Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nüvə məsaməsi
Nüvə məsaməsi — eukariotik bir hüceyrənin nüvəsini əhatə edən ikiqat bir membran olan nüvə qabığını əhatə edən nüvə məsaməsi olaraq bilinən böyük bir protein kompleksinin bir hissəsidir. Onurğalı bir hüceyrənin nüvə qabığında təxminən 1000 nüvə məsamə kompleksi var, lakin bu hüceyrənin növünə və həyat dövrünün mərhələsinə bağlıdır. İnsanın nüvə məsamə kompleksi 110 meqaadalton bir quruluşa malikdir. Nüvə məsamə kompleksini təşkil edən zülallara nukleoporinlər deyilir; hər bir nüvə məsamə kompleksi ən azı 456 fərdi protein molekulundan ibarətdir və 34 fərdi nukleoporin zülalından ibarətdir. == Ölçü və mürəkkəblik == Nüvə məsamələri kompleksləri molekulları nüvə qabığından nəql etməyə imkan verir. Bu nəql, nüvədən sitoplazmaya doğru hərəkət edən RNT və ribosom zülalları(DNT polimeraza və laminlər kimi), karbohidratları, siqnal molekullarını və nüvəyə daxil olan lipidləri ehtiva edir. Nüvə məsamələri kompleksinin saniyədə kompleksdə 1000 translokasiyanı aktiv şəkildə həyata keçirə bilməsi diqqət çəkir. Kiçik molekullar məsamələrdən yayılsa da, daha böyük molekullar xüsusi siqnal ardıcıllığı ilə tanına bilər və sonra nukleoporinlər tərəfindən nüvəyə və ya xaricə yayılır. Son zamanlar, bu nukleoporinlərin, molekulların nüvə məsaməsi üzərindən nəqlini necə tənzimlədiyini anlayan, ardıcıllıqla kodlaşdırılmış spesifik təkamül yolu ilə qorunan xüsusiyyətlərə malik olduqları göstərilmişdir. Nukleoporinin vasitəçilik etdiyi nəqliyyat birbaşa enerji tələb etmir.
Altay əsməsi
Altay əsməsi (lat. Anemone altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Axmerovski meşəsi
Axmerovski meşəsi (başq. Әхмәр урманы; rus. Ахмеровский лес) – Başqırdıstanın (Rusiya) İşimbayski rayonunun şimal-qərbində yerləşən meşə. Sahəsi 15 km2 təşkil edir. Sterlitamak şəhərindən 18 km, İşimbay şəhərindən 21 km uzaqlıqda yerləşir.Axmerovski meşəsində üstünlük təşkil edən əsas ağac növləri palıd və cökədir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Axmerovski meşəsi ilə əlaqəli mediafayllar var.
Azatağac meşəsi
Azatağac meşələrinin (lat. Zelkova Spach) - Hirkan azatağacı (lat. Z.hyrcana A.Grossh.) iqlim şəraitinə münasibəti baxımından bir qədər plastik ağac cinsi olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan düzündə, həmçinin Talışın quru kontinental dağlıq hissəsində bitir. Lənkəran zonasında sırf və qarışıq azatağac meşələrinə az təsadüf etmək olar. Burada azatağaclar 160-200 yaşında 36–40 m hündürlüyə və 1-1,5 m diametrə, 1 ha-da oduncaq ehtiyatı 600–800 m3-ə çatır. Tək-tək 300-400 yaşlı azat ağaclarına rast gəlinir, onların yoğunluğu 2,0-2,6 m-ə çatır. Belə ağaclar Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında, əsasən qəbirstanlıqlarda qalmışdır. == Qorunması == Dövlət tərəfindən qeydə alınıb qorunması vacib sayılan çoxyaşlı azatağaclarının sayı bu rayonlarda 209 ədəddir (Təhməzov, Yusifov. Əsədov, 2004). Onlardan 46-sı Masallı, 161-i Lerik, 9-u Lənkəran, 2-si Yardımlı rayonunun payına düşür.
