Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahima Çaudxari
Mahima Çaudxari (ing. Mahima Chaudhry; d. 13 sentyabr 1973) — hind aktrisası və modeli. == Həyatı == 13 sentyabr 1973-cü ildə Kanadanın Kelouna şəhərində anadan olmuşdur. İnternat məktəbində təhsil almışdır. Əsl adı Rita Çaudxaridir. Kinoya çəkilməmişdən qabaq model işləmişdir. Ailəlidir, iki övladı var.
Mahatma
Mahatma (sanskritcə-mahatma) — 1)hind mifologiyası və teosofiyasında dünya ruhu;"ilahi və fövqəladə insan"; 2)Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Maxima
GNU Maxima — sərbəst yazılış modelinə görə genişləndirilmiş, Lisp dili ilə yazılmış komyuter dəstəkli cəbri sistemidir. Maxima bünövrəsini Macsyma sistemindən götürür. GNU TeXmacs riyaziyyat yönümlü redaktorlar Maxima üçün istifade edilək interfeyslərdən biridir. Maxima Common Lisp dili ilə yazıldığı üçün Lisp proqramlama mühitindən də Maximaya bağlanmaq mümkündür.
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri, milliyətçi. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Mahdiya (vilayət)
Mahdiya vilayəti (ərəb. المهدية‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Mahdiya vilayətinin ərazisi 2 878 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Mahdiya vilayətinin əhalisi 410 812 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Mahdiya vilayəti
Mahdiya vilayəti (ərəb. المهدية‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Mahdiya vilayətinin ərazisi 2 878 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Mahdiya vilayətinin əhalisi 410 812 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Maksimal mümkünlük
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Marsiya Kross
Marsiya Enn Kross (ing. Marcia Anne Cross; 25 mart 1962, Malboro[d], Massaçusets) — Aktrisa. == Həyatı == Marsiya Kross 25 mart 1962-ci ildə Malboroda (Massaçusets ştatı, ABŞ) Mark və Canet Kross ailəsində anadan olub. == Sənəti == Aktrisa "Melrose Place" (1992–1997) serialında doktor Kimberli rolu ilə tanınıb. Bundan əlavə Desperate Housewives (2004–12) serialında da Bri Van de Kamp rolunda böyük şöhrət qazanıb. Kross öz debütünü 1984-cü ildə The Edge of Night serialında edib. Daha sonra Nyu-Yorkdan Los-Ancelesə köçüb və orada kiçik rollarda televiziya filmlərində çəkilməyə başlayıb. 1986–1987-ci illərdə One Life to Live serialında çəkilib. Kross məşhurluğunu Aaron Spellinqin "Melrose Place" serialında əldə edir. Əvvəlcə serialın prodüserləri aktrisanı yalnız bir epizodda iştirak etmək üçün dəvət etdilər, lakin daha sonra Krossun əsas heyətə daxil edilməsinə qərar verdilər.
Massimo Ambrosini
Massimo Ambrosini (it. Massimo Ambrosini ; 29 may 1977[…], Pezaro, Marke) — İtaliyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. == Klub karyerası == Massimo "Çezena" futbol məktəbinin yetirməsidir. Bu klubda o, daha sonra 17 yaşında peşəkar futbolda debüt edir. Klubdakı ilk mövsümünü kifayət qədər yüksək səviyyədə keçirərək (25 oyun), "Milan" klubuna transfer edilir. San Siroda ilk iki mövsümdə cəmi 18 çempionat oyunundan sonra Ambrosini, bir mövsüm icarə əsasında "Viçentsa" klubunda oynayır. Həmin mövsüm Massimonun yeni komandası Kuboklar Kubokunun yarımfinalına yüksəlir. Bu uğurlu mövsümdən sonra Ambrosini "Milan"a qayıdır və burada komandanın əsas heyətində yer alaraq ilk mövsümdə klubu ilə Skudetto qazanır. Hər mövsüm oyununu bir azda yaxşılaşdıran Ambrosini İtaliya millisinə dəvət alır və milli komanda ilə Avro 2000-də iştirak edir və burada komandası ilə birlikdə turnirin finalına yüksəlir.
