Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Milax
Milax — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Əlincə çayının sahilindədir. 1905- ci ildə Qazançı kəndindən çıxmış ailələr Milax adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim düz yer, düzəngah, çöllük mənasındadır. Əhalisi 1000 nəfərdir.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Fakundo Milan
Fakundo Milan (3 fevral 2001-ci ildə Limpioda anadan olub) — Uruqvay Primyera Diviziyası təmsilçilərindən olan Defensor Sportinq klubunda hücumçu kimi çıxış edən peşəkar Uruqvaylı futbolçudur. == Klub karyerası == === Defensor === Milan Defensor akademiyası vasitəsilə inkişaf etmişdir. Milan öz peşəkar karyerasında debütünü 8 oktyabr 2017-ci ildə Plaza Koloniya klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Hektor Akunanı ilə əvəz olunmuşdur. Milan görüşdə iki qolla yadda qalmışdır. Həmin görüşdə Defensor liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 1 Yanvar 2018 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Uruqvay Superkuboku görüşləri daxildir.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.
Milad Beigi
Milad Beygi və ya tam adı ilə Milad Beygi Hərçigani (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub. O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub. Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub. Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur. Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.
Milad Beygi
Milad Beygi və ya tam adı ilə Milad Beygi Hərçigani (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub. O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub. Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub. Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur. Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.
Milad Qəzzafi
Milad Qəzzafi — Müəmmər əl-Qəzzafinin oğulluğa götürdüyü övladı 1986-cı ildə amerikalılar Qəzzafinin qərargahını bombardman edərkən Liviya liderinin sağ qalmasında Miladın rolu olub.
Milad adası
Milad adası əhalisi sayina görə müxtəlif illərdə belə dəyişmişdi:1901-0,7 min nəfər; 1957-2,6 min; 1983-3 min;2001-1,5 min. Milad adasının rəsmi dili-ingilis dilidir.
Milad ağacı
Milad ağacı və ya Yeni il ağacı — ağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq Milad və Yeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir. Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki Estoniya və Latviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir. XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır. Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi. İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar, advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir. Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsi və şokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır.
Milad bayramı
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Milad markaları
Milad markaları — Milad bayramı ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Bəzi ölkələrdə Miladla bağlı xüsusi xatirə markaları da çap olunur və poçtların Milad açıqcalarını göndərərkən istifadə etdikləri həmin açıqcalar filatelistlər arasında kifayət qədər məşhurdur. Milad möhürlərindən fərqli olaraq bu markalar dövrü xarakter daşımaqla, bütün il boyu istifadə olunur. 1898-ci ildə Kanadada İmperator Penni Poçtunun açılışı münasibətilə xüsusi marka nəşr edilmişdir. Markada Yer kürəsinin xəritəsi və "XMAS 1898" yazısı vardı. 1937-ci ildə Avstriyada iki Milad markası çap edilmişdi ki, onların da üzərində qızıl gül və zodiak işarələri təsvir olunmuşdu. 1939-cu ildə Braziliyada çap edilmiş xüsusi Milad markalarında üç kral və Betleyem ulduzu, mələk və körpə, Cənub xaçı və körpə, ana və körpə təsvir edilmişdir. Həm ABŞ Poçt Xidməti, həm də Kral Poçtu tərəfindən hər il dövrü Milad markaları çap edilir.
Milad teleqülləsi
Milad teleqülləsi ( fars. برج میلاد‎ Borj e Milād ), həmçinin Tehran qülləsi kimi tanınır ( برج تهران Borj e Tehrān ), , İranın Tehran şəhərində çox məqsədli bir qüllədir. Dünyanın altıncı ən yüksək qülləsi və 24-cü ən yüksək tikilisidir. . Qərb şəhəri və Gişa şəhəri arasında yerləşir, antenin ucundan əsas hissəyə qədər 435 metr məsafəvar. Qüllənin təpəsi 12 mərtəbəli olan böyük bir platformadan ibarətdir ki, damı 315 metrdir. Qüllə Tehran Beynəlxalq Ticarət və Konvensiya Mərkəzinin bir hissəsidir ki, bununla bağlı olaraq da beşulduzlu bir otel, konqres mərkəzi, ticarət mərkəzi və İT parkıda qüllədə yerləşir. Milad Qülləsinin tikintisi 1970-ci illərdə nəzərdə tutulmuşdur. Beynəlxalq müsabiqədən sonra layihə Llevely Davies şirkətinə verildi və 1975-ci il 19 avqustda İran şahı və Tehran Bələdiyyə Başçısı Dr. GR Nickpay xatirə olaraq təmələ qızıl plaket basdırdı. Qüllənin tikintisi 1997-ci ildə başlamışdır.
Milan (Maku)
Milan (fars. ميلان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 467 nəfər yaşayır (89 ailə).
Milan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Milan — İtaliyanın ikinci böyük şəhəri, Lombardiya regionunun paytaxtı.
Milan (el)
Milan eli — İranda və Azərbaycanda yaşayan kürd dilli el. Mənşə yerləri Ərəbistandır.Əksəriyyəti Qərbi Azərbaycan və Şimali Xorasan ostanlarında yaşayırlar. Elin tərkibində altı əsas tayfa olmuşdur.
Milan (soyad)
Milan — soyad.
