Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ninety One
Ninety One və ya 91 (qaz. Тоқсан бір; Toqsan bir; azərb. Doxsan bir‎) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA == Tarixi == Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама qaz. Qınama) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Dicey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
"Nicat" məktəbi
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
"Nicat" məktəbləri
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Nicat Abasov
Nicat Azad oğlu Abasov (14 may 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2010). 2020-ci ilin fevral ayında o, bütün zamanların ən yüksək reytinqi olan 2670-ə çatıb və Azərbaycanda 3-cü, dünyada isə 67-ci yerdə qərarlaşıb. == Həyatı == 14 may 1995-ci ildə Bakıda anadan olub. == Naliyyətləri == 2009-cu ildə beynəlxalq usta, 2010-cu ildə qrosmeyster titulunu qazanıb. 2015-ci ildə Niderlandın Veyk-an-Zeya şəhərində "20th Cultural Village Chess Tournament" beynəlxalq şahmat turnirinin qalibi olub və 2016-dakı "Veyk-an-Zee turnirində" iştirak etmək hüququ qazanıb. == İstinadlar == == Xarici keçidlər == Nicat Abasov şahmat turnirinin qalibi oldu (az.) Nijat Abasov. Chess-DB.com Arxivləşdirilib 2016-09-17 at the Wayback Machine (ing.) Nijat Abasov. 365chess.com (ing.) Nijat Abasov. fide.com (ing.) Nijat Abasov. chessgames.com (ing.) Nijat Abasov.
Nicat Məmmədli
Nicat Rizvan oğlu Məmmədli (31 iyul 1999; Culfa, Azərbaycan — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Məmmədli 1999-cu il iyulun 31-də Culfa şəhərində anadan olub. 2005-2013-cü illərdə Culfa şəhərində 2 nömrəli tam orta məktəbdə, 2013-2016-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Nicat Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Düşmənin atdığı qumbaranın üzərinə atılaraq 30-a yaxın döyüş yoldaşlarının həyatınıÖz canını fəda edərək qəhrəmancasına xilas etmiş, özü isə şəhid olmuşdur. Culfa şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nicat Məmmədov
Nicat Məmmədov (azərb. Nicat Məmmədov‎; 2 aprel 1985, Naxçıvan) — Azərbaycanlı şahmatçı, qrosmeyster (2006). == Həyatı == 2 aprel 1985-ci ildə Naxçıvanda anadan olub.
Nicat Mənəfov
Nicat Mənəfov (tam adı: Mənəfov Nicat Azad oğlu; 18 yanvar 2000; Qaradolaq kəndi, Qax rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Mənəfov 2000-ci ilin 18 yanvarında Qax rayonunun Qaradolaq kəndində anadan olub. 2007-ci ildə Qaradolaq kənd orta məktəbində təhsil almağa başlamışdır. 2016-ci ildə 9-cu sinfi bitirib Qax Peşə Liseyinə qəbul olmuş. Peşə Liseyini meliorasiya ixtisası üzrə bitirdikdən sonra 8 may 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Nicat Nəbiyev
Nicat Ramin oğlu Nəbiyev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nicat Ramil oğlu Nəbiyev 16 dekabr 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərindəki 39 nömrəli orta məktəbdə alıb. Təhsilini peşə məktəbində davam etdirən Nicat "Avtomobil istismarı" ixtisasını bitirib. 2019-cu ilin iyun ayında hərbi xidmətə yollanıb. Goranboydan Ağdama kimi xidmət yolu keçib. Sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan ön cəbhədə olub. == Hərbi xidməti == Nicat Nəbiyev oktyabrın 1-i düşmən tərəfindən atılan artileriyya atəşi zamanı 20 nömrəli döyüş mövqeyində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Nicat Nəbiyev "Ağdamın azad olunmasına görə" medalı və Vətən uğrunda" medalları ilə təltif olunub.
Nicat Nəsibov
Nicat Nəsibov (əsgər, 1986) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi. Nicat Nəsibov (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Nicat Nəsibov (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi.
Nicat Orucov
Nicat Niyadxan oğlu Orucov (20 iyul 1999, Buzovna, Azərbaycan — 26 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Orucov 20 iyul 1999-cu ildə Buzovnada anadan olub. Əslən Qobustan rayonu Ərəbşalbaş kəndindəndir. Məktəbi bitirdikdən sonra 2018-2020-ci illlərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Orucov Kəlbəcər ve Şuşanın azad edilməsində savaşıb. 26 oktyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub.. Nicat Orucov Buzovna kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Qafuroğlu
Nicat Qafur oğlu Mustafayev (Nicat Qafuroğlu) (15 iyun 1984, Kürdəmir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kinorejissoru, ssenaristi və telejurnalisti. == Həyatı == 1984-cü ildə Azərbaycanın Kürdəmir rayonunda, ziyalı ailəsində anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə isə magistr təhsili alıb. 2002-ci ildə bir qrup gənc jurnalistlə "Gənclər üçün" adlı qəzet təsis edib. 2003-2005-ci illərdə "Ədalət" gündəlik ictimai-siyasi qəzetdə müxbir kimi fəaliyyət göstərib. 2005-ci ildə müsabiqə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin xəbərlər departamentində müxbir kimi fəaliyyətə başlayan Nicat Qafuroğlu, 2006-cı ildən redaktor, 2007-ci ildən böyük redaktor və xəbərlər proqramının aparıcısı kimi fəaliyyət göstərib. "Gənclik meydanı" verilişinin müəllifi və aparıcı olub. 2010-cu ildə "Biz Production" MMC-ni təsis edib və 2014-cü ilə qədər bu müəssisəyə rəhbərlik edib. 2010-2011-ci illərdə "Milli musiqilərin ekranlaşdırılması" layihəsini həyata keçirib. Layihə çərçivəsində unudulmaqda olan 16 aşıq musiqisi yenidən lentə alınıb və klip formatında ekranlaşdırlıb.
