Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muhyəddin Bərdəi
Mövlana Muhyəddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Hənəfi Bərdəi —Azərbaycan alimi. Fəzilət sahibi, gözəl əxlaqlı, lütfkar, təvazökar bir şəxs idi. Alim ailəsində böyümüşdü, mənsub olduğu ailədə alimlər yetişmişdi. İlk təhsilini atasından almışdı. Daha sonra Şiraza getmiş və bu şəhərin alimlərinin yanında müxtəlif elm sahələrinə aid biliklərə yiyələnmişdi. Daha sonra Anadoluya getmiş və Bursa şəhərində Əhməd paşa mədrəsəsinin müdərrisi olmuşdu. Bir müddət sultan Yavuz I Səlimin (1512-1520) əmri ilə İstanbulda saray məmurlarının təlimi ilə məşğul olmuşdu. Sonra Ədirnəyə köçmüş və buradakı mədrəsələrdə dərs vermişdi. Ərəb və fars dillərində təfsir, ərəb dili, fiqh üsulu kimi elm sahələrinə dair bir sıra əsərlər qələmə almışdı. Yazdığı bir qəsidə Yavuz Səlimin o dərəcədə xoşuna gəlmişdi ki, özü də şair olan sultan mükafat olaraq ona 300 qızıl əşrəfi, bir samur kürk və hər üç ayda bir 80 aqça ülufə bağışlamışdı.
Məhyəddin Abbasov
Məhyəddin Abbasov (tam adı: Abbasov Məhyəddin Paşa oğlu; d. 10 fevral 1910, Nuxa (indiki Şəki şəhəri) - ö. 28 dekabr 1974, Şəki şəhəri) — 1945-1974-cü illərdə "Şəki fəhləsi"/"Nuxa fəhləsi" və "Lenin bayrağı" qəzetinin redaktoru. == Həyatı == Məhyəddin Abbasov 1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə "Şəki fəhləsi" qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir. 1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildən "Şəki fəhləsi" qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində işləyir. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.
Məhyəddin Məmmədov
Məhyəddin Yaşar oğlu Məmmədov (17 avqust 1998; Ağdaş rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhyəddin Məmmədov 1998-ci il avqustun 17-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhyəddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhyəddin Məmmədov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mahəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Bahaəddin Nəqşibənd
Xacə Bəhaəddin Məhəmməd Buxari (30 noyabr 1327, Buxara – 21 fevral 1390, Buxara) — Nəqşibəndiyyə təriqətinin yaradıcısı, İslam alimi, övliya. == Həyatı == Məhəmməd Bəhaəddin 1318-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö.740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Abdulxaliq Qucduvani olduğu bildirilmişdir. Təsəvvüfdə bu cür tərbiyə metoduna "Uveysilik yolu" deyilir. Nəqşibənd Şeyx Səmmasinin vəfatından sonra dərvişlərin söhbətlərində iştirak etmiş, Əmir Gülalın icazəsi ilə Yəsəvi şeyxlərindən Kusəm Şeyx və Xəlil Atay ilə görüşüb, bir sıra fikir mübadiləsi aparmışdır. Nəqşibəndin Kəsri Arifanda bir məscid tikdirdiyi və iki dəfə Həcc ziyarətinə getdiyi rəvayət edilir. Bəzi mənbələrdə onun tez-tez şeyxi Əmir Gülal ilə görüşmək üçün Nəfəsə getdiyi qeyd edilmişdir. Hənəfi məzhəbinə bağlı olan Bəhaəddin Nəqşibənd Kəsri-Arifanda 1389-cu ildə yetmiş üç yaşında vəfat etmişdir.
Muhyiddin Arabi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər) — İslam alimi. == Həyatı == İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. == Fəaliyyəti == Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
Möhbəddin Səməd
Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) — publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1985), Həsənbəy Zərdabi mükafatı laureatı (2000). == Həyatı == Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur.
Mühyiəddin Naxçıvani
Mühyiəddin Naxçıvani (tam adı: Əbu Abdulla Məhəmməd ibn Abdullah ibn Əhməd ən-Naxçıvani) — fəqih (hüquqşünas; XIII əsr-XIV əsrlər). == Həyatı == Əsli Tusdandır. Yaxın adamlarına bağlı və onların bütün işlərinə yardımçı olmuşdur.Mühyiəddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl-Fəvati 1305-1306-cı ildə onu Arranda gördüyünü, şəfiilərlə yaxınlığını xüsusi qeyd etmişdir. Şeyxlər nəslinə mənsub idi. Naxçıvanda əsaslı mövqeyə və var-dövlətə malik olmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. -333-334.
