Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Aleksandr Bell
Aleksandr Qrem Bell (ing. Alexander Graham Bell; 3 mart 1847[…], Edinburq – 2 avqust 1922[…]) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur. Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir. Aeronavtika (təyyarəçilik), hava yastıqları və optik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi. == Erkən həyatı == Aleksandr Bell 1847-ci ildə 3 mart tarixində Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur.
Bell (ada)
Bell — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 343 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. Adanın mərkəzi hissəsində Nilsen buxtası yerləşir. Ada kənardan aydın görünür və kilsə zınqırovunu xatırladır. Bu səbəbdən Benjamin Li Smit adanı Bell (ing. Bell — zınqırov) Qum və gildən ibarətdir. Yeganə dağı adanın cənub-şərqində yerləşir. Şimalında isə 21 metr hündürlüyü olan zirvə vadır. Şimalında Eyri Evi adlı düşərgə vardır.
Bell 407
Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. İlk uçuşunu 29 iyun 1995-ci ildə həyata keçirmiş olan helikopter 1996-cı ildən xidmətə qəbul edilmişdir və Bell 206 helikopterlərinin yerini almışdır. 1995-ci ildən hal-hazırkı dövrə qədər xidmətdədir. 2011-ci ilin statistikasına görə 1082 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 2.54 milyon ABŞ dollarıdır (2009-cu ilə görə). Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
Bell 412
Bell-412 — çoxməqsədli helikopter. == Xüsusiyyətləri == İstehsalçı: ABŞ İstehsalçı firma: Bell Textron Helicopter Tip: Çoxməqsədli helikopter İlk uçuş: avqust 1979-cu il İstismara verilib: 1981-ci il İstehsal sayı: 869 ədəd Qiyməti: 4.895 milyon dollar Texniki göstəriciləri: Heyət üzvü: 2 nəfər Sərnişin tutumu: 14 nəfər və ya 6 ədəd xərək Uzunluğu: 17.12 m Gövdə uzunluğu: 12.7 m Hündürlüyü: 4.57 m Eni: 2.89 m Əsas vintin diametri: 14.02 m Sükan vintinin diametri: 2.62 m Vintin sahəsi: 154.4 m² Boş kütlə: 3.079 kq Qalxma zamanı maksimal kütlə: 5.397 kq Yük götürmə kütləsi: 1.814 kq Xarici asqıda yük götürmə kütləsi: 2.041 kq Yanacaq çənlərinin tutumu: Daxili: 1249 litr Xarici: 2 x 76 litr və ya 1 x 310.5 litr Mühərrik : 1 ədəd Pratt Whitney Canada PT6T-3D Turbo Twin Pac qazturbin mühərrik Güc: 1 x 1.342 kW (1.800 a.g) Maksimal sürəti: 259 km/s Normal (kreyser) sürəti: 226 km/s Yüksəkliyə qalxma sürəti: 6.86 m/s Uçuş məsafəsi: 744 km Maksimal uçuş yüksəkliyi: 6.096 m Döyaş aparma yüksəkliyi: 1.585 m Havada qalma müddəti: 3 saat 42 dəqiqə Ümumiyyətlə, bu helikopterlər birbaşa hərbi təyinatlı vasitələr deyil. “Bell 412” helikopterləri fövqalədə, xilasetmə, tibbi, nəqliyyat və yükdaşıma təyinatları üzrə istifadə edilə bilər. Bir çox dövlətlərin polis və yangınsöndürmə qurumları da bu modellərə üstünlük verir. “Bell 412” modelinin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. İlk model 1979-ci ildə sınaqdan keçirilib, iki il sonra sertifatlaşdırılaraq silahlanmaya qəbul edilib və sifarişçilərə göndərilməyə başlanıb. Sonralar isə daha uzaq mənzilli və ağır yük götürmə qabiliyyətli “Bell 412 SP” modeli, yüksək uçuş xüsusiyyətlərinə malik “Bell 412 HP” modeli, uçuşu ikiqat rəqəmsal rejimdə avtomatik idarə olunan “Bell 412 EP”, FADEC elektron bloku vasitəsilə mühərrik idarəetməsinə sahib “Bell 412 EPİ” və şüşəkabinli “Bell 429” modelləri yaradıldı. “Bell Griffin HAR2” modeli axtarış-xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulur. Helikopterlərdə sensor tipli “Garmin” GPS sistemi tətbiq edilir. Dünyanın 40-dan çox ölkəsinin müxtəlif qurumlarında bu helikopterlərin müxtəlif modifikasiyasından istifadə edilir.
