Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naftalin
Naftalin - daş kömürün, neftin və bir çox başqa üzvi birləşmələrin pirolizi zamanı alınan məhsullardan biridir. Sənayedə onu çox vaxt daş kömür qətranının orta fraksiyasından (170-2400) alırlar. Bu məqsədlə, həmin fraksiyanı əvvəlcə qələvi ilə emal edib, oradan fenolu ayırır, qalan hisssəni sıxmaqla maye qatışıqlardan ayırırlar. Sonra az miqdarda sulfat turşusu ilə emal edərək, təmiz naftalin almaq üçün su buxarı ilə distillə və ya sublimasiya edirlər. Naftalin 800C-də əriyən və 2180-də qaynayan, ağ rəngli xüsusi iyli maddədir. Suda həll olmur, efirdə və benzolda yaxşı həll olr. Onun empirik formulunu C10H8 birinci dəfə rus kimyaçısı A.A. Voskresenski müəyyən etmişdir. Naftalin, praktiki cəhətdən çox əhəmiyyətli maddədir. Onu yun və ipək parçaları güvədən qorumaq işlədir,habelə ondan cürbəcür boyaqlar, dərmanlar, partlayıcı maddələr və s. almaq üçün istifadə edirlər.
Naftalin və onun törəmələri

Naftalan
Naftalan — Azərbaycan Respublikasının Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər. Azərbaycanın qərb bölgəsində Goranboy şəhəri yaxınlığında turistik əhəmiyyətli şəhəri. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. 1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 1967-ci ilin 28 aprelində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Xəmsə əsərində yazmışdır. O, Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi.
Naftalan bələdiyyələri
Naftalan bələdiyyələri — Naftalan şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Naftalan bələdiyyəsi

Naftalan faciəsi
Naftalan faciəsi və ya Naftalan terroru — 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Naftalan şəhəri yaxınlıqlarında yerləşən Qaşaltı Qaraqoyunlu kəndinə artilleriya hücumu. Hadisə nəticəsində eyni ailədən 5 nəfər həlak olmuş, ailənin evi qismən dağılmışdır. Goranboy rayon prokurorluğunda hadisə ilə əlaqədar cinayət işi açılmışdır. "Amnesty International" bildirmişdir ki, artilleriyadan "heç vaxt mülki əhalinin cəmləşdiyi ərazidə istifadə edilməməlidir" və hadisəni "heç bir şeyə fərq qoymadan hücum" kimi qiymətləndirmişdir. Həmçinin, FİFA-nın baş katibi Fatma Samura hadisə nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanov üçün başsağlığı məktubu ünvanlamışdır. Qaşaltı Qaraqoyunlu kəndi Goranboy rayonunda, kurort şəhəri olan Naftalan yaxınlıqlarında yerləşir. 2015-ci ildə kəndin əhalisi 833 nəfər idi. Qaşaltı Qaraqoyunlu münaqişə zonasından təxminən 50 kilometr (31 mil) məsafədə yerləşir. Mübahisəli Dağlıq Qarabağ regionunda etnik ermənilər çoxluq təşkil edir və de-yure Azərbaycanın bir hissəsidir, lakin Ermənistan tərəfindən dəstəklənən və beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağ Respublikasının (DQR) faktiki nəzarətində olmuşdur. Etnik zorakılıq 1980-ci illərin sonlarında başlamış və 1991-ci ildə SSRİ-nin dağılması ilə müharibəyə çevrilmişdir.
Naftalan nefti
Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goranboy dəmir yolu stansiyasından , Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir. Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a. Naftalan yatağı maykop çöküntülərinə aiddir.
Naftalan sanatoriyası
Naftalan kurortu Bakıdan 338 kilometr qərbdə yerləşir. Naftalan kurortu Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 220 – 250 metr yüksəklikdə qərar tutmuşdur. Kurortun iqlimi mülayim – tropikdir. Orta illik temperatur müsbət +14 dərəcə Selsidir. Yağıntılar az miqdarda olub, ildə 100 – 250 millimetr təşkil edir. Az küləklidir. Küləklər əsasən musson xarakterli şimal – qərb küləkləridir. Kurort insan əli ilə salınmış, əsasən şam ağaclarından ibarət meşə parkda yerləşmişdir. Bunun nəticəsində kurortun havası təmizdir. "Naftalan Sanatoriyası" – nın tərkibində 3050 yerlik sanatoriya kompleksi tikilsə də , bunun 2000 – dən çox yerində məcburi köçkünlər yerləşmişdir Şəfa mənbəyi kimi Naftalan nefti Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir.
Naftalan şəhəri
Naftalan — Azərbaycan Respublikasının Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər. Azərbaycanın qərb bölgəsində Goranboy şəhəri yaxınlığında turistik əhəmiyyətli şəhəri. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. 1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 1967-ci ilin 28 aprelində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Xəmsə əsərində yazmışdır. O, Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi.
Qasımbəyli (Naftalan)
Qasımbəyli — Azərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin Qasımbəyli kəndi Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. Yaşayış məntəqəsi Qasım bəy adlı şəxsə mənsub maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ağsu rayonunun Ərəbmehdibəy, Goranboy rayonunun Tap Qaraqoyunlu, Sabirabad rayonunun Qasımbəyli, Cəlilabad rayonunun Şiləvəngə və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidlərində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir. Kənd düzənlikdə yerləşir.
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir. ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb. Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu.
Cümə məscidi (Naftalan)
Cümə məscidi — Naftalan şəhərinin mərkəzində yerləşən məscid.
Naftalan Hava Limanı
Naftalan Hava Limanı — Azərbaycanın Naftalan şəhərində yerləşən, 1997-ci ildən bəri fəaliyyəti dayandırılmış hava limanı. Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulan hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. O vaxtdan bəri hava limanı Gəncə və Bakı aeroportları üzrə bilet satışı həyata keçirən kassa rolunu oynayıb. Əvvəllər bu aeroport vasitəsilə Bakı-Naftalan istiqamətində Yak-40 sərnişin təyyarələri uçub. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir. 2020-ci ilin noyabrında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda hava limanının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq məkan indeksləri kataloquna daxil ediləcəyi açıqlanıb. 2021-ci ilin iyul ayında Azərbaycanın prezidenti İlham Əliyev hava limanını ziyarət edərək onun yenidənqurma planlarını müzakirə edib. Naftalana birbaşa uçuşlar olacaqmı?
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibətilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
Goranboy-Naftalan seçki dairəsi
Naftalan Tarix-Diyarşünaslıq Muzeyi
Naftalan Tarix-Diyarşünaslıq Мuzeyi - Muzey Naftalan şəhər Xalq Deputatları Sovetinin tərkibində Mədəniyyət inspektorluğunun tabeliyində 1983-cü ildən fəaliyyət göstərir. Muzey Kurort Birliyinin balansında ümumi sahəsi 318 m2 olan binada yerləşdirilmişdir. 2006-cı ilə kimi həmin binada fəaliyyət göstərmiş, bina qəzalı vəziyyətdə olduğuna görə 05.05.2006-cı il tarixli 141 saylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən muzey eksponatları yeni muzey binası tikilənə kimi uyğunlaşdırılmış binaya köçürülmüşdür. Muzeyin fondunda 5407 ədəd eksponat var. Eksponatlar Naftalan şəhərinin keçmişinə dair rəngli və ağ-qara fotoşəkillərdən, sənədlərdən, nəqqaşlıq, arxeoloji, məişət və etnoqrafik əşyalardan və şəfa tapmış xəstələrin keçmiş SSRİ-nin müxtəlif bölgələrindən göndərdikləri təşəkkür məktublarından, sanatoriyaya müəalicəyə gəlmiş xəstələrin sağaldıqdan sonra muzeyə bağışladıqları əsalardan ibarətdir. Azərbaycanın ucqarında fəaliyyət göstərən dünyada yeganə olan muzeyin ilk eksponatı 1978-ci ilə aiddir Naftalan şəhərində dünyada yeganə olan bir muzey mövcuddur. Bu muzeyin eksponatları hər biri özündə bir tarix yaşadan taxta, dəmir və müxtəlif materiallardan olan əsalar, qoltuq ağacları və saysız-hesabsız təşəkkür məktublarıdır. Bütün dünyada bura “Əsalar muzeyi” kimi tanınır. Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin tərkibində fəaliyyət göstərən “Əsalar muzeyi”nin qəribə yaranma tarixçəsi var. Belə ki, ötən əsrdən başlayaraq sağlamlıq əhəmiyyətli Naftalan neftinin sorağını eşidən minlərlə insan müxtəlif ölkələrdən bu kiçik şəhərə üz tutub.
Naftalan müalicəvi neft yatağı
Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goranboy dəmir yolu stansiyasından , Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir. Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a. Naftalan yatağı maykop çöküntülərinə aiddir.
96 saylı Goranboy-Naftalan seçki dairəsi
Katalin Mençinqer
Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Katalin Sili
Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri. Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir. 2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir. == Siyasi karyerası == Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Natalia Ginzburq
Natalia Ginzburq (14 iyul 1916[…], Palermo, Palermo əyaləti[d], İtaliya krallığı – 7 oktyabr 1991[…], Roma, İtaliya) — öz yaradıcılığında ailə münasibətləri, faşizm və İkinci dünya müharibəsi dövründə və bundan sonrakı dövrdə siyasi haidsələri və fəlsəfəni tədqiq edən italyan yazarı. O, roman, qısa hekayə və esseler yazmış və Strega Mükafatı və Bagutta Mükafatıma layiq görülmüşdür. Onun əsərlərinin əksəriyyəti igilis dilinə tərcümə olunaraq Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında çap olunmuşdur. 1916-cı ildə Sicilyada Palermo şəhərində dünyay gəlib, gəncliyinin böyük bir hissəsini ailəsi ilə birgə Turində keçirib. Histoloq olan atası Giuseppe Levi Yahudi əsilli italyan ailəsində doğulub, anası Lidia Tanzi isə katolik idi. Onun valideynləri Natalianı, bacısı Paolanı və üç qardaşını ateist kimi tərbiyə edib böyütmüşlər. onların evi mədəni həyat mərkəzi idi, valideynləri intellectual, fəal və industrial şəxsləri evlərinə qonaq edərdilər. Ginzburq ilk hekayəsini 17 yaşı olanda yazıb. Evlilik və ailəsi 1938-ci ildə Natalia Leon Giznburqla ailə qurur və onların bu nikahdan üç övladı dünyaya gəlir. Karlo, Andrea və Alessandra.
Natalia Oreiro
Nataliya Oreyro (19 may 1977, Montevideo) — Uruqvaylı aktrisa və müğənni. Nataliya hələ uşaq olarkən Coca-Cola, Pepsi və Johnson & Johnson kimi dünyada məşhur olan iri firmaların reklamlarında çəkilməyə başlayıb. 16 yaşında Uruqvaydan Argentinaya köçmüş və karyerasını burada davam etdirmişdir. Nataliya Oreyro Azərbaycanda da kifayyət qədər sevilir. 2016-cı ilin aprel ayında Nataliya ilk dəfə ANS TV üçün özəl müsahibə vermişdir. Müsahibəni ANS ÇM 102 FM radiosunun aparıcısı Anar İbrahimli götürüb. Qeyd edək ki, Natalia Oreyro bundan öncə heç bir kanala müsahibə verməyib. Həmçinin Moskvada Azərbaycan fan-klubunun başçısı Məhər Məhərrəmov N. Oreyroyla görüşüb və ona müxtəlif hədiyyələr verib 1995-ci ildə Dulce Ana adlı kinoda çəkilir. 1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onu Argentina və bir çox ölkədə tanınmasını təmin edən Ricos y famosos (1997) filmində Valeria rolunu oynamış və bununla da məşhurlaşmışdı. Növbəti il o, əsəbi, şöhrətlənmək istəyən bir gənc rolunda Un Argentino en New York (1998) kinosunda tamaşaçının qarşısına çıxmışdı.
Natalia Tena
Natalia Qastiain Tena (1 noyabr 1984, London) — İngilis kinoteatr aktyoru və müğənni, Molotov Jukeboks qrupunun solistidir. Harri Potter film seriyasındakı Nimfadora Tonks rolunu canlandırmışdır. Həmdə teleserialda Oshinini canlandırmışdır. 1 noyabr 1984-cü ildə dünyaya gəldi. İspaniyalı ailə olan, ata Cesus Tena bir dülgər, ana Maria Tena isə katibədir. 9 yaşında, ailəsi Natalianı, İngilis klassiklərinin əsərlərinə dayanan istehsallarda məmnuniyyətlə yer aldığı bir teatr studiyasına qoydu. Natalianın səhnədəki ilk rolu, Villiam Şeksbrin ölümsüz əsərindən Culieti obrazı idi. "Harri Potter" filmi ilə məşhurlaşan Natalia, səhnəni tərk etmədi və 2008-ci ildə London mərkəzli teatr studiyası Royal Şeksbrin bir produksiyasında Othellodan Desdemona rolunu oynadı. Natalianın ekranda ilk çıxışı 2001-ci ildə gerçəkləşdi. İngilis teleserial olan "Həkimlər"in bir neçə seriyasında yer aldı.
Natalie Hermann
Natalie Hermann (27 avqust 1999, Bremen) — Almaniyanı təmsil edən bədii gimnast. Natalie Hermann, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Natalie Hermann 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Xmelnitska, Daniela Potapova, Yuliya Staviçkaya və Sina Tkaltşeviş ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Natalie McQiffert
Natalie McQiffert (d. 14 mart 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Natalie McQiffert, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. McQiffert həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Natalie McQiffert 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Orchis natalis
Quercus natalis
Baftalı
Baftalı — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qədimdə saray xanımlarının geyindikləri bahalı parçalar, qadın geyimlərinin yaxalıqları, məhz, qızılı-ipək bafta ilə bəzədilərdi. Rəqsin melodiyasını Üzeyir Hacıbəyli özünün "Arşın mal alan" musiqili komediyasında istifadə etmişdir. Burada Əsgərin evlənmək istədiyini öyrənən Cahan xalanın; sözləri ilə oxuduğu mahnı bu rəqsin musiqisi ilə səsləndirilmişdir.
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.