Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maili zireh
Maili zireh və ya əyri zireh, nə şaquli, nə də üfüqi olmayan zirehdir. Bu növ zireh, ümumiyyətlə tanklar və digər zirehli döyüş maşınları kimi quru nəqliyyat vasitələrində və zirehli döyüş gəmiləri və kreyserlər kimi hərbi gəmilərdə olur. Bir zireh lövhəsini əymək, görüş xətti boyunca lövhənin təsirli qalınlığını artırır. Maili zireh zireh dəlici mərmilər kimi kinetik enerji əsaslı KE mərmiləri və döyüş raketi kimi tank əleyhinə silahların zirehi dağıtmasını çətinləşdirir. Bir lövhəyə 90°-dən başqa bir bucaqda çırpılan mərminin, eyni lövhəyə şaquli bir formada çırpılması zamanına nisbətən daha böyük bir zireh qalınlığından keçməsi lazımdır. Sonuncu vəziyyətdə, yalnız lövhə qalınlığı (zireh səthində) deşilməlidir; Verilmiş bir lövhə qalınlığı üçün zireh yamacının artırılması, üfüqi müstəvidə ölçülən qalınlığı və mərminin hücum bucağını artıraraq təsir nöqtəsindəki zirehin qorunma səviyyəsini artırır. Başqa bir təsiri mərminin yan keçməsi, deformasiyası və sıçramasıdır. Mərmi zireh lövhəsinə ona dik olmayan bir bucaq ilə vurulduqda, mərminin yolu əyri ola bilər ki, bu da öz növbəsində daha çox zirehin keçilməsinə səbəb olar - və ya tamamilə mərmi sıçrayaraq başqa istiqamətə gedə bilər. Bundan əlavə, mərmi əyilər və beləliklə də zireh dəlmə xüsusiyyəti azala bilər. Bununla birlikdə, bu təsirlər istifadə olunan zirehin materialından və onu vuran mərminin xüsusiyyətlərindən çox asılıdır: yamac hətta daha yaxşı bir nüfuz etmə yeni, dəlmə qabiliyyətinə də səbəb ola bilər.
Böyükdüz maili düzənliyi
Böyükdüz maili-düzənliyi — Şərur maili düzənliyindən şərqdə Qarabağlar-Xok-Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir. İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır. == Ümumi məlumat == Böyükdüz Naxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. Şimaldan cənuba doğru 19-20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır. Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini isə quru dərələr zəif parçalamışdır.
Culfa maili düzənliyi
Culfa maili düzənliyi — Arazboyu düzənlikdə Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edən düzənlik. == Haqqında == Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır. == Bitki örtüyü == Culfa düzünün əsas bitkisi yovşan, gəvən və şorangədir.
Kəngərli maili düzənliyi
Kəngərli maili düzənliyi — Böyükdüz maili düzənliyinin şimal-qərbində yerləşən düzənlik. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur. Düzənliyin səthi zəif parçalanmışdır. Lakin ətrafı orta hissəyə nisbətən daha artıq parçalanmış və əhəng daşları, travertinlər üzə çıxmışdır. Bu süxurlar Muxtar respublikada mövcud olan tikinti materiallarının əsasını təşkil edir.
Naxçıvan maili düzənliyi
Naxçıvan maili düzənliyi — Naxçıvan Muxtar Respublikasının ən böyük düzənliklərindən biri olub, Arazboyu maili düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Duzdağ tirəsi, cənub-qərbdən Araz çayı, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi, şimali-şərqdən Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu düz Naxçıvançay və onun aşağı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır. Naxçıvan maili düzənliyi əsasən Naxçıvançayın və onun qollarının gətirmə konusu çöküntülərindən əmələ gəlmişdir. Naxçıvan düzənliyinin mütləq hündürlüyü 760 m-dən 1100 m-ə qədər olub, sahəsi 320 km2–dən artıqdır. Bu düz başlıca kənd təsərrüfatı zonası olmaqla, qədim suvarma əkinçiliyinin inkişaf etdiyi ərazilərə aiddir. O, Babək rayonu ərazisinin əsas hissəsini təşkil edir. == Haqqında == Naxçıvan düzü Naxçıvançayın gətirmə konusunun geniş bir hissəsini əhatə edir. Ərazidə qədimdən suvarılan və orta dərəcədə yuyulmuş gillicəli torpaqlar yayılmışdır. Tamamilə əkin yerinə çevrilmiş bu sahənin təbii bitkiləri yovşanlardan, taxılkimilərdən, qismən şoranlardan və efemerlərdən ibarətdir.