Bell 427
Bell 427 — ABŞ mənşəli olub və Bell Textron Helicopter şirkəti tərəfindən istehsal edilmiş çoxməqsədli helikopterdir. Dizaynı Bell 407 helikopterlərinə dayanır və hal-hazırda onları Bell 429 helikopterləri ilə əvəz edirlər.
Bell 429
Bell 429 — Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ mənşəli çoxməqsədli helikopterdir. Bell 427 helikopterlərinin uzadılmış bir versiyası olub ilk uçuşunu 27 fevral 2007-ci ildə həyata keçirmişdir və 1 iyul 2009-cu ildə xidmətə qəbul edilmişdir.
Bell Aircraft
Bell, Lawrence Dale Bell tərəfindən 10 iyul 1935-ci ildə Buffalo şəhərində, Nyu-Yorkda “Bell Aircraft Corporation” (“Bell Təyyarə Korporasiyası”) adı altında qurulan aviasiya şirkətidir.
Bell Labs
Nokia Bell Labs, əvvəlcə Bell Telefon Laboratoriyaları (1925–1984), sonra AT&T Bell Laboratories (1984–1996) və Bell Labs Innovations (1996–2007), Finlandiyanın Nokia şirkətinə məxsus Amerika sənaye tədqiqat və elmi inkişaf şirkətidir. Baş ofisi Nyu Cersi ştatının Murray Hill şəhərində yerləşir və qlobal laboratoriyalar şəbəkəsini idarə edir. Bell Labs -ın tədqiqatçıları radioastronomiyasının, tranzistorun, lazerin, günəş bataryası, şarj ilə birləşdirilən cihaz (CCD), informasiya nəzəriyyəsinin, Unix əməliyyat sisteminin və B, C və C++, S, SNOBOL, AWK, AMPL və s. proqramlaşdırma dillərinin inkişafı ilə tanınırlar. Bell Labs -da tamamlanan işlərə on Nobel mükafatı verilib. Bell Labs, Bell System telefon qrupunun mürəkkəb korporativ təşkilatınının törəməsidir. Laboratoriya 19-cu əsrin sonlarında Nyu Yorkda West Street 463 ünvanında yerləşən Qərb Elektrik Mühəndisliyi Departamenti kimi fəaliyyətə başlamışdır. Bell-in törəmə şirkəti olan Western Electric-in nəzdində illər boyu tədqiqat və təkmilləşdirmə apardıqdan sonra Mühəndislik Departamenti 1925-ci ildə Bell Telefon Laboratoriyaları kimi yenidən təşkil edildi və Western Electric ilə Amerika Telefon və Teleqraf Şirkətinin (AT&T) birgə mülkiyyətinə verildi. 1960-cı illərdə laboratoriya və korporativ qərargah Nyu Cersiyə köçdü. Nokia, 2016-cı ildə Alcatel-Lucent-i almasının bir hissəsi olaraq Bell Labs-ı aldı.
