. 19-cu və 20-ci əsrin sonlarında modernist incəsənət, siyasət, elm və mədəniyyət təkcə Qərbi Avropa və Şimali Amerikada deyil, dünyanın demək olar ki, bütün əhalisi olan regionlarında, o cümlədən anti-Qərb və anti-qloballaşma olduğu düşünülən hərəkatlarda üstünlük təşkil edirdi. Müasir dövr fərdiyyətçilik, kapitalizm urbanizasiya və texnoloji və siyasi tərəqqinin imkanlarına inamın inkişafı ilə sıx bağlıdır.Müharibələr və bu dövrün digər dərk edilən problemləri, bir çoxu sürətli dəyişikliklərin təsirləri və nəticədə ənənəvi dini və etik normaların zəifləməsi nəticəsində müasir inkişafa qarşı bir çox əks reaksiyalara səbəb olmuşdur. Optimizm və davamlı tərəqqiyə inam ən son postmodernizm tərəfindən tənqid edilir, Qərbi Avropa və İngiltərə-Amerikanın digər qitələr üzərində hökmranlığı isə postkolonial nəzəriyyə tərəfindən tənqid edilir. == Tərif == === Siyasi === Siyasi baxımdan müasirliyin birinci mərhələsi orta əsrləri və Aristotelin siyasəti onun necə olması lazım olduğu ideyaları ilə ziddiyyət təşkil edərək təhlil etmə üsulunu açıq şəkildə rədd edən, əslində necə baş verdiyinin real təhlilinə üstünlük verən Nikkolo Makiavellinin əsərləri ilə başlayır.
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Zahirilik
Zahirilik — məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olar. == Tarixi == İslamın içində fərqli mövqeyi ilə seçilən bu məzhəb iki nüfuzlu alim tərəfindən meydana çıxarılmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Digəri alim isə İbn Həzm əl-Əndəlüsidir (h.384/m994) Davud əz-Zahiri kimi tanınan bu şəxs islam hüququnda ilk təhsilini imam Şafeidən almışdır. Davud əz-Zahiri çox zəngin hədis bilgisinə malik idi. Ancaq zahiri olduğuna və "əlinizdəki Kİtab məxluqdur" dediyinə görə, ondan kimsə hədis nəql etməmişdir. Hətta, Əhməd ibn Hənbəldən hədis dərsləri almaq istərkən, imam Əhməd onunla görüşməkdən yayınmışdır. İbn Həzmə gəldikdə isə o, əvvəllər Maliki fiqhinə bağlanmış, sonralar Şafeinin "İxtilafu Malik" adlı əsərin oxuduqdan sonra maliki məzhəbindən şafei məzhəbinə keçmişdir. Ancaq İbn Həzm şafei məktəbində çox uzun müddət qalmır.
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır.Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər.Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər. Bu din həm Şərqə, həm də Qərbə doğru fövqəladə bir sürətlə yayılmış; Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya və Balkanlarda min il müddət ilə dağınıq və davamsız şəkildə varlığını davam etdirmişdir. Halbuki, əsl inkişafını doğulduğu torpaqlar olan Mesopotamiya, Babil və İranda reallaşdırmış və Şərqdə təsirini X əsrdən sonralara qədər davam etdirdiyi Türkistan, Şimali Hindistan, Qərbi Çin və Tibetə qədər yayılmağı bacarmışdır.
