Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nimrud
Nimrud (və ya Nəmrud) — Qədim Assuriyanın Kalhu adlanan şəhərinin vaxtı ilə yerləşdiyi təpəliyin adıdır. İraqın Mosul şəhərinin yaxınlığında yerləşir. Burada e.ə. XIII əsrdə I Salmanassar tərəfindən paytaxt Nineviyadan 4 mil aralıqda şəhər salınmışdı. E.ə. 885-ci ildə Aşşurnasirpal paytaxtı buraya köçürür və şəhəri bərpa edir. Kalax şəhəri Nineviyadan daha çox mövcüd olur və eyniadlı əyalətin mərkəzinə çevrilir. Şəhər vaxtı ilə hündür dördbucaq formasında olub və Dəclə çayı ilə yuyulub. Hal hazırda burada 4 qrup qalıqlar var. Nimrudda yerləşən şəhər qalıqları 1845-1847-ci illərdə Leyard tərəfindən araşdırılıb.
Nigah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Empetrum nigrum f. nigrum
Empetrum nigrum (lat. Empetrum nigrum) — erikakimilər fəsiləsinin empetrum cinsinə aid bitki növü. == Sinonim == Chamaetaxus nigra (L.) Bubani Empetrum crassifolium Raf. Empetrum medium Carmich. Empetrum nigrum f. ciliatum Jordal Empetrum nigrum f. cylindricum Lepage Empetrum nigrum subsp. nigrum Empetrum nigrum var. nigrum Empetrum nigrum f. nigrum Empetrum procumbens Gilib.
Empetrum nigrum subsp. nigrum
Empetrum nigrum (lat. Empetrum nigrum) — erikakimilər fəsiləsinin empetrum cinsinə aid bitki növü. == Sinonim == Chamaetaxus nigra (L.) Bubani Empetrum crassifolium Raf. Empetrum medium Carmich. Empetrum nigrum f. ciliatum Jordal Empetrum nigrum f. cylindricum Lepage Empetrum nigrum subsp. nigrum Empetrum nigrum var. nigrum Empetrum nigrum f. nigrum Empetrum procumbens Gilib.
Empetrum nigrum var. nigrum
Empetrum nigrum (lat. Empetrum nigrum) — erikakimilər fəsiləsinin empetrum cinsinə aid bitki növü. == Sinonim == Chamaetaxus nigra (L.) Bubani Empetrum crassifolium Raf. Empetrum medium Carmich. Empetrum nigrum f. ciliatum Jordal Empetrum nigrum f. cylindricum Lepage Empetrum nigrum subsp. nigrum Empetrum nigrum var. nigrum Empetrum nigrum f. nigrum Empetrum procumbens Gilib.
Allium nigrum
Qara soğan (lat. Allium nigrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Empetrum nigrum
Empetrum nigrum (lat. Empetrum nigrum) — erikakimilər fəsiləsinin empetrum cinsinə aid bitki növü. == Sinonim == Chamaetaxus nigra (L.) Bubani Empetrum crassifolium Raf. Empetrum medium Carmich. Empetrum nigrum f. ciliatum Jordal Empetrum nigrum f. cylindricum Lepage Empetrum nigrum subsp. nigrum Empetrum nigrum var. nigrum Empetrum nigrum f. nigrum Empetrum procumbens Gilib.
Hordeum nigrum
Nigabad (Miyanə)
Nigabad (fars. نقااباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (70 ailə).
Piper nigrum
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Ribes nigrum
Qara qarağat (lat. Ribes nigrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Avropanın bütün ərazisini, Rusiyanın Avropa hissəsini, Sibiri (Uraldan Baykal gölünədək), Qazaxstanı, Çini və Monqoliyanın şimalını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1–2 m-ə çatan bitkidir. Cavan zoğları tükcüklü, açıq, iri zoğları qonurdur. Yarpaqları uzun saplaqlı, barmaqvari formada, aşağı hissəsində qətranlı, vəzicikli olub, uzunluğu və eni 3-5 (12-dək) sm, kənarları dişli, üç-beş qanadlıdır. Qanadları əsasən enli-üçkünc, orta, uzunsov, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi damarcıqlarda tükcüklüdür. Çiçəkləri zəngvari formada, qırmızıdır. Çiçək qrupları 5-10 çiçəkli, uzunluğu 3-5 (8-dək) sm olan salxımlardır. Çiçək saplaqlarının uzunluğu 3–8 mm, çılpaq və ya tükcüklüdür.
Sisymbrium nigrum
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Solanum nigrum
Amerika quşüzümü (lat. Solanum americanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum adventitium Polgar Solanum amarantoides Dunal Solanum americanum var. americanum americanum Solanum americanum var. nodiflorum (Jacq.) Edmonds Solanum caribaeum Dunal Solanum curtipes Bitter Solanum depilatum Bitter Solanum ganchouenense H. Lév. Solanum gollmeri Bitter Solanum humile Lam. Solanum imerinense Bitter Solanum inconspicuum Bitter Solanum indecorum Rich. Solanum inops Dunal Solanum minutibaccatum Bitter Solanum minutibaccatum var. curtipedunculatum Bitter Solanum nigrum L. Solanum nigrum var. americanum (Mill.) O.E. Schulz Solanum nigrum var.
Veratrum nigrum
Veratrum nigrum (lat. Veratrum nigrum) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Niau
Niau (fr. Niau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). taiti dilindən tərcümədə «Kokos palması» mənasını verir. Fakarava atolundan 53 km qərbdə yerləşir. == Coğrafiya == Dairəvi formaya malikdir. Diametri 8 km-dir. Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 32 km²-dir. Okean sularından tam təcrid olunmuşdur.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Nigar xanım
Nigar xanım (1856[…], Konstantinopol – 1918, Konstantinopol) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi. == Həyatı == İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir.
Nigar İsmayılqızı
Nigar İsmayılqızı (tam adı: İsmayılova Nigar İsmayılqızı; 13 sentyabr 1984, Dəvəçi – 14 sentyabr 2018, Bakı) — jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü. == Həyatı == İsmayılova Nigar İsmayılqızı 13 sentyabr 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib. 2018-ci ildə onda xərçəng xəstəliyi aşkar edilmişdir. 3 sentyabr 2018-ci ildə Hacəttəpə xəstəxanasına yerləşdirilmişdir. Nigar İsmayılqızının bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlamışdır.
Nigar Şıxlinskaya
Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya (10 oktyabr 1871 və ya 21 mart 1878, Tiflis – 15 avqust 1931, Bakı, Azərbaycan SSR, SSRİ) — ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı. == Həyatı == Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1871-ci ildə Tiflisdə anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. 1909-cu ildə polkovnik Əliağa Şıxlinski qohumları ilə görüşmək üçün Tiflisə gəldi. Bu günə qədər ömrünün qırx altıncı baharına qədəm qoyan mərd topçu zabit hərbi sahədə misilsiz xidmətlər göstərmiş, Sankt-Peterburqdakı Mixail artilleriya məktəbini bitirdikdən sonra qüsursuz qulluğa, Uzaq Şərq müharibəsi zamanı Port-Artur müdafiəsi zamanı şücaət və hünərinə görə Rusiya imperiyasının bir sıra mötəbər mükafatlarına — ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, üçüncü və dördüncü dərəcəli Müqəddəs Vladimir, üçüncü və dördüncü dərəcəli Müqəddəs Anna, qızıl qılıncla birlikdə təqdim olunan dördüncü dərəcəli Müqəddəs Georgi ordenlərinə və rus-yapon müharibəsinin xatirə medalına layiq görülmüşdür. Tsarskoye Selodakı Artilleriya zabitləri məktəbində müvəffəqiyyətlə oxuyub biliklərini müəllim qismində həmin tədris müəssisəsinin müdavimlərinə ötürən Ə. Şıxlinski bütun hərbi mütəxəssislərini heyrətə gətirmiş Şıxlinski uçbucağı kimi tanınan artilleriya atəşinin dəqiqliyini artıran sxem işləyib hazırlamışdır.
Nigar Əliyeva
Nigar Ramiz qızı Əliyeva (1969, Bakı) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. == Həyatı == 1969-cu ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir. 1992–1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. == Siyasi fəaliyyəti == 2009-cu ildə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.
Nigar Ələkbərova
Nigar Ələkbərova (9 mart 1956, Bakı)— fəlsəfə elmlər doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri. == Həyatı == Nigar İbrahim qızı Ələkbərova 9 mart 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında almışdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə ilk dəfə Azərbaycan Dövlət İncəsənət İnstitutunda başlayan Nigar Ələkbərova, 1992-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda aparıcı elmi işçi olmuşdur. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinə (1-ci çağırış) deputat seçilmiş, Milli Məclisin Mədəniyyət məsələləri komissyiası sədrinin müavini olmuşdur. Gənc Filosoflar Beynəlxalq Assosiasiyası şurasının üzvüdür (1989). Hal-hazıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Nigar Ələkbərova 51 beynəlxalq konfransda çıxış etmişdir. O, Sonuncu dəfə Rusiya Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyası, Rusiyanın Təhsil Nazirliyyi tərəfindən Moskva şəhərinda keçirilən "Gənclər arasında ekstrimizm: mənbələri, qarşısını alınması və profilaktika" mövzusunda elmi-praktiki konfrasın iştirakçılarından biri olmuşdur. == Elmi əsərləri == Nigar Ələkbərova 53 elmi məqalə, 24 publitistik məqalə, 6 fənn proqramı, o cümlədən 4 kitab müəllifidir.
Nihad Abbasov
Nihad Mövlüd oğlu Abbasov (25 iyul 2000; İlisu, Qax, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. 2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nihad Abdullayev
Nihad Adil oğlu Abdullayev (13 aprel 2002; Ağstafa rayonu, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nihad Abdullayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihad Babayev
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib. == Döyüş Yolu == Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum". Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.
Liqand
Liqand (lat. ligare "bağlamaq") — donor-akseptor qarşılıqlı təsiri ilə başqa bir atoma (akseptor) bağlanmış atom, ion və ya molekul. Anlayış kompleks birləşmələrin kimyasında istifadə olunur, bir və ya bir neçə mərkəzi (kompleks əmələ gətirən) metal atomlarına bağlanmış hissəcikləri ifadə edir. Çox vaxt bu cür bağlanma "koordinasiya" adlanan donor-akseptor rabitəsinin meydana gəlməsi ilə baş verir, burada liqandlar Lyuis əsasları kimi çıxış edir, yəni elektron cütünün donorları kimi. Liqandlar mərkəzi atoma bağlandıqda, kompleksləşdirici agentin kimyəvi xassələri və liqandların özləri çox vaxt əhəmiyyətli dəyişikliklərə məruz qalır. == Liqandların xüsusiyyətləri == === Elektron quruluş === Əslində, liqandın komplekslər yaratmaq və D-orbitalını öz-özünə məhv etmək qabiliyyətini qiymətləndirməyə və proqnozlaşdırmağa imkan verən ən vacib xüsusiyyəti - bütövlükdə birləşmənin məhv edilməsidir. Birinci təxmin olaraq, liqandın koordinasiya rabitəsi yaratmaq üçün ayıra bildiyi elektron cütlərinin sayını və bağlayan atomun və ya funksional qrupun elektronmənfiliyini ehtiva edir.
Təqaüd
Təqaüd (ərəb. تقاعد ‎ — oturaq), qanun təyin etmiş qocalıq yaşına çatan insanlara, əlillərə, tələbələrə və bir sıra ehtiyacı olan insanlara, müntəzəm surətdə verilən pul yardımı. == Tarixi == Təqaüd VII əsrdə xəlifə Ömər ibn Xəttab tərəfindən yeridilmişdir. Zəkatdan və Cizyədən yığılan pulların bir hissəsi ehtiyacı olan insanlara, kasıblara, qocalara, yetimlərə, dul qadınlara və əlillərə Xilafət hökuməti tərəfindən verilirdi.
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. == Mənşə == Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. == İstifadəsi == Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Adlı təqaüd
Liqand (biokimya)
Biokimya və farmakologiyada liqand — biomolekulla (əksər hallarda zülal, məsələn, hüceyrə reseptoru, lakin bəzən, məsələn, DNT) ilə kompleks əmələ gətirən kimyəvi birləşmə (çox vaxt, lakin həmişə deyil, kiçik molekuldur) və nəticədə müəyyən biokimyəvi, fizioloji və ya farmakoloji təsirlər yaradır. Liqandın bir zülalla bağlanması vəziyyətində, liqand adətən hədəf zülalın (məsələn, reseptor) xüsusi bir rabitə yerinə bağlanan kiçik bir siqnal molekuludur. Liqandın DNT ilə bağlanması vəziyyətində, liqand adətən kiçik molekul və ya ion, və ya DNT ikiqat spiralına bağlanan zülal olur. Bir liqandın reseptorla bağlanması adətən molekullararası qarşılıqlı təsir qüvvələrinin, məsələn, ion bağları, hidrogen bağları, Van der Vaals qüvvələri - 10-20 kC / mol enerjisi olan molekullararası (və atomlararası) qarşılıqlı təsir qüvvələrinin köməyi ilə baş verir. Bu termin əvvəlcə bütün bu cür qüvvələri ifadə edirdi; müasir elmdə adətən molekulların qütbləşməsi və dipolların əmələ gəlməsi nəticəsində yaranan qüvvələrə tətbiq edilir. Onu 1869-cu ildə Yan van der Vaals kəşf etmişdir. Vander Vaals inert qazların atomlararası qarşılıqlı təsir qüvvələri inert qazların ( qaz, maye və bərk maddələr ) məcmu vəziyyətlərinin mövcudluğunun mümkünlüyünü müəyyən edir. Van der Vaals qüvvələrinə dipollar arasında qarşılıqlı təsirlər daxildir (daimi və induksiya). Adı ondan irəli gəlir ki, bu qüvvələr real qaz üçün van der Vaals vəziyyət tənliyində daxili təzyiq korreksiyasının səbəbidir. Bu qarşılıqlı təsirlər, eləcə də hidrogen rabitəsi bioloji makromolekulların məkan quruluşunun formalaşmasını müəyyən edir.
Sonu Niqam
Sonu Nigam (Hind: सोनु निगम; 30 iyul 1973) — Hind müğənnisidir. Xüsusi ilə də Bollivud filmləri üçün oxuduğu mahnıları ilə tanınır (İngiliscə: “playback singer”). Musiqiçi ailədən çıxmışdır. Əsasən Hind dilindəki mahnıları ilə tanınsa da, Benqalca, Pəncabca, Teluquca da mahnıları mövcuddur. Sonu Nigam, Madhurima Mishra ilə evlidir və bu evlilikdən Neevan adlı bir oğlan uşağı dünyaya gəlmişdir.