Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milyard
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
Qızıl milyard
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Milyarderlərin siyahısı
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10; 56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ — ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
Milyardın dəyəri, Timsah xətti (roman)
Alison Mailyar
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Georgi Millyar
Georgi Millyar (rus. Гео́ргий Фра́нцевич Милля́р; d. 7 noyabr 1903, Moskva, Rusiya – ö. 4 iyun 1993, Moskva, Rusiya) — mahir ifaçısı, məşhur teatr və kino aktyoru, Rusiyanın Xalq artisti. == Həyatı və fəaliyyəti == Georgi Millyar 7 noyabr 1903-cü ildə Moskva şəhərində anadan olmuşdur. Atası fransalı körpü-tikinti mühəndisi Franst de Milyon işlə əlaqədar Rusiyaya gəlmiş və İrkutsk şəhərinin qızıl mədənində bir mühəndisin qızı onun gələcək anası ilə tanış olmuşdu. Georginin 3 yaşı olanda atası rəhmətə getmişdi. Buna baxmayaraq, onlar çox yaxşı yaşayıblar, iki yerdə mənzilləri, bağ evləri olub. Xalası aktrisa olduğundan Georgini tez-tez teatra apararmış. Beləcə onda uşaqlıqdan sənətə məhəbbət yaranıb.
Molyar kütlə
Nisbi molekulyar atom kütləsi — maddə molekulunun və ya atomunun kütləsinin karbon kütləsinin 1/12-nə olan nisbətidir, Mrkimi işarə olunur. Vahidi yoxdur və təqribən molekulun və ya atomun kütləsinin hidrogen atomunun kütləsindən neçə dəfə çox olduğunu göstərir. Molyar kütlə - maddənin 1 molunun kütləsidir, M ilə işarə olunur və ölçü vahidi BS-də 1kq/mol-dur. Mol - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır. Avoqadro sabiti - kütləsi 0,012 kq olan karbondakı atomların sayıdır, NA=6,023·1023mol−1-dir. Maddə miqdarı - Verilmiş maddədəki molekullar sayının Avoqadro sabitinə olan nisbətinə deyilir,ν=N/NA. Maddə miqdarının vahidi - BS-də əsas vahiddir və 1 mol-dur. Molyar kütlə M ilə nisbi molekulyar kütlə Mr arasında əlaqə M=Mr·kq/mol-dir. Məsələn, suyun nisbi molekulyar kütləsi Mr=18, molyar kütləsi M=10−3Mr·kq/mol=0,018kq/mol-dur. Yəni bir mol suyun kütləsi 0,018kq=18q-dır. M.Murquzov və b.Fizika X S.BAKINƏŞR-2005,səh.129.
Bilyard
Bilyard (fr. billard, bille – şar sözündən) – bir idman növüdür. Son illərdə idman budaqları içində əhəmiyyətli bir yer tutmağa başlamışdır. Bu anda Avropanın ən çox maraqlanılan 5 idmanı arasındadır. Bilyard oynamaq üçün lazım olan alətlər; bilyard masası, kiy, bilyard topları, təbaşir (kiyin topa daha ölçülü vurmasını və gərəksiz yerə sürüşməməsini təmin edir, xüsusilə səhvli vuruşlarda çox işə yarayar), körpü (kiyə görə) (çətin uzanılan toplara çatmağı təmin edir) lazımdır. == Bilyardın özünəməxsus xüsusiyyətləri == Xüsusi stol üzərində şarlarla oyun. Üzərinə mahud çəkilmiş stolun bortlarında 6 luza (tor səbətcikli halqa) var. Bəzi Bilyardlarda luza olmur (məs., fransız Bilyardı). Bilyard 3, 5 və ya 16 (15-i nömrəli, biri nömrəsiz) şarla oynanılır. Şarlar fil sümüyündən və ya mastikadan düzəldilir; luzaya salmaq üçün ona kiy (uzunluğu 1,30–1, 45 m olan davamlı ağacdan düzəldilən xüsusi çubuq) ilə zərbə vurulur.
Dilvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Kilvar
Kilvar — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsinə aid kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Kilvar kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == İqtisadiyyatı == 2013-cü ilin may ayında Kilvar kəndində yeni qaz xəttinin açılışı olmuşdur.
Kizlyar
Qızılyar (rus. Кизля́р, qum. Qızıl-yar / Къызыл-яр) — Dağıstanın qərbində yerləşən şəhər. Şəhər əhalisinin sayı 50 mindir. Qızılyar şəhəri Qızılyar rayonunun mərkəzidir. Çeçenistanla sərhəddə yerləşir. Şəhərdə şərabçılıq yüksək şəkildə inkişaf etmişdir.
Milyon
Milyon (Qıs.şək. mln.) — min dəfə min, yanında altı sıfır olan ədəd 106. BS sistemində aşağıdakılara aid edilir: mega — milyonlar üçün (106) və mikro — bir milyon üçün (10−6). Azərbaycan dilində çox sayda və ya həcmdə olan nəyisə ifadə etmək üçün də istifadə edilir. Bir milyon mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 25, 32, 40, 50, 64, 80, 100, 125, 160, 200, 250, 320, 400, 500, 625, 800, 1000, 1250, 1600, 2000, 2500, 3125, 4000, 5000, 6250, 8000, 10.000, 12500, 15625, 20.000, 25.000, 31250, 40.000, 50.000, 62500, 100.000, 125.000, 200.000, 250.000, 500.000, 1.000.000 ədədlərinə qalıqsız bölünür. 1992-ci ildən Dauqavpilsdə (Latviya) " Milyon " adlı qəzet nəşr edilir.. 1990- cı illərin axırı və 2000-ci illərin əvvəlində milyon ədədini limon ara sözü ilə əvəz edirdilər.insta@huseynalizada01 takip edib bütün paylasimları bəyənməyi unutmayın!!!
