Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Mut (Mersin)
Mut (türk. Mut) — Mersin ilinin ilçəsi.
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.
MET
Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir. == Tarixi == 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
MIT
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
MBT-70
1960 və 1965 arasında ABŞ və Almaniya inkişaf etmiş ağır döyüş tankı hazırlamaq üçün müştərək layihəyə başladılar. Almaniyadan gələn Porsche şirkəti sayəsində bu layihə hədəflənən səviyyəsinə çatdı.
MIT Press
MIT Press — elmi və texniki nəşrlərdə ixtisaslaşan Kembricdə (ABŞ, Massaçusetts) yerləşən Massaçusets Texnologiya İnstitutu (MIT) nəşriyyatı. MIT Press müntəzəm olaraq 30-dan çox jurnal nəşr edir. == Tarixi == 1926-cı ildə Massaçusets Texnologiya İnstitutu ilk nəşrini — M. Born İnstitutunda mühazirələr kursunu öz loqotipi altında nəşr etdi. 1932-ci ildə Ceyms Killianın təşəbbüsü ilə MIT-nin sponsorluğu ilə Texnologiyalar Mətbuatı yaradıldı. Sonrakı beş il ərzində nəşriyyatda səkkiz nəşr çap edildi. 1937–1962-ci illərdə Texnologiya Pressin nəşr və ticarət funksiyaları John Wiley & Sons tərəfindən yerinə yetirildi. 1962-ci ildən etibarən "MIT Press" müasir ad altında müstəqil bir nəşriyyat kimi fəaliyyət göstərir. 1960-cı illərin sonlarında nəşriyyatın jurnal şöbəsi yaradıldı. Kafedranın qurulmasından qısa müddət sonra nəşr olunan ilk jurnallar Fənlərarası tarix jurnalı idi.. == İstinadlar == == Xarici keçidlər == "MIT Press Journals" (ingilis).
MKEK MPT
MKEK MPT və onun variantı olan MPT-76 tüfəngi — Türkiyə Silahlı Qüvvələrinin silahlanmasındakı G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Quru Qoşunlarına təhvil verilib. Çəkisi 4,1 kq təşkil edən silah 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir. Üzərindəki piccatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. əlavə etməyə imkan verir.
MPT-76
MKEK MPT və onun variantı olan MPT-76 tüfəngi — Türkiyə Silahlı Qüvvələrinin silahlanmasındakı G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Quru Qoşunlarına təhvil verilib. Çəkisi 4,1 kq təşkil edən silah 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir. Üzərindəki piccatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. əlavə etməyə imkan verir.
Met Selmon
Met Selmon Matthew James "Matt" Salmon (d. 21 yanvar 1958-ci il) — ABŞ Konqresində Arizona ştatından 5-ci rayondan seçilmiş konqresmen. 1995 - 2001-ci illərdə ştatın 1-ci rayonunu təmsil edirdi. 2002-ci il seçkilərində uduzub. 2012-ci il seçkilərində yenidən Konqresə üzv seçilib. Respublikaçılar Partiyasını təmsil edir. 29 yanvar 2014-cü ildə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.
Mit Romni
Mit Romni (ing. Willard Mitt Romney; 12 mart 1947) — 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru olmuşdur. 2012-ci il ABŞ Prezident Seçkisində ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən hesab olunur. Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub. Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984–2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib. Mitt Romni siyasətə 1994-cü ildə qatılıb – Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb. 2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.
Fat Man
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır. Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Met Gala
Met Gala və ya Met Ball, rəsmi olaraq Costume İnstitute Gala və ya Costume İnstitute Benefit adlanır, Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutunun xeyrinə keçirilən illik fandreyzinq tədbiridir. Met Gala dünyanın ən prestijli və qlamur moda hadisəsi və sosial toplantısı hesab olunur və "modanın ən böyük gecəsi" kimi tanınır, çox populyardır. Moda, kino, televiziya, musiqi, teatr, biznes, idman, sosial media və siyasət kimi müxtəlif peşə sahələrində müasir cəmiyyət üçün mədəni əhəmiyyət kəsb edən şəxsiyyətlər Vogue jurnalının təşkil etdiyi Met Gala-ya dəvət olunur. Tədbir hər il may ayının ilk bazar ertəsi günü keçirilir və Manhettenin Yuxarı Şərq tərəfində yerləşən Kostyum İnstitutunun illik moda sərgisinin açılışını qeyd edir. İştirakçıların çoxu Vogue jurnalının üz qabığında və səhifələrində təsvir olunub. Hər il keçirilən tədbir həmin ilki Kostyum İnstitutunun sərgisinin xüsusi mövzusunu qeyd edir və gecə üçün rəsmi geyim tərzini təyin edir. Qonaqlardan illik sərginin mövzusuna, adətən yüksək modaya uyğunlaşmaq üçün moda kurasiyaları gözlənilir. Qlobal moda ikonası, Vogue jurnalının baş redaktoru Anna Vintur 1995-ci ildən Met Gala-ya həmsədrlik edir. Zaman keçdikcə Met Gala öz perspektivinə görə getdikcə daha qlobal və geniş əsaslı hala gəldi və Nyu-Yorkun moda mərkəzinə çatdı. Met Gala 1948-ci ildə moda publisist Eleanor Lambert tərəfindən illik sərgisinin açılışını qeyd etmək üçün yeni yaradılan Kostyum İnstitutuna ianə toplamaq məqsədi ilə yaradılmışdı.
