Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miksteyp
Miksteyp (ing. mixtape) — adətən bir audio kasetə yığılan musiqi parçaların qarışıq toplusu. Hip-hop və R&B mədəniyyətində sənətçilərin özləri tərəfindən pulsuz olaraq buraxılan alboma da miksteyp deyilir.
Playboi Carti (miksteyp)
Playboi Carti (həmçinin Self Titled kimi bilinir) — amerikalı repçi Playboi Carti-nin ilk miksteypi. 14 aprel 2017-ci ildə AWGE və Interscope Records tərəfindən buraxılıb. Miksteyp Pi'erre Bourne, Southside və digər prodüserlərin iştirakı ilə ərsəyə gəlib. Bəzi treklərdə repçilər Lil Uzi Vert, ASAP Rocky və holland müğənni Leven Kali qonaq ifaçı kimi yer almışdır.
I Sikst
Papa Müqəddəs Sikst, (təq. 42, Roma – 120-ci illər, Roma) — Roma Papası vəzifəsində çalışan 7-ci din xadimi. Adının mənası "Sixtus" (sixth) "altıncı" anlamındadır. Papa I Aleksandrın ardından bu vəzifəyə təyin olunmuş və Roma imperatoru Adrianın dövründə vəzifəsini icra etmişdir.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Sikst kapellası
Sikstin kapellası — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri. Kapellanın yerləşdiyi bina (1473–81, memar C. de Dolçi) 1483-cü ildə Papa IV Sikstin vaxtında müqəddəsləşdirilmişdir. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir (S. Bottiçelli, D. Girlandayo, P. Perucino və başqalar). 1508–1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536–1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır. Sikst kapellası həm də muzeydir. Sikstin kapellasının tavanı — İtalyalı heykəltaraş Mikelancelo Buonarroti tərəfindən 1508–1512-ci illərdə yaradılıb. Renesans rəsm sənətinin nümunəsidir. Sistine kilsəsinin uzunluğu 40 metr, eni 14 metrdir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür.
Fiest
Fiest və ya Tiest ( q.yun. Θυέστης) — yunan mifologiyasında personaj. O, Pelops və Hippodamiyanın oğlu, Atreyin qardaşı, Egisfin atasıdır. Fiestin adı "İliada" və "Odisseya"da xatırlanır. Fiestin mifi bütün yunan mifologiyasındakı ən dəhşətli miflərdən biri hesab edilir. Sofoklun indiki dövrə qədər gəlib çatmamış faciə trilogiyası bu mifə həsr edilmişdir. == İncəsənətdə == Sofoklun "Arteya və ya mikenalılar", "Birinci Fiest", "Fiest", "Fiest Sikionda" faciələrinin, Evripidin "Kritlilər" və "Fiest" faciələrinin, Karkina Kiçiyin, Aqafonun, Diogenin, Kleofontun, Heremonun, Tarslı Apollodorun, Pakuviyanın, Enniyanın, Senekiyalı Variyanın "Fiest" komediyasının baş qəhrəmanıdır.
Mikasa
Mikasa (yap. 三笠市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Mikun
Mikun — Rusiya Federasiyasında yerləşən şəhər Komi Respublikasına daxildir
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Minsk
Minsk (belar. Мінск) — Belarusun paytaxtı, Minsk vilayətinin və Minsk rayonunun inzibati mərkəzi. Sahəsi 348.84 km² olan şəhərin əhalisi 2017-ci il hesablamalarına görə 1,974,800 nəfərdir. Minsk şəhərinin indiki ərazisi eradan əvvəl 9-cu əsrdə qədim şərq slavyanları tərəfindən məskunlaşmışdır. Svisloç çayı vadisi iki erkən şərqi slavyan tayfalarından olmuş Kriviçlər və Dreqoviçlər arasında sərhəd idi. 980-ci ildə ərazi Kiyev Rus Dövlətinin ən qədim şərqi slavyan kyanzıqlarından biri olan Polotsk knyazlığına daxil edilmişdir. Minsk adı ilk dəfə 1067-ci ildə Nemiqa çayı döyüşü ilə əlaqədar olaraq Əsas Xronikada Měnesk' (Mѣnesk') formasında qeyd olunmuşdur. Buna görə də 1067-ci il Minskin əsasının qoyulduğu il kimi geniş qəbul olunmuşdur. Şəhər hakimiyyəti isə 2 sentyabr 1067-ci il tarixini şəhərin dəqiq quruluş tarixi kimi hesab edir, lakin şəhər o vaxta kimi bir müddət mövcud idi. Minsk adının mənşəyi məlum deyil, lakin bu haqda bir neçə nəzəriyyə mövcuddur.