Barambart meşəsi
Barambat meşəsi və ya Barambart meşəsi — Azərbaycanın Goranboy və Tərtər rayonları ərazisində, Gülüstan kəndi sahəsində meşə. == Tarixi == Barambat meşəsi Azərbaycanın Goranboy və Tərtər rayonları ərazisində, Gülüstan kəndi sahəsində yerləşir, həmçinin Barambart meşəsi də adlanır. 1931-ci ilin payızında burada qaçaq Ağqıraqlı Mustafanın dəstəsi ilə sovet qüvvələri arasında atışma baş tutmuşdur.Barambat meşəsi sahəsi Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən işğal edilmişdir. 19 mart 2015-ci ildə Barambat meşəsində Azərbaycan və Ermənistan qüvvələri arasında döyüş baş vermişdir. Aprel döyüşləri zamanı meşə Talış kəndinə doğru hücum əməliyyatında keçid ərazisi kimi istifadə edilmiş və baş tutan döyüşlərin ardınca işğaldan azad edilmişdir. Azərbaycan qüvvələri İkinci Qarabağ müharibəsi zamanı, 27 sentyabrda Barambat meşəsindən hücuma keçərək ilkin həmlədə ermənilərin postunu ələ keçirmişdir.
Barambat meşəsi
Barambat meşəsi və ya Barambart meşəsi — Azərbaycanın Goranboy və Tərtər rayonları ərazisində, Gülüstan kəndi sahəsində meşə. == Tarixi == Barambat meşəsi Azərbaycanın Goranboy və Tərtər rayonları ərazisində, Gülüstan kəndi sahəsində yerləşir, həmçinin Barambart meşəsi də adlanır. 1931-ci ilin payızında burada qaçaq Ağqıraqlı Mustafanın dəstəsi ilə sovet qüvvələri arasında atışma baş tutmuşdur.Barambat meşəsi sahəsi Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən işğal edilmişdir. 19 mart 2015-ci ildə Barambat meşəsində Azərbaycan və Ermənistan qüvvələri arasında döyüş baş vermişdir. Aprel döyüşləri zamanı meşə Talış kəndinə doğru hücum əməliyyatında keçid ərazisi kimi istifadə edilmiş və baş tutan döyüşlərin ardınca işğaldan azad edilmişdir. Azərbaycan qüvvələri İkinci Qarabağ müharibəsi zamanı, 27 sentyabrda Barambat meşəsindən hücuma keçərək ilkin həmlədə ermənilərin postunu ələ keçirmişdir.
Barski meşəsi
Barski meşəsi (rus. Барский лес) – Başqırdıstanın (Rusiya) İşimbayski rayonunun şimal-qərbində yerləşən meşə. Sahəsi 14 km2 təşkil edir. Sterlitamak şəhərindən 20 km, İşimbay şəhərindən 20 km uzaqlıqda yerləşir.Axmerovski meşəsində üstünlük təşkil edən əsas ağac növləri palıd və cökədir.
Belqrad Meşəsi
Belqrad meşəsi (türk. Belgrad Ormanı) ― Türkiyənin ən böyük şəhəri İstanbulun şimalında təqribən 5,500 hektarlıq təbii meşə sahəsi. 1521-ci ildə Osmanlılara əsir düşən Belqrad şəhərindən didərgin düşmüş minlərlə serbin adını daşıyır. Coğrafi cəhətdən meşə Trakya yarımadasının ən şərq nöqtəsində yerləşir. Meşə ərazi Sarıyer və Eyüp rayonları arasında bölünür. Bir neçə tarixi su anbarı meşənin içində yerləşir.
Bulon meşəsi
Bulon meşəsi— (fr. le bois de Boulogne) Parisin qərbində 845 hektarlıq sahəni əhatə edir. XIY əsrdə burada Notr-Dam-de-Bulon-sür-Mer kilsəsi tikilmişdir. Bulon meşəsinin adı bu kilsənin adından götürülüb. == Tarixi == Azəbaycanlı kinosevərlərə yaxşı tanış olan və hədsiz sevdikləri, maraqla dəfələrlə tamaşa etdikləri məşhur Aleksandr Dümanın (ata) əsəri əsasında ekranlaşdırılmış fransız filmi "Üç muşketyor" un qəhrəmanlarının qılınc oynatdıqları Bulon meşəsi Parisin qərbində 845 hektarlıq sahəni əhatə edir.Meşədə cır meyvə ağacları və süni kiçik göllər var. Əvvəl bura palıd ağaclarından ibarət böyük meşəlik olmuşdur. XIY əsrdə burada Notr-Dam-de-Bulon-sür-Mer kilsəsi tikilmişdir. Bulon meşəsinin adı bu kilsənin adında götürülüb.Qədim dövrlərdə meşəyə sığınmış quldur və soyğunçular əhalini daima qorxu altında saxlamışlar. Bu vəziyyətdən xilas olmaq üçün 1556-cı ildə kral II Hnerinin göstərişi əsasında meşə hasara alınmış və içəri daxil olmaq üçün səkkiz qapı qoyulmuşdur. XIV Lüdovikin dövründə meşə yenidən qurulmuşdur.