Massimo Donati
Massimo Donati (it. Massimo Donati; 26 mart 1981, Cedellano, Udine, Friuli Venezia Giulia) — İtaliyalı keçmiş futbolçu, hal-hazırda məşqçi işləyir. Mövqeyi Yarımmüdafiəçi olub. O hal hazırda, İtaliya D seriyasında "Leqnaqo Salus" klubunun baş məşqçisidir. == Karyera == Massimo "Atalanta" klubunun yetirməsidir. 3 il Berqamo klubunda oynadıqdan sonra gənc yarımmüdafiəçi 15 milyon avroya "Milan"a transfer edilir. O zaman Donati İtaliyanın ən perspektivli gənc futbolçularından biri sayılırdı. Massimo 2001-ci ildə "Milan"a qatılır. Futbolçu Milan klubundakı ilk mövsumundə yaxşı təsir bağışlamır. Gənc Massimonun ehtiyat oyunçular skamyasında oturub oyun praktikasından əziyyət çəkməməsi üçün Milan rəhbərliyi futbolçunu icarəyə göndərməyə qərar verir.
Massimo Kanstantini
Massimo Konstantini (28 mart 1958) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Massimo Konstantini İtaliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci pillənin sahibi olub.
Massimo Konstantini
Massimo Konstantini (28 mart 1958) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Massimo Konstantini İtaliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci pillənin sahibi olub.
Massimo Moratti
Massimo Moratti İtaliyalı iş adamı, İnter Milan klubunun prezidenti və sahibidir. == Həyatı və Karieri == Massimo Moratti 16 may 1945-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. Nerazzuri'nin 1955–1968 illəri arasında başçılıq etmiş olan Angelo Moratti'nin dördüncü uşağıdır. Hazırda da rəhbərlik etdiyi klubla, 1 dəfə UEFA Çempionlar Liqası, 1 dəfə UEFA Kuboku, 4 dəfə Serie A, 3 dəfə İtaliya kuboku və 2 dəfə İtaliya Super Kubokunu qazanmışdır. Moratti komandaya eyni zamanda Hernan Krespo, Adriano, Ronaldo, Zlatan İbrahimoviç,Samuel Eto'ovə Uesli Sneyder kimi məşhur futbolçuların da gəlməsində əhəmiyyətli rol oynamışdır.
Massimo Troizi
Massimo Troizi (it. Massimo Troisi; 19 fevral 1953 – 4 iyun 1994, Lido di Ostiya[d] və ya Roma) italyan aktyor, film rejissoru və yazıçı. 1992-ci ildə çəkilmiş Il Postino qısa filmində oynadığı Ruoppolo obrazı ilə şöhrət qazanmışdır. == Həyatı == Troizi Neapol yaxınlığında San Giorgio a Kremano kəndində geniş bir ailədə dünyaya göz açmışdır. Atası dəmiryolu mühəndisi idi. Çəkdiyi filmlərin bir çoxunda yaşadığı ailə təcrübələrini əks etdirmişdir. Orta məktəbdən məzun olduqdan dərhal sonra Troizi pərəstiş etdiyi yazar Pyer Paolo Pazolininin təsirləri ilə yazıçılıq fəaliyyətinə başlamışdır. 1969-cu ildən etibarən uşaqlıq dostları ilə birgə kənddəki kiçik bir teatr zalında çalışmağa başlamışdır. Anasının vaxtsız ölümündən təsirlənən Troizi psixoloji sarsıntı keçirərək zökəm xəstəliyinə tutulmuşdur. 1976-cı ildə müalicə üçün ABŞ-yə getməli olan Massimonun yol və əməliyyat xərcini dostları qarşılamışdır.
Ficus maxima
Ficus maxima (lat. Ficus maxima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi. Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi. Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi.
Honduriella maxima
Honduriella maxima (lat. Honduriella maxima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin honduriella cinsinə aid heyvan növü.
Jurinea maxima
Jurinea maxima (lat. Jurinea maxima) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Maksim Averin
Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi. == Karyerası == Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir. 2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı. 2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu. Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Maksim Boqdanoviç
Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır. == Bioqrafiya == Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir. 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.
Maksim Braun
Maksim Braun (16 aprel 1993) — Qazaxıstanlı biatlonçu. Maksim Braun Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim Braun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Braun 27:46.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 85-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Maksim Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur.
Maksim Krıvonis
Maksim Krıvonis (ölüm 1648, Lvov) — Hmelnitski üsyanında Kazak liderlərindən biri. Həmçinin bir Kazak polkovnikidir.