Tiksi
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). Gəmiçilik Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Şikəst
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Maket
Maket (fr. maquette — miqyaslı model, it. macchietta, macchia) — adətən təmsil olunan obyektin funksionallığından məhrum olan kiçik miqyaslı və ya tam ölçülü obyektin modeli (kiçik miqyaslı modellərdə yüksəlmənin fiziki modelləşdirilməsi qeyri-mümkündür; yüksəlmənin bütün xüsusiyyətlərini təyin etməyin ən etibarlı yolu sahədir). Maket — bir şeyin modeli, ilkin nümunəsi, sınaq nümunəsi. Bir obyekti təmsil etmək üçün nəzərdə tutulmuşdur; orijinal obyektin təsvirinin əsassız dərəcədə bahalı, qeyri-mümkün və ya sadəcə olaraq qeyri-mümkün olduğu hallarda istifadə olunur. Maketləmək — tərtibatın yaradılması prosesi == Növləri == Şəffaf maket — prototipin daxili quruluşunu, iş prinsipini göstərir. Aktual maket — prototipin işləmə prinsipini göstərir. Elektron maket — məhsul və onun komponentləri haqqında elektron formada ümumiləşdirilmiş məlumat.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
İks2
İks-adamlar 2 (ing. X-Men 2) və ya X2: Birləşmiş İks-adamlar (ing. X2: X-Men United) — 2003-cü ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmi. Ssenarisi Maykl Doqerti, Den Harris və Devid Hayterə aid olan və rejissorluğunu Brayan Sinqerin etdiyi filmin əsas rollarında Patrik Stüart, Hyu Cekman, Yan MakKellen, Helli Berri, Famke Yanssen, Ceyms Marsden, Rebekka Romeyn, Brayan Koks, Alan Kamminq, Brüs Devison, Şon Eşmor, Aaron Stenford, Kelli Hu və Anna Pekuin rol almışdır. Filmin məzmunu İks-adamların "Tanrı sevir, İnsan öldürür" romanından əsaslanaraq yazılmışdır. Filmdə İks-adamlar və onların düşmənləri olan Mutant qardaşlığı mutantlara qarşı soyqırım hazırlamağa çalışan Polkovnik Uilyam Straykerə qarşı birləşirlər. "İks-adamlar 2" filminin çəkilişinin hazırlıqları birinci filmdən dərhal sonra başlamışdır. Devid Hayter və Zak Pen filmin süjet xətti üçün iki fərqli hekayə yazıb onların əsas hissələrini birləşdirmişdirlər. Maykl Doqerti və Den Harris ssenaridə müəyyən dəyişiklər etmişdirlər. Filmdə Vəhşi, Mələk, Keşikçilər və Təhlükəli otağının da yer alacağı düşünülsə də, daha sonra büdcəyə görə bu plan ləğv edilmişdir.
First Arsch
First Arsch — "Rammstein"-in vokalisti Till Lindeman tərəfindən 1986-cı ildə Şverində yaradılmış punk rock qrupudur. Amma Lindemann bu qrupda zərb alətində ifa edirdi. == Haqqında == First Arsch qrupu "İlk Sənət" adı ilə tanınırdı. Bu ad səlahiyyətli orqanların fikirlərini yayındırmaq , incəsənətlə məşğul olan qrup olduqlarını göstərmək üçün qoyulmuşdur. Çünki o zamanlar Şərqi Almaniyada bu cür qrupların fəaliyyəti qadağan adı. Aşkarlanacağı təqdirdə qrup üvlərini böyük cəzalar gözləyirdi. Qısaca olaraq First Arsch gizli qrup idi. Gizlicə konsertlər verirdi. == Üzvləri == Yörq E. Milke (Bas gitarist, vokalist) Till Lindeman (Zərb) Rixard Kruspe (Baş gitarist, vokalist) Paul H. Landers (Ritim gitaristi, vokalist) == Diskoqrafiya == "Saddle Up" — Albomdakı mahnıların siyahısı: Train Priest in love SKA(T) In the name of love Crowded house Preagnant AHA-ha Superstition Saddle Up O-cult Moder Blues Come together Hip Hop Flop Chicken steps Big Dong (für Saskia S.) == Xarici keçidlər == First Arsch — discogs.com saytında.
