Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birinci beşillik plan (SSRİ)
Birinci Beşillik Plan (I пятилетний план, первая пятилетка) — 1928–1932-ci illər arasında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin dövründə əldə edilmiş iqtisadi hədəflərin siyahısı. Plan Sovet İttifaqının iqtisadiyyatında tək ölkədə Sosializm nəzəriyyəsinə uyğun olaraq, sıçrayış etmək məqsədi daşıyırdı.
Vəkillik
Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Ərəb dilindən götürülmüş "vəkil" sözü "başqasının işini görmək üçün tapşırıq almaq" anlamına gəlir. Latıncadan "advakatus" sözü isə "yardıma çağırıram" mənasını verir.
Xəsislik
Xəsislik — insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir. Xəsislər bütün nemətləri mənimsəyərək hamsını zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. == Beşillik dövründə Azərbaycan SSR iqtisadiyyatına kapital qoyuluşu == Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. == İqtisadiyyatın möhkəmləndirilməsi sahəsində uğurlar == === Neft sənayesinin inkişafı === Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.
Nəsibli
Nəsibli (Əvvəlki adı: Xaxollar) — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Xaxollar ol­muşdur. XIX əsrdə orada məskunlaşmış rus­ları yerli əhali xaxol adlandırırdı. Sonralar kənd burada məskunlaşmış qılıclı tayfasının nəsibli tirəsinin adı ilə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçayın yuxarı axarında, dağlıq ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Təsirlik hal
Təsirlik hal:Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür : müəyyənlik bildirən təsirlik hal qeyri-müəyyənlik bildirən təsirlik hal Bu sözlərin sionu l,m,n,r lə bitir Bu sözlərin ikinci hecasında ı,i,u,ü llmalıdır.Bəzi istisnalar var:ovuc,sinif,eyib. Bu sözlər bu qaydaya uymur.Həmin sözlər iki yerə bölünür.Milli və alınma Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir.Bu növ təsirlik halda işlənən isimlər -ı⁴ (-nı⁴) şəkilçilərini qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi?. Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s. Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur.
Eldar Nəsibli
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — Azərbaycan politoloqu, siyasi şərhçi, tarixçi, Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Müzəffər Nəsirli
Müzəffər Nəsirli (şair, 1902)
Məmməd Nəsirli
Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf. 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır. 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur. Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür. Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
Nəsib Nəsibli
Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru. Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir. Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir. Evlidir, iki övladı var.
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Səlim Nəsirli
Selim Nesirli (Nəsirli Səlim Əbülfət oglu; d. 1 aprel 1983, Laçın rayonu, Hoçaz kəndi, Azərbaycan ) — Azərbaycan xanəndəsi və şairi. Bəstəkar, tarzən. "Abşeron Ədəbi məclisinin" yaradıcısı və təşkilatçısı. Nəsirli Səlim Əbülfət oglu - 1983-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1995-ci ildə Xırdalan şəhər musiqi məktəbinə xanəndə sinifinə daxil olub. 2000-ci ildə orta məktəbi və musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "solo oxuma, muğam" ixtisasına qəbul olmuşdur. 2004-cü ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinə müəllim təyin olunmuşdur . 2006-ci ildə Dərbənd dram teatrının dəvəti ilə Dərbənd şəhərində "Dərbənd Azərbaycan dram teatrında" bəstəkar işləmişdir. Burada bir neçə tamaşanın bəstəkarı olmuşdur.
Vüsal Nəsirli
Vüsal Nəsirli — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini. Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Yaqub Nəsirli
Yaqub Nəsirli (8 noyabr 1899 – 11 noyabr 1958) — Azərbaycan əsilli türkmən şairi. Yaqub Nəsirli 8 noyabr 1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildən Türkmənistanda çap olunurdu. 1941-ci ildə "Şeirlər" adlı toplusu nəşr edilmişdi. 1941-ci ildə cəbhədə "Leytenant oğlu" adlı poema yazmışdı. 1942-ci ildə "İgidlik" adlı əsər ərsəyə gətirdi. 1943-cü ildə "Düşməni vur" adlı toplusu dərc olundu. Yaqub Nəsirli "Arslan" adlı pyesin müəllifidir. Onun qələmindən xeyli hekayə, uşaqlar üçün yazılar çıxmışdı. O, Səməd Vurğunu, V. Mayakovskini, S. Marşakı və Cambulu türkmən dilinə tərcümə etmişdi.
Yasif Nəsirli
Nəsirli Yasif Mirzə oğlu (23 dekabr 1938, Kavdar, Cəbrayıl rayonu) — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999). Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Azərbaycanda Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu ilə bitirmişdir. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1973-1975) təhsilini artırmışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada şöbə müdiri vəzifələrində (1962-1969) işləmişdir. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru (1967-1968) olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı (1969-1973), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi və orada Kollegiya üzvü (1975-1987) olmuşdur. Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri (1987-1991) vəzifəsində çalışmışdır. Azərbaycan KP MK-ya üzv seçilmişdir. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü (1989-1991) olmuşdur.
Yunis Nəsibli
Yunis Nəsibli (tam adı: Yunis Məsməli oğlu Nəsibli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru. Yunis Məsməli oğlu Nəsibli 1953-cü il fevralın 23-də Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1970-ci ildə Tiflis şəhər 63 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1970–1975: Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1975-ci ilin sentyabrından Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda laborant vəzifəsində elmi fəaliyyətə başlamışdır. 1976–1978-ci illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsində stajor-tədqiqatçı hazırlığı keçmişdir, 1979–1983-cü illərdə AMEA Tarix İnstitutunun qiyabi aspirantura, 1985-ci ildə "Azərbaycanın V–XII əsrlər tarixi qədim gürcü mənbələrində" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-cü ilin martında AMEA Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1989-cu ilin fevralında AMEA Tarix İnstitutunda elmi işçi vəzifəsinə təyin edilmişdir. 1992-ci ilin avqustunda Bakı Dövlət Universitetinin Tarix fakültəsində baş müəllim vəzifəsinə təyin edilmişdir. 1998-ci ilin sentyabrında Bakı Dövlət Universiteti Tarix fakültəsinin "Azərbaycan tarixi" kafedrasının dosenti vəzifəsini tutmuşdur.
Eldar Nəsibli Sibirel
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.
Müzəffər Nəsirli (şair)
Müzəffər Nəsirli (şair, 1902)
Müzəffər Nəsirli (şair, 1902)
Müzəffər Nəsirli İbrahimzadə (1902, Şağlaküçə, Lənkəran rayonu – 3 mart 1944 və ya 1944, Masallı) — talış əsilli Azərbaycan şairi, folklorşünası, dilçi, müəllim və jurnalist. O, Zülfüqar Əhmədzadə ilə həmmüəllif və talış folklorunun tanınmış toplayıcısıdır. Müzəffər Nəsirli İbrahimzadə 1902-ci ildə Rusiya imperiyasının Bakı quberniyasının Lənkəran qəzasının Şağlaküçə kəndində anadan olub. Atası Hacı İbrahim tacir idi və kənddə dükanının sahibi idi. İbtidai təhsilini məscid nəzdində (mollaxana) və ibtidai məktəbdə almışdır. Sonra təhsilini Lənkəranda davam etdirib. 1920-ci ildə "Talış diyarının öyrənilməsi cəmiyyəti" yaradılır, o, bu cəmiyyətin işində iştirak edir və talış dili və folklorunun tədqiqatçısı, iranlı alim B. V. Millerlə tanış olur. Bu tanışlıq sonradan onun fəaliyyətinə müsbət təsir göstərir. O, B. V. Miller və professor Vəli Xuluflu ilə talış dilinin öyrənilməsi, folklor nümunələrinin axtarışı ilə bağlı elmi ekspedisiyalarda iştirak edib. M. Nəsirli əsas işini talış folklorunun toplanması, çapı, aydınlaşdırılması yolunda aparıb.
Müzəffər Nəsirli (şair, 1911)
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1 yanvar 1980, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının (indiki Şahbuz rayonunun) Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonunun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib. Onun ilk şeiri “İndi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır.
Yəhudi əsilli dövlət başçıları
Yəhudi dövlət və hökumət başçıları — dünya tarixində yəhudi olan və ya yəhudi köklərə sahib olan dövlət və hökumət başçılarının siyahısı.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.