Maksim Litvinov
Maksim Maksimoviç Litvinov (rus. Макси́м Макси́мович Литви́нов, 17 iyul 1876[…], Belostok, Litva general-qubernatorluğu[d] – 31 dekabr 1951[…], Moskva) — SSRİ-nin xarici işlər komissarı (1930–1939), inqilabçı. == Həyatı == Maksim Maksimoviç Litvinov 17 iyul 1876-cı ildə Rusiya imperiyasının Qrodnenski quberniyasının Belostok şəhərində anadan olmuşdu. Real məktəb bitirmişdi. Bakı şəhərində hərbi xidmətdən keçmişdi. Maksim Litvinov 31 dekabr 1951-ci ildə Moskva şəhərində vəfat edib. == Siyasi fəaliyyəti == Xalq Xarici işlər komissanmn müavini M.M.Litvinov 1921-ci il iyulun 23-də RSFSR hökuməti yanında sovet respublikalarının səlahiyyətli nümayəndəliklərinə məktub göndərdi. Məktubda deyilirdi ki, Şərqin və Qərbin buıjua kapitalizm quruluşu fəhlə- kəndli hökumətini zəiflətmək və məhv etməkdən əl çəkməmişdir. O, fəhlə-kəndli hökumətinin yeni iqtisadi və siyasi quruluş yaratmasına mane olmaq istəyir. Ona görə də Litvinov bir sıra tədbirlərin görülməsinin zəruriliyini irəli sürdü.
Aoşima
Aoşima (yap. 青島) — Yaponiyanın cənubunda Miyazaki prefekturasında yerləşən kiçik ada. Ada Küsü adasının əsas hissəsindən 500 metr şərqdə yerləşir və onunla körpü vasitəsilə birləşir. Adada subtropik botanika bağı yerləşir.
Mahaşiva Ratra
Mahaşiva Ratra (Şiva allahının böyük geçəsi) - Hindistanda Şiva allahının şərəfinə keçirilən bayram. == Bayramın keçirildiyi tarix == Mahaşiva Ratra bayramı hər il (yanvar-fevral) ayında yeni ayın görünməsi ilə keçirilir. 2017-ci ildə Hindistanda Mahaşiva Ratra bayramı 24-25 fevralda keçirilmişdir. == Bayram necə keçirilir == Bayram, adətən yerli vaxtla günəşin batdığı andan başlayır. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (maha-böyük deməkdir) bayramı da adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini yeməklə "mükafatlandırırlar", çünki bundan sonra oruc mərasimi başlayır. Bu bayram qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar Parvatiyə (Əfsanəyə görə Şivanın arvadıdır) onlara uğurlu ailə həyatı, gözəl uşaqlar bəxş etməsi üçün dua edirlər. Dindarlar "katha"-Şiva haqqında tarixi oxuyur, onun şərəfinə həsr olunmuş himnləri ifa edirlər.
Haşima (şəhər)
Haşima (羽島市, Hashima-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər 1 aprel 1954-cü ildə qurulmuşdur. 1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Şəhərin sahəsi 53,64 km²-dir. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhərə qonşu olan şəhərlər Gifu, Kayzu, Oqaki, İçinomiya və İnazava, qonşu olan kəndlər Kasamatsu, Ampati və Vanouçidir. == Əhali == 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Şəhərin simvolik ağacı Çin ardıcı, simvolik gülü Chrysanthemum × glabriusculum hesab olunur.
Haşima adası
Haşima yap. 端島 — Sakit okeanın Şərqi Çin dənizidə Naqasaki şəhərindən 15 km aralıda yerləşir. Bəzən Qunkancima (yap. 軍艦島)<. adlandırılır, bu isə adanın quruluşu ilə əlaqədardır. Ada hərbi "Kreyser" gəmisini xatırladır. == Coğrafiya == Adanın şərqindən qərbinə olan məsafə 160 metr, şimaldan cənuba isə 480 metr təşkil edir. Sahil xəttinin uzunluğu 1 kilometrdir. == Tarixi == Ada XIX əsrin əvvələrinə qədər yaşılıqlarla örtülü olan və dəniz quşlarının yumurta qoyduğu adi ərazi idi. Bəzi hallarda isə ada Naqasakinin Takişima adasından olan balıqçıların əsas düşərgəsi rolunu oynayırdı.
Kaşima (Saqa)
Kaşima (鹿島, Kashima) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. 2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 30.159 nəfərdir, hər km² ərazidə 270 nəfər yaşayır. Şəhərin sahəsi 112,1 km²-dir. == Tarix == 1889-cu ildəki inzibati islahatdan sonra şəhər regionuna 6 qəsəbə daxil idi: Minami-Kaşima, Kita-Kaşima, Haçihonqi, Fureda, Noqomi və Nanaura. 1954-cü ildə şəhər ərazisinə Hama şəhəri, Kaşima qəsəbəsi, Furueda qəsəbəsi, Noqomi qəsəbəsi daxil edilmişdir. 1955-ci ildə isə Nanaura Kaşimaya qatılmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasında yerləşir. Saqa şəhərinin 60 kilometrlik cənub qərbindədir. Dağlar: Kyoqa, Codo, Kotoci, Qibi. Çaylar: Şiota, Kaşima, Hama, Naka.
Kozo Taşima
Kozo Taşima (d. 21 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.