Fındıqlı meşəsi
Fındıqlı Meşəsi — Güney Azərbaycanda meşə. Meşə bugünkü Ərdəbil ostanının Nəmin şəhristanında, Ərdəbil-Astara yolunda yerləşir.
Harenna meşəsi
Harenna meşəsi — Efiopiyanın cənub-şərqində, Oromiya regionunda, Bale dağlarında yerləşən meşə. Ölkədə qalmış azsaylı təbii meşələrdən biridir. == Təbiət tarixi == === Ekoregionlar === Bale dağlarında Afromontane ekozonasının dörd fərqli ekoregionu yerləşir: Şimal düzənlikləri Kolluq və ağaclıqlar Efiopiya dağ çəmənlik və ağaclıqları – Mərkəzi Sanetti platformasında, orta hündürlük 4000 metrdən yüksək. Efiopiya dağ meşələri === Flora və fauna === Harenna meşəsi yerli bitkilərinə, məməlilərinə, suda-quruda yaşayanlarına və quşlarına (endemik növlər daxil olmaqla) görə tanınır. Belə endemik növlərdən biri Maytenus harenensis ağacıdır. Ağacların kəsilməsi üzündən bu ağac Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən "həssas növ" kimi təyin olunmuşdur.Harenna meşəsi əvvəllər təhlükədə olan Lycaon pictus Afrika yabani iti növünün yaşayış arealına daxil idi. Mərkəzi Sanetti platforması nadir və təhlükədə olan Həbəşistan çaqqalının məskənidir.
Keçi məməsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Kоmpyеn meşəsi
Kоmpyеn meşəsi fr. forêt de Compiègne — Fransanın Pikardiya bölgəsində Kompyen şəhəri yaxınlığında yerləşir. Meşənin ümumi sahəsi 144,85 km²-dir. == Meşənin hərbi tarixi == Meşədən keçən dəmir yolunda iki dünya müharibəsinin iki barışıq müqaviləsi imzalanmışdır: "Birinci Kompeyn barışığı" olaraq bilinən Birinci Dünya Müharibəsinə son verən Antanta və Almaniya arasındakı barışıq. 1940-cı il iyunun 22-də İkinci Dünya Müharibəsi əsnasında Fransa ilə Nasist Almaniyası arasında imzalanmış barışıq sazişi. == Abidələr == "Elzas-Loringiya" memorialı: qılınc (Antantanı simvolizə edir), düşən qartalı vurur (Almaniyanı simvolizə edir). Ferdinand Foşun heykəli Fransız dilində yazısı olan barışıq imzalandığı yerdə xatirə lövhəsi: "Burada, 11 Noyabr 1918-ci ildə, Alman İmperiyasının cinayətkar qüruru süquta uğradı, əsarət altına almağa çalışdığı azad xalqlar tərəfindən məğlub edildi" (fr. Ici, le 11 novembre 1918, succomba le criminel orgueil de l'Empire allemand, vaincu par les peuples libres qu'il avait essayé d'asservi). Bu xatirə lövhəsi sökülərək 1940-cı ildə Almaniyaya aparılmışdır, lakin İkinci Dünya Müharibəsindən sonra geri qaytarılmışdır.
Lapiş meşəsi
Lapiş meşəsi (rum. Pădurea Lapiș) — Rumıniyanın şimal-qərbində yerləşən, BTMİ-də IV kateqoriya təbiət qoruğu. Sahəsi 430,40 hektar olan meşə Rumıniya Hökumətinin 2004-cü il 2115 saylı qərarı ilə təbii qorunan ərazi elan edilmişdir. Lapiş meşəsi daha böyük meşə qrupu olan qədim Codrii Silvaniei meşələrinin qalığıdır. == Biomüxtəliflik == === Flora === ==== Ağaclar ==== Yay palıdı (lat. Quercus robur), qayalıq palıdı (lat. Quercus petraea), ürəkvari cökə (lat. Tilia cordata), Quercus frainetto, adi göyrüş (lat. Fraxinus excelsior), Avstriya palıdı (lat. Quercus cerris), Avstriya şamı (lat.
