Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Hacı Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhaşım Talışlı Müsafir
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Ayan Mirqasım
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb. "Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxalq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mirhəşim Seyidov
Mirhəşim Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirqasım Vahabov
Mirqasım Fazil oğlu Vahabov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru. 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur. 1974–1976-cı illərdə ordu sıralarında xidmət keçmiş, 1977-ci ildə Bakı Plan-Uçot Texnikumunu əla qiymətlərlə bitirmiş, fərqlənmə diplomuna layiq görülmüşdür. 1977-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Uçot- iqtisad" fakültəsinin birinci kursuna daxil olmuş, oxuduğu müddətdə əla qiymətlər aldığına görə xüsusi təqaüdə layiq görülmüşdür. Təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomu almışdır. 1981-ci ildə ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyində ixtisasına uyğun işlə təmin olunmuşdur. 1999-cu ilə qədər olan müddətə Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə, peşəkar mütəxəssis kimi çalışmışdır. 1999-cu ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, gömrük xidməti polkovniki xüsusi rütbə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir.
Mirqasım Əfəndiyev
Mirqasım Hacı Ömər oğlu Əfəndiyev (1902-1992) — Qazax Müəllimlər Seminariyasının məzunu (1924) və direktoru (1931-1936), maarifçi, riyaziyyatçı. Mirqasım Hacı Ömər oğlu Əfəndiyev 1902-ci ildə Qazax qəzasının I Şıxlı kəndində anadan olub. 3 yaşında olarkən anası- Söylü xatunu, 14 yaşında ikən (1916) atası -dövrünün görkəmli alimi, ilahiyyət nəzəriyyəsinə və təsəffüf fəlsəfəsinə dair əsərləri ilə şöhrət qazanmış Hacı Ömər Əmir oğlu Əfəndini itirir. İbtidai təhsilini aldıqdan sonra 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olub. 1924-cü ildə seminariyanı bitirmiş Mirqasım Əfəndiyev Səməd Vurğun, Mehdixan Vəkilov, Əhməd ağa Gülməmmədov, Süleyman bəy Qayıbov Yusif əfəndi Əfəndiyev, Əli Hüseynov (Mehdi Hüseynin atası), kimi dövrünün məşhur və tanınmış ziyalıları ilə bir seminariyada, bir sinifdə oхuyub. 1925-ci illdə Gəncə seminariyasına riyaziyyat müəllimi və director müavini göndərilib. Bir müddət burada işləyəndən sonra Bakı Dövlət Universitetinin riyaziyyat və tarix fakultəsinə daxil olaraq 1931ci-ildə universiteti bitirib. 1931-1936-cı illər Mirqasım Əfəndiyev Maarif Nazirliyinin göndərişi ilə Gazax Myəllimlər Seminariyasına rəhbərlik edib. 1936-cı ildə Azərbaycanı repressiyalar dalğası bürüməyə başladığı dövrdə qardaşları- Mahmudalı Əfəndinin 1918-20-ci illər Azərbaycan Demokratik Cumhuriyyətinin Ordusunda musavatın ideyalarına xidmət etmiş zabit kimi, böyük qardaşı Məhəmmədəli Əfəndi və bacısı oğlu İsmayıl Əfəndi Allaha və islama olan dini əqidəsi və millətinə bağlılığı səbəbindən Sibirə sürgün edildiiklərinə görə, o Kommunist partiyasının sıralarından xaric edilib. 1938-ci ildə Gəncə Dəmiryol məktəbinə riyaziyyat müəllimi göndərilib.
Oqtay Mirqasım
Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şərəf" ordenli (2018). "İstiqlal" ordenli (2023). Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Mirqasım Çeşmazər
Mirqasım Çeşmazər ― 1954-1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri, alim. Azərbaycan Milli Hökuməti dövründə Təbriz fədai dəstələrinin komendantı, Seyid Cəfər Pişəvərinin köməkçisi, Azərbaycan Radio komitəsinin sədri olub. Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə anadan olub. 1944-cü ildə yaradılmış Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvar ayından iyun ayına qədər S.C.Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio komitəsinin nəzdində açılmış Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub. 1946-cı ildə S.C.Pişəvəri, Mirqasım Çeşmazər və digərlərinin təşəbbüsü ilə Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məqsədi ilə "Babək müqavimət dəstəsi" yaradılıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya gəlib.
Hacı Mirhəşim Seyid
Hacı Mirhəşim Miryaqub oğlu Seyid və ya Mirhəşim Miryaquboğlu Seyidov(13 yanvar 1962, Xok, Noraşen rayonu) – Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcə dövlət müşaviri; hüquqşünas. == Həyatı == Hacı Mirhəşim Miryaqub oğlu Seyid 1962-ci il yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur (indiki-Kəngərli) rayonunun Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-cü ildə Şərur rayon İcraiyyə Komitəsində başlamış, 1994-cü ilədək rayonun ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1995–2000-ci illərdə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 24 yanvar 2001-ci ildən Milli Məclis Aparatında işləyir. 2001–2010-cu illərdə Sosial qanunvericilik şöbəsində böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2010–2016-cı illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini, dekabr 2016 — may 2020-ci illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, may 2020-ci ildən Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri, 19 iyun 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Parlament" medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mirhəşim Seyidov (siyasətçi)
Mirhəşim Miryaqub oğlu Seyidov - Naxçıvan Ali Məclisinin I çağırış deputatı Mirhəşim Mirəhməd (Əhməd) oğlu Seyidov - Naxçıvan Ali Məclisinin III, IV, və V çağırış deputatı. Mirhəşim Mirhəsən oğlu Seyidov - Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatı.