Gertruda Bell
Gertruda Bell(ing. Gertrude Margaret Lowthian Bell; 14 iyul 1868[…] – 12 iyul 1926[…], Bağdad) — Böyük Britaniya kəşfiyyatçısı, yazıçısı, səyyahı, arxeoloqu. == Həyatı == Gertruda Bell 14 iyul 1868-ci ildə Şimali-qərbi İngiltərənin Durham şəhərində dünyaya gəlmişdi. Londonda Queens Collegedə təhsil gördükdən sonra 1887-ci ildə Oxfordda Lady Margaret Hallün tarix bölümündən məzun oldu. 1891-ci ildə Farsca öyrənməyə başladı və xalasının əri Sir Frank Lascellesin Tehrana elçi olaraq təyin edilməsinə görə 1892-ci ildə onun yanına getdi. Eyni ilin sonunda İngiltərəyə döndü və bu səyahətinə dair qeydlərini nəşrə hazırladı. 1894-cü ildə "Safar Nameh, Persian Pictures" başlığı altında imzasız olaraq çap olunan və İran ilə Osmanlı dövləti haqqındakı görüşlərini Anadolu, İstanbul və Bursaya dair qısa təsvirlərlə anladan bu kiçik kitab ölümündən sonra 1928-ci ildə və 1947-ci ildə yenidən basılmış, 1949-cu ildə da Almanca olaraq nəşr olunmuşdur. Gertruda Bell 12 iyul 1926-cı ildə vəfat edib. == Ədəbiyyat == Bell, Gertrude. Gertrude Bell: From Her Personal Papers 1914–1926.
Kristen Bell
Kristen Bell (ing. Kristen Anne Bell; 18 iyul 1980, Hantinqton-Vuds[d], Miçiqan) — ABŞ aktrisası və müğənnisi.
Leksi Bell
Leksi Bell (5 avqust 1987, İndependens[d], Luiziana) – ABŞ pornoaktrisası. Leksi Bell 2012-ci ilin rəsmi məlumatların əsasən 293 pornoqrafik filmdə çəkilmişdir.. == Həyatı == Leksi Bell 5 avqust 1987-ci il tarixində ABŞ-də anadan olmuşdur. Leksi Bell əvvəllər video-maqazində çalışmışdır. Onun MySpace saytında şəklini görən rejissorlardan biri ona nəzər yetirmiş və Leksini filmə dəvət etmişdir. Bu təklifdən 3 ay sonra 2006-cı ildə Leksi ilk dəfə olaraq pornoqrafik film karyerasına başlamışdır. Bu zaman Leksi Bellin 18 yaşı var idi.
Mary Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Meri Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Qrehem-Bell
Qrehem-Bell — Frans-İosif Torpağı arxipelaqının ucqar şərqində, Barens dənizində, Avropanın şimalında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Sahəsi 1,7 min km² təşkil edir. Ada 1899-cu ildə amerikalı meteoroloq İvlin Briqqs Bolduin tərəfindən kəşf edilmiş və Aleksandr Qreyam Bellin şərəfinə adlandırılmışdır. Ən hündür nöqtəsi 509 metrdir. Ən iri gölləri — Melkoe, Şimal gölü. Ən ucqar nöqtələri— Aerosyomki burnu, qərb — Semerıx burnu, şərq Olni burnu, şimal Kolzat burnu, cənub Leyter burnu. Qərbində Matuseviç köfəzi, şərqində isə İlistaya buxtası yerləşir. Ən yaxın adaları — Perlamutovıy və Tryoxluçevoy. Qərbində yerləşən Vilçek Torpağından Morqan boğazı ilə ayrılır.
İan Bell
İan Bell — Şotlandiya jurnalisti, 1997-ci ildə siyasi jurnalistikaya göra Oruell mükafatına layiq görülmüşdür.
Bell & Ross
Bell & Ross — İsveçrəli dizaynerlərin, Bruno Belamişin rəhbərlik etdiyi fransız saat markası. == Tarixi == Bell & Ross 1992-ci ildə yaradılıb. Onun əsasını çoxdankı dostlar — dizayner Bruno Belamiş və iş adamı Karlos Rosillo qoyub. Təsisçilərin adlarının ilk hecaları yeni brendin adı üçün əsas olub. Onların yaratdığı saat modeli öz spesifikliyinə görə dərhal NATO və şirkətin gələcək taleyini təyin edən xüsusi xidmət orqanlarını maraqlandırdı. Brendin Əhəmiyyətinin artmasına səbəb olan hadisə 1997-ci ildə şirkətdə böyük bir pay alan və onun kütləvi bazara çıxmasına imkan verən Chanel ilə bağlanmış müqavilə idi. == Ədəbiyyat == « La montre présidentielle à l'heure de vérité », in Hallier, tout feu tout flamme, İjon-Piser Sullyet, 2023, p.83.
