Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Okay
Okay xan — türk və altay mifologiyasında sehrbaz ilahı. Su altında yaşayır. Su altında yaşayan, kənar dünya ilə əlaqəli bir cadugərdir. İnsan qanından meydana gələn dənizlər ilə əhatə olunmuş bir evi olduğu düşünülər. Yaşadığı qalanın ətrafındakı dənizlər insan qanından və qırmızıdır. Qalanın həyəti heyvan kılığındaki insanlarla doludur. Onları bu qılığa Okay soxmuşdur. Bazası dənizdə tavanı səmada olan bu qala tamamilə insan çənəsindən hörülmüşdür. Bəzən su içənləri saqqallarından tutaraq suya çəkər. (Oğ/Og/Ok) kökündən törəmişdir.
Arzu Okay
Arzu Okay — Türkiyə kino aktrisasıdır. Hazırda Fransada yaşayır ve həyat yoldaşından boşanmışdır. Arzu Okayın keçmiş həyat yoldaşından bir qız övladı vardır.
Okay Yokuşlu
Okay Yokuşlu (9 mart 1994, Konak, İzmir ili) — Türkiyə milli futbolçusu. O, La Liqa komandalarından olan “Selta Viqo”dan icarə əsasında “Xetafe”də çıxış edir. Okay Yokuşlu futbola 8 yaşında Karşıyaka İdman Məktəbində başlayıb. İdman məktəblərində hər uşaq kimi futbolu sevən Okay karyerasına 2004-cü ildə “Altay Youth”da başlayıb.
It's Okay to Not Be Okay
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Okayama
Okayama (yap. 岡山市) — Yaponiyanın Honşu adasında olan Çuqoku regionunda yerləşən Okayama prefekturasının eyniadlı paytaxtı.
Okayama prefekturası
Okayama prefekturası — Yaponiyanın Çuqoku regionunda prefektura. Ərazisi 8 472 kvadrat kilometr, əhalisi 2 900 000 nəfərdir. Mərkəzi Okayama şəhəridir.
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Olay
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Ukay
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir. Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur.
Yokay
Yokai (妖怪, "qəribə görünüş") Yapon folklorunda fövqəltəbii varlıqlar və ruhlar sinfidir. Yōkai sözü "cazibədar; fəlakət" və "görünüş; sirr; şübhəli" mənasını verən kancidən ibarətdir. Yokai həmçinin ayakaşi (あやかし), mononoke (物の怪) və ya mamono (魔) kimi də istinad edilir. Yokai sözün Qərb mənasında sözün əsl mənasında cinlər deyil, əksinə, davranışları pis niyyətli və ya nadinclikdən tutmuş dostluq, təsadüfi və ya insanlara faydalı ola bilən ruhlar və varlıqlardır. Yokai tez-tez heyvan xüsusiyyətlərinə malikdir (məsələn, tısbağaya bənzəyən kappa və adətən qanadlarla təsvir olunan tengu), lakin kuchisake-onna kimi xarici görünüşdə də humanoid görünə bilər. Bəzi yokaylar cansız cisimlərə bənzəyir (məsələn, tsukumoqami), digərləri isə heç bir nəzərə çarpan formaya malik deyillər. Yōkai adətən mənəvi və ya fövqəltəbii qabiliyyətlərə malik olaraq təsvir edilir, forma dəyişdirmə onlarla əlaqəli ən ümumi xüsusiyyətdir. Şəklin dəyişdirilməsi bakemono (化け物) və ya obake (お化け) kimi tanınır. Yapon folklorşünasları və tarixçiləri yokai "fövqəltəbii və ya izaholunmaz hadisələrin öz məlumatlandırıcılarına" təcəssümü kimi izah edirlər. Edo dövründə Toriyama Sekien kimi bir çox sənətkar xalq nağıllarından və ya sırf öz təxəyyüllərindən ilham alaraq yeni yokai icad etdilər.
Oka
Oka: Oka çayı — Rusiyanın Avropa hissəsində çay, Volqa çayının sağ qollarından ən böyüyü. Oka (bur. Аха́-dan) — Şərqi Sibirdə çay, Anqara şayının sol qolu. Oka — Tver vilayətində çay, Kunyanın qolu. Oka — Qərbi Sibirdə çay, Omun qolu. Oka — Başqırdıstanın şimal-şərqində çay, İkanın qolu. Oka — İspaniyada çay. Oka — dəmiryol stansiyasının qəsəbəsi, Serpuxov rayonu, Moskva vilayəti, Rusiya. Oka (BAЗ-1111х, СеАЗ-11116) — birinci qrup xüsusi kiçik sinif azlitrli minik maşını (seqment А — miniavtomobillər), 1988—2008-ci illərdə buraxılıb. Oka — velosiped markası.