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Klimenti Mints
Klimenti Borisoviç Mints (rus. Климентий Борисович Минц; 21 yanvar 1908, Yekaterinburq, Perm quberniyası[d] – 22 dekabr 1995, Moskva) — sovet rejissoru və ssenari müəllifi, RSFSR əməkdar incəsənət xadimi (1989).
Maksi Lopez
Maksimiliano "Maksi" Qaston Lopez (3 aprel 1984[…], Buenos-Ayres) — Argentinalı keçmiş peşəkar futbolçu. Meydanda əsasən hücumçu mövqeyində oynayıb. Maksi Lopez həm Argentina, həm də İtaliya pasportuna malikdir. Futbolçu El Rubio ("Sarışın") və La Gallina de Oro ("Qızıl Toyuq") ləqəbləri ilə tanınır. == Klub karyerası == Lopez karyerasına 1997-ci ildə "River Pleyt" klubunda başlayıb. "River Pleyt"in heyətində 19 avqust 2001-ci ildə, 17 yaşında "Talleres de Kordoba" ilə oyunda debüt edir. Elə həmin mövsüm o, gənclər komandasında ilə beş mövsüm keçirdikən sonra rəsmi olaraq komandanın əsas heyətinə yüksəlir. Klub ilə 2002, 2003 və 2004-cü illərdə Torneo Klausuranın qalibi olur. Lopez 2005-ci ilin yanvarında İspaniya nəhəngi "Barselona" klubuna keçənə qədər klubda qalır. "River Pleyt"in heyətində 56 oyuna çıxaraq, 13 qol vurub.
Maksi Rodriges
25 yaşlı yarımmüdafiəçi 2002-ci ildən İspaniya çempionatında çıxış etsə də, DÇ-2006-dək Argentina millisində cəmi 13 oyun keçirmişdi və adıçəkilən ölkələrdən kənarda yaxşı tanınmırdı. Avropadakı karyerasına 2002-ci ildə «Saraqosa»da başlasa da, elə həmin il «Espanyol»a keçib və 2005-ci ilə kimi burada oynayıb. Həmin dövrdə klubda beş məşqçi dəyişsə də, onun əsas heyətdəki yeri toxunulmaz qalıb. 2004/05 mövsümündə «Espanyol»un heyətində İspaniya primerosunda 15 qol vuraraq ölkənin aparıcı klublarının diqqətini cəlb edib və ötən ilin yayında Madrid «Atletiko»suna keçib. Yeni komandasında isə ötən çempionatda 10 dəfə fərqlənib. O, 2005-ci ildə Argentina yığmasının heyətində Konfederasiyalar kubokunda hücumçu kimi yer alıb (2 oyun keçirib). DÇ-2006-da isə hücuma meylli yarımmüdafiəçi mövqeyində çıxış etməyinə baxmayaraq, məhsuldar oyun nümayiş etdirir. O, ilk 4 oyunda 3 qol vuraraq yarışın bombardirləri arasında qərarlaşıb. Bundan başqa, 1/8 finalda Argentina – Meksika (2:1) matçının ən yaxşı oyunçusu seçilib. 25 yaşlı futbolçu meydanda etibarlı oyunu ilə seçilir və məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışır.
Mikio Naruse
Mikio Naruse (20 avqust 1905[…], Tokio[d] – 2 iyul 1969, Tokio[d]) — Yaponiya kinorejissoru. Mikio Naruse 20 avqust, 1905-ci ildə Tokio şəhərində anadan olmuşdu. Mikio Naruse 2 iyul 1969-cu ildə Tokio şəhərində vəfat edib.
Mikis Teodorakis
Michael "Mikis" Theodorakis (yun. Μιχαήλ "Μίκης" Θεοδωράκης, 29 iyul 1925[…], Xios – 2 sentyabr 2021[…], Afina) — yunan bəstəkarı və söz yazarı. O, həmçinin Zorba (1964), Z (1969) və Serpico (1973) filmlərindəki saundtrekləri ilə tanınır. "Holokost haqqında yazılmış ən gözəl musiqi əsəri" olaraq xarakterizə edilən "Mauthauzen balladası" kimi də tanınan "Mauthauzen trilogiyası" onun ən mühüm əsərlərindən biridir. Yunanıstanın Bethoveni kimi təsvir edilən Teodorakis ölkənin ən tanınmış bəstəkarı kimi görünürdü. Teodorakis həm də Lenin Sülh Mükafatının laureatıdır. 1981–1990-cı illərdə Yunanıstan Kommunist Partiyasından deputat kimi fəaliyyət göstərib. Bununla belə, 1989-cu ildə o, bir müddət sağ mərkəzçi Yeni Demokratiya Partiyasının tərkibində müstəqil namizəd kimi çalışaraq, mühafizəkarlar, sosialistlər və solçular arasında böyük koalisiyanın qurulmasına kömək edib ki, Andreas Papandreu hökuməti çoxsaylı qalmaqalların yaratdığı siyasi böhrandan çıxa bilsin. O, 1990-cı ildə yenidən parlamentə deputat seçilib və Konstandinos Mitsotakis dövründə ölkədə hökumət naziri olub. Bu prosesdə narkotik və terrorla mübarizə sahəsində fəaliyyətlər həyata keçirərkən, mədəniyyət, təhsil və Türkiyə ilə Yunanıstan arasında əlaqələrin normallaşmasına dair araşdırmalara töhfə verib.