Bell (dəqiqləşdirmə)
Coğrafiyada Bell adası — Bell (ada) — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. Bell-Ayl (boğaz) — Kanadanın şərqində Labrador yarımadasını Nyufaundlend adasından ayırır. Tibbdə Bell fenomeni — sinir xəstəliyi Bell iflici — xəstəlik.
Bell adası
Bell adası (ing. Bell Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Revilyahihedo adasının şimalında, Bem-Kanal boğazında yerləşir. Uzunluğu təxminən 14 km-dir. Maksimum hündürlüyü dəniz səviyyəsindən 186 m yüksəkdir.
Bell fenomeni
Bell fenomeni — normal halda göz qapağının qapanması zamanı göz alması fizyoloji olaraq yuxarı hərəkət edir; Bell iflicində göz qapağının qapanmaması səbəbi ilə göz almasının bu hərəkətinin görülməsi və harəkətin sonunda sadəcə skleranın görünməsinə Bell fenomeni adı verilir.
Bell iflici
Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsədə, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir ços hesabatlarda öz əksini tapmışdır. Müvafiq hesab edildikdə, xəstələrin diabetə və Laym xəstəliyinə (Borrelia burqdolferi bakteriyası ilə infeksiya) müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısa müddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzun müddətli ağırlaşmalarındandır.
Bell yarımadası
Bell yarımadası (ing. Bell Peninsula), əvvəllər Bell adası (ing. Bell Island) — Kanada Arktik arxipelaqına daxil olan Sauthempton adasının cənub-şərqində yerləşir. inzibati nbaxımından Kanadanın Nunavut vilayəti, Kivallik regionuna daxildir. == Yerləşməsi == Yarımada inuitlərə məxsus olan Koral-Harbor yaşayış məntəqəsinə yaxın ərazidə yerləşir. Cənubdan Hudzon körfəzi, şərqdən Foks körfəzi ilə əhatələnir. Burada tez-tez Qrenlandiya balinalarına rast gəlinir. Yarımadanın ən hündür nöqtəsi 213 metr hündürlüyə malik Minto dağıdır. Bir neçə iri körfəzə sahibdir. == Tarixi == Yarımada Huidzon körfəzi şirkətinin rəhbəri və araşdırmaçı Con Bellin şərəfinəı adlandırılmışdır.
Con Bell
Con Bell (28 iyun 1928 və ya 28 iyul 1928, Belfast – 1 oktyabr 1990[…], Cenevrə) — Şimali İrlandıyalı fizikaçı. Bell teoremi olaraq bilinən, kvant fizikasında ön əmli bir teoremin yaradıcısıdır.. O'Connor, John J.; Robertson, Edmund F., "John Stewart Bell" == Həyatı == Con Bell , Şimali İrlandiyanın Belfast şəhərində anadan olub . 11 yaşı olanda, elm adamı olmağa qərar verir və 16 yaşında Belfast Texniki Liseyi bitirir. Bell daha sonra təhsilini Belfast Queen Universitetində davam edir və 1948-ci ildə eksperimental fizika sahəsi üzrə bakalavr dərəcəsi alır. 1956-cı ildə Birmingham Universitetində fizika sahəsində doktorluq üzrə təhsilini davam etdirir. Nüvə fizikası və kvant nəzəriyyəsi sahəsində ixtisaslaşır.p. 139. ISBN 978-1-56858-232-0. Onun qalıqları yandırılıb.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü "iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator" adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Martin-Bell sindromu
Martin-Bell Sindromu və ya kövrək X-xromosomu sindromu (ing. fragile X syndrome (FXS)) — irsi xəstəlikdir. Sindromun inkişafı X xromosomunda vahid trinukleotidlərin (SQQ) ekspansiyası ilə bağlıdır ki, bu, sinir sisteminin normal inkişafı üçün lazım olan FMR1 zülalının çatışmayan ekspressiyasına gətirib çıxarır. Kövrək X xromosomu sindromunda pozğunluqlara məruz qalan xromosom sahəsinin dörd halı vardır. Normal halda SQQ təkrarlarının sayı – 29-dan 31-ə qədər olur. Premutasiyada (sindrom inkişaf etmir) – 55-dən 200-ə qədər, tam mutasiyada (sindrom) – 200-dən çox SQQ təkrarı (adətən, 230-dan 4000-əcən) olur. == Etiologiya == Martin-Bell sindromu X xromosomunda FMR1 geninin mutasiyası nəticəsində yaranır. Xəstəliyin insidansı kişilərdə 1:4000, qadınlarda isə 1:6000-dir. Təkrarlanan SQQ kodonlarının ekspansiyası FMR1 geninin promotorunda DNT-nin hipermetilləşməsinə və nəticədə, onun ekspressiyasının faktiki olaraq kəsilməsinə gətirir. Təxmin edilir ki, FMR1 geninin promotorunun anomal metilləşməsi X xromosomunda kövrəklik nöqtəsinin(sayt) yaranmasına səbəb olur.
