ZİNDAN
ZİNƏTLƏNMƏ
OBASTAN VİKİ
Zinət Aman
Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi. == Həyatı == Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
Zinət-un Nisə Bəyim
Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim titulu ilə təltif edilmişdir. == Həyatı == Zinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi. Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi.

Значение слова в других словарях

вы́зволить клавеси́н ко́зочка креп-жакка́рд поко́йно приго́дный приню́хиваться продли́ть стекловаре́ние щеголя́ть перебо́рка рту́тный рю́шка Adolpha baby bust bayou blue-collar forwards homoeomerous safeguard Trev truancy water-borne ломбардный наркотизировать