Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meyvəli
Meyvəli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Meyvəli (Fındıqlı) — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Meyvəli (Fındıqlı)
Meyvəli - Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Meyvəli (Yevlax)
Meyvəli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə.
Meyvəli bazarı
Meyvəli bazarı — Meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazası. Bazar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Baza həmçinin Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədədir. Regionda ən böyük Meyvə Tərəvəz Bazasıdır. == Tarixi == Meyvəli Məhdud Məsuliyyətli Cəmiyyəti 16 may 2008-ci ildə bir qrup işadamı tərəfindən təsis edilmişdir. Meyvəli MMC-nin əsas faaliyət istiqaməti Meyvə və Tərəvəzlərin Topdan və Pərakəndə Satış işinin təşkilidir. Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verə bilən və yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istəqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şəait yaratmışdır. Bundan əlavə Meyvəli tikilib yerli fermelərin istifadəsinə verilən soyuducu anbarda kənd təsərrüfatı məhsullarının keyfiyyətini itirmədən əhalinin istifadəsinə verilməsi də bu məqsədə qulluq etməkdədir. Ən əsası olaraq da, ölkəmizdə müasir standartlara tələb verən Meyvəlinin qurulması nəinki regionda və hətta MDB məkanında analoqu olmayan bir Meyvə Tərəvəz Bazası olmaqla ölkənin inkişaf tempinə ozdəstəyi və əhalinin rifahini yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından oz əvəzedilməz tovhəsini vermiş və bununla da ölkə rəhbərliyinə bir dəstək nümunəsi nümayiş etdirmişdir.2009-cu ildə istifadəyə verilib.
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. == Haqqında == Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. == Tarixi == İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Meyvəli bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Meyvəli knedlik
Meyvəli knedliklər-Çex, Avstriya və Polşa mətbəxində rast gəlinən yeməkdir.Knedliklər tvaroqlu, kartoflu və drojılı xəmirdən hazırlanır. İçlik kimi çox vaxt meyvə və giləmeyvələrdən, məs ərik, qaraqarağat, çiyələk və s.ola bilər. Son mərhələsində knedliklər isti suda qaynadılır. Süfrəyə təqdim olunan zaman üzərində tvaroq, şəkər və qaynar yağ əlavə edilir. Bəzən knedliklərin içərisinə qıyma əlavə edilir ki, bu zaman o qıymalı knedliklər adlanır. Çexiyada kəsilmiş knedliklər daha məşhurdur.
Meyvəli salat
Meyvəli salat - müxtəlif meyvələrdən hazırlanan salat növü. == Məlumat == Meyvə salatı-kiçik bir parçalara (hissələrə) kəsilmiş, təzə müxtəlif meyvələr qarışığından hazırlanmış yeməkdir. Meyvəli salat reseptinə alma, armud, portağal, dessert banan daxildir. Hərdən tumsuz üzüm, ananas və narıncı əlavə edilir. Neyvə salatın üstünə adi və ya qəhvəyi şəkər tozu, bal və şokalad tökürlər. Dadı gücləndirmək üçün hətta kişmiş ( quru üzüm), döyülmüş badam və ya fındıqdan istifadə edirlər. Meyvə salatlarına hərdən onların təzə qalmağı üçün və xarici görüşünün saxlanması üçün lumu turşusunu əlavə edirlər. Azacıq rom, konyak və ya likyor meyvə salatına xüsusi dad verir. Ənənəvi salatın qatması (sousu), lakin yoğurt və ya bərk çalınmış qaymaqdan istifadə etmək olar. Adətən meyvə salatını desert kimi verirlər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. == Tarixi == Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. == Adət və mərasimlər == Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Meyvəli-südlü içki
Meyvəli südlü içki - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də şadyanalıq rəmzi olaraq toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Süd -800 ml, şəkərli və ya şəkərsiz alma püresi – 200 q, Şəkərsiz alma püresi istifadə edildikdə əlavə şəkər – 80 q. == Hazırlanma qaydası == Süd qaynadılır, soyudulur. Alma püresi daim qarışdırılmaq şərtilə üzərinə süd əlavə edilir, çalınır və soyudulub süfrəyə verilir. Bu içki başqa meyvə- giləmeyvə püresi və şirəsi ilə də hazırlamaq olar.