Milan Baroş
Milan Baroş (çex. Milan Baroš 28 oktyabr 1981[…]) — Çex futbolçu. Türkiyənin Qalatasaray klubunda oynayır. 2000-ci ildə İlin istedad mükafatın İlin Çex Futbolçusu mükafatlarında aldı.
Milan Ekert
Milan Ekert (2 mart 1965, Plzen) — Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Milan FK
Milan FK (it. Associazione Calcio Milan) — İtaliyanı təmsil edən futbol klubu. Klubun tam adı "Associazione Calcio Milan"dır və buna görə klub dünyada daha çox "A.C. Milan" adıyla tanınır. Klub ev oyunlarını San-Siro stadionunda keçirir. Komandanın hal hazırda kapitanı Davide Kalabriya, baş məşqçisi isə Stefano Piolidir. Dünyanın ən titullu klub komandalarından biridir. Ən çox beynəlxalq kubok qazanmış İtaliya futbol klubudur. Klub ilk İtaliya çempionluğunu, çempionatda debüt etdiyi 1900/1901 mövsumundə, son çempionluğunu isə 2021/22 mövsumundə qazanıb. 1963-cü ildə UEFA Çempionlar kubokunu qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin Avropanın ən böyuk klub turniri olan Çempionlar Liqasının kubokunu öz müzeyində əbədi saxlamaq hüququna malik 5 Avropa klubundan biridir.
Milan Füşt
Milan Füşt (mac. Füst Milán; 17 iyul 1888, Budapeşt – 26 iyul 1967, Budapeşt) — Macarıstan yazıçısı, şairi və dramaturqu. 1908-ci ildə yazıçı Erno Oşvat ilə görüşdü və ilk əsərini Nyuqat ədəbi jurnalında dərc etdirdi. Dejö Kostolanyi və Frideş Karinti ilə dostluq eləməyə başladı. Budapeştdə hüquq və iqtisadiyyat fakültəsində təhsil aldıqdan sonra biznes məktəbində müəllim kimi fəaliyyət göstərdi. 1918-ci ildə Vöröşmarti Akademiyasının direktoru oldu, lakin 1921-ci ildə öz vəzifəsini tərk etməyə məcbur edildi. 1928-ci ildə sinir böhranı onun Baden-Baden şəhərindəki sanatoriyada altı ay keçirməsinə səbəb oldu. 1948-ci ildə Koşşut mükafatını qazandı və 1965-ci ildə Nobel mükafatının namizədi oldu. Tanınan əsəri "Həyat yoldaşımın hekayəsi" (A feleségem története) 1942-ci ildə nəşr edildi.
Milan Kundera
Milan Kundera (çex. Milan Kundera; 1 aprel 1929[…], Kralovo Pole[d], Çexoslovakiya – 11 iyul 2023[…], VII arondisman (Paris)) — Çexiya yazıçısı. Milan Kundera 1 aprel 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub.1968-ci il hadisələrinin fəal iştirakçısı olub. 1975-ci ildən Fransada yaşayıb. 11 iyul 2023-cü ildə vəfat edib. Kundera 1975-ci ildə Fransaya sürgünə gedib, 1981-ci ildə vətəndaşlıq alıb. Onun Çexoslovakiya vətəndaşlığı 1979-cu ildə ləğv edilib, lakin 2019-cu ildə ona Çexiya vətəndaşlığı verilib. M. Kundera yaradıcılığa şair kimi başlayıb. "İnsan: Böyük bağ"(1953), "Sonuncu may"(1955), "Monoloqlar"(1957) adlı poetik toplularını nəşr etdirib. 1962-ci ildə "Açarların sahibləri" adlı pyesini yazıb.
Milan Milutinoviç
Milan Milutinović (serb. Милан Милутиновић; 19 dekabr 1942, Belqrad – 2 iyul 2023, Belqrad) — Yuqoslaviya və Serbiyanın serb əsilli dövlət və siyasət xadimi. Serbiyanın ikinci prezidenti. Prezidentlik səlahiyyəti 29 dekabr 1997-ci ildən 29 dekabr 2002-ci ilə qədər olmuşdur. Serbiyanın Təhsil və Elm üzrə Katibi (1977–82), Serbiya Milli Kitabxanasının direktoru (1983–87), Yuqoslaviya Federativ Respublikasının Yunanıstandakı səfiri (1989–95), Yuqoslaviyanın Federal Xarici İşlər Naziri (1995–97) vəzifələrində çalışmışdır. 2002-ci ilin dekabrında prezidentlik müddəti başa çatdıqdan sonra o, hərbi cinayətlərə görə mühakimə olunduğu Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına təslim oldu. 1942-ci il dekabrın 19-də Belqradda anadan olmuşdur. 1990-cı illərdə etnik albanlara qarşı hərbi cinayətlərdə şübhəli bilinən və bu həftə Haqqa məhkəməsi ndə bəraət qazanan serbiya nın keçmiş prezidenti Milan Milutinoviç Belqrada qayıdıb. Hava limanında sabiq prezident tərfdarları ilə görüşüb. Qeyd edəki ki, Milan Milutinoviç Kosova da 800 min dinc sakinin departasiyası və yüzlərlə adamın qətlində təqsirləndirirldi.
Milan Nikoliç
Milan Nikoliç (2 iyul 1979, Yaqodina[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Serbiya müğənnisi. Milan Nikoliç 2 iyul 1979-cu ildə anadan olub. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Marko Kon ilə birlikdə təmsil edib.
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.