Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəmməd Nəcibulla
Məhəmməd Nəcibulla (puşt. محمد نجيب الله — Mohammad Najibullāh; 6 avqust 1947 və ya 1947, Qardez[d], Kabil vilayəti, Əfqanıstan krallığı[d] – 27 sentyabr 1996 və ya 1996, Kabil, Kabil vilayəti, Əfqanistan İslam Əmirliyi) — Əfqanıstanın siyasi xadimi, diplomat. == Həyatı == Tələbə-təbib, kommunist-"pərçamçı", İranda səfir, sonra Əfqanıstan Xalq-demokrat partiyasının daxilindəki "Xalk" fraksiyasının qalibiyyəti ilə vətəndşlığı əlindən alınan mühacir. Həmin vaxt o, Moskvaya sığındı və Kabula yalnız sovet qoşunları ilə bərabər qayıtdı. Sonra Əfqanıstan "KQB"-sinin rəhbəri, 1986-cı ildən isə prezident oldu. Sovet qoşunları 1989-cu ildə çıxıb getdi, Nəcibulla isə daha 3 il hakimiyyətdə qaldı. Sonra hakimiyyəti koalision hökumətə təhvil verdi, qadınını və 3 qızını Dehliyə yollayıb özü Kabulda qaldı. 4 il BMT-nin Kabuldakı nümayəndəliyinin ofisində yaşadı. 1996-nın 26 sentyabrında taliblər qəfildən paytaxtı tutarkən Nəcibullanı xilas etmək barədə bir kimsə düşünmədi. Əslində isə bütün tərəflər onun ölümünü istəyirdi - əsas şahid aradan çıxarılmalıydı.
Həbibulla Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). == Həyat və yaradıcılığı == Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur. Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur. Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Həbibulla Hüseynov
Hüseynov Həbibulla Eynulla oğlu (10 oktyabr 1910, اردبیل – 16 aprel 1945, Kalininqrad vilayəti) — Cənubi Azərbaycandan olan Qızıl Ordu polkovniki və Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra). Ərdəbildən Bakı şəhərinə mühacirət edən Hüseynov burada yükləyici və montajçı olaraq işləmişdir. Komsomol xətti ilə 1928-ci ildə Qırmızı Ordu sıralarına qatılmış və artilleriya zabiti olmuşdur. O, Böyük təmizləmə zamanı həbs edilmiş və İran casusu olmaqda ittiham edilmişdir. Aylar sonra azad edilmiş və zenit artilleriya batalyonunun komandanı olmuş, İkinci Dünya Müharibəsində bu vəzifədə xidmət etmişdir. XIII atıcı diviziyanın bir hissəsi olan bölməsi almanların başlatdığı Barbarossa əməliyyatından sonra Belarusiyanın qərbində mühasirəyə düşmüş, lakin Hüseynov sağ qalanlara rəhbərlik edərək mühasirəni yarmağı bacarmışdır. Onun batalyonu sonradan yenidən təşkil edilmiş və Kalinin ilə Rybinskin hava hücumundan müdafiəsində iştirak etmişdir. 1942-ci ilin iyununda Hüseynov zanit artilleriya batalyonunun komandanı kimi İvanovonun müdafiəsinə qatılmışdır. 1942-ci ilin oktyabrında o, zenit artilleriya alayının komandanı olmuş və iki ay sonra I Mühafizə ordusunun tərkibinə köçürülmüşdür. Onun alayı Tatsinskaya hücumuna qatılmış və bu hücumda 24-cü tank korpusu tərkibində çıxış etmişdir.
Həbibulla Məmmədbəyli
Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu — fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan astronomu, professor. == Həyatı == Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu 1912-ci il dekabrın 1-də Bakının Şağan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Cəfərqulu bəy Şağan kəndinin kəndxudası olmuşdur. Beş oğul və iki qız atası olmuşdur. Anası Bəyim xanım da bəy ailəsində doğulmuşdur. Cəfərqulu bəy 1937-ci repressiya qurbanı olmuşdur. 1956-cı ildə bəraət qazanmışdır. Harada dəfn olunduğu bilinmir. O, vaxtlar xalq düşməni oğlu olmasına baxmayaraq Bakıda orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinə daxil olmuş və oranı bitirmişdir. Ali təhsili aldıqdan sonra Bakıya qayıtmış, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoqoji İnstitutunda dərs demişdir.