Qara meyvəli dovşanalması
Qara meyvəli dovşanalması (lat. Cotoneaster melanocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Çində, Yaponiyada, Monqolustanda, Rusiyada, Avropada 700-2600 m hündürlükdə qayalarda, meşələrdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək olan koldur. Yarpaqları sadə, növbəli, kənarları bütöv, üstü tünd yaşıl və alt tərəfi ağımtıl tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı, sallaq salxımlarda, çiçək saplağı tükcüklüdür. Meyvəsi şarşəkilli, qara, 2-3 çəyirdəkli, unlu, qara, yetişdikdən sonra uzun müddət bitkidə qalır. Meyvələri sentyabr-oktyabrda yetişir. Dovşanalması toxum, qələm, zoğlarla çoxalır.
Qırmızı meyvəli ardıc
Qırmızımeyvəli ardıc (lat. Juniperus phoenicea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Qafqaz, Krım, İran, Türkiyə, Balkan yarımadasında, Aralıq dənizi boyunca Madeyra adaları na qədər olan geniş ərazidə yayılmışdır. Hündürlüyü 6 m-ə çatan alçaqboylu, düzgövdəli ağac və ya koldur. Zoğları qısa, yaşıl və ya sarımtıl-qonur rəngdədir. Köhnə budaqları və gövdəsinin qabığı açıq-boz, cavan zoğları sarımtıl-qonur rənglidir. Yarpaqları üfüqi vəziyyətdə, xətvarı-iynəşəkillidir, uzun tikanı sivridir, üst tərəfində yaşıl rəngli orta damarı boyunca uzanmış iki ağ zolağı, alt tərəfində sivri və ensiz tili vardır, vəziləri yoxdur, uzunluğu 11–20 mm və eni 2 mm-ə qədərdir. Erkək qozalar xırda və kürəşəkilli olub, çox qısa ayaqcıqlar üzərindədir, pulcuqları dəyirmidir, yanlarında dişləri vardır. Meyvələri yarpaqdan qısa, saplaqsız, kürə formalə olub, diametri 9–11 mm, pas rəngli və ya qonuraçalan-qırmızıdır. Yetişmiş meyvələri üzərində 3-6 pulcuğu vardır, onların ucu sivri və ya düzdür, təpələrində aydın görünən çapıqlarla bir-birindən aralanmışdır.
Yaşıl meyvəli yemişan
Meyvələ
Meyvələ (fars. میوله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 407 nəfər yaşayır (135 ailə).
Meyvəlı, Fındıqlı
Meyvəli - Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Əjdaha meyvəsi
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. == Coğrafiyası == 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. == Adlandırılması == Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. == Növləri == Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. == İstehlakı == Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
Meysəri
Meysəri — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Meysəri kəndi Mirikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Meysəri kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrdə Meysəri adlı kənd (87 ailə, 495 nəfər) qeydə alınmışdır. Kənd XV əsrdə səfəvilərin ordu hissələrindən birinin adı ilə adlandırılmışdır. Mənbələrin məlumatına görə, bu dövrdə ordunun "sol cinahı" cəvanğar və ya meysərə adlanırdı. == Coğrafiyası və iqlimi == Kənd Zoğalava çayının sahilində, dağlıq ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi 795 nəfərdir ki, onun da 409 nəfərini kişilər, 386 nəfərini isə qadınlar təşkil edir. === Tanınmış şəxsləri === Mirzə Sakit — Azərbaycanlı satirik şair. === Şəhidləri === Şirinov Aslan Sərdar oğlu İsayev Bəxtiyar Səfər oğlu Əbilov Nadir Qədir oğlu Bayramov İmran Allahverdi oğlu == İqtisadiyyatı == Kənddə 162 təsərrüfatı var.
