Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəvişt-i Böyük (Bünab)
Rəvişt-i Böyük (fars. روشت بزرگ‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.616 nəfər yaşayır (642 ailə).
Rəvişt-i Kiçik (Bünab)
Rəvişt-i Kiçik (fars. روشت كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.492 nəfər yaşayır (346 ailə).
Ben Nevis
Ben Nevis (ing. Ben Nevis) — Britaniyanın ən yüksək dağıdır.
Sent-Kits və Nevis
Sent Kits və Nevis Federasiyası — Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibərətdir. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası III Çarlz, onu təmsil edən general-qubernator ser Edmund Lorens, Baş Naziri Denzil Duqlas Ölkənin ərazisi — 261 км². Əhalisi — 50 min nəfər (2010). Paytaxtı Baster, Sent-Kits adasında yerləşir. Sen-Kits və Nevis həm ərazisinə, həm əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçasının rəhbərlik etdiyi Millətlər Birliyinin üzvüdür. Sahil xəttinin uzunluğu — 135 km. Adalar 1493-cü ildə Xristofor Kolumb tərəfindən kəşf edilib. Yerli əhalisi hindular olub. 1623-ci ildə Sent-Kitsdə ingilislərin, 1624-ci ildə fransızların yaşayış məskəni salınır.
Zəvüşt (Bünab)
Zəvüşt (fars. زاوشت‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3.802 nəfər yaşayır (936 ailə).
Sent-Kits və Nevis Federasiyası
Sent Kits və Nevis Federasiyası — Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibərətdir. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası III Çarlz, onu təmsil edən general-qubernator ser Edmund Lorens, Baş Naziri Denzil Duqlas Ölkənin ərazisi — 261 км². Əhalisi — 50 min nəfər (2010). Paytaxtı Baster, Sent-Kits adasında yerləşir. Sen-Kits və Nevis həm ərazisinə, həm əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçasının rəhbərlik etdiyi Millətlər Birliyinin üzvüdür. Sahil xəttinin uzunluğu — 135 km. Adalar 1493-cü ildə Xristofor Kolumb tərəfindən kəşf edilib. Yerli əhalisi hindular olub. 1623-ci ildə Sent-Kitsdə ingilislərin, 1624-ci ildə fransızların yaşayış məskəni salınır.
Xacə Zeynalabidin Nəvidi
Əbdi bəy Şirazi (fars. عبدی بیگ شیرازی‎) və ya Xacə Zeynalabidin Nəvidi (fars. خواجه‌زین‌العابدین‌علی‎; 19 avqust 1515, Təbriz – 1580, Ərdəbil) — Səfəvi şairi və tarixçisi. Xacə Zeynalabidin 1515-ci ildə Təbrizdə anadan olmuşdur. "Ruzi-Rövşən"ə görə, ailəsi əslən İsfahandandır, lakin "İranika Ensiklopediyası"nda Şirazdan olduğu qeyd edilmişdir. Gürcüstan və Ərməniyyəyə səfərlər etmişdir. Təbrizdə Şah Təhmasibin saray dəftərxanasında qulluq etmişdir. Şeirlərinin böyük əksəriyyətini onun istəyi ilə və onun adına yazmışdır. Şeir külliyyatının 55 min beytə yaxın olduğu bildirilir. Məsnəvi janrında daha məharətli olmuşdur.
Azərbaycan–Sent-Kits və Nevis münasibətləri
Azərbaycan–Sent-Kits və Nevis münasibətləri — Azərbaycan Respublikası ilə Sent-Kits və Nevis Federasiyası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin mart ayının 22-də qurulmuşdur.
Nasist
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Sevast
Sevast (yun. σεβαστός, mənası – hörmətli) və ya sevasta (yun. σεβαστή; qadın variantı) — latınlara aid Avqust titulunun yunan variantı kimi istifadə edilən termin. Bu termin, eləcə də sevastokrator kimi törəmələri XI əsrin sonlarından Komninlər dövrünə qədər Bizans imperiyasının titul sisteminin əsasını təşkil etmişdir. Kajdan, Aleksandr. The Oxford Dictionary of Byzantium (ingilis). Oksford və Nyu-York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. Maqdalino, Pol.
