Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəxə (qəbilə)
Nəxə (ərəb. النُخَع‎) — Yəmən mənşəli ərəb qəbiləsi. Bu, daha böyük Məzhəc qəbiləsinin bir qoludur. Muaz ibn Cəbəl tərəfindən islamı qəbul etmişdilər. VII əsrdə islam fəthlərində iştirak etmişdilər. Qəbilənin Malik ibn Həris, Əlqəmə ibn Qeys və İbrahim Nəxai kimi görkəmli tarixi şəxsiyyətləri var. Əl-Həmdani "Ərəb yarımadasının təsviri" kitabında Nəxə qəbiləsindən bəhs etmişdir.
Nəfəs nəfəsə (roman)
Nəfəs nəfəsə (tr. Nefes Nefese) - türk yazıçısı Ayşe Kulinin 2002-ci ildə nəşr olunmuş romanı. == Hekayə == Osmanlı dövlətinin son Sağlamlıq naziri Fazıl Rəşad Paşanın qızı Selva yəhudi oğlan Rafaelə aşiq olur. Lakin ailəsi buna qarşı çıxır və nəticədə ailəsi onları tərk edir. Selva və Rafael Fransaya köçürlər. Amma onlar burada da sakitçilik tapa bilmirlər. İkinci dünya müharibəsinin başlaması onların həyatını alt-üst edir. Onlar hər an nasistlər tərəfindən ölüm düşərgələrinə aparılmaq qorxusu ilə yaşayırlar. Həmin dövrdə isə Türkiyə müharibəyə qarışmadan, nə Almaniyanın, nə də müttəfiqlərin tərəfini tutaraq öz yoluna davam edirdi... == Mövzu == Ayşe Kulin bu romanında həm o dövrdə Türkiyənin müharibədən böyük zərər görmədən çıxmasını təmin edən insanların fəaliyyətindən, həm də Selva ilə Rafaelin İstambuldan Marselə, Ankaradan Qahirəyə qədər olan səyahətlərində öz canları bahasına olsa da yüzlərlə yəhudinin həyatı xilas etməsindən söhbət açır.
Dəfnə
Dəfnə ağacı (lat. Laurus) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və qərbi Zaqafqaziyada rast gəlinir. == Növləri == Laurus azorica (Seub.) Franco Laurus chinensis Blume Nəcib dəfnə ağacı (Laurus nobilis L.) == İstinadlar == Dəfnə:The Plant List saytında takson barədə məlumat.
Həftə
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Kərxə
Kərxə — İranın Xuzistan ostanında çay. Kərxə çayı İraqda dəclə çayına tökülür. İranın üçüncü ən uzun çayı, Zaqros dağlarından mənşə alır.
Nüsxə
Nüsxə — çox sayda predmetin biri. Siqnal nüsxəsi — nəşriyyatın çap etməyə hazırlaşdığı məhsulun təsdiq üçün hazırlanan birinci ədədi.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nərcə
Nərcə - İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,604 nəfər və 1,661 ailədən ibarət idi. Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar, dinləri isə şiə müsəlmandırlar. == Görməli yerlər == === Nərgə təpəsi === Bu təpə Takistan bölgəsində yerləşən ən böyük tarixi təpə olaraq,uzunluğu 220 metr, eni isə 180 metrdir. === İmamzadə Zərlan türbəsi === Nərcənin içində yertutan müqəddəs bir yer.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalqların musiqisinin ən çox işlənən və ən çox sevilən növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Nəkbə
Nəkbə — (ərəb. النكبة‎ [an-Nakbah] "şok, fəlakət, fəlakət") — 1948-ci il Fələstin müharibəsi zamanı Məcburi Fələstində fələstinlilərin etnik təmizləməsi idi, onların zorakı yerdəyişməsi və torpaqlarını, əmlaklarını və əşyalarını ələ keçirmələri, eyni zamanda cəmiyyətin, mədəniyyətinin, şəxsiyyətinin, siyasi hüquqlarının və milli istəklərinin məhv edilməsidir. "Nəkbə" termini ilk dəfə suriyalı tarixçi Konstantin Zureyk tərəfindən 1948-ci ildə nəşr olunmuş "Məna ən-Nəkbə" (Fəlakətin mənası) kitabında istifadə edilmişdir. İsrail mənbələri Avropa yəhudilərinin fəlakəti ilə bağlı "Nəkbə" sözünün işlədilməsini qəbuledilməz hesab edir. == Tarixi == Nəkbənin əvvəlində Fələstin 1948-ci il mayın 15-də sona çatan mandat altında Britaniya hakimiyyəti altında idi. 29 noyabr 1947-ci ildə BMT Britaniya Fələstini sonradan müvafiq dövlətlərin yaradılması ilə yəhudi və ərəb hissələrinə bölmək qərarına gəldi. İlk ərəb qaçqınları 1947-ci ilin dekabrında öz torpaqlarını tərk etməyə başladılar. 28 dekabr 1947-ci ildə Xaqan və Lehi yəhudi yaraqlıları Qüdsün şimal-qərb kənarındakı Lifta ərəb kəndinə hücum edərək ərəbləri daşıyan avtobusa atəş açdılar. 1948-ci il yanvarın 6-da yəhudi terrorçuları Semiramis hotelində (Qüds) terror aktı törətmiş, onlarla ərəb həlak olmuşdu. 1948-ci ilin fevralına kimi ərəb qaçqınlarının sayı 20 minə çatdı.1948-ci il fevralın 15-də Xaqandan olan yəhudi silahlılar Qeysəriyyə və Atlit şəhərlərinin ərəb əhalisinə hücum etdilər.
