Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ninety One
Ninety One və ya 91 (qaz. Тоқсан бір; Toqsan bir; azərb. Doxsan bir‎) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA == Tarixi == Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама qaz. Qınama) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.
Ninetyer
Ninetyer Misirin ikinci sülaləsinin üçüncü kralıdır. Palermo daşında Ninetyerdən bəhs olunur və Sakkarada yerləşən bir yeraltı qaleriyasında tapılan palçıqdan möhürlər sayəsində bilinir. Bir çox insan həmin qaleriyanın məzar olduğu məsələsində həmfikirdir.
Nineva
Nineviya (akkad. Ninwe; новоарам. ܢܸܢܘܵܐ; ivr. ‏נינוה‏‎, Nīnewē; yun. Νινευη; lat. Nineve; ərəb. نينوى‎, Naīnuwa)—Assuriya dövlətinin paytaxtı. == Mənası == "Aslanlar yuvası" və "qan şəhəri" — Assuriya (Aşşur) imperiyasının paytaxtı Nineviyanı belə adlandırırdılar. == Tarixi == Assuriyanın Paytaxtı Nineviya idi. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.
Alfred Binet
Alfred Binet (8 iyul 1857[…], Nitsa, Sardiniya krallığı – 18 oktyabr 1911[…], Paris) — fransız psixoloqu. == Həyatı == Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir. == Fəaliyyəti == 20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. == Həyatı == Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. == Siyasi fəaliyyəti == 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü (2001) seçilmişdir. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib. == Fəaliyyəti == Ninel Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfologiyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdur. Alim elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənmiş, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir. Ninel Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.
Ninel Yultıyeva
Ninel Yultıyeva (başq. Нинель Дауыт ҡыҙы Юлтыева; 3 fevral 1926, Ufa, SSRİ – 2014, Kazan) — Sovet balerinası, müəllim, xoreoqraf. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1953). Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti (1957). Tatarıstan Respublikasının xalq artisti (1996). Başqırdıstan Respublikasının xalq artisti (1995) == Bioqrafiyası == 3 fevral 1926-cı ildə Ufada bir başqırd yazıçısı və ictimai xadimi Daut Yultiyevin ailəsində anadan olmuşdur. 1935–1941-ci illərdə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasında oxumuşdur. 1968-ci ildə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasının pedaqoji şöbəsini bitirir. 1972-ci ildə N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının xoreoqrafiya şöbəsini bitirib. 1941–1946-cı illərdə Başqırdıstan Opera və Balet Teatrının solisti olmuşdur.
Nonet (musiqi)
Nonet (it. nonetto; lat. nonus, mənası – doqquzuncu) — əsasən insturmentalistlərdən təşkil olunan doqquz ifaçı üçün nəzərdə tutulmuş musiqi əsəri. Adətən silsilə sonata formasında olur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hoffmann, Peter. 2001. "Xenakis, Iannis". The New Grove Dictionary of Music and Musicians, second edition, edited by Stanley Sadie and John Tyrrell. London: Macmillan Publishers. Kube, Michael.
Dilan Minet
Dilan Kristofer Minet (ing. Dylan Christopher Minnette, 29 dekabr 1996[…], Evansvill, İndiana) — amerikalı aktyor, müğənni. Netflix dram serialı “13 səbəb”dəki Kley Censen roluna görə məşhurdur. Bir çox teleseriallarda kiçik rollar alıb: “Lost”, “Awake”, “Scandal”, “Grey's Anatomy”, “Supernatural”, “Prison Break” və “Agents of S.H.I.E.L.D.”. Dilan həmçinin alternativ rok qrupu olan Wallows-un ritm gitaraçısı və müğənnisidir. == Həyatı == Dilan Minet 1996-ci il dekabrın 29-da İndiana ştatının Evansvill şəhərində anadan olub. Valideynləri Robin və Kreyq Minetdir. Dilan uşaq yaşlarında ailəsi ilə birlikdə İllinoys ştatının Şampeyn şəhərinə köçüb və beş il orada yaşayıb. Ailə daha sonra Dilan aktyorluq karyerasına davam etsin deyə Los-Ancelesə köçüb. == Şəxsi həyatı == Dilan 2018-ci ildə The Regrettes qrupunun müğənnisi Lydia Night ilə romantik münasibət qurmağa başlayıb.
Jean Pinet
Jean Pinet (13 sentyabr 1929, Tuluza) — fransız aviasiya mühəndisi; Keçmiş Concorde sınaq pilotu olaraq, 1969-cu ilin oktyabr ayının əvvəlində Konkordu səsdən yuxarı sürətə çxıaran ilk insan idi .
