Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ordan-burdan (film, 1987)
Ssenari müəllifləri: Zəminə Hacıyeva, Fuad Hacıyev
Onman
Onman (çuk. Онмыня) — Çukot dənizinin Kolyoçinskoye buxtası sahilində, Vankarem kəndindən 30 km aralıda yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. 83 metr hündürlüyə malikdir. Çukot dilində işlənən Onmın sözü «dərin, dənizin daxilinə doğru uzanmış» mənasını verir. Onman burnu ilk dəfə xəritəyə Böyük Şimal ekspediyası zamanı salınmışdır. Burnun dəqiq yerləşmə koordinatı 1910-cu ildə təstiqlənmişdir. 1934-cü ildə Çelyuskin buzqıranına yardım məqsədilə «Fleyster» təyyarəsi, təyyarəçisi olan Siqizmund Aleksandroviç Levanovski ilə birlikdə qəzaya uğramışdır. Burnun sahilində bir çox quş növləri yuva qurur. Burnun sahilində naviqasiya işıqlı işarəsi quraşdırılmışdır.
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Bundal adası
Bundal adası (urdu جزیرہ بندل) — Ərəbistan dənizində, Pakistana məxsus olan kiçik ada. 2006-cı ildə Pakistan hökuməti Bundal adası daxil olmaqla iki adanı "Emaar Properties" şirkətinin istifadəsinə verir. Şirkət adalara 43 mld $ dərərində yatırım qoymalıdır. Emaar Properties şirkəti BƏƏ ən böyük şirkətlərindən biridir. Onlar Bundal və Buddo adalarında infrastruktura qurmalıdır. Qasım limanı aksiyanın 15 % sahib olmalıdır.
Qay Minisi Fundan
Qay Minisi Fundan (lat. Gaius Minicius Fundanus; I əsr – ən tezi 123) — Qədim Roma hərbi və siyasi xadimi. O, Minisilər plebey ailəsindəndir. 107-ci ildə konsul-suffekt təyin edilmişdir. Retiyada aşkar edilmiş və 107-ci il tarixli hərbi diplomda qeyd edilən bir məlumat sayəsində məlum olur ki, Minisi bu dövrdə konsul-suffekt olmuşdur. Onun həmkarı Qay Vettenni Sever olmuşdur. 122–123-cü illərdə Fundan Asiya vilayətinin prokonsulu vəzifəsini icra etmişdir. Bu zaman o, sələfi Kvint Lisini Silvan Kvadroni Prokul tərəfindən imperator Adriana göndərilən vəxristianlar haqqında olan məktuba cavab almışdır. Əzabkeş Yustin tərəfindən qorunub-saxlanılmış reskriptdə Adrian fərman vermişdir ki, xristianları ittiham edənlər öz ittihamlarını sübut etmək yükünü daşımalı və əks təqdirdə böhtana görə cəzalandırılmalıdırlar.
Odan
Odan (fr. Hodent) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 267 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 25 km şimal-qərbdə yerləşir.
Ovdan (Balaxanı)
Ovdan — Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə Balaxanı qəsəbəsində tikilmiş ovdan. Ovdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Balaxanı qəsəbəsində yerləşən ovdan şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə inşa olunub. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ehtimal olunur ki, Qum hamamı inşa edildikdən sonra ilk dövrlər Ovdandan götürülən su ilə təchiz olunub. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır. Pilləkənlər lay daşlardan yonulub, düz su mənbəyinə qədər enir. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir.
Ovdan (Şirvanşahlar)
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir. 2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir.
Arzum Onan
Arzum Onan (31 oktyabr 1973, Ankara) — Türk kino aktrisası və model.
Kitab əl-buldan
Kitab əl–buldan (ərəb. كتاب البلدان‎; azərb. Ölkələr haqqında kitab‎; ing. Book of Countries) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas–səyyahı Əbül–Abbas Əhməd ibn Əbu Yaqub ibn Cəfər Vəhb ibn Vadih əl–Katib əl–Abbasi əl–Yaqubi tərəfindən yazılması hicri təqvimlə təqribən 278–ci (miladi 891–ci) və ya 292–ci (miladi 905–ci) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri. Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu. == Əlyazmaları == Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin professoru A. O. Muxlinski (rus. Антон Осипович Мухлинский; d. 1808 – ö. 1877) tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında (alm. Bayerische Staatsbibliothek‎) saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (alm.