Pell-Mell
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Maffin
Maffin (ing. muffin) — keksin amerikan variantı, kiçik dairəvi və ya oval formasında şirniyyat, əsasən şirin olur, tərkibinə müxtəlif, xüsusilə də meyvə içliyi daxildir. Adətən, maffin yetkin bir insanın ovucu boyda olur. Maffinlər həmçinin qarğıdalı unundan hazırlana bilər. Maffinə qaragilə, şokolad yonqarı, moruq, darçın, balqabaq, qoz-fındıq, banan, portağal, şaftalı, çiyələk, kök, limon və s. əlavə edilə bilər. == Tarixi == Maffin adının yaranması ilə bağlı bir neçə versiya vardır. Bunlardan birinə görə, maffin sözü IX əsrdə Böyük Britaniyada yumşaq çörək mənasını verən mouflett fransız sözündən götürülmüşdür. Digər versiyaya görə, maffin çörəyin bir növü olan alman sözü muffe ilə əlaqəlidir. ABŞa maffini Böyük Britaniya immiqrantları gətirmişlər.
Puffin
Puffin Brauzer — Şioupyun Şen tərəfindən təsis edilmiş Amerika mobil texnologiya şirkəti CloudMosa tərəfindən hazırlanmış bir veb brauzerdir. Puffin Brauzer əvvəlcə 2010-cu ildə buraxıldı. Məzmunun işlənməsi üçün şifrəli bulud serverlərindən istifadə edir. Puffin veb səhifələrini buludda təqdim etdiyinə görə bəzi meyar testlərinə görə səhifə yükləməsini, məzmun göstərməsini və JavaScript işlənməsini yerli cihazın işlənməsindən daha sürətli edə bilər. Bununla birlikdə veb səhifələrin bulud serverləri vasitəsi ilə işlənməsi nəticəsində Puffin veb brauzerində World Wide Web-ə baxarkən istifadəçinin IP ünvanı bulud serverinin IP ünvanını əks etdirir. Bu, bəzi saytların Puffin Brauzerini proksi server kimi aşkar etməsinə səbəb olur.
Pell Mell (London)
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Puffin Brauzer
Puffin Brauzer — Şioupyun Şen tərəfindən təsis edilmiş Amerika mobil texnologiya şirkəti CloudMosa tərəfindən hazırlanmış bir veb brauzerdir. Puffin Brauzer əvvəlcə 2010-cu ildə buraxıldı. Məzmunun işlənməsi üçün şifrəli bulud serverlərindən istifadə edir. Puffin veb səhifələrini buludda təqdim etdiyinə görə bəzi meyar testlərinə görə səhifə yükləməsini, məzmun göstərməsini və JavaScript işlənməsini yerli cihazın işlənməsindən daha sürətli edə bilər. Bununla birlikdə veb səhifələrin bulud serverləri vasitəsi ilə işlənməsi nəticəsində Puffin veb brauzerində World Wide Web-ə baxarkən istifadəçinin IP ünvanı bulud serverinin IP ünvanını əks etdirir. Bu, bəzi saytların Puffin Brauzerini proksi server kimi aşkar etməsinə səbəb olur.
Morfin
Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur. Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur.
Muflon
Muflon (lat. Ovis orientalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü.