Nicat Niyadxan oğlu Orucov (20 iyul 1999, Buzovna, Azərbaycan — 26 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Nicat Orucov | |
---|---|
Nicat Niyadxan oğlu Orucov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Buzovna, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Buzovna |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | , , , , |
Nicat Orucov 20 iyul 1999-cu ildə Buzovnada anadan olub. Əslən Qobustan rayonu Ərəbşalbaş kəndindəndir. Məktəbi bitirdikdən sonra 2018-2020-ci illlərdə hərbi xidmətdə olmuşdur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Orucov Kəlbəcər ve Şuşanın azad edilməsində savaşıb. 26 oktyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub.. Nicat Orucov Buzovna kənd qəbiristanlığında torpağa tapşırılmışdır.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Orucov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Nicat Orucov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[7]