Behişt
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. == Cənnətin təbəqələri == İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Deist
Deizm (lat. deus — Tanrı) — tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə, bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Nəcis
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər. Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır.
Eqils Levits
Eqils Levits (30 iyun 1955, Riqa) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2019-cu ildən 8 iyul 2023-cü ilədək Latviya Respublikasının 10-cu Prezidenti olub. Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Eqils Levits, 1993–1994-cü illərdə Latviya Respublikasının ədliyyə naziri və Latviya Respublikasının Baş nazirinin müavini vəzifələrində çalışıb. == Həyatı == Eqils Levits 1955-ci il iyun ayının 30-da Riqa şəhərində yəhudi-latış ailəsində anadan olub. Onun atası yəhudi əsilli mühəndis Yonas Levits, anası isə latış əsilli müğənni İnqeborqa Levitadır. 1972-ci ildə Levits ailəsi Latviyadan Almaniyaya emiqrasiya olunur. Ailə 1990-cı ildə Latviyanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Latviya Respublikasına qayıdıb. Eqils Levits Hamburq Universitetini hüquq ixtisası üzrə bitirib. Eqils Levits Andra Levita ilə ailəlidir, Linards adında oğul, İndra adında isə qız övladı var.
Həşt-Behişt
Həşt-Behişt (Təbriz) — Uzun Həsənin əmri ilə 1478-ci ildə tikilməsinə başlanılmış və 1484-cü ildə tikintisi sona çatmışdır. Həşt-Behişt (İsfahan) — Səfəvi hökmdarı Süleyman şahın əmri ilə 1669-cu ildə tikilib Həşt-Behişt (Bitlisi) — İdris Bitlisi tərəfindən yazılmış kitab. Həşt-Behişt (Dəhləvi) — Əmir Xosrov Dəhləvi tərəfindən yazılmış kitab.
Nasist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Nasist memarlığı
Nasist memarlığı — Nasional Sosialist Alman İşçi Partiyasının hakim olduğu 1933-1945-ci illər arasında Nasist Almaniyasında hökm sürən memarlıq üslubu və fəaliyyəti. Roma İmperiyasına heyran olan Adolf Hitler romalıları da ari irq olaraq qəbul etmiş və onların üslublarından təsirlənərək neoklasik memarlıq abidələrinin tikilməsini istəmişdir. Dövrün totalitar rejimlərindən ən başda gələn Nasist Almaniyası ideologiyasının ruhuna uyğun olaraq totalitar və monumental strukturlar da inşa etmişdir və Velthauptştadt Germaniya kimi utopik və totalitar monumental layihələr hazırlamağı planlamışdır.
Nasist ovçuları
Nasist ovçuları — holokostda iştirak edən keçmiş nasistlərin, SS üzvlərinin və onlarla əməkdaşlıq edənlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkəmədə ittiham edilmələrini təmin etmək məqsədilə onların izinə düşən və barələrində məlumat toplayan şəxslər. Simon Vizental, Tuvya Fridman, Serj və Beata Klarsfeld, Yen Sayer, Yaron Svoray, Elliott Uelles və Efraim Zuroff nasist ovçularının tanınmış nümayəndələridirlər. İkinci Dünya müharibəsinin ardından Soyuq müharibənin başlaması ilə həm Qərb müttəfiqləri, həm də SSRİ "Sancaq" əməliyyatı kimi proqramları realizə etmək məqsədilə keçmiş nasist alimlərini öz ölkələrinə cəlb etməyə başladılar. Verner fon Braun və Raynhard Gelen kimi keçmiş nasistlər dəyərli informasiyalar və xidmətlər müqabilində zaman-zaman dövlət müdafiəsi ilə təmin olunurdular. Həmin dövrdə Gelen Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri, "ODESSA-nın real versiyası" olan Gelen Təşkilatının qurucusu idi. Qeyd edilən təşkilat nasistlərin Avropadan qaçmasına yardım etmişdi. Bir qrup nasist isə Avropada qalmamış və Cənubi Amerikaya üz tutmuşdu. Bütün bunlara cavab olaraq nasist ovçuları özləri təkbaşına və ya qrup şəklində (məsələn, Simon Vizental Mərkəzi) qaçaqları axtarmağa başladılar. Onlar informasiya müqabilində mükafat verilməsi, immiqrasiya və müharibə qeydlərinin nəzərdən keçirilməsi və mülki qaydada iddia qaldırılması kimi metodlardan istifadə edirdilər. Sonrakı onilliklərdə nasist ovçuları Qərb və Cənubi Amerika hökumətləri və İsrail dövləti ilə daha geniş əməkdaşlığa nail oldular.