Ordubad maili düzənliyi
Ordubad maili düzənliyi — Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis, Ordubad və Gənzə çayları vasitəsi ilə gətirilən allüvial- prollüvial çöküntülərdən əmələ gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə edərək, Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel çöküntüləri şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır. Qeyd etmək lazımdır ki, Arazboyu düzənlik geoloji dövr ərzində çökmə süxurlardan yaranmış, sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların gətirdiyi allüvial-prollüvial çöküntülərlə mürəkkəbləşmişdir.Burada müşahidə edilən sel çöküntülərinin içərisindəki iri daşların sayı və həcmi Əylis çayına nisbətən azdır. Adları çəkilən çaylardan keçən sellər maili düzənliklərdə yerləşən yaşayış məntəqələrinə, kənd təsərrüfatına, şose və dəmiryollarına ciddi zərər vurur. Dəstə və Ordubad maili düzənliklərinin əsas bitkiləri gəvənlərdən, yovşandan, gəngizdən və s. ibarətdir. Ordubad düzünün şimal hissəsində, Ordubad şəhəri ətrafında, həmçinin Yuxarı Əylisdən cənuba doğru becəriiən dağ qəhvəyi torpaqlar, şərq hissəsində dar zolaq şəklində isə dağ açıq şabalıdı torpaqlar yayılmışdır.
Qusar maili düzənliyi
Qusar maili düzənliyi Azərbaycanın şımalında Qudyalçay və Samurçay arasında maili düzənlik. Yan silsilənin ətəklərindən başlayır və Samur-Dəvəçi ovalığına qədər uzanır. Quba və Qusar rayonlarının inzibati ərazisinə uyğun gəlir. == Haqqında == Qusar maili düzənliyi Azərbaycnın şimalında Böyük Qafqazın şimal şərqində yerləşir. Düzənlik qərbdə daha geniş (25-30 km) olub, cənub-şərqdə ensizləşərək Gəndob kəndi ətrafında qurtarır. Onun səthini bir sıra çayların qolları kəsir. Bunlardan Qusarçay, Qudyalçay daha dərinə kəsilmiş və yamacları qutuvari dərələr əmələ gətirmişdir. Qusar maili düzənliyi əsasən yuxarı pliosen və dördüncü dövrün qalın çınqıldaşı, qum və giləciklərindən əmələ gəlmişdir. Böyük Qafqaz dağları qüvvətli qalxdıqda düzənliyin cənub kənarı da qalxmağa başlamış və onun səthi maili vəziyyətə düşmüşdür.Qusarçayın dərəsi boyu düzənliyin cənub-qərb hissəsi 1900 metrə qədər qalxmışdır.Buna görə də bu sahələr dağlıq xüsusiyyətə malikdir. Maili Qusar düzənliyindən cənub-şərqdə Samur-Dəvəçi ovalığı ilə yan silsilə arasında paleogen və neogenin dəniz və kontinental çöküntülərindən qurulmuş alçaq dağlar sıralanır.
Sust maili düzənliyi
Sust maili düzənliyi — dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xüsusən sel çöküntülərindən təşkil olunmuş düzənlik. Bu düzənlik Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən cənuba olan ərazilərin əsas 13 hissəsini əhatə edir. Düzənliyin şimali-qərbində olan Anabad və Qaraquş dağlarından formalaşan sellər düzənliyin mərkəzinə qədər gəlir. Ona görə də ərazidə selgətirmə çöküntüləri üstünlük təşkil edir. Sust maili düzənliyinin su təminatı olduqca zəifdir. Suvarma və içmək məqsədi ilə yalnız kəhriz sularından istifadə edilir. Təəsüflə demək olarki, kəhrizlərə qarşı laqeydlik sonda Sust kəndinin boşalması ilə nəticələnmişdir. Bu gün kənd təsərrüfatına yararlı olan torpaq sahələri su çatışmazlığından istifadədən kənarda qalır.Maili düzənlik yuxarı dördüncü dövrə aid çay, xüsusilə sel çöküntülərindən ibarətdir. Çalxan, Qaraquş dağları və Qırmızıdaş massivi ərazisində formalaşan struktur sellər bu ərazinin mərkəz hissəsinə qədər gəlib çatır. İri daşlardan azad olmuş palçıqlı sel axını Sust maili düzənliyinin cənuba davamı olan Böyükdüzdən keçərək Araz çayına tökülür.