Meyvələr
Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü olan "meyvə" sözü əski türk dillərində yemiş adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi bölgələrində Əncirə "yemiş" deyilir. == Quruluşu == Yemiş, adətən 2 bölümdən təşkil olunmuşdur: meyvəyanlığı toxumdanMeyvəyanlığı yumurtalığın divarından, toxum isə yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki yerə ayrılır: şirəli quru.Yemişlər toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Ancaq yemişlərin yaranmasında çiçək yatağı, erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə deyilir (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma meyvə. == İstifadəsi == Qida məhsulu kimi işlədir, mürəbbə, qatı şirələr (doşab və ya bəkməz) düzəldir. Yemişlərin çoxusundan çox qədim vaxtdan xalq arasında ayrı-ayrı xəstəliklərin sağaldılması üçün də işlədilib.
Nayvəli
Nayvəli (XIX əsrin ortaları-XX əsrin əvvəlləri) — Borçalının öndər şəxsiyyətlərindən biri, Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı. == Həyatı == Borçalı mahalının Sarvan kəndinə aid olan Nayvəlilər (Hacıyevlər) soyunun əcdadı olan Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmmədin XVII əsrin ortaları - XVIII əsrin əvvəllərində yaşadığı məlumdur. Borçalının Sarvan (Marneuli) kəndinin köklü sakinləri Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacının (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916-1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir. Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında - XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib. Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb. Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında - Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb. Nayvəli ocağında Sarvan camaatının ziyarət yeri olan pir yerləşir. Nayvəli kişi Sarvan camaatının Zalqa rayonunda yaylaq yerləri olan Dəlidağda yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın və ətraf ərazinin rəsmən sahibi olub.
Seyfəli
Aşağı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Şeyxəli
Şeyxəli (Bukan)
Meşəli
Meşəli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Meşəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Meşəli (Goranboy) — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Meyvə
Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü olan "meyvə" sözü əski türk dillərində yemiş adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi bölgələrində Əncirə "yemiş" deyilir. == Quruluşu == Yemiş, adətən 2 bölümdən təşkil olunmuşdur: meyvəyanlığı toxumdanMeyvəyanlığı yumurtalığın divarından, toxum isə yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki yerə ayrılır: şirəli quru.Yemişlər toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Ancaq yemişlərin yaranmasında çiçək yatağı, erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə deyilir (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma meyvə. == İstifadəsi == Qida məhsulu kimi işlədir, mürəbbə, qatı şirələr (doşab və ya bəkməz) düzəldir. Yemişlərin çoxusundan çox qədim vaxtdan xalq arasında ayrı-ayrı xəstəliklərin sağaldılması üçün də işlədilib.
Akdəniz heykəli
Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu. == Haqqında == Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir. Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir. İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur. Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır. == Yerləşdirilməsi == Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.
Aşağı Seyfəli
Aşağı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Seyfəli Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şamxor çayının sahilində, Kicik Qafqazın ətəyindədir. Bəzi ədəbiyyatlarda Şamaxı rayonu ərazisində de Aşağı Seyfəli yaşayış məntəqəsinin olduğu göstərilir. 1917-ci ildə Seyfalı variantında qeydə alınmışdır. Etnotoponimdir. Seyfalı dərəsi (Daşkəsən), Seyfalas/Seyfalısu (Qəbələ) oronim və hidronimi də seyfalı etnonimi ilə bağlıdır. XIX əsrə aid sənədlərdə Gəncə qəzasında maldarlıqla məŞul olan seyfəli (seyfəlli) elatı haqqında məlumat verilir. Onlar əsasən Şəmkir çayından çəkilmış Kotançı arxın kənarında yaşayırdılar. Oykonim "Aşağıda yerləşən Seyfəli kəndi" mənasındadır.
Heyvalı
Heyvalı (əvvəlki adı: Drombon və ya Drmbon) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Drombon kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Drmbon kəndi Heyvalı kəndi adlandırılmışdır. Heyvalı kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Tarixi == XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş erməni ailələri burada yerləşdikdən sonra kənd Drmbon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer" mənasındadır. Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Məzrəli
Qızılkənd (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Gəyəli
Aşağı Gəyəli