Nasist simvolikası
Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əsas simvol olan Hakenkreuz (svastika və ya qamalı xaç) partiyanın əsas simvolu olaraq istifadə edilir və Nasist Almaniyasının bayrağını təşkil edirdi. İstifadə olunan digər Nasist simvolları: Qamalı xaç olan qartal motivi, Nasional Sosialist Alman Fəhlə Partiyasının rəsmi simvolu Dəmir xaç Mühafizə dəstəsinin (SS) simvolu olan yan-yana gəlmiş "S" hərfi (runik "SS") Qara SS forması Qəhvə rəngi Hücum dəstəsi (SA) forması Nasistlərin əsas simvollarından birincisi üzərində qamalı xaç olan bayraq idi. Bayraq qara, ağ və qırmızı rənglərdən təşkil olunmuşdu. Bu rənglər Alman imperiyasını rəmzləri idi. I Dünya müharibəsindən sonra qurulan Veymar Respublikasına qarşı olan alman millətçiləri tərəfindən bu 3 rəng istifadə olunurdu. Nasistlər hal-hazırda da istifadə olunan bayrağı qınamış və bir utanc mənbəyi olaraq qəbul edirdilər. Adolf Hitler, Mənim mübarizəm adlı əsərində Nasist bayrağının mənasını belə vermişdir: Runik əlifbanın hərfləri xüsusilə Sigel, Eihvaz, Tyr və Algiz runları nasistlərin alman adətləri ilə özlərini əlaqələndirmək üçün istifadə olunmuşdur. Nasistlərin runları istifadə etmələrinin ardındakı reallıqlar, XIX əsrin sonları və XX əsrin əvvəllərində Alman mistikasının önəmli fiqurlarından olan Guido fon Listin əsərlərində tapıla bilər. Listin 1908-ci ildə yayımladığı Das Geheimnis der Runen (Runların sirrləri) adlı əsəri mövzuyla əlaqəli nümunələrdən biridir.
Nasist yevgenikası
Nasist yevgenikası (alm: Nationalsozialistische Rassenhygiene, “Milli Sosialist İrqi Gigiyena”, həmçinin “Erbpflege Yevgenikası” kimi də tanınır) nasist Almaniyasında sağlam elementləri artırmaq və qeyri-sağlam elementləri azaltmaqla insan irqini təkmilləşdirməyə yönəlmiş siyasətlər məcmusudur. Alman xalqının bioloji inkişafını hədəfləyən üstün və təmiz bir alman irqi yaratmağı qarşısına məqsəd qoyan irqi ideologiyadır . Nasist dövründən əvvəl və nasizm dövründə Almaniyada aparılan Yevgenika tədqiqatları böyük miqyasda ilham aldığı Birləşmiş Ştatlar (xüsusilə Kaliforniya) və Böyük Britaniyadakı tədqiqatlara bənzəyirdi. Bununla belə, bu proqramların əhəmiyyəti xüsusilə Adolf Hitlerin rəhbərliyi altında kəskin şəkildə artmışdır, çünki varlı nasizm tərəfdarları yevgenika tədqiqatlarına böyük sərmayə qoymuşdular. Proqramlar daha sonra nasistlərin irqi siyasətini tamamlamaq üçün təkmilləşdirilmişdir. Nasistlərin yevgenika siyasətlərinin hədəfi; əsasən məhbuslar, degenerativlər, dissidentlər, anadangəlmə əqli və fiziki qüsurlu insanlar (almanca: erbkranken), irsi xəstəlikləri olanlar, epilepsiya, şizofreniya, manik-depressiv, serebral iflic, əzələ xəstəlikləri, kar, kor, homoseksual, dəli və zəif insanlar daxil olmaqla 400.000-dən çox insan öz iradəsinin əleyhinə olaraq sterilizasiya edildi (qısırlaşdırılmaq), kütləvi qətliam proqramı olan T4 əməliyyatı çərçivəsində, 300.000-ə yaxın insan öldürüldü. 1935-ci ilin iyununda Hitler və onun kabineti yeddi yeni fərmandan ibarət siyahı verdi. 5 saylı fərman sterilizasiya tədqiqatlarını sürətləndirməkdən ibarət idi. Nasist Almaniyasında yevgenika anlayışı tez-tez Rassenhygiene (“İrqi gigiyena”) termini kimi adlandırılırdı. Alternativ termin Volksaufartung (irqi inkişaf) kimi adlandırıla bilər.
