Nicat Rizvan oğlu Məmmədli (31 iyul 1999; Culfa, Azərbaycan — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Nicat Məmmədli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Culfa, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Culfa, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Nicat Məmmədli 1999-cu il iyulun 31-də Culfa şəhərində anadan olub.[1] 2005-2013-cü illərdə Culfa şəhərində 2 nömrəli tam orta məktəbdə, 2013-2016-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Nicat Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Düşmənin atdığı qumbaranın üzərinə atılaraq 30-a yaxın döyüş yoldaşlarının həyatınıÖz canını fəda edərək qəhrəmancasına xilas etmiş, özü isə şəhid olmuşdur. Culfa şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]