Sədərək maili düzənliyi
Sədərək maili düzənliyi - Muxtar Respublikanın şimal-qərbində yerləşən Sədərək düzü cənubdan Arazla, şimal qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə əhatələnir. Düzənliyin orta yüksəkliyi 930 m olmaqla iki terrasdan ibarətdir. Birinci terras Sədərəyin şimal-şərqində qalıq halında, ikincisi isə qum buzlaq çöküntüləri ilə örtülmüşdür. Münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm rol oynayır. == Haqqında == Sədərək düzü Cəhənnəm dərəsinin düzənliyə çıxdığı hissədən başlayaraq dəmiryol xəttindən bir qədər qərbə doğru davam edir. Bura Cəhənnəm dərəsinin gətirmə konusundan ibarətdir. Dərənin şərq hissəində iri daşlardan ibarət sel çöküntüləri enli zolaqlar şəklində yayılmışdır. Bu çöküntülər əsasən Sədərək kəndinə qədər davam edir. Kənddən cənub-qərbə isə başlıca olaraq allüvial çöküntülər yayılmışdır. Düzənliyin Ucubiz tirəsinə və Vəlidağa yaxın olan hissələrində gətirmə konusları çökdürülmüşdür.
Şərur maili düzənliyi
Şərur maili düzənliyi — Arpaçayın gətirmə konusundan ibarət düzənlik. Bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780–850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik mailidüzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir. == Haqqında == Şərur maili düzənliyinin səthi Şərqi Arpaçay və ondan ayrılmış arxlar, kanallar vasitəsilə parçalanmışdır. Ərazinin torpaq örtüyü əsasən boz-qonur torpaqlardan ibarət olmuşdur. Hazırda dənli bitkilərin yayıldığı sahələrdə tarlalararası zolaqlarda iyli yovşan, barmaqvari çayır, çöl sarmaşığı, hələb kalışı, adi qamış, tülküquyruq acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, quşüzümü, əmənkömənci və s. yayılmışdır. Şərur düzü Naxçıvan MR-in əsas əkinçilik sahəsi hesab edilir.
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu — rayon ərazisi Arazboyu, Cəbrayıl, Gəyən düzənliklərini əhatə edib, Zəngilan rayonundan başlamış şimal — şərqdə Xocavənd rayonu ərazisinə kimi uzanır və qərbdə, şimal – qərbdə Kiçik Qafqazın ətəklərinə təmas edir. Mütləq yüksəkliyi 200 m-lə 500–600 m arasında dəyişir. Qarabağ silsiləsinin Çaxmaxçayla, İncəçay arasında əyilməyə məruz qalan periklinal sahəsində Üst Abşeron, Dördüncü dövr çöküntüləri 700–800 m-ə kimi qalxmışdır. Denudasion akkumlyativ mənşəli bu düzənliklərin səthi yarğanlarla daha çox parçalanmışdır. Burada quraq iqlim şəraitində arid — denudasiya prosesləri daha çox inkişaf edib çılpaq yamaclar — bedlendlər əmələ gətirmışdir. Ərazidə başlıca olaraq kserofit kollu quru- çöl (400–600m mütləq yüksəkliklər arasında) və yarımsəhra (260–400m-də) landşaft kompleksləri inkişaf etmişdir. Quru – çöl landşaftı başlıca olaraq Gəyən və Cəbrayıl maili düzənliklərin əhatə edir.(Mikayılov, Əlizadə,1988). Fiziki Coğrafi rayon ərazisində kənd təsərrüfatının üzümçülük, taxılçılıq, heyvandarlıq, pambıqçılıq sahələri geniş inkişaf etmişdir.