Mucəm əl-Buldan
Mucəm əl–buldan (ərəb. كتاب معجم البلدان) — coğrafiyaşünas və səyyah Yaqut əl–Həməvinin 1224-cü ildə yazmağa başladığı və 1228-ci ildə bitirdiyi coğrafi lüğət. Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” əsəri XIII əsrin əvvəllərində Qafqaz, eləcə də Azərbaycanda baş vermiş hadisələrin gərginliyini əks etdirməklə yanaşı, monqollaraqədərki bəzi məsələlər, bölgənin tarixi coğrafiyası və dövrün müsəlman aləminin görkəmli elm və mədəniyyət xadimlərinin fəaliyyəti ilə oxucuları tanış edir. Mürəkkəb siyasi şəraitdə meydana gəlmiş “Mucəm əl-buldən” əsərində Azərbaycanın və bütövlükdə Qafqazın siyasi-iqtisadi-mədəni həyatı haqqında qiymətli elmi materiallar yer alır. Əsər sözügedən ərazidə orta əsr şəhərlərinin ziyalı mühiti və Xilafət tərkibində olan ölkələrlə elmi-mədəni əlaqələrin öyrənilməsi, eyni zamanda bölgənin monqol hücumlarından əvvəlki və sonrakı vəziyyəti ilə bağlı müqayisəli təhlil aparılması baxımından da mühüm elmi əhəmiyyət kəsb edir. Tarixçi alim Nərgiz Əliyeva Yaqut əl-Həməvinin sözügedən əsərini geniş şəkildə tədqiq etmiş və 2020-ci ildə onun "Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz" adlı monoqrafiyası nəşr olunmuşdur. Jacut's geographisches Wörterbuch herausg. von F. Wüstenfeld (1870) Jacut's geographisches Wörterbuch herausg. von F. Wüstenfeld (1873) Предисловие // Якут аль-Хамави. Му'джам ал-Булдан — Алфавитный перечень стран (Материалы по Азербайджану).
Konqar-ool Ondar
Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 1962 – 25 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı. Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi. == Həyatı == Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir. Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi.
Sondan Durukanoğlu Feyiz
Məryəm Sondan Durukanoğlu Feyiz (türk. Meryem Sondan Durukanoğlu Feyiz; 12 avqust, 1963, Of, Trabzon) — Türkiyəli alim, Kadir Has Universitetinin rektoru (2018-hazırda) və Qəyyumlar Şurasının üzvü, Sabancı Universitetində təhsil, beynəlxalq əlaqələr, fərdi və akademik dəstək və yay məktəblərindən məsul keçmiş prorektor, fizika professoru. Sondan Durukanoğlu 1963-cü il avqustun 12-də Trabzon ilinin Of ilçəsində anadan olub. 1989-cu ildə İstanbul Universitetinin Fizika fakültəsində bakalavr təhsilini tamamlayıb. Bundan sonra Milli Təhsil Nazirliyinin başlatdığı təqaüdlə ABŞ-a gedib və akademik fəaliyyətə başlayıb. Qeyd edək ki, Durukanoğlu Milli Təhsil Nazirliyinin təqaüdü ilə fizika sahəsində xaricdə təhsil alan yeganə qadın alimdir (1991-1995). 1992-ci ildə Viskonsin Universiteti Fizika Bölümündə magistr təhsilini tamamlayan Durukanoğlu Feyiz, Sondan Durukanoğlu 1999-cu ildə Kanzas Dövlət Universitetində fizika üzrə doktorluq dərəcəsinə yiyələnib. Durukanoğlu 2000-ci ildə Türkiyəyə qayıtmış və akademik karyerasını İstanbul Texniki Universitetində dosent, 2006-cı ildə isə İstanbul Texniki Universitetində professor kimi davam etdirib. Sondan Durukanoğlu İstanbul Texniki Universitetində işləyərkən, 2002-2006-cı illərdə Senatın Akkreditasiya Komitəsinin üzvü vəzifəsində çalışıb. 2002-ci ildə Durukanoğlu Kanzas Dövlət Universitetində "qonaq alim" kimi də çalışıb.