Mirhəşim Seyidov (siyasətçi, 1962)
Mirkazım Aslanlı
Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (1912, İsi – 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar. Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur. M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir. Mir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır. XX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərin] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb. Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Mirkazım Kazımov
Mirkazım Kazımov (10 oktyabr 1950, Astraxanbazar rayonu – 17 iyun 2024) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV və V çağırış deputatı, "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri. 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir. 1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. Mirkazım Kazımov uzun sürən xəstəlik nəticəsində 17 iyun 2024-cü il tarixində ölmüşdür. O, Cəlilabad rayonu Hasıllı kəndində dəfn olunmuşdur. Evli idi, 2 övladı var 1994-cü ildən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Mirkazım Kəlbəliyev
Mirkazım Məmmədov
Mirkazım Məmmədov (6 dekabr 1911, Ramana, Bakı qəzası – sentyabr 1996, Bakı) — neftçi-geoloq alim, Əməkdar mühəndis, Lenin mükafatı laureatı, fəxri neftçi, geologiya-minerologiya elmləri namizədi (1967). Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci il dekabr ayının 6-da Bakının Ramana qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1936-cı ildə həmin universiteti bitirərək neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnib. Mirkazım Məmmədov əmək fəaliyyətinə "Əzizbəyovneft" idarəsində başlayıb. O, trestin kəşfiyyat bürosunda texnik-geoloq, mühəndis-geoloq, neft ustası, trest rəisinin sənaye üzrə müavini, istismar üzrə baş geoloq vəzifələrini icra edib. Mirkazım Məmmədov 1946-cı ildə "Kirovabadneft" trestinə, sonra "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin olunub. 1953-cü ildən 1959-cu ilin dekabrına kimi keçmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyində əvvəlcə Geoloji İdarədə neft yataqlarının işlənib hazırlanması şöbəsinin rəisi, sonra isə Geoloji İdarənin rəis müavini olub. O, 1960-cı ilin fevralından "Lenin" ordenli "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin edilib. Mirkazım Məmmədov 1965-ci ilin noyabrında Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyində Geologiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Mirkazım Seyidov
Mirhəşim Seyidov (20 Yanvar şəhidi)
Mirkazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Marhasi
Marhasi və ya Marhaşi (Mar-ḫa-šiKI 𒈥𒄩𒅆𒆠) — e.ə. III minilliyə aid, Elamın şərqindəki İran yaylasında mövcud olmuş şəhər-dövlət. Mesopotamiya mənbələrindən məlumdur. Dəqiq yer müəyyən edilməmişdir. Bir sıra tədqiqatçılar bunu Ciruft mədəniyyəti ilə əlaqələndirirlər. Əgər bu fərziyyə doğrudursa, Marhasi şəhəri Elam və Harappa sivilizasiyası arasında ara mövqe tutur. Ədəb şəhərinin hökmdarı Luqal-anne-mundu tərəfindən yazılmış kitabədə bu şəhər Elamla birlikdə kutilərin cənubunda yerləşir. Akkad mətn və arxeoloji sübutlarına əsaslanaraq, qədim Margiananın Marhasi padşahlığı ilə eyniləşdirməsi təklif edilmişdir.
Mirhafiz Bahadır
Mirnazim Əsədullayev
Mirnazim Müştəba oğlu Əsədullayev (27 avqust 1951, Bakı) — kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti. Həmçinin, kamança ifaçısı Toğrul Əsədullayevin atasıdır. Mirnazim Müştəba oğlu Əsədullayev 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1973-cü illərdə Asəf Zeynallı adına Dövlət Musiqi texnikumunda təhsil aldıqdan sonra o, 1976–1981-ci illərdə Üzeyir Hacıbəyov adına Musiqi Konservatoriyasının kamança ixtisası üzrə ali musiqi savadı almışdır. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971–1976-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin XCA orkestrində birinci kamancacı kimi başlamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində- ABŞ, Kanada, Hindistan, Nepal, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İsvecrə, İtaliya, Hollandiya, Belşika, Cexiya, Litva, Ukrayna, Rusiya, Türkiyə, İran , İraq, Özbəkistan və s. ölkələrdə konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini təmsil etməkdədir. 1969-cu ildən Baba Salahov adına XCA ansamblında işləyərək Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və onlarla digər xanəndələri müşayət etmişdir. Hal hazırda muğam üçlüyü tərkibində konsert və tədbirlərdə mütəmadi olaraq fəaliyyət göstərir. Mirnazim Əsədullayevin Azərbaycan Televiziya və Radiosunun "Qızıl fond" unda "Nəva", "Rahab", "Çahargah", "Bayatı-şiraz", "Humayun", "Orta-mahur" və başqa lent yazıları qorunub saxlanılır.
Miryasin Seyidov
Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Fəhəd əl-Mirdasi
Fəhəd əl-Mirdasi (ərəb. فهد المرداسي‎; d. 16 avqust 1985, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanından olan futbol hakimi. Fəhəd əl-Mirdasi 2018-ci ilin may ayında Səudiyyə Ərəbistanının Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilmişdir. Buna səbəb onun danışılmış oyunlarda iştirakıdır. Bu səbəbdən o, həbs edilmişdir. Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşü idarə etmişdir. Həbsdən əvvəl 2018-ci il dünya çempionatına da təyinat almışdır.