Brooklyn Nine-Nine
Nenets Muxtar Dairəsi
Nenets Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Akdes Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Enrike Penya Nieto
Enrike Penya Nieto (İspanca tələffüz: [enˈrike ˈpeɲa ˈnjeto] ( dinlə); isp. Enrique Peña Nieto; 20 iyul 1966) — 2012–2018-ci illərdə Meksika prezidenti. Mexiko ştatının qubernatoru. (2005–2011). Fil ordeni laureatı (13 aprel 2016). == Mükafatları == Argentina "San Martinin azad edilməsi" ordeni, 29 iyul 2016. Braziliya "Cənub xaçı" ordeni, Dilma Rusef tərəfindən təltif edilib, 26 may 2015. Kosta-Rika "Juan Mora Fernandes" milli ordeni, Laura Çinçilla tərəfindən təltif edilib, 19 fevral 2013. Portuqaliya Şahzadə Henri ordeni, Anibal Kavaku Silva tərəfindən təltif edilib, 2 iyun 2014 İspaniya "Katolik İzabella" ordeni, I Xuan Karlos tərəfindən təltif edilib, 6 June 2014. Peru "Peru günəşi" ordeni, Ollanta Humala tərəfindən təltif edilib, 17 iyul 2014.
Occultic;Nine
Occultic;Nine (オカルティック・ナイン, Okarutikku Nain, azərb. Okkultik doqquzluq‎) — "Steins;Gate"-in yaradıcısı Çiyomaru Şikura tərəfindən yazılmış ranobe seriyası. Qancii tərəfindən illüstrasiya olunmuş manqa 2015-ci ilin oktyabrından nəşr olunur. 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası yayımlanmışdır. == Məzmun == Paranormal elmi fantastika janrında olan ranobedə hadisələr 9 fərqli şəxsin ətrafından cərəyan edir. Bu 9 şəxs bir-biriləri ilə 17 yaşlı lisey tələbəsi Yuuta Qamon tərəfindən işlədilən "Chōjō Kagaku Kirikiri Basara" adlı okkult xülasə bloqu vasitəsilə əlaqə saxlayırlar. Bu doqquz nəfərin ətrafında baş verən kiçik uyğunsuzluqlar daha böyük və dünyanı dəyişdirə biləcək hadisəyə səbəb olur. == Personajlar == === Okkultik doqquzluq === Yuuta Qamon (我聞 悠太, Gamon Yūta) Səsləndirən: Yuki Kaci Okkult bloq işlədən və özünü xilaskar adlandıran oğlandır. Ryoka Narusava (成沢 稜歌, Narusawa Ryōka) Səsləndirən: Ayane Sakura Ruh rəhbəridir. Saray Haşiqami (橋上 サライ, Hashigami Sarai) Səsləndirən: Kayto İşikava İnkarçı, ultra-realist universitet tələbəsidir.
Yamalo-Nenets Muxtar Dairəsi
Yamalo-Nenets Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Ninəvə mühafazası
Ninəvə mühafəzəsi (ərəbcə: محافظة نينوى) – İraq Respublikasının 18 mühafəzəsindən biridir. == Ərazi == Neynəvə mühafəzəsinin ərazisi 37,323 km²-dir. Neynəvə mühafəzəsinin inzibati mərkəzi Mosul şəhəridir. Mosul şəhərindən sonra mühafəzədə ikinci ən böyük şəhər Təlafər şəhəridir. == Əhali == Milli tərkibinə əsasən Neynəvə mühafəzasının əhalisi əsasən ərəblərdən, türkmanlardan, assuriyalılardan və kürdlərdən ibarətdir. === İnzibati-ərazi bölgüsü === Neynəvə mühafəzəsi inzibati cəhətdən 10 qəzaya və 31 nahiyyəyə bölünür.
Niyət Şirəliyev
Niyət İmran oğlu Şirəliyev (9 fevral 1990, Ovçulu, Şamaxı rayonu – 2020 və ya 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyət Şirəliyev 1990-cı il fevralın 9-da Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi fəaliyyəti == Niyət Şirəliyev 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2014-cü ildə ona “baş leytenant” hərbi rütbəsi verilib. Niyət Şirəliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə iştirak edib. 2018-ci ildən “kapitan” hərbi rütbəsi altında xidmətini davam etdirirdi.
Zinət Aman
Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi. == Həyatı == Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
Xoş-niyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş niyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Nine Inch Nails
Nine Inch Nails (qisaca NIN) — 1988-də ABŞ-də qurulmuş indastrial rok qrupudur. Nine Inch Nails musiqiçi, mahnı yazıçısı, prodüser Trent Reznor tərəfindən qurulmuş və albomlar onun tərəfindən yazılmışdır. Konsertlərdə isə Reznor, qrup işçiləri ilə birlikdə səhnədə olur. == Haqqında == 1980-cü illərdə Trent Reznor Right Track studiyalarında çalışan bir proqramçı olaraq işləyirdi. 1988-də studiyada bir mahnı yazmaq üçün icazə alır ancaq öz beynindəki planlara uyğun bir qrup tapa bilmədiyi üçün bütün alətləri özü çalmağa qərar verir. Bu ilk etdiyi qeydlər daha sonra 1994-cü ildə Purest Feeling olaraq icazəsiz şəkildə nəşr olunur. Bir çox mahnıda ilk albom olacaq Pretty Hate Machine mahnılarına çevrilir. Reznor, bu musiqi proyektinin adını isə Nayn Inç Neylz qoyar. Trent Reznor qrupun adını asanca qısaldıla bildiyi üçün seçdiyini deyir. 1989-cu ildə ilk albom Pretty Hate Machine nəşr olunur.
Zinət-un Nisə Bəyim
Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim titulu ilə təltif edilmişdir. == Həyatı == Zinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi. Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi.