Nicat Elşan oğlu Qasımov (17 oktyabr 1991; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nicat Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elşan Qasımov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2010—2011 / 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 2020 2020 |
Nicat Qasımov 17 oktyabr 1991-ci ildə Gəncə şəhərində Elşan Qasımovun ailəsində anadan olmuşdur.[1] 1997-2007-ci illərdə Gəncə şəhər 33 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.
Nicat Qasımov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq fəaliyyətinə davam etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Nicat Qasımov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Nicat Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hikmət Məmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]