Şahrəddin Əsgərov
Şahrəddin İsabala oğlu Əsgərov (7 oktyabr 1966, Ardanış, Çəmbərək rayonu) — "Aerostar" Ukrayna aviasiya şirkətinin prezidenti. SSRİ, Avropa və dünya çempionu. == Həyatı == Şahrəddin Əsgərov 1966-cı il oktyabrın 7-də Ermənistan SSR-nin Artanış kəndində anadan olub. 1984-cü ildə Ş.Əsgərov "S7 sinfi"ndə raket modelləşdirməsi ilə peşəkarcasına məşğul olmağa başlayıb. Bu sahədə əla nəticələr əldə edib. SSRİ, Avropa və dünya çempionu olub. 1984-cü ildə Bakıda orta məktəbi qızıl medalla bitirib. Elə həmin il Kiyev Mülki Aviasiya İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini "aviasiya avadanlığının texniki istismarı" ixtisası üzrə qırmızı diplomla bitirib və mühəndis-elektrik ixtisası alaraq 1992-ci ildə aspiranturaya qəbul edilib.Əmək fəaliyyətinə 1992-ci ildə "Aviatexnika" müəssisəsində başlayıb, burada kommersiya direktoru vəzifəsində çalışıb. 1993-cü ildə aviabrokerliklə məşğul olmağa başlayıb. Bu biznesin mahiyyəti kiçik "An-28", "Yak-40" sovet təyyarələri, yaxud Çexoslovakiya istehsallı "L-410" təyyarələrinə sahib olan daşıyıcılar üçün fərdi müştərilər tapmaqdan ibarət idi.
Bahəddin Mirzəyev
Mirzəyev Bahyəddin Şahvələd oğlu (31 dekabr 1914, Sulut, İsmayıllı rayonu – 15 aprel 1987, Bakı) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == 1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. 1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Leytenant Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir. Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi. Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir. 1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu.
Bahəddin Ögəl
Mehmet Bahəddin Ögəl (d. 21 aprel 1923, Elazıq - ö. 7 mart 1989) — Türkiyə tarixçisi, professor. == Həyatı == 21 aprel 1923-cü ildə Türkiyənin Elazıq elinin Çarşı məhəlləsində doğulmuşdur. İlk və orta təhsilini Elazığ və Malatyada tamamlamış, 1940-1941-ci illərdə Ankara universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix ixtisasında təhsil almışdır. Şəmsəddin Günaltay və Afet İnanın oxutduqları Orta Asiya Türk Tarixini əsas alaraq bölümüne davam etmiş; Arxeoloji, Sinoloji və Rusca dərslərini də yardımçı branş alarak, 1944-1945-ci ildə fakültədən məzun olmuşdur. Məzuniyətinden sonra MEB-ə başvurmuş, 30 iyun 1945-ci ildə Ərzurum Litseyi Tarix-Coğrafya müəllimliyinə təyin edilmiş və 31 oktyabr 1947-ci ilə qədər bu vəzifəni aparmışdır. 1947-ci ildə çıxan bir qanundan faydalanarak Prof.Dr. Wolfram Eberhard’ın yanında doktora çalışmasına başlamış; “Uygur Devletinin Kuruluşu” isimli tezini hazırlayarak 1948 yılında doktor ünvanı almış, 1949 yılında G.T.T. kürsüsüne asistan olarak atanmıştır. Bahəddin Ögəl, çıkan bir yasa sonucu bilgi ve görgüsünü arttırmak üzere dört aylığına İran’a gönderilmiş, aynı yıl Alman Hükümeti’nin bursundan faydalanarak Almanya’ya gönderilmiştir.Almanya ve Türkiye’deki çalışmaları sonucu “Liao Devrinden Önceki Kitanlar” isimli doçentlik tezini hazırlamış ve 1957 yılında Eylemli Doçentliğe atanmıştır.
Məhəddin Abbasov
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Məhəddin Allahverdiyev
Məhəddin İsmayıl oğlu Allahverdiyev (8 may 1962, Sumqayıt) — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 48 kq çəki dərəcəsində üçqat dünya çempionu, SSRİ və Avropa çempionu. == Həyatı == 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Mərkəzi Ordu İdman Klubunun (Moskva şəhəri) yetişdirməsidir. SSRİ-nin əməkdar idman ustasıdır. Ehtiyatda olan Sovet zabitidir. Məşqiçisi (1980−1990-cı illərdə) SSRİ-nin baş məşqiçisi II qat Dünya çempionu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqiçisi cənab Sapunov Qennadi Andpeviç olmuşdur. 1982–1984-cü ildə Leninqrad Hərbi İnstitutunu bitirmişdir (SSRİ-nin Müdafiə nazirinin əmrinə əsasən ordu zabiti rütbəsi verilmişdir). 1981–1986-cı illərdə Bakı şəhəri İdman Akademiyasında məşqçi–müəllim fakültəsini bitirmişdir. 1986-cı ildə Moskvada mart ayında Sov.İKP XXVII qurultayının bağlanışında Azərbaycan SSRİ respublikasının bayraqdarı olmuşdur. 1987-ci ildə noyabr ayında ABŞ-nin Albani şəhərində keçirilən yunan–roma güləşi üzrə Dünya Kuboku yarışında dünyanın ən texnikalı güləşçisi və yarışın ən böyük mükafatına layiq görülmüşdü.