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı — Dağətəyi maili-düzənlik landşaftlarının inkişaf etdiyi ərazi Böyük Qafqaz silsiləsinin cənub yamacı ətəklərinə paralel olaraq (Azərbaycan daxilində) Gürcüstan sərhədindən Girdimançayadək 210 m-lik məsafədə uzanan Alazan-Həftəran vadisini əhatə edir. Alazan-Həftəran vadisi dördüncüü və müasir dövrün ellüvial və prolüvial çöküntülərindən təşkil olunmuşdur. Çökəkliyin cənub qanadında relyefin mütləq yüksəkliyi 200m, şimal qanadında isə 700-800 m-dir. == İqlimi == Qışı quraq keçən mülayim isti iqlimi ilə seçilən bu ərazidə orta illik tempratur 10-140 C-dir, yağıntıların orta illik miqdarı 400-900 mm olur. Əsasən ellüvial çəmən və ellüvial çəmən-meşə torpaqlarının, kol və çəmən bitkilərinin yayıldığı vadidə dağətəyi maili-düzənliyin çəmən-meşə landşaftları inkişaf etmişdir. Meşə çox yerlərdə qırıldığından burada çəmənlik ərazicə üstünlük təşkil edir. Çəmən-meşə landşaftları başlıca olaraq yeraltı suların torpaq qatına yaxınlığı hesabına yaranmışdır. Yeraltı suların səviyyəsi aşağı düşdükdə bəzi ağac növləri quraqlığa tab gətirməyib quruyur. == Bitki örtüyü == Azərbaycanın yarımrütubətli subtropik zonasına daxil olan bu ərazilərdə tütün, dənli bitkilər, efir yağlı bitkilər (qazanlıq qızılgülü, nanə), çay və s. əkilir; meyvəçilik, baramaçılıq və heyvandarlıq inkişaf etmişdir.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. == Tarixi == Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi.Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər. Onlar həmçinin Mali prezidenti Amadu Tumani Tureki, devrilmiş rejiminin xarici işlər naziri Sumeylu Bubey Maiqa daxil olmaqla bir sıra nazirlərin həbs edildiyini elan etdilər.Hərbiçilər tezliklə 2012-ci il aprelin 29-da prezident seçkilərinin keçiriləcəyini bildirdilər.
Daily Mail
Daily Mail (tərcümədə — "Gündəlik Poçt") — kütləvi İngilis gündəlik qəzeti. 1896-cı ildən bəri nəşr edilmişdir. İngiltərədə The Sun sonra ikinci ən böyük gündəlik qəzet. 2013-cü ilin sonunda Daily Mail-in şənbə günləri The Sun-un şənbə buraxılışlarını üstələdi. == Tarixi == Orta sinif üçün ilk İngilis qəzetlərindən biri idi və bu gün oxucularının 50% -dən çoxunu — qadınları olan yeganə qəzetdir. Daily Mail-in bir neçə "milli" — İrlandiya, Şotlandiya, Hindistan versiyaları var idi. 1975-ci ildən bəri kompakt formatda çap olunur. Daily Mail 1886-cı ildə Alfred Harmsvort və Rotermir Lordu olan qardaşı Harold tərəfindən quruldu. 1902-ci ildə gündəlik tirajı milyonu keçərək dünyanın ən tirajlı qəzeti oldu. 1939–1969-cu illərdə tanınmış sənətçi Lesli Qilbert İllinqvort, nəşrin baş karikaturaçı rəssamı olaraq çalışdı.
Bob Marli
Robert Nesta "Bob" Marli (6 fevral 1945, Nayn Mayl, Yamayka — 11 may 1981, Mayami) — Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. == Həyatı == Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli — əsl adı Robert Nesta Marli 1945-ci il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb. Bob Marli Yamaykanın Nayn-Mayls kəndində anadan olub. Onun atası Böyük Britaniya zabiti Norval Marli avropalı idi. Daha sonra o Yamaykada işlədiyi zaman 18 yaşlı Sedella Bukerlə tanış olur və onlar evlənirlər, lakin Bob doğulandan sonra Norval ailəni tərk edir.