Letea meşəsi
Letea meşəsi — Rumıniyanın ən qədim təbii qoruğudur. 1938-ci ildə, Ruminiya Nazirlər Şurasının meşənin qoruq elan edilməsi ilə bağlı 645 saylı qərarı ilə quruldu. Meşə Dunay çayının dunay deltasında ayrıldığı qolları olan Sulina və Çiçia arasında yerləşir. Təxminən 2,825 hektar ərazini əhatə edir. Bu meşə, Ümumdünya irsi elan edilmiş Dunay Deltası Qoruğunun ilkin təməli idi. 1992-ci ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində Təbii sərvət olaraq beynəlxalq səviyyədə tanınıb. == Biomüxtəliflik == Periploca graeca növlü tropik bitkinin varlığına görə subtropik cəhətə malikdir. Bu, Dunay Deltasında ən şimal sığınacağını tapan Aralıq dənizi bitkisidir. Bununla yanaşı, lianlar və yabanı üzüm, mayaotu və daşsarmaşığı kimi dırmaşan bitki növləri ağaclara qalxır.Letea meşəsi əsasən ağ qovaq, qaraqovaq, qarağac, yay palıdı, tüklü cökə, ensizyarpaq göyrüş və qızılağac kimi ağaclardan ibarətdir. Bunlarla birlikdə meşə həmçinin yarımkollar ilə tamamlanır.Meşə həmçinin zəngin faunaya malikdir.
Meşəlik əsməsi
Meşəlik əsməsi (lat. Anemone sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Naliboki meşəsi
Naliboki meşəsi (Bel. Налібоцкая пушча) — Belarusda ən böyük sahəyə malik meşə. Şimalda Oşmyan yüksəkliyindən Şərqdə Minsk yüksəkliyinə qədər olan sahəni əhatə edir. Meşənin sahəsi 1400 km² — 2400 km² aralığındadır. Meşə Minsk vilayətinin Volojinski və Sütunçovski rayonları, eləcə də Qrodno vilayətinin Novoqrud, Korelik və İvievskiy rayonlarının ərazisinə daxildir. Bura, Slavyan, Baltik və Avropa ənənələrinin qovuşduğu Belarusun tarixi və mədəni cəhətdən unikal bir bölgəsidir. 2009-cu ildən başlayaraq hər il Naliboki meşəsində Naliboki Marafonu keçirilir. == Tarixçəsi == Meşənin adı onun yerləşdiyi olan kənd — Nalibokidən gəlir. Böyük Vətən Müharibəsi zamanı bu meşədə Belçikalı qardaşların dəstəsinin partizanları gizlənmişdilər. Həmçinin, Bulat dəstəsi döyüş əməliyyatlarını bu meşədə apardılar.
Norveç meşəsi
Norveç meşəsi (yap. ノルウェイの森) — Haruki Murakami tərəfindən 1987-ci ildə yazılmış roman. Bu roman zərərli seksuallığın nostalji hekayəsidir. Əsərin əsas qəhrəmanı Toru Vatanabedir. Vatanabe iki qız arasında seçim etməlidir. Bunlardan biri gözəl lakin xəstə Naoko, digəri isə həyat dolu və mübariz Midori Kobayasidir. Əsərdə hadisələr 1960-cı illərdə cərəyan edir. Bu dövr Yaponiyada tələbə hərəkatı və seksual azadlığın tələb olunduğu dövrdür. Haruki Murakami bu əsəri özünün “işıldaböcək” adlı hekayəsinin əsasında yazıb. Yazıçının dediyinə görə bu hekayənin əsasında təsirli məhəbbət hekayəsi yazmaq istəyib və hekayəni üç yüz səhifə uzatmaq qərarına gəlib.
Peruçisa meşəsi
Peruçisa (serb. Перућица, xorv. və bosn. Perućica) — Avropa ərazisində qalmış relikt dörd meşədən biri. Meşə Bosniya və Herseqovinanın Serbiya ilə sərhəddində yerləşən Suteska Milli Parkının ərazisində yerləşir. Unikallığı və özünəməxsusluğu nəticəsində meşə ciddi qorunan ərazilərdən biri hesab olunur. Meşə ərazisində ilk ciddi araşdırma 1938-ci ildə həyata keçirilmişdir. Peruçisa meşəsi Dinar dağları bölgəsində ağacların sayına, hündürlüyünə, biomüxtəlifliyinə və gözəlliyinə görə öndədir. 1952-ci ildə, Yuqoslaviya Sosialist Federativ Respublikası tərkibində olan zaman 1234 hektarlıq sahəyə xüsusi status verilmiş və "elmi araşdırma obyekti" elan olunmuş. 1954-cü ildə isə ərazinin sahəsi 200 hektar artırılmış və dövlət tərəfindən qorunan ərazi kimi qeydiyyata alınmışdır.