Mismar
Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Mizhar
Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Smilyan
Smilyan — Xorvatiyanın Lika dağlıq regionunda yerləşən kənd. Kənd Qospiç qəsəbəsinin 6 km şimal-şərqində və Zaqreb-Split şossesindən 15 kilometr uzaqlıqda yerləşir. Əhalisi 418 nəfərdir. Smilyan kəndi Nikola Teslanın anadan olduğu yer kimi çox məşhurdur. Tesla 10 iyul 1856-cı ildə Smilyan kəndində anadan olub. Elektrik mühəndisi və ixtiraçı Teslanın anadan olmasının 150-ci il dönümünə görə Xorvatiyada Tesla xatirə kompleksinin rəsmi açılşı olub. Bu kompleksin tərkibinə onun bərpa edilmiş uşaqlıq otağı da daxildir. İndiki dövrdə Serb ortodoks kilsəsi ilə birlikdə Teslanın anadan olduğu ev və onun ətrafındakı ərazi ixtiraçının həyatının ətraflı nümayiş olunduğu muzey və Teslanın ixtiralarının müxtəlif eksponantları ilə xatirə kompleksini təmsil edir. Yaxınlıqdakı binada qurultay salonu da var. İlk dəfə xatirə kompleksi 1956-cı ildə tikilib.
Vilvar
Vilvar (az-əbcəd. ویلوار‎, fars. ولوار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 35 nəfər yaşayır (16 ailə).
Çilyan
Chillán - Çili şəhəri. Ərazisi 511 km². Əhalisi 161.953 nəfərdir. (2002).
Şilyan
Şilyan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd 16-17-ci əsrlərdə bu ərazidə şilyan tayfaları məskunlaşmışdır. 1859-cu ilə qədər ərazi Şamaxı quberniyasının Göyçay qəzasına, 1859-cu ildə quberniyanın mərkəzi Bakıya köçürüləndən sonra isə Bakı quberniyasına tabe olmuşdur. 1918-ci ildə Osmanlı ordusunun komandanı Nuru Paşa bu əraziyə kömək üçün gəlmiş və aclıq və xəstəlikdən ordunun xeyli hissəsi tələf olmuşdur. Kənd sakinləri hələ də məişət qazıntıları apararkən bu qalıqlara rast gəlir. Şilyan oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi Ucar r-nu ərazisində mövcud olmuş Müsüslü Şilyan kəndindən köçüb gəlmiş ailələrin indiki ərazidə maskunlaşması nəticəsində yaranmışdır. Kənd Göyərçin Şilyan və Orta Şilyan (Düyü Şilyan da adlanır) kimi iki məhəlləyə ayrılır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 4733 nəfər əhali yaşayır.
Enrike Kolyar
Enrike Kolyar Monterrubio (isp. Enrique Collar Monterrubio; 2 noyabr 1934) ― sağ cinah vinger mövqeyində oynamış İspaniya futbolçusu. == Karyerası == Onun gənc yaşlarında çıxış etdiyi ilk klub doğma şəhərindən olan "İmperial" klubu idi. Daha sonra "Penya Norit"ə keçdikdən sonra o, nəhayət "Atletiko Madrid" klubuna qoşulur və bu klub onun peşəkar karyerasında ilk olur. 1952-ci ildə Kolyar qardaşları Enrike, Xuan de Dios, Pepe və Antonio Üçüncü divizyonda çıxış edən "Kadis" klubuna transfer olundular. Növbəti 1953/54 mövsümündə o, "Atletiko Madrid" ilə La Liqada debütünu etdi, ancaq cəmi 4 oyun keçirə bildi və 1954/55 mövsümündə yenidən icarəyə verildi, bu dəfə ikinci futbol divizionunda çıxış edən "Real Mursiya"ya. O, mövsüm bitməmiş təzədən Madrid klubuna geri qaytarıldı və 1969-cu ilə qədər burada qaldı və ümumlikdə 16 mövsüm keçirtdi. Madrid komandası ilə birlikdə 470 oyun keçirdi (onlardan 339-u liqada), "Atletiko" ilə ən çox oyun keçirən dördüncü və 105 qolla komandanın səkkizinci bombardiridir. 1955 ilə 1962-ci illər arasında Kolyar Xoakin Peyro ilə yarımmüdafiə tandemi qurdu. "Atletiko" ilə o, UEFA Kuboklar Kuboku, La Liqa və Generalisimo Kubokunun qalibi oldu.
Filip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. == Əsas işləri == "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Gilyan dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Vilyan
Vilyan (latış. Viļānu novads‎)-Latviyanın şərqində inzibati ərazi vahididir. 3 hissədən və 1 şəhərdən ibarətdir. Varaklyan, Rezeknens və Riebinsk əyalətləri ilə sərhədlənir. Bura 1 iyul 2009-cu ildə Latviya inzibati ərazi vahidi kimi Rezeknens rayonuna daxil edilib. 2015-ci ildə əhalinin sayı 6026 nəfər olmuşdur. 1 yanvar 2010-cu ildə isə 7168 nəfər əhali qeydə alınmışdır. Ərazisinin sahəsi- 285,1 кm²-dir.
Vilyam
Vilyam — ad.
Əliyar
Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyatda olan polkovnik-leytenant. Əliyar Əmirov Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) — Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Qıllar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.