Nevill Çemberlen
Nevill Çemberlen (ing. Arthur Neville Chamberlain; 18 mart 1869[…], Birminhem, Vorvikşir qraflığı – 9 noyabr 1940[…], Ridinq) — ingilis dövlət xadimi, Mühafizəkarlar Partiyası lideri, 1937–1940-cı illərdə Böyük Britaniyanın 60-cı baş naziri. Artur Nevill Çemberlen 18 mart 1869-cu ildə Birminhemdə anadan olmuşdur. 1918-ci ildən parlament deputatı, 1930–1931-ci illərdə Mühafizəkarlar partiyasının sədri, 1937–1940-cı illərdə isə Böyük Britaniyanın baş naziri olmuşdur. Faşist təcavüzünü SSRİ-yə qarşı yönəltmək məqsədilə Çemberlen hökuməti Hitler Almaniyasına bir sıra güzəştlərə getmiş, Moskva danışıqlarına (1939) baxmayaraq Almaniya ilə gizli sövdələşməyə cəhd göstərmişdir. Lakin Çemberlen hökumətinin bu siyasəti boşa çıxdıqdan sonra Böyük Britaniya əlverişsiz bir şəraitdə İkinci dünya müharibəsinə qoşulmuşdu. 1940-cı il, mayın 10-da istefa verməyə məcbur olmuş və elə həmin ilin noyabrın 9-da vəfat etmişdir. Aster, Sidney. Guilty Man: the Case of Neville Chamberlain // Finney, Patrick (redaktor). The Origins of the Second World War.
Nəfisə Xatun
Nəfisə Mələk Sultan (1363, Bursa – 1400, Konya) — 3-cü Osmanlı sultanı Murad Hüdavəndigarın qızı. Nəfisə Sultan 1363-cü ildə Bursada dünyaya gəldi. Atası Osmanlı sultanı Murad Hüdavəndigar, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Bursada keçən Nəfisə Sultan 1378-ci ilin baharında Qaramanoğlu Ələddin Əli bəylə evləndirildi. Eyni mərasimlə qardaşı Şahzadə Bəyazid də Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatunla nigahlandı. Siyasi məqsədlərlə baş tutan bu nigahdan 3 oğlu dünyaya gələn Nəfisə Sultan evliliyi boyunca əriylə atası Murad Hüdavəndigar və qardaşı İldırım Bəyazid arasında vasitəçi rolunu oynadı. Əri Ələddin Əli bəyin Osmanlılara qarşı Anadolu bəyliklərini ayaqlandırması nəticəsində Osmanlı ordusu dəfələrlə Konyanı mühasirəyə almış, ancaq hər dəfə Nəfisə Sultan araya girərək tərəflər arasında sülhü təmin etmişdir. Bu səfərlərdən ən önəmlisi isə 1385 tarixli Qaraman səfəridir. Nəfisə Sultanın xahişiylə Konya qalası mühasirədən azad edilmiş, Ələddin Əli bəy Murad Hüdavəndigarın əlini öpərək yenidən Osmanlı təbəəliyini qəbul etmişdir. Ancaq Murad Hüdavəndigarın vəfatından sonra Ələddin Əli bəy yenidən Osmanlı hakimiyyətinə qarşı ayaqlandı.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.
Rəhim Nəvəsi
Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Vyana İncəsənət Məktəbində təhsil alıbdır.
Səid Nəfisi
Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935). İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. Babək və Nizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır.