Rominten meşəsi
Rominten meşəsi, Romniskaya puşça, Qırmızı meşə (alm. Rominter Heide‎, pol. Puszcza Romincka) — Rusiyanın Kalininqrad vilayətində, Nesterov rayonu ərazisində meşə. Meşənin kiçik hissəsi isə Polşa ərazisinə daxildir. Meşə kompleksinin ümumi sahəsi — təxminən 360 km²-dir. Ümumi ərazinin üçdə ikisi Rusiyaya məxsusdur. Polşaya məxsus Pominten meşə ərazisi qorunan ərazi statusuna malikdir. Rusiya ərazisində yerləşən meşə həm də Qırmızı meşə adı ilə tanınır. Ərazidə eyni adlı meşə təsərrüfatı və kənd yerləşir. Ərazidən ən böyük yaşayış məntəqəsi məhs — Krasnoles kəndidir.
Sanqa meşəsi
Sanqa meşəsi — Afrikada, Konqo çayının qollarından birinin hər iki tərəfində yerləşən tropik meşə və milli park. Meşə üç dövlətin: şərqdə Konqo Respublikası, mərkəzi hissədə Mərkəzi Afrika Respublikası və qərbdə Kamerunun ərazisində yerləşir. Meşəyə üç milli park daxildir: Kamrundakk Lobeke Milli Parkı – parka status 2001-ci ildən verilmişdir və sahəsi 2178.54 km²-dir. Mərkəzi Afrika Respublikasında Nouabel-Ndoki Milli Parkı – parkın statusu 1990-cı ildən bəri mövcuddur və sahəsi 495 km² olan şimal və 1220 km² sahəsi olan cənub hissəsi olmaqla iki hissəyə bölünür. Təbiət qoruğunun bu iki hissəsi Sanqa çayı ilə ayrılmışdır. Konqo Respublikasındakı Zenqa-Ndoki Milli Parkı – 3865.92 km² ərazini əhatə edən park statusunu 1993-cü ildən bu yana almışdır.Meşə 2012-ci ildə tərkibindəki üç Milli Parkla birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Radde əsməsi
Radde əsməsi (lat. Anemone raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Samur meşəsi
Samur meşəsi Rusiyanın subtropik lianalarını təşkil edir. Ümumi sahəsi 220 kv.km olan bu meşə Dağıstanın Məhərrəmkəndindən başlayaraq Azərbaycanın Xaçmaz rayonuna qədər geniş ərazini əhatə edir. O öz adının Samurçayın deltasından götürüb. == Coğrafiyası == Meşə özü Rusiya və Azərbaycanın şimal hissəsinə bölünür. Rusiya ərazisində o Dağıstan cənub-şərq hissəsini əhatə edir və Samur dövlət qoruğuna kimi davam edərək 11200 ha ərazini əhatə edir. Burada 7 kənd yaşayış məntəqəsi və 3 hərbi hissə var. Azərbaycanda isə Samur-Yalama Milli Parkı 11722,45 ha hissəsini əhatə edir. Burada ən azı 9-10 yaşayış məntəqəsi vardır. Meşənin bir hissəsi Xəzər dənizi suları ilə yuyulur. == Təbiəti == Bu meşələr Rusiyada yeganə liana tipli subtropik meşədir.
Topxana meşəsi
Topxana meşəsi — Şuşa şəhəri yaxınlığında yerləşən meşə və dövlət qoruğu. 1988-ci ildə dağıdılması Dağlıq Qarabağın siyasi gələcəyi ilə bağlı gərginliyə səbəb oldu, Dağlıq Qarabağ müharibəsi ilə nəticələnən sivil və inter-etnik iğtişaşlara gətirib çıxardı. == Tarixi == Topxananın adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi yer olması ilə bağlıdır. Meşənin adı yazıçı Anarın 1970-ci ildə çap edilmiş "Keçən ilin son gecəsi" əsərində çəkilir. SSRİ İdman Ustası və atletik turizm üzrə mütəxəssis Yevgeni Kotlyarov Qarabağda dağ turizmi ilə bağlı 1978-ci il nəşrində "Şuşada Topxana yaylasının meşəli yaylası"nı təsvir edir. Gənclik dövrünü Şuşada keçirmiş yazıçı Elçin Əfəndiyev 1985-ci ildə nəşr edilən Sovet ədəbiyyatının tənqidi rəyi ilə bağlı kitabında gəncliyində Topxana meşəsinin tünd göy dərinliyinə baxıb ilk hekayəsinin çap edilməsini arzuladığını bildirir. === Dağıdılması === Qarabağda Topxana meşəsinin qırılması 1988-ci ilin anti-sovet mitinqlərinin alovlanmasına səbəb oldu və beləliklə, 17 noyabr 1988-ci ildə Meydan hərəkatı başladı. == Haqqında == Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana əsl təbiət möcüzəsi idi.