Nəcmətdin Xəlil Onan
Nəcmətdin Xəlil Onan (d. 1902, Çatalca, Kocaeli – ö. 17 avqust 1968, İstanbul) – türk şair, müəllim, elm xadimi, ədəbiyyat tarixçisi.Türk ədəbiyyatının artıq klassikləşmiş əsəri olan və türk ordusunun Çanaqqala döyüşündəki müdafiəsini yad edən "Bir yolçuya" şerini qələmə alan şairdir. 1902-ci ildə Çatalcada anadan olmuşdur. Atası Düyün-i Umumiyyə məmuru Xəlil Hilmi bəy idi. Orta təhsilini Vəfa liseyində tamamlamışdır. 1919-cu ildə Darülfünun Ədəbiyyat fakültəsində olan imtahanı verərək Türk dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Cənab Şahabətdin, Fuad Köprülü, Fərid Kam, Yusif Şərif, Yahya Kamal, Hüseyn Daniş kimi ədəbiyyatçıların tələbəsi olmuşdur. Lakin İstanbulun işğalından sonra məktəb müvəqqəti olaraq qapadıldıqdan sonra milli mübarizəyə qatılmaq üçün Ankaraya qaçmışdır. Ankara təlimatgahında zabit vəkili olmuş, Anadolu Agentliyinin Sivas sevisində çalışmış, milli mübarizə sonlandıqdan sonra İstanbula gələrək təhsilini sonlandırmış və 1924-cü ildə məzun olmuşdur.
Ondon-de-las-Nyeves
Ondon-de-las-Nyeves (isp. Hondón de las Nieves) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 68,80 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2948 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 25 km uzaqlıqda yerləşir.
Ondon-de-los-Frayles
Ondon-de-los-Frayles (isp. Hondón de los Frailes) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 12,6 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1202 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 34 km uzaqlıqda yerləşir.
Bünyan
Bünyan (türk. Bünyan) — Kayseri ilinin ilçəsi. İlçə, Kayseridən 40 km şimal-şərqdə, Mərkəzi Anadolu regionunun Yuxarı Qızılirmaq bölgəsində yerləşir. Rayonun səthi sahəsi 1306 km²-dır. Şəhərdə 8 qəsəbə və 24 kənd yer almaqdadır. Bünyan ilçəsi şərqdə Pınarbaşı, cənubda Tomarza, qərbdə şəhər mərkəzi, şimalda Sarıoğlan, şimal-şərqdə Ağqışla, cənub-qərbdə Talas və qərbdə Qocasinan ilə həmsərhəddir. İlçə əhalisi 43.795 nəfərdir. Bünyan kiçik bir yaşayış məntəqəsi olduğu üçün, tarixi Kayseriyə bağlı qalmışdır. Bölgə hansı dövlətin hakimiyyəti altında qalmışdırsa, Bünyan da onun tabeliyində olmuşdur. Bünyanın ilk yaşayış məskəninin xetlər tərəfindən salındığı buradaki mağaralardaki izlərdən bəllidir.
Kitab əl-buldan (əl-Yaqubi)
Kitab əl–buldan (ərəb. كتاب البلدان‎; azərb. Ölkələr haqqında kitab‎; ing. Book of Countries) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas–səyyahı Əbül–Abbas Əhməd ibn Əbu Yaqub ibn Cəfər Vəhb ibn Vadih əl–Katib əl–Abbasi əl–Yaqubi tərəfindən yazılması hicri təqvimlə təqribən 278–ci (miladi 891–ci) və ya 292–ci (miladi 905–ci) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri. Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu. == Əlyazmaları == Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin professoru A. O. Muxlinski (rus. Антон Осипович Мухлинский; d. 1808 – ö. 1877) tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında (alm. Bayerische Staatsbibliothek‎) saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (alm.
Bondaj
Bondaj (Azərbaycan dilində Əsarət) cinsi partnyorun razılığına əsasən estetik, erotik və/yaxud duyğusal məqsədlər üçün bağlanmasından və/və yaxud da məhdudlaşdırılmasından ibarət olan BDSM növüdür. Bir partnyor digərini simlər, qandallar, göz bağları, yaxalıqlar, yapışqan lentlər, tıxaclar, pranqalar və digər fiziki məhdudlaşdırıcılardan istifadə edərək bağlayır. Əsarət əsasən, lakin hər zaman yox, cinsi tətbiqdir. Bu, sadomazoxizm və ya dominantlıq və tabelik kimi digər BDSM tətbiqləri ilə əlaqəli ola və ya olmaya bilər. Aktiv partnyorun öz partnyorunu bağlamasının müştərək səbəbi hərəkətləri məhdudlaşdırılmış partnyorun tabe olma vəziyyətindən asılı olaraq nəzarət hissinin və gücün müvəqqəti ötürülməsi yolu ilə həzz almağa çalışmasıdır. Sadomazoxist insanlar üçün bondaj əsasən bağlanan tərəfdaşın digər sadomazoxist davranışlar üçün daha əlçatan olan bir məqsəd üçün bir vasitə kimi istifadə olunur. Bununla belə, bondaj təkbaşına da istifadə edilə bilər, burada hərəkətləri məhdudlaşdırılmış partnyor özünü çarəsiz və hərəkətsiz hiss edərək bundan Cinsi həzz alır, aktiv partnyor isə bağlı partnyorunu qarşısında görməkdən məmnunluq və vizual həzz alır.