Həbibulla Odabaş
Həbibulla Odabaş — (1891 və ya 11 fevral 1881, Korbek[d], Tavriya quberniyası[d] – 1937, SSRİ) — krım tatar yazıçı, filoloq, pedaqoq. Əsərlərini Timurcan və Çatır-Tavlı təxəllüsləri ilə çap etdirib. == Haqqında == Həbibulla Əbdürrəşid oğlu Odabaş 1891-ci ildə Aluşta yaxınlığındakı Korbek kəndində anadan olub. Orta təhsilini Krımda aldıqdan sonra İstanbulda ali təhsil alıb. Burada təhsil aldığı dövr ərzində ilk dəfə öz şeirlərini və "Altın yarık" (Qızıl parıltı) poemasını çap etdirir. 1917-ci ildə Krıma geri dönərək 1920-ci ilə qədər "Yaşıl ada" jurnalı sonradan isə "Bilgi" jurnalını nəşr etdirir. 1921-ci ildən 1928-ci ilə qədər Krım Pedaqoji İnstitutunda və Tatar Pedaqoji Texnikumunda dərs deyir. Müəllimlik fəaliyyəti ilə yanaşı krım tatar məktəblərində üçün ana dili və ədəbiyyat dərslərini keçmək üçün bir neçə dərsliyi də tərtib edir. 1925-ci ildə Tavrida tarix, arxeologiya və etnoqrafiya Cəmiyyətinə üzv seçilir. 1925-ci ildə Simferopolda çap edilən "Okub işleri" jurnalında öz pedaqoji, mədəni maarif mövzulu, yazılarını, şeir və hekayələrini yazır.
Həbibulla Əmirxanov
Həbibulla Əmirxanov İbrahim oğlu (d.7 may 1907-ci il, Dağıstan - ö. 1986-cı il ) — azərbaycanlı alim, fizika-riyaziyyat elmlər doktoru (1942), professor, Azərbaycan EA-nın həqiqi üzvü (1949), SSRİ EA -nın müxbir üzvü (1972). == Həyatı == Həbibulla İbrahim oğlu Əmirxanov 7 may 1907-ci ildə Dağıstanın Korod kəndində anadan olmuşdur. 1925-ci ildə Bakıya köçmüş və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Həbibulla Əmirxanov universiteti bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Fizika kafedrasında işə başlamışdır. O, həmçinin SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsinin fizika sektorunda çalışmışdır. Həbibulla Əmirxanov 1935-ci ildə yaradılmış SSRİ EA-nın Azər­baycan filialının fizika sektorunun rəh­bə­ri vəzifəsini icra etmişdir. 1945-1950-ci illərdə isə Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun ilk direktoru kimi fəaliyyət göstərmişdir. 1950-ci ildə Dağıstana köçən Həbibulla Əmirxanov SSRİ EA Dağıstan filialı Rəyasət Heyətinin sədri olaraq çalışmış, həmçinin SSRİ EA Fizika İnstitutu Dağıstan filialının direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı, o, Azərbaycan Sənaye İnstitutunun fizika kafed­rasının müdiri kimi fəaliyyət göstərmişdir.