Mailə Muradxanlı
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Mailə Muradxanova
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Makli nekropolu
Makli Nekropol (مکلی کا شہرِ خموشاں‎ ; sindhi مڪلي جو مقام ) Pakistanın Sind əyalətindəki Thatta şəhəri yaxınlığında, 10 kvadrat kilometr ərazidə yerləşən dünyanın ən böyük nekropollarından biridir. Burada 400 il ərzində tikilmiş təxminən 500.000-1 milyon türbə var. Makli nekropolunun yaxınlığında müxtəlif sufi müqəddəslərinə və hörmətli alimlərə aid bir neçə böyük cənazə abidəsi var. Nekropol 1981-ci ildə 14-18-ci əsrlər arasında Sindhi sivilizasiyasına "görkəmli vəsiyyət" olaraq YUNESKO-nun Ümümdünya irsinə daxil olmuşdur.Makli Nekropolu 17-ci əsrə qədər Sindin aşağı paytaxtı olan Thatta şəhərindən təxminən 6 kilometr məsafədə olan bir yaylada yerləşir. Bura Kəraçinin təxminən 98 km şərqində,Hind deltasının yaxınlığındadır. Sahənin cənub nöqtəsi orta əsr Kallankot qalasının xarabalıqlarından təxminən 5 mil şimaldadır. == Etimologiya == Ərazi və yaxın təpələri, öz adlarını bir Həcc ziyarətçisinin ərazidə dayanaraq mənəvi həzz aldığını, buranın onun üçün Məkkə olduğunu bildirdiyi əfsanədən almışdır. Sufizmin müqəddəs şeyxi Şeyx Həməd Camalının daha sonra həcc əhvalatını eşitdikdən sonra ərazini "Makli" ya da "Kiçik Makkah" adlandırdığı deyilir. == Tarix == Sufizmin müqəddəsi, şair və alim Şeyx Cəmali Maklidə bir xanəgah qurdu və sonda orada dəfn edildi. 4-cü əsr Traxan hökmdarı Jam Tamachi, müqəddəsə ehtiram göstərdi və Maklini cənazə yeri olaraq istifadə etmək ənənəsinə başlamış müqəddəsin yaxınlığında olmaq istədi.
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar.Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır. Ana və atası onun yaxşı bir gələcəyi olacağını düşünərək ona Destini Houp (ing.
Miali Rajoelina
Miali Rajoelina — Madaqaskarın birinci xanımı. Miali Rajoelina 2009-cu ildən etibarən Madaqaskarın birinci xanımı olub. Yardımsevərliyi ilə tanınan Rajoelina "Fitia" adlı yoxsullara yardım assossasiyasın sədridir.
Şərəfuddin Amili
Əbdülhüseyn Şərəfuddin Musəvi Amili — Ərəb əsilli ilahiyyatçı-alim; Təbətəbai seyid. === Təvəllüdü və ailəsi === Əllamə Şərəfuddin Amili, 1869-cu ildə (h.q. 1290) İraqın Kazimeyn şəhərində ruhani və alim ailəsində dünyaya göz açmışdır. Atası Əllamə Seyyid Yusif Şərəfuddin, anası Ayətullah Seyyid Hadi Sədrin qızı Zəhradır. Alimin ata və anası İmam Kazimin (ə) nəslindən olduğu üçün, alim seyyid və “Musəvi”lərdəndir. === Təhsili === Şərəfuddin Amili elə bir ailədə doğulmuşdu ki, təhsil almaq üçün gərəkli vəsait ailəsində mövcud idi. Atası təhsilini təkmilləşdirib İraqın böyük alim və fəqihlərindən ictihad icazəsi alıb Cəbəl-Amilə (Livanın cənubu) qayıdır. O zamanlar Amilinin 8 yaşı var idi. Kiçik yaşlarından Amili Nəcəf-Əşrəfdə “ərəb dilinin müqəddimatı” dərslərini, fiqh və üsul elmini, həmçinin, bəlağəti öyrənmiş, habelə məşhur mərceyi-təqlidlərdən olan Xorasani, Fəthullah İsfəhani, Məhəmməd Taha Nəcəfi, Kazim Təbatəbai, Həsən Kərbəlayi, İsmayıl Sədr, (öz dayısı) Seyyid Həsən Sədr və s. alimlərin məhzərində elmi dərslərdə iştirak edib onlardan lazımi şəkildə bəhrələnmişdir.