Kəfə
Feodosiya (ukr. Феодосія, krımtat. Kefe, Кефе, rus. Феодо́сия, yun. Θεοδοσία — "Tanrıdan Verilmiş") — Ukraynanın Krım Muxtar Respublikasında kurort şəhəri, Qara dənizin limanı.
Nəfi
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) == Apollon və Dəfnə == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Nafiə Abid
Nafiə Abid (1903, Yanina) — milliyyətcə alban olan Azərbaycan şairi və yazıçısı. Yazdığı hekayə və şeirlər Azərbaycan türkcəsində olub, əsərlərində Azərbaycanın azadlıq mübarizəsini tərənnüm edib. Bir çox şeirləri Nafiə Şükrü imzasıyla çap olunmuşdur. Əmin Abid Gültəkinin həyat yoldaşıdır. == Həyatı == === Uşaqlıq və yeniyetməlik dövrü === 1903-cü ildə Yanya (indi Yunanıstanın tərkibindədir) şəhərində bir alban ailəsində doğulan Nafiənin ailəsi yunanların Osmanlı dövlətinə qarşı üsyanından sonra İstanbula köçür. Kiçik yaşlarında atası Əhməd Şükrünü itirir. Bundan sonra Nafiənin anası Zəhra Tevfik Tanurə ərə gedir. Beləliklə Nafiənin qızlıq sənədlərində Nafiə Tevfik Tanur qızı yazılır. 7 yaşında ikən İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə 11 il orada təhsil alıraq, 18 yaşında oranı bitirir. Daha sonra birillik pedaqoji kursu bitirərək 1922-ci ildə İstanbul Universitetinin Tarix-ədəbiyyat fakültəsinə daxil olur.
Nüsxə dəyişəni
Nüsxə dəyişəni (ing. instance variable, rus. переменная экземпляра, türk. örnek değişkeni) — obyekt-yönlü proqramlaşdırmada: sinfin nüsxəsi ilə bağlı olan dəyişən. Əgər sinif hər hansı dəyişəni təyin edirsə, onda bu sinfin hər bir nüsxəsi həmin dəyişənin özəl nüsxəsinə malik olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Nəcib dəfnə
Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən, ətirli, həmişəyaşıl subtropik ağac və ya kol növü. == Ümumi == Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.[mənbə göstərin] Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur.
Qırmızıqarın təlxə
Qırmızıqarın təlxə(lat. Dolichophis schmidti) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Müasir zamana qədər bu növ Xəzər təlxəsinin bir yarımnövü hesab edilirdi. Onların əsas fərqləri ondadır ki, Qırmızıqarın təlxə əsasən Qafqazda yayılmışdır. Digər fərqi isə qarın nahiyəsi isə qırmızı olmasıdır. Onların bədənindəki pulcuqlar hamarlığı ilə seçilir. == Yayılması == Onlara Mərkəzi Anadoludan İranın şimalına qədər olan ərazilərdə, Dağıstanın cənubunda, Azərbaycanda, Gürcüstanda, Ermənistanda və Türkmənistanın Bir çox çaylarının kənarlarında yayılmışdır. Yarımnövləri yoxdur. == Həyat tərzi == Onlar düzən çaylarının kənarlarından başlayaraq, hündürlüyü 1000–1500 metr olan dağ çaylarının dərələrində belə rast gəlinir. Gün zamanı aktiv olur.
Rəftə (Soyuqbulaq)
Rəftə (fars. رفته‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (9 ailə).