Mikito Taçizaki
Mikito Taçizaki (17 may 1988) — Yaponiyalı biatlonçu. Mikito Taçizaki Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Mikito Taçizaki birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Taçizaki 27:27.1 saniyəlik nəticəsi ilə 87 atlet arasında 84-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Mika
Mika — əsl adı Maykl Holbruk Penniman olub (ing. Michael Holbrook Penniman) Livan əsilli britaniyalı müğənni və müğənni-söz yazarıdır. 1983-cü il Beyrutda anadan olmuşdur. Livanlı ana və amerikalı atanın üçüncü uşağıdır. Suriya kökləri var. Hələ gənc olanda, valideynləri Beyrutdan müharibə səbəbindən ayrılaraq Parisə köçdülər. İlk öyrəndiyi piano əsəri Joe Dassin'in "Les Champs-Élysées"-dir. O, doqquz yaşında olanda ailəsi Londona köçdü və burada Westminster Məktəbinə daxil oldu. Məktəb illərində sinif yoldaşları və müəllimlər tərəfindən yaşanan təzyiqlər və təhqirlərdən onda disleksiya yarandı , danışma və yazmağı dayandırdı. Bu səbəbdən 12 yaşından 6-8 ay müddətində ev təhsili almışdır.
Miki
Miki — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca "dairəvi", "aralıq", ku "dağ" deməkdir (Dairəvi dağ kəndi). Kənddə "Şeyx Əbdülbağır" məscidi dini icması fəaliyyət göstərir. Teymur Rüstəmov (1973–1992). Şamil Talıbov (1974–1994).
Mikki Maus
Mikki Maus (ing. Mickey Mouse) — cizgi filmi personajıdır. İlk dəfə 15 may 1928-ci ildə yaradılmışdır. Yaradıcıları Ab Ayverks və Volt Disneydir. 1977-ci ildən 2009-cu ilə qədər istehsal olunmuş cizgi filmlərində Mikki Maus personajı Uell Ollveyn tərəfindən səsləndirilmişdir. 1927-ci ildə Ab Ayverks tərəfindən yaradılan "Bəxtigətirən Dovşan Osvald" personajının uğursuzluğundan sonra Ab Ayverks digər personaj yaratmağa qərara alır. Bu səbəbdən 1928-ci ildə Ab Ayverks Mikki Maus adında personaj yaradır. Personaj kompaniyanın böyük uğuruna səbəb olur. Bir ildən sonra "Bəxtigətirən Dovşan Osvald" personajı da uğur qazanır. Volt Disney yenidən ilk personaj haqqında cizgi filmi üzərində işləməyə başlayır.
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
Pikşa
Pikşa (lat. Melanogrammus aeglefinus) — treskakimilər dəstəsinin treskalar fəsiləsinə aid balıq növü.
Vıksa
Vıksa — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Madhuri Dikşit
Madhuri Dikşit (ing. Madhuri Dixit, hind. (dev.) माधुरी दीक्षित, marathi माधुरी दीक्षित ; 15 may 1967, Bombey) — Hindistanlı aktrisa. Boyu: 163 sm == Həyatı == Madhuri Dikşit 15 may 1967-ci ildə Hindistanın Mumbay şəhərində marathi dilində danışan və hinduizmdə ali kastaya — brahmanlar kastasına aid ailədə anadan olmuşdur. Valideynləri Şankar və Snehalata Dikşitdir. Ailədə 4 uşaqdırlar. Madhuri ailənin son beşiyidir, özündən böyük iki bacısı (Rupa və Bharati) və bir qardaşı (Acit) var.