Xəbibulla İbrahimov
Xəbibulla Kəlimulla oğlu İbrahimov (rus. Хабибулла Калимуллович Ибрагимов, başq. Хәбибулла Кәлимулла улы Ибраһимов, d. 29 dekabr 1894, Orenburq, Orenburq vilayəti, Rusiya imperiyası — ö. 16 mart 1959, Ufa, Başqırd MSSR, SSRİ) — Başqırd əsilli SSRİ bəstəkarı və dramaturqu, musiqili-ictimai xadimi, Başqırdıstan MSSR-ın əməkdar incəsənət artisti (1951), Başqırdıstan MSSR Bəstəkarlar İttifaqının üzvü (1941–1959). == Bioqrafiya == Xəbibulla İbrahimov 29 dekabr 1894 tarixində Rusiya imperiyasının Orenburq vilayətinin inzibati mərkəzi olan Orenburq şəhərində, bir başqırd ailəsində anadan olmuşdur. İbrahimov 1915-ci 1929-cu illərdə, müşayiətçi olaraq həvəskar konsertlərdə ifa etmiş, səhnə istehsalı üçün musiqili müşayiət yaratmışdır. 1919-cu ildə Türkistan Cəbhəsi Siyasi İdarəsində cəbhə teatrının musiqi direktoru olmuşdur. 1920-ci 1937-ci illərdə, fasilələrlə rəssam və musiqiçi olaraq, eləcə də, Başqırdıstan Dram Teatrının musiqi hissəsinin rəhbəri kimi işləmişdir. 1922-ci 1926-cı illərində, Şərq Xalqları İnstitutunun musiqi fakültəsində təhsil almışdır.
Həbibulla bəy Şahtaxtinski
Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru (1949), prof. (1950), Azərbaycan SSR Milli EA akademiki (1967). Azərbaycan SSR əməkdar elm xadimi (1974). == Həyatı == Azərb. Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərb. Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir.
Həbibulla xan (konsul)
Həbibulla xan — İranın Azərbaycan Xalq Cümhuriyyətində konsulu. == Baş verən hadisələr == 1918-ci ilin iyulunda, Qafqaz İslam Ordusunun hərbi uğurları şəraitində ölkənin türk-müsəlman əhalisinin nifrətini qazanmış S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti istefa verməyə məcbur oldu. Hakimiyyətə keçən daşnak və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası" ingilislərdən gözlənilən köməyi ala bilmədi. Qafqaz İslam Ordusuna müqavimət göstərə bilməyən "Sentrokaspi diktaturası" əlverişli təslim şərtlərinə nail olmaq üçün bu zaman İranın Bakıdakı konsulu olan Həbibulla xanı vasitəçi seçdi. Sentyabrın 1-də İran konsulu Bakını müdafiə edən Qərb cəbhəsinin komandanı ilə birlikdə Beşinci Qafqaz firqəsinin qərargahına getdi. Bakının təslim şərtlərinin müzakirəsi zamanı "Sentrokaspi" hökumətinin, İran, ABŞ, İsveç və Danimarka konsullarının və bir ingilis zabitinin də iştirak etdiyi beynəlxalq heyətin yaradılması təklifi irəli sürüldü. Türk qayməqamı Rüşdi bəy Bakıya gələrək, buradan sülh heyəti ilə geri qayıtdı. Bakıdan gələn heyətlə şəhərin qeyd-şərtsiz təslim edilməsi, dövlət əmlakının təhvil verilməsi, türk, Avstriya və alman əsirlərinin azad olunması şərtilə saziş bağlandı. Bağlanmış saziş və Qafqaz İslam Ordusunun sürətli hücumu erməni birliklərini tələm-tələsik gəmilərə dolub şəhəri tərk etməyə məcbur etdi. Təslim aktı nəticəsində tərəflər arasında küçə döyüşlərinin baş verməməsi Bakını genişmiqyaslı dağıntılardan xilas etdi.
Vəcihulla mirzə Qovanlı-Qacar
Vəcihulla mirzə Sultan Əhməd mirzə oğlu Qovanlı-Qacar (1854, Tehran – 1905, Tehran) — Qacar şahzadəsi, İranın hərbi naziri. == Həyatı == Sultan Əhməd mirzənin ikinci oğlu Vəcihulla mirzə Tehran şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Sepahsalar ləqəbi daşıyırdı. Vəcihulla mirzə öz ictimai fəaliyyətinə orduya daxil olmaqla başlayıb. 1873-cü ildə Hüseyn xan Sepahsalari-Əzəmin himayəsinə keçib. 1874-cü ildə Tehranın hərbi dəstəsinin başçılığını və məvacibinin verilməsini öhdəsinə almışdı. O zamanlarda Nasirəddin şahın özəl işlərinə baş çəkirdi. 1890-cı ildə Loristan və Burucird əyalətlərinə vali təyin olunmuşdu. Öz tərəfindən oğlunu oraya göndərmişdi.