Rəngarəng təlxə
Rəngarəng təlxə (lat. Hemorrhois ravergieri) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Rəngarəng təlxə 1.2 m uzunluğa malik olur. == Yayılması == Bu növə Kiçik Asiyadan şimal-qərbi Çinə qədər olan ərazilərdə rast gəlinir. Cənubi Qafqaz ölkələrində, Türkmənistan, Tacikistan, Özbəkistan və Qazaxıstan ərazilərində yayılmış yarımnövlər tap örgənilmişdir. == Həyat tərzi == Bu növ əsasən qayalı və daşlı dağlıq ərazilərdə yayılmışdır. 2300 metr yüksəklikləyə qədər yayıla bilirlər. Onlara daşların altında, qəmiricilərin yuxalarında daha tez-tez rast gəlinir. Aktiv dövrü fevraldan noyabr-dekabr aylarına təsadüf edir. 5–18 yumurta qoyur (17–24 x 30–45 mm).
Svinsəbənzər təlxə
Svinsəbənzər təlxə (lat. Hemorrhois nummifer) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Ümumi uzunluqları 120–160 sm-dir. Böş bədən hissədən nazik boğazla ayrılır. Yuxari hissəsi boz, boz-qəhvəyi rəngdə olur. Bəzən isə bütünlüklə qara rəngdə olur. == Areal == Onlar əsasən Kipr, Rodos, Ksantos adalarında, Anadolu, Yaxın Şərq, Sinay yarımadası, Şimal-şərqi Misir, Şimal-şərqi İran, Şimal İraq, Ermənistan və Mərkəzi Asiya ərazilərində yayılmışdır. Onlar 1300 metr yükksəlikdə, qayalıqlar, daşlar arasında yayılırlar. Xüsusi ilə çay kənarlarında rast gəlinirlər. Kolluqlar, daşlar və gəmiriçilərin yuvalarında gizlənirlər.
Gefle
Gefle IF — 1882-ci ildə yaradılan İsveç futbol klubu. 2004-cü ildə birinci divizionda ikinci olan 130 yaşlı komanda 2005-ci ildən yüksək liqada çıxış edir. "Gefle"nin ölkə miqyasında ən böyük uğuru 2006-cı ildə İsveç kubokunun finalına yüksəlməsidir. Ev oyunlarını "Strömvallen" stadionunda keçirən klub əsasən göy və ağ rəngli formalardan istifadə edir. Stadion 7,302 min tamaşaçı tutumuna malikdir. == Avrokuboklar == "Gefle" Avrokuboklarda ilk dəfə 2006/2007 mövsümündə iştirak edib. Avroliqanın I təsnifat mərhələsində Uelsin "Llanelli" klubu ilə qarşılaşan "Gefle" ümumi hesabda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 2010/2011 mövsümündə Farer adalarının "Runavik" klubunu 2:1, 2:0 hesabları ilə keçən İsveç təmsilçisi II təsnifat mərhələdə Gürcüstanın Dinamo Tbilisi klubu ilə bacarmır. Hər iki oyunda 1:2 hesabı ilə məğlub olan "Gefle" mübarizəni dayandırır. Bu mövsüm ilk duelində "Trans Narva" klubu ilə qarşılaşan "Gefle" rəqibini çox rahatlıqla keçir.
NEFAZ
NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər içtimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir. == Tarixi == 17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi. 13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır. 15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir. 11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
Neffa
Neffa (əsl adı Covanni Pellino, it. Giovanni Pellino 7 oktyabr 1967, Skafati, Kampaniya) — tanınmış İtalyan müğənnisi. == Həyatı == Neffa 7 oktyabr 1967-ci ildə İtaliyanın Skafati şəhərində doğulub.
Nehrə
Nehrə — qatıqdan çalxalamaq yolu ilə yağ (çıxarmaq) hasil etmək üçün işlədilən qab. Nehrənin Dəri, ağac və gil növləri olmuşdur. Ağac nehrələr, əsasən, Gəncə–Qazax zonasında, gil nehrələr isə subtropik zonada yayılmışdır. Qazax şəhəri yaxınlığında (Babadərviş), Naxçıvanda (Kültəpə) və b. yerlərdə tapılmış gil nehrələr e.ə. 4–3-cü minilliklərə aid edilir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər çox geniş istifadə olunan nehrəni iki üsulla hazırlayırlar. Taxtadan hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsir. Tirin içərisini nehrəgir vasitəsi ilə oymaqla düzəldirlər. Digər üsul Aran rayonlarında, əsasən meşə zəif olan yerlərdə gildən küpəyə oxşar şəkildə hazırlayırlar.
Neyzə
Neyzə-i Vusta (Sərdəşt)
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Neme
Nene
Nene — bildirə bilər: == Heyvanlar == Nene — Havay adalarında quş. == Adlar == təxəllüs və idmançı adları: Olinto di Karvalo, Erminio — braziliyalı futbolçu, müdafiəçi. Olinto di Karvalo, Klaudio -braziliyalı futbolçu, yarımüdafiəçi. Migel da Silva, Anderson — braziliyalı futbolçu, hücumçu.