Qrammatik nasist
Qrammatika nasisti (ing. grammar Nazi) — qrammatika səhvlərinə son dərəcə pedant münasibət bəsləyən İnternet icmalarının ironik adı və internet memi. İcma üzvləri bəzən Nasist Almaniyasının bayrağına bənzəyən, stilizə edilmiş böyük "G" hərfi olan emblemlərdən istifadə edirlər. Gerbdə Rusiyada qadağan edilmiş nasist simvollarının imitasiya əlamətləri var ki, bu da bir neçə dəfə hüquq-mühafizə orqanlarının reaksiyasına səbəb olub. Rus dilçi Maksim Kronqauz qrammatika nasisti fenomeninin tərifini aşağıdakı kimi verir: Söz 1990-cı illərin əvvəllərində ingilis dilində feminasist, "gym Nazi" (trenajor nasisti), "stroller Nazi" (uşaq arabası nasisti), "breastfeeding Nazi" (süd verən nasist) kimi ifadələr arasında yaranıb. Хайдарова В. Граммар-наци // Краткий словарь интернет-языка. LitRes. 2015. 79–80. ISBN 9785457545281.
Nasist Partiyası
Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei‎) — Veymar Respublikası dövründə yaranan alman siyasi partiyasıdır. O dövrlərdə Almaniya imperiyasının Birinci dünya müharibəsini uduzması və ağır itkilər verməsi və sonda Versal sazişi ilə alman xalqının bütün haqlarının alınması və xalqın qısaca əzilməsi bu qatı milliyətçi partiyanın yaranmasına səbəb oldu. Müharibədən sonra böyük böhranında baş verməsi ilə alman xalqı işsiz və evlərinə günlərlə çörək aparmayacaq vəziyyətə gəlmişdi. Partiyanın üzvlərinin sürətlə artması da bununla əlaqədardır. 20-ci əsrdə alman siyasətində çox böyük yer tutan partiyanın ideologiyası nasional sosializm olmuşdur. Hakimiyyəti dövründə anti-marksist, anti-semitist, anti-kapitalist siyasət yeritmişdir. Tarixi olaraq partiyanın sələfi kiçik bir qüvvə olan alman millətçiləri idi. Müharibədən sonra Almaniyanın pis vəziyyətdə olması Anton Drekslerin Almaniya Fəhlə Partiyasını qurması ilə nəticələndi. Bu partiya müharibədən sonra Almaniyada qurulan ilk partiyalardan idi.
Nasist qızılı
Nasist qızılı (alm. das NSDAP Gold‎) — şayiələrə görə, Nasist Almaniyasının iri funksionerlərinin qızıl və valyuta fondları. İddiaya görə, bu fondlar "cəbhələrdəki işlərin həqiqi vəziyyəti bilindiyinə və Reyxin qaçılmaz sonu başa düşüldüyünə, lakin uzunmüddətli perspektivdə dünyada nasional sosializm diktaturasını qurmağı planlaşdırdıqlarına görə" gizləmişdilər. Yulian Semyonovun "Baharın on yeddi anı" romanı (1969) və eyniadlı televiziya filmi (1973) sayəsində şayiələr yayılmağa başlamışdır. Konfederasiya qızılı Partiya qızılı Мосякин А. Г. За пеленой янтарного мифа. Сокровища в закулисье войн, революций, политики и спецслужб. — М.: РОССПЭН, 2008. — 615 с. — ISBN 978-5-8243-0951-5. Мосякин А. Г. Ограбленная Европа.
Eyiti Negisi
Eyiti Negisi - (yap. 根岸 英一 Rom: Negishi Eiichi 14 iyul 1935[…], Sintzin[d] – 6 iyun 2021, İndianapolis) Yaponiya kimyaçısıdır. Negisi reaksiyasının kəşfçisi kimi tanınır. Perdyu Universitetinin (ABŞ) fəxri professorudur. 2010-cu il kimya üzrə Nobel mükafatı laureatıdır. == Bioqrafiyası == E.Negisi 14 iyul 1935-ci ildə Çançun şəhərində anadan olub (o vaxt - Yaponiyanın kukla dövlətinin paytaxtı Mançukuo, hazırda Çinə məxsusdur). 1958-ci ildə Tokio Universitetində üzvi kimya üzrə bakalavr dərəcəsini bitirmişdir. 1958-ci ildən 1960-cı ilə qədər Teidzin şirkətində işləmişdir. O, 1963-cü ildə Pensilvaniya Universitetində üzvi kimya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Diplomunu aldıqdan sonra 1966-cı ilə qədər işlədiyi Teidzin şirkətinə işini davam etməyə qayıdıb.