Eva Kaili
Eva Kaili (26 oktyabr 1978, Saloniki) — 2014-cü ildən Avropa Parlamentinin (AP) üzvü olan yunan siyasətçisi. O Avropa Parlamentində Qətər korrupsiya qalmaqalının bir hissəsi kimi korrupsiyada ittiham olunub və 2022-ci ilin yanvarından 2022-ci ilin dekabrında həbs olunana qədər Avropa Parlamentinin on dörd vitse-prezidentindən biri vəzifəsində çalışıb. 2007–2012-ci illərdə Yunanıstan Parlamentinin üzvü olub və siyasi karyerasından əvvəl 2004–2007-ci illərdə Yunanıstanın televiziya kanalı MEGA Channel-da xəbər aparıcısı olub. Kaili 9 dekabr 2022-ci ildə həbs edildikdən sonra Brüsseldə istintaq təcridxanasında saxlanılır və vəkilləri vasitəsilə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. == Həyatı == Kaili 1978-ci ilin oktyabrında Salonikidə Mariya İqnatiadou və Aleksandros Kailis ailəsində anadan olub.O Saloniki Aristotel Universitetində memarlıq və inşaat mühəndisliyi üzrə təhsil alıb, daha sonra təhsilini Pirey Universitetində davam etdirib, 2008-ci ildə beynəlxalq və Avropa münasibətləri üzrə magistr dərəcəsi alıb.Kailinin həyat yoldaşı 35 yaşlı deputat köməkçisi Françesko Giorgidən 2021-ci il təvəllüdlü bir qızı var. == Karyerası == Siyasi karyerasından əvvəl Kaili 2004–2007-ci illərdə Mega Channel-da xəbər aparıcısı olub.Kaili 1992-ci ildə PASOK Gənclərinə qoşulub. 2001-ci ildə Memarlıq Məktəbi Tələbələr Birliyinin prezidenti, 2002-ci ildə isə Saloniki Şəhər Şurasına seçilən ən gənc üzv oldu. === Yunanıstan parlamentinin üzvü === Kaili 2004-cü il ümummilli seçkilərində ən gənc namizəd kimi iştirak edib. O, 2007-ci ildə keçirilən ümummilli seçkilərdə Saloniki birinci bölgəsi üzrə Yunanıstan parlamentinin üzvü seçilib. O, həmin dövrdə PASOK partiyasının ən gənc deputatı idi.
Dəniz mili
Dəniz mili - uzunluq vahidi. 1 dəniz mili 1852 metrə bərabərdir. Əsasən beynəlxalq dəniz yollarının ölçülməsi üçün, həmçinin aviasiyada istifadə olunur. 1 dəniz mili 10 kabeltə bərabərdir.
E-mail
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Hacı Mail
Hacı Mail Əliyev — şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi. == Həyatı == Hacı Mail Əliyev 1935-ci ildə Nardaranda anadan olmuşdur.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olmuşdur. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak etmişlər. == Yaradıcılığı == Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olmuşdur. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir. Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur. Fars və ərəb dillərini yaxşı bildiyindən orta əsrlərin əlyazmaları üzərində dərin tədqiqat işləri aparmışdır.
Mail.ru
mail.ru saytı Rusiyanın ən çox istifadə olunan saytdır. Mail.ru digər postsovet ölkələrində də geniş istifadə olunur. == Məşhurlaşması == Mail.ru-nun geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Mail.ru-dan Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu mail xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu.
Madlı (Çaldıran)
Madlı (fars. مادلو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (25 ailə).
Mallı Şıxlı
Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Mallı Şıxlı kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrda Göyçay qəzasında şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qara mal saxladığına görə kənd belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1646 nəfər əhali yaşayır. == Din == Kənddə Mallı Şıxlı kənd məscidi dini icması fəaliyyət göstərir.