Bahar, Rəhimə və Rahim süfrənin zinəti ilə məşğul idilər.
Hünərdir əmrə ilk zinət, onun hüsnündə məna var.
Çoxdur hədiyyələr insan adına; Qiymətli zinətlər, qiymətli daşlar.
□ Zinət vermək (vurmaq) – zinətləndirmək, bəzəmək, süsləmək.
Qarı nənə … göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu. “ ”.
Nə zinət veribdir eyvan, otağa; Ətri qoxur Bağdad baharı kimi.
Xoş avazın verir zinət; Bu leylü nəhara, bülbül!
Özünə zinət vermək – 1) bəzəmək, qiymətli daş-qaş taxmaq və qəşəng geyinmək. Məlik Cümşüd … özünə zinət verib getdi Nuşapəri xanımın yanına. (Nağıl);
2) üzünə ənlik-kirşan vurmaq, üz-gözünü boyamaq.