Aylil mak Mata
Aylil mak Mata (irl. Ailill mac Máta) — İrlandiya mifologiyasında ailəsinin daha qədim və zəngin olması barədə onunla mübahisə edən kraliça Medbin əri. Aralarındakı çəkişmə qəhrəman Kuxulin haqqında "Kualngedən öküzün oğurlanması" silsiləsinin mərkəzi saqasının süjetinə çevrilmişdir. == Ailəsi == Aylil Laygin kralı Ross Ruad mac Ferqus Feyrgenin oğlu, Laygin kralı Fin mak Ross və Tara kralı Kayrbre Nia Ferin kiçik qardaşı olduğu qyed olunur. Kraliça Medb ilə evliliyindən bir oğul – Meyn Eytreamxeyl mak Oylioll dünyaya gəlmişdir. O da anasından sonra Konnaxt kralı olmuşdur.
MKT-Araz FK
Mil-Muğan futbol klubu. İmişlidə "MKT-Araz" adı ilə yaranmışdır. Müxtəlif vaxtlarda 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. == Avropa kuboklarında iştirak == Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir. == Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində == 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur. == Mil Derbisi == Mil düzünün iki klubu Mil-Beyləqan FK ve Mil-Muğan FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır.
Mit-Əbul-Qum
Mit-Əbul-Qum — Misirdə, Nil çayı deltasında kənd.
Mit (Mortal Kombat)
Mit (ing. Meat ) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Meat" sözünün mənası ingiliscədən "Ət" deməkdir. Mit Şanq Tsunqun eksperimenti nəticəsində əmələ gəlmişdir. Eksperiment başa çatıb-çatmamış Mit buradan qaçır. Bu səbəbdən onun görünüşü ətə və sümüyə bənzəyir. Hərəkətləri bütün personajlara oxşayır. Ağrı hiss etmir.
MKT İstehsalat Kommersiya
La-Mot-an-Şansor
La-Mot-an-Şansor (fr. La Motte-en-Champsaur, oks. La Mota de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 185 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 101 yaş arasında (15-64 yaş arasında) 81 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80,2%, 1999-cu ildə bu 68.0%). Fəaliyyət göstərən 81 nəfərdən 75 nəfər (43 kişi və 32 qadın) işləyir, 6 nəfər işsizdir (2 kişi və 4 qadın).
La-Mot-d'Aveyan
La-Mot-d'Aveyan (fr. La Motte-d'Aveillans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38265. Kommunanın 2006-cu il üçün əhalisi 1752 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 637 ilə 1 617 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 25 km şimal-qərbdə yerləşir.
La-Mot-dyu-Ker
La-Mot-dü-Ker (fr. La Motte-du-Caire, oks. La Mota dau Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04134. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 507 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 293 yaşda olan (15-64 yaş arasında) 204 nəfər iqtisadi fəal, 89 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69.6%, 1999-cu ildə 73.3%). Fəal 204 nəfərdən 173 nəfəri (94 kişi və 79 qadın), 31 nəfəri işsizdir (16 kişi və 15 qadın).
La-Mot-dü-Ker
La-Mot-dü-Ker (fr. La Motte-du-Caire, oks. La Mota dau Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04134. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 507 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 293 yaşda olan (15-64 yaş arasında) 204 nəfər iqtisadi fəal, 89 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69.6%, 1999-cu ildə 73.3%). Fəal 204 nəfərdən 173 nəfəri (94 kişi və 79 qadın), 31 nəfəri işsizdir (16 kişi və 15 qadın).
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.