Türingen Meşəsi
Türingen Meşəsi, və ya Türinq Meşəsi (alm. Thüringer Wald‎) — Almaniyanın şərq hissəsindəki Türingiya federal əyalətində orta boylu dağlar. Təpə Verra çayının cənub-şərqində, Turingiya Meşəsini Frankon Meşəsi ilə ayıran Rodax çayı vadisi yaxınlığında uzanır. Uzunluğu təxminən 150 km, eni 35 km-ə qədərdir. Ən yüksək nöqtə 982 m olan Böyük Beerberq Dağıdır (Qroser-Berberq), əsasən qneys və qranitlərdən ibarət bir horstdur. Dağların çoxunun hündürlüyü 200 ilə 490 metr arasındadır. == İstinadlar == == Ədəbiyyat == Тюрингенский лес // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Mesxeti
Mesxetiya (rus. Месхе́тия), Mesxeti (gürc. მესხეთი), Samtsxe (gürc. სამცხე) və ya Moşiya — cənub-qərbi Gürcüstanda dağlıq ərazi, tarixi-mədəni vilayət. Tarixi Mesxetiya Gürcüstanın Samtsxe-Cavaxeti diyarının ərazisinə daxil olan üç müasir rayonlarının – Adigeni, Axaltsixa və Aspinca rayonlarını, eləcə də Türkiyənin bəzi sərhədyanı ərazilərini əhatə edir. Tarixi-mədəni vilayətin paytaxtı Axılkələk şəhəridir. == Tarix == Samtsxe-Cavaxeti diyarının ilk qeydə alınmış sakinləri muşki (və ya moşi) və mossinoyki (və ya mosiniklər) adlı qədim tayfalardır. Bəzi tarixşünaslar dəmir metallurgiyanın mosiniklər tərəfindən ixtira etdiyini iddia edirlər. Ərazi e.ə. II minillik ilə e.ə.
Məcməyi
Məcməyi— dairəvi formalı dayaz mis qab. Alt hissəsi tamamilə naxışsız olan Məcməyinin ağız hissəsinin kənarları yarımdairəvi kəsmələrlə, içərisi isə zərif həndəsi, nəbati, buta və s. naxışlarla bəzədilir.Əsasən plov, xingal və s. xörəkləri süfrəyə gətirmək üçün istifadə olunur. Azərbaycanda hazırlanmış nəfis məcməyilər xaricdə də şöhrət qazanmışdır. Yaxın Şərq, Zaqafqaziya xalqları arasında da geniş yayılmışdır. == İstinadlar == Azərbaycan Sovet Ensiklopediyası Mis sənət işləri.
Məsnəvi
Məsnəvi — Şərq, eləcə də klassik Azərbaycan epik şeirində ən geniş yayılmış formalardan biri. "Məsnəvi" ərəb sözüdür, mənası "ikilik" deməkdir. Məsnəvi formasında yazılmış əsərlərin iki misrası bir beyt adlanır. Hər beytin misraları, müstəqil olaraq, tamamlanmış bir fikri ifadə edir. Məsnəvinin misraları bir-biri ilə eyni qafiyəli olur: aa, bb, cc, çç, və s. Məsnəvi formasında yazılmış əsərlərdə misraların iki-iki qafiyələnməsi şairə öz fikirlərini sərbəst və daha geniş şəkildə ifadə etməyə imkan verir. Amma bu da var ki, bu misralar, yəni beytlər arasında güclü fikir bağlılığı olur. Məsnəvi formasında yazılmış əsərlər həcminə görə müxtəlif olur. Bu, mövzunun əhatəliyindən asılı olur. Azərbaycan ədəbiyyatında ilk məsnəvi əsər yaradan XII əsrin qüdrətli sənətkarı Xaqani Şirvani olmuşdur.
Çeşməli
Çeşməli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Çeşməli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.