İvan Nevistiç
İvan Nevistiç (rus. Ivan Nevistić; 31 iyul 1998, Dyakovo, Osiyek-Baranya jupaniyası[d]) — Xorvatiya Futbol Liqasının "GNK Dinamo Zaqreb" klubunda qapıçı kimi çıxış edən xorvatiyalı peşəkar futbolçu. == Klub karyerası == Nevistiç karyerasına "Dyakovo" klubunda başlayıb, 2015-ci ilin iyununda isə "Riyeka"nın gənclər komandasına qoşulub. O, ilk peşəkar müqaviləsini həmin klubla 2016-cı ilin iyununda imzalamışdır. Nevistiç peşəkar olaraq ilk illərinin çoxunu icarə əsasında "Varajdin" klubunda keçirib. O, burada bir mövsüm keçirmiş və 32 matçda oynamışdır. 2018-ci ilin iyulunda Nevistiç "Riyeka" ilə 4 illik yeni müqavilə imzalayıb. Elə həmin il Nevistiç Sloveniyanın "Mura" klubuna icarəyə verilir və o, burada sadəcə ehtiyat qapıçı kimi 1 oyunda iştirak edir. "Riyeka" klubu 2020–21 UEFA Avropa Liqasında öz qrupunda sonuncu yeri tutduğuna görə Nevistiç qrup mərhələsindəki hər hansı digər qapıçıdan daha çox seyv (19) etmişdir. == Beynəlxalq karyera == Nevistiç Xorvatiyanın U-14-dən U-20-ə qədər gənclərdən ibarət müxtəlif milli komandalarında çıxış edib.
Maykl Levitt
Maykl Levitt (ing. Michael Levitt; 9 may 1947, Pretoriya) — britaniyalı, israilli və amerikalı biofizik, "Mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin təkmilləşdirilməsinə görə" kimya üzrə Nobel mükafatı almışdır (Martin Karplus və Are Varşel ilə bərabər). ABŞ Milli Elmlər Akademiyasının üzvü, 1987-ci ildən Stenford Universitetinin professorudur. == Bioqrafiyası == Maykl Levitt 9 may 1947-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində yəhudi ailəsində anadan olmuşdur. Anası — Gertruda Levitt (Ştern nəslindən, 1915-ci il təvəllüdlü), ailəsi Bohemiyadan Cənubi Afrikaya köçmüşdür. 1964-cü ildə İngiltərəyə köçmüş, burada London Kral Kollecində təhsil almış və 1967-ci ildə fizika üzrə Bakalavr səviyyəsini bitirmişdir. 1967–1968-ci illərdə Rexovotdakı Veizmann İnstitutunda Şneur Lifsonun laboratoriyasında təcrübə keçmişdir (onun müəllimi Arye Varşel idi). O, 1971-ci ildə Gonvill & Kiyz Kollecində hesablama biologiyası üzrə fəlsəfə doktoru dərəcəsi almış, sonra Veizmann İnstitutunda Şneur Lifson ilə postdoktorluq təcrübəsinə davam etmişdir (1972–1974-cü illərdə) və Kembricdəki Molekulyar Biologiya Laboratoriyasına 1974-cü ilin oktyabrında elmi işçi kimi qəbul olmuşdur. 1979–1987-ci illər arasında M. Levitt əvvəlcə dosent, 1984-cü ildən isə İsrailin Veyzman Elm İnstitutunda kimyəvi fizika üzrə professor (1980–1983-cü illərdə həm də bu institutda kimyəvi fizika kafedrasının müdiri) olmuşdur. 1987-ci ildən Stenford Universiteti Tibb Fakültəsinin Struktur Biologiya kafedrasının professoru, 1993–2004-cü illər arasında isə bu kafedranın müdiri vəzifəsində işləmişdir.