Metin Oktay
Mətin Oqtay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oqtaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oqtayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Mor Yokay
Mor Yokai (mac. Jókai Mór; 18 fevral 1825[…], Komarno – 5 may 1904[…], Budapeşt) — Macarıstan dramatisti, romançı və inqilabçısı. Peşt şəhərində 1848-ci ildə başlanan Macarıstan Liberal İnqilabının fəal iştirakçısı və lideri olmuşdur. Yokainin romantik üslubda yazılan romanları Viktoriya dövründə İngiltərənin elit təbəqələri arasında məşhurlaşdı; ingilis mətbuatında onu Çarlz Dikkens ilə müqayisə edirdilər. Onun ən məşhur pərəstişkarlarından və heyranlarından biri də elə Kraliça Viktoriyanın özü idi. Macarıstan krallığının Komarom (hazırda Slovakiyanın Komarno şəhəri) şəhərində anadan olmuşdur. Atası Jozef qədim Yokai ailəsinin Asva qolunun nümayəndəsi idi. 12 yaşı olarkən atasının vəfat etməsindən sonra ailəsi Mordan atasının sənətini davam etdirməsini istədi. Beləliklə, Mor hüquq sənətinə yiyələndi və hüquqşünas kimi ilk işində uğur qazandı. 1925-ci ilin 1 fevralında Macarıstan hökuməti tərəfindən Mor Yokainin şərəfinə üç poçt möhürü istifadəyə verildi.
Mustafa Çokay
Mustafa Çokay (qazaxca Мұстафа Шоқай(ұлы)) 25 dekabr 1890, Qızılorda – 27 dekabr 1941, Berlin) — Qazax ictimai və siyasi xadimi, publisist, Türkistanın birliyi uğrunda mübariz. Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi. 1918-ci ilin yanvarında Türkistan vilayəti ("Kokand vilayəti") hökumətinə başçılıq edib. 1918-ci ilin 21 fevralında bu hökumət bolşeviklər tərəfindən dağıdıldıqdan sonra 1921-ci ildə Avropaya mühacirət edib. İstanbulda "Yeni Türkistan" jurnalını nəşr edib (1927–1931). "Prometey" təşkilatının üzvü kimi Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə bolşevizmə qarşı birgə mücadilə etdiyi silahdaşlarından olub. 1890-ci ilin yanvarın 7-də Sır Dərya kənarındakı Qırğız çöllərində yaşayan sadə bir qazax ailəsində doğulan Mustafa uşaqlıq və yeniyetməliyini Akmescitdə keçirib. İlk təhsilini də burada aldığından çox vaxt onu Akmescit doğumlu sayırlar. Soykökü Xarəzmşahlara bağlı olan bu böyük insan gəncliyindən zülmə və haqsızlığa qarşı mübarizəyə atılıb, keçməkeşli bir həyat yaşayıb. Orta məktəbi Daşkənddə rus dilində bitirən Mustafa Peterburq Universitetində hüquq fakültəsinə qəbul olunur.
Müşerref Akay
Müşerref Akay (1952, İstanbul) — tanınmış türk müğənni və aktrisası. 14 yaşında "Hürriyyət" qəzetinin açdığı və Selami Şahinin qatıldığı səs yarışmasına qatılan sənətçi 1952-ci ildə İstanbulda dünyaya gəlib, Balıkəsirlidir. Anası Nebahat Akaydır. Kino karyerasına kiçik yaşlarından başlayan Akay 1971-ci ildə Yılmaz Güneyin "Baba" filmində rol alıb. Daha sonra 1983-cü ildə keçmiş həyat yoldaşı Mahmut Tezcanın prodüseri olduğu "Türkiyəm" filmində baş rolu canlandırıb. Həmin illərdə bəstəsi və sözləri özünün "Türkiyem" mahnısı ilə məşhurlaşdı. 1984-cü ildə Müşerref Akay Yılmaz Güneyin baş rolda oynadığı "Ona Çirkin Kral Derlerdi" filmində də rol aldı. Özünü dərin millətçi kimi tanıdan sənətçinin məşhurlaşdığı "Türkiyəm" mahnısına TRT tərəfindən klip çəkilib və çəkilən klip ilk yerli klip olub. Klip Türkiyə televiziyasında yayımlanır. Hətta klip bir müddət xəbər kəsilərək yayımlanıb.
Oktay Aymələk
Oktay Aymələk (27 sentyabr 1968, Məngən, Bolu ili) — kulinar, Türkiyənin Samanyolu Televiziyasında "Yaşıl Alma" proqramının aparıcısı. Əslən Menqen, Bolulu olan Aymələk 1998-ci ildə Londonda aşbazlıq yarışmasında bürünc medal və Klasman birinciliyi qazandı.2000-ci ildə Londonda 1 qızıl medal qazandı. 1998-ci ildən bu günə qədər Samanyolu Televiziyasında çalışır.
Oktay Ağabəyov
Oktay Babayev
Oktay Kaynarca
Oqtay Qaynarca (türk. Oktay Kaynarca; 27 yanvar 1965, İstanbul) — türk aktyor. Oktay Kaynarca İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Anasənət Budağı magistratura fakültəsinin məzunudur. Oktay Kaynarca 27 yanvar 1965-ci ildə Üsküdarda anadan olub. Uşaqlığının bir dövrü Berlində keçib. Konservatoriyaya girməzdən əvvəl Egey Dənizi teatrında Turqut Özakmanın Divarların Xaricində adlı oynunda oynayıb. Sonra bir neçə uşaq oyunlarında yer alıb. 2003-cü ildə başlayan Qurdlar Vadisi serialında Süleyman Çakır rolu ilə görkəminə görkəm qatdı. 2008-ci ildə Adanalı serialında Adanalı Yavuz rolu ilə tamaşaçı tərəfindən çox sevilib.
Oktay Kazımi
Oqtay Məmməd oğlu Kazımov (Kazımi) (27 dekabr 1932, Astara – 9 avqust 2010, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (2006), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Azərbaycanda ilk rok operettanın müəllifi. Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.
Oktay Mehdiyev
Mehdiyev Oktay Nüsrət oğlu (22 oktyabr 1976) — Azərbaycan aktyoru. Mehdiyev Oktay Nüsrət oğlu 22.10.1976-cı ildə anadan olub. 1994-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsinə qəbul olunmuş, 1998-ci ildə oranı bitirmişdir. 1999-cu ildən hal-hazıradək H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V. Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur. Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T. Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə. M. Lələdağ "Tələ"), Vəliqulu (C. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G. Xuqayev "Bir köpək vardı"), Təkgöz (K. Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y. Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə. M. Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Qozbel (Ə. Əmirli "Varlı qadın"), və s. göstərmək olar. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 220 №-li otaq (film, 2010) Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015) Mən burdayam, İlahi!
Oktay Mehtiyev
Oktay Mehtiyev (5 avqust 1970, Krasnoselski, Saatlı rayonu) — cərrah, Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti və İdarə Heyəti sədrinin birinci müavini, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrası assisten. Oktay Mehtiyev 5 avqust 1970-ci il Saatlı rayonunda anadan olmuşdur. 1976–1983-cü illərdə Saatlı rayonunda Qara Nuru tam orta məktəbində təhsil alıb. 1983–1987-ci illərdə Respublika İdman Təmayüllü İnternat məktəbini qızıl medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutuna stomatologiya fakültəsinə daxil olmuşdur və 1992-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, 3 uşağı var. 1992–1999 – Azərbaycan Tibb Universiteti – baş laborant. 1999–2017 – Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrasında – assistent. 1998-h.h. – Azərbaycan Kikboksinq Federasiyasının 1-ci Vitse Prezidenti.
Oktay Məmmədov
Oktay Aydın oğlu Məmmədov (15 iyul 1951, Qaraçala, Salyan rayonu – 20 yanvar 2009, Bakı) — "Əməkdar İncəsənət Xadimi", "Tərəqqi" medalı mükafatçısı, "Media Açarı" mükafatçısı, məşhur fotoqraf. Oktay Məmmədov 1951-ci il iyunun 15-də Salyan rayonu Qaraçala kəndində anadan olub. 1968-ci ildə Bakı şəhərindəki 62 saylı orta məktəbi bitirib. 1968–1971-ci illərdə Dinamo və Neftçi klublarında çıxış edib. 1971–1977-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1975–1976-cı illərdə SSRİ tərkibində Leninqradda və Sank-Peterburqda hərbi xidmətdə olub. 1976–1989-cu illərdə Krasin adına Dövlət Rayon Elektrik Stansiyasında idman üzrə baş instruktor işləyib. 1989-cu ildən ("Azərinform") Azərtac-da foto müxbir, müavin, baş redaktor daha sonra baş foto müxbir vəzifəsində çalışıb. Oktay Məmmədov işlədiyi müddət ərzində bir çox diplom, sertifikat və medallarla təltif olunub. 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb.
Oktay Qasımov
Oqtay Qasımov (geoloq)
Oktay Seyidov
Oktay Xəlil oğlu Seyidov, Oqtay Xalloğlu (1959, Aslanbəyli, Qazax rayonu – 26 mart 2003) — Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur. Oqtay Seyidov 1959-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli Kəndində anadan olmuşdur. 1976-cı ildə Aslanbəyli kənd tam orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Universiteti bitirdikdən sonra hərbçi kimi fəaliyyətə başladı. 1982-ci ildən keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətə başlamışdır. Ailə qurduqdan sonra Gəncə şəhərində yaşamışdır. 26 mart 2003-cü il tarixdə Daşkəsən Rayon Rərbi Komissarı polkovnik-leytenant Oktay Seyidov xidməti vəzifəsini yerinə yetirərkən yol qəzasında vəfat etmişdir. 1 qardaşı və 2 bacısı var.
Oktay Sinanoğlu
Oqtay Sinanoğlu (türk. Oktay Sinanoğlu, 25 fevral 1935, Bari – 19 aprel 2015, Mayami, Florida25 fevral 1935) — professor, Humboldt mükafatı laureatı Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə İtaliyanın Bari şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır. 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün ABŞ-yə yola düşür. O, 1956-cı ildə Kaliforniya Universitetini (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə Massaçuset Texnologiya İnstitutunda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində Kaliforniya Universitetində doktorluq işini tamamlayır. 1960-cı ildən Yel (Yale) Universitetinde associate professor kimi fəaliyyət göstərməyə başlayır. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə Yel Universitetinin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır.
Oktay Səfərov