Nicat Qarazadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Nicat Qasımov
Nicat Elşan oğlu Qasımov (17 oktyabr 1991; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Qasımov 17 oktyabr 1991-ci ildə Gəncə şəhərində Elşan Qasımovun ailəsində anadan olmuşdur. 1997-2007-ci illərdə Gəncə şəhər 33 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Nicat Qasımov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq fəaliyyətinə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Nicat Qasımov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Nicat Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Nicat Qasımzadə
Nicat Höccət oğlu Qasımzadə (10 noyabr 2000, Zəhmətabad, Biləsuvar rayonu – 9 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Qasımzadə 2000-ci il noyabrın 10-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007–2018-ci illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nicat Qasımzadə 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Qasımzadə noyabrın 9-dan 10-na keçən gecə Şuşanın azad edilməsi zamanı şəhid olub. 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub.44 günlük müharibədə igidliklər göstərmiş,yaralı döyüş yoldaşlarıni xilas etmişdir.Susuz yoldaşlarını su ilə təmin etmək üçün saatlarla yol qət etmişdir.23 dən çox erməni məhv etmiş.Savaşın son saatlarında ürəyindən dəyən qəlpə yarasıyla şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Qocayev
Nicat Qocayev — Misir inqilabı zamanı qətlə yetirilmiş Azərbaycan səfirliyinin əməkdaşı == Həyatı == Nicat Qocayev 1987-ci il yanvarın 12-də Ağcabədidə anadan olub. Onun uşaqlıq dövrü və gəncliyi doğma yurdunda keçib. Orta məktəbi əla qiymətlərlə bitirən Nicat Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olur. Orta məktəbdə olduğu kimi, universitetdə də əlaçı oxuyur. Universiteti bitirdikdən sonra ikinci ali təhsil almaq qərarına gəlir. Və İqtisadiyyat Universitetinin mühasibat uçotu fakültəsinə daxil olur. 23 yaşında qiyabi təhsil ala-ala Xarici İşlər Nazirliyində işə düzəlir. Onun səfirlikdə işə düzəlməsinə öz biliyi və bacarığı yardımçı olur. Belə ki, Nicat türk, rus, ingilis, ərəb dillərini müstəqil bilirdi. 8 ay XİN-də çalışdıqdan sonra 2010-cu ilin avqust ayında onu Qahirəyə, Azərbaycanın Misirdəki səfirliyinə ezamiyyətə göndərirlər.
Nicat Quliyev
Nicat Quliyev (siyasətçi)
Nicat Qurbanov
Nicat Qurbanov (17 fevral 1992, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu. Simurq klubunun oyunçusu. == Həyatı == 1992-ci ilin 17 fevralında Bakıda anadan olub. Neftçi Bakı futbol məktəbinin yetirməsi olan futbolçu klubun əvəzedicilərinin də formasını geyməyə macal tapıb. Paytaxt klubunda bundan artığını bacarmayan Nicat 2012-ci ilin yanvarında Simurqa transfer olunub. Yarımmüdafiəçidi, hücuma meyilli oyunu ilə diqqət çəkir. Simurqda 77 nömrəli formanı geyinir. Azərbaycanın 17 və 19 yaşlı futbolçulardan ibarət komandalarında çıxış edib.
Nicat Rəhimov
Nicat Rəhimov (ağır atlet) — Qazaxıstanı təmsil edən Azərbaycan əsilli ağır atlet. Nicat Rəhimov (aktyor) — Azərbaycan aktyoru.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. == Həyatı == Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. == Siyasi fəaliyyəti == 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Rövşən Nicat
Əliyev Rövşən Aslan oğlu (Rövşən Nicat; 1968, İmişli rayonu) — azərbaycanlı rejissor, ssenarist, rəssam, bəstəkar, ifaçı. Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Jurnalist Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin uzvüdür. == Həyatı == Rövşən Nicat 1968-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 1975-1985-ci illərdə rayonun 34 saylı orta məktəbində oxuyub. 1985-ci ildə Bakı Mədəni Maarif Məktəbinə qəbul olub (1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət edib), 1990-cı ildə məktəbin Ədəbi-dram fakültəsini rejissor ixtisası üzrə bitirib. 1990-1992-ci illər təyinatla Baki Sovet Ticarəti Texnikumunda dram dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasınin "Səhər" kanalına rejissor assistenti, 1993-cü ildən isə televiziyanın "Hərbi proqramlar" redaksiyasına rejissor təyin olunub. Qarabağ döyüşlərində reportyor kimi fəaliyyət göstərib. 2000-ci ildən televiziyanın "Maarifçilik" redaksiyasına rejissor təyin olunub. Onlarla televiziya verişinin ideya müəllifi və rejissoru olub.
Nicat Abdullayev
Nicat Mirnəbi oğlu Abdullayev ( ) – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-cı ildə Saatlı rayon Seyidlər kəndində doğulub. == Təhsili == İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir. == Hərbi Xidməti == 2-ci Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
Nicat Atayev
Nicat Habil oğlu Atayev (5 mart 1994; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Onun atası — polis mayoru və Qarabağ müharibəsinin qazisi Habil Atayevdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Atayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.