Pərvin Büldan
Pərvin Büldan (6 noyabr 1967, Hakkari) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Pərvin Büldan 6 noyabr 1967-ci ildə Hakkari ilində anadan olub. 2007-ci ildə 10% barajını aşmaq üçün DTP, SOL, SDP və EMEP namizədlərindən ibarət qurulan “Min Ümid Namizədləri” ittifaqında bitərəf namizəd olaraq İğdır ilindən Türkiyə Böyük Millət Məclisinin 23-cü çağırışının deputatı seçilib. İğdır ilindən seçilən birinci qadın deputat idi. Deputat olduqdan DTP üzvü olub. DTP-nin qapadılmasından sonra BDP-də təmsil olunub. 2008-ci ilin martında İğdırda baş tutan mitinqdə Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanı tərifləyən çıxışlar etdiyi iddiası ilə Cəza Məcəlləsinin 215-ci (cinayəti və cinayət törədənə tərif) və 216/1-ci (ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmə və ya alçaltma) maddələrinə əsasən istintaqa başlanılıb.
Boqdan (Baltas)
Boqdan (rus. Богданово, başq. Боғҙан) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Boqdan kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 23 km., kənd sovetliyindən (Starotimkino): 3 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (56%) və tatarlar (44%) üstünlük təşkil edir.
Boqdan Boqdanoviç
Boqdan Boqdanoviç (18 avqust 1992, Belqrad) — hal-hazırda MBA komandalarından Sakramento Kinqzdə oynayan Serb professional basketbolçu. Həmçinin Serbiya milli basketbol komandasında da forma geyinir. Onun boyu 1.97 metrdir. 2014 MBA Seçmələrində 1. tur 27. Sıradan Foniks Sans tərəfindən seçilib. 2016–2017 Avroliqada Fənərbaxça ilə çempionluq sevinci yaşayıb. 2017-ci ilin iyulundan Sakramento Kinqzdə forma geyinməyə başlayıb. == Peşəkar karyerası == === Partizan Belqrad === Boqdanoviç ilk peşəkar müqaviləsini 18 yaşında – 2010-cu ilin sentyabrında Serb komandası Partizan BK ilə imzalayıb. 2012–2013 sezonu onun komandası ilə keçirdiyi ilk Avroliqa sezonu idi.
Boqdan Kuzmanov
Boqdan Kuzmanov (ing. Bogdan Antonov Kuzmanov; 19 aprel 1934, Sofiya, Bolqarıstan krallığı – 22 dekabr 1991, Sofiya) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boqdan Kuzmanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Papaver degenii növünü təsnif etmişdir. == Əsərləri == Kuzmanov B., Kožuharov S., Ivanova H. Biometric studies on the genus Betula in Bulgaria // Fragmenta Floristica et Geobotanica. — 1966. — Vol. 12, № 4. — P. 329—336. Митрев А. А., Попова С. М. Атлас на лечебните растения в България / под ред.
Boqdan Kuzmenko
Boqdan Stanislavoviç Kuzmenko (rus. Богдан Станиславович Кузьменко; 21 may 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan "Çertanovo-2 Moskva" klubunda qapıçı kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Kuzmenko öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə "Çertanovo-2 Moskva" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Boqdan Xmelnitski
Boqdan Xmelnitski (ukr. Богдан Зиновій Михайлович Хмельницький; ən tezi 30 oktyabr (9 noyabr) 1595 və ən geci 27 dekabr 1595 (6 yanvar 1596) – 27 iyul (6 avqust) 1657, Çigirin, Kazak Hetmanlığı) — Kazak Hetmanlığının rəhbəri. == Həyatı == Polşa tarixçisi Osip Senkovskinin "Collectanea z dziejopisów tureckich" (1824-cü il) əsərində qəribə bir qravür vardır. Qravürdə getman Boris Xmelnitski tatar xanı ilə birlikdə namaz qılır. Bu illüstrasiyanı Vasili Smirnovun "Krım xanlığının tarixi" əsərinin səhifələrində də görmək olar. Bu qəribə illüstrasiyanın öz izahı vardır. Tarixçilərə çoxdan məlumdur ki, XVII əsr türk salnaməçisi Mustafa Naimin "Hüseynin gül bağçası Şərq və Qərb hadisələri işığında" əsərində Xmelnitskinin İslamı qəbul