Tahirli
Tahirli — Azərbaycanda işlədilən soyad və coğrafi yer adı. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Natiq Tahirli Sevda Tahirli Abid Tahirli Sahil TahirliKəndlər Tahirli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Tahirli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Abid Tahirli
Natiq Tahirli
Natiq Namiq oğlu Tahirli (28 oktyabr 1997, Almu, Lerik rayonu – 17 may 2016, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Natiq Tahirli 28 oktyabr 1997-ci ildə Lerik rayonunun Almu kəndində anadan olmuşdur. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci ilin sonlarında hərbi xidmətə yollanmışdır. Sərhəd Qoşunlarının əsgəri kimi Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Tahirli 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Aprel döyüşlərində vuruşmuşdur. Döyüşlərdə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Əsgər Natiq Tahirli 2016-cı ildə, mayın 17-si Azərbaycan-Ermənistan təmas xəttində, Tərtər-Goranboy istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində snayper gülləsinin dəyməsi nəticəsində şəhid olmuşdur. Müdafiə Nazirliyinin məlumatına əsasən, dərhal tədbirlər görülmüş və qarşı tərəfin canlı qüvvəsi məhv edilmişdir. Mayın 18-i Natiq Tahirli doğulduğu Lerik rayonunun Almu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Sahil Tahirli
Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin] == Həyatı == 1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib. 2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb. 2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. == Ailəsi == Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.
Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. == Təhsili və elmi fəaliyyəti == 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır. 1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.
Tahirli (Cəlilabad)
Tahirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Tahirli oyk., düz. Cəlilabad r-nunun Cəngan i.ə.v.-də Burovar silsiləsinin ətəyindədir; Yardımlı r-nunun Ərus i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Tahir antroponimi və -li mənsub, bildirən şək.-dən ibarətdir. Yaşayış məntəqəsini Ərus kənd icmasından Tahir adlı şəxs ona məxsus binə yerində saldığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Tahirli kəndinin iqlimi mülayim və qismən suptropikdir. Əsasən taxılçılıq, maldarlıq, kartofçuluq və üzümçülük inkişaf etmişdir. == Əhalisi == Əhalisinin əksəriyyətini gənclər və uşaqlar təşkil edir. Burada yaşlı təbəqə kənd əhalisinin 7–9 faizini təşkil edir.
Tahirli (Xudabəndə)
Tahirli (fars. طاهرلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
Tahirli (Yardımlı)
Tahirli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şahin Tahirli
Şahin Afat oğlu Tahirli (20 sentyabr 2001; Lerik rayonu, Azərbaycan — 7 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Tahirli 20 sentyabr 2001-ci ildə Lerik rayonunun Züvüc kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Lerik rayon Züvüc kənd tam orta məktəbində təhsil almışdır. 2018-2019-cu illərdə Mingəçevir Turizm Kollecində təhsilini davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Şahin Tahirli kollecin II kursunda oxuyarkən təhsilini dondurmuş və 2019-cu ilin oktyabrında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şahin Tahirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Tahirli 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Taleh Tahirli
Heydər Əliyev siyasəti: tarix və müasirlik (monoqrafiya)
Mamırlı
Mamırlı — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Mamırlı sözünün mənası şivyəkimilərdən olan rütubətli meşələrdə bitən Mamır sözündəndir. Vaxtı ilə həmin ərazidə yaşayan Alışarlar tayfası (Alaşallılar) bellərinə bağladıqları alaşalları boyamaq üçün Mamır bitkisindən istifadə etdikləri üçün Mamırlı-yəni Mamır bol olan yer sözü yaranmışdır. Alışarlar tayfası tədricən yox olmuş onların adları ilə adlandırılan qəbirsanlıq qalmışdır. Təsərrüfat işləri zamanı tapılmış küp qəbirlər və digər maddi mədəniyyət nümunələri tədqiqi göstərir ki, Mamırlı kəndi b.e.əvvəl yaşayış məskəni olmuşdur. Tarix müəllimi Cəfərov Məzahir Məhəmməd oğlu. == Əhalisi == Aynur Camalqızı — jurnalist, yazıçı.
Mamırlı şəlalə (Qax)
Mamırlı şəlaləsi Qax rayonunun Ləkit kəndində, Ləkit Kötüklü kəndinə gedən sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Şəlalə ətrafı piknik cənnətidir. Ləkit və Kötüklü kəndinə gələn turistlər mütləq buraları gəzməyə çıxırlar. == Şəlalə haqqında == Dəniz səviyyəsindən 550 m hündürlüyündə yerləşən Mamırlı şəlalənin hündürlüyü 15 m, eni 30 metrdir. Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlalə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.