Səlahəddin Bahəddin
Səlahəddin Məhəmməd Bahəddin Sadiq (ərəb. صلاح الدين بهاء الدين‎; 1950, Hələbcə) — kürd siyasətçi. O, Kürdüstan İslam Birliyinin qurucusu və indiki lideridir. == Həyatı == Səlahəddin Məhəmməd Bahəddin Sadiq 1950-ci ildə Hələbcə şəhərində anadan olmuşdur. O, 1971–1981-ci illərdə müəllim işləmişdir. Səlahəddin Bahəddin İraq ordusunda xidmət etməkdən imtina etdikdən sonra vəzifəsindən azad edilmişdir. O, BƏƏS Partiyasına qoşulmaqdan imtina etdikdən sonra işgəncələrə məruz qalmışdır. Səlahəddin Bahəddin ardınca İraqı tərk edərək 10 il İran, Türkiyə və Körfəz ölkələrində yaşamışdır. O, daha sonra 1991-ci ildə İraqa qayıtmışdır.Səlahəddin Bahəddin 6 fevral 1994-cü ildə Kürdüstan İslam Birliyinin təsisçilərindən biri olmuşdur. O, birinci ümumi konfransda partiyanın baş katibi seçilmişdir.
Bahaəddin Nəqşibənd məqbərəsi
Bahaəddin Nəqşibənd məqbərəsi Baha əd-Din kompleksi, Buxaranın şəhərətrafı bölgəsində yerləşən dini ansambldır. Kompleks, Nəqşibənd dərviş ordeninin mərkəzi olaraq xidmət etmişdir. Onun başçısı Şeyx Bahaəddin Nəqşibənd 1389-cu ildə vəfat etmişdir və Buxara yaxınlığındakı Kasri Arifon kəndi (indiki Kaqan bölgəsində) yaxınlığında dəfn edilmişdir. Məqbərə bir mədrəsə, iki məscid və bir minarədən ibarətdir. Baha əd-Din ansamblı XVI əsrə xas — nekropol ilə ritual binanın birləşməsi formasını almışdır. Hökmdar Əbülfəyz xanın anası (1711-1747) öz vəsaiti hesabına iki eyvanlı məscid tikdirir və XIX əsrdə Nəsrullah xanın vəziri Hakim Quşbəyi daha bir məscid tikdirir. Minarə (qüllə) 1720-ci ildə inşa edilmişdir. Sovet dövründə bu ziyarətgah xarabalığa çevrilmişdi. Özbəkistan müstəqillik əldə etdikdən sonra Bahaəddin Nəqşibəndin 675-ci ildönümü şərəfinə 1993-cü ildə ziyarətgah restavrasiya edildi. Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə 2003-cü ildə kompleksin təkmilləşdirilməsi üçün böyük işlər görülür.
Mir Bahaəddin körpüsü
Mir Bahaəddin körpüsü, (az.-əbcəd میرباهاءالدین کؤرپۆسۆ‎), keçmişki Zəncan-Bicar yolunda, Zəngançayı üzərində tikilmiş körpüdür. == Haqqında == Mir Bahaəddin körpüsü Zəncanın güneyində, suyu elə də çox olmayan Zəngançayı üzərində yerləşir. Körpü onu 1312-ci hicri ilində, Nasirəddin şah Qacar dönəmində tikən, Zəncanın görkəmli şəxsiyyətlərindən olan Mir Bahaəddin Zənganlının adını daşıyır. İndilikdə bu yer Zəncanlıların ən çox əyləndikləri yerlərdən biri sayılır. == Memarlığı == Bu körpü təxminən 100 metr uzunluğunda olaraq, eni sığınacaqla birlikdə 6.70 metrə çatır. Çayın ən yüksək yerindəki hündürlüyü təxminən 11 metrdir və orta aşırımı başqa aşırımlarında daha böyükdür. Bu körpü tamamilə kərpicdən tikilərək, ən gözəl tağının iç görünüşündə çox gözəl Məqeli adlı bir xəttlə tikildiyi tarix "Ya Əli" sözü ilə birlikdə simmetrik şəkildə oyulmuşdur. Təməlləri döşənmiş səthin üstünə qoyularaq, oyma daş parçaları və əhəng harçından hazırlanmışdır və suyun səviyyəsindən 1,40 metr yüksəkliyə kimi qalxmışdır. Bu hündürlükdə bu körpünün tağının və əsas gövdəsinin ayağından 5 × 24 × 24 sm ölçülü kərpiclə başlanıb. Bu təməllərin hər birində üst-üstə iki otaqcıq düzəldilmişdir.
Pir Bahaəddin (Bükan)
Pir Bahaəddin (fars. پيربهاالدين‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (18 ailə).
Məhəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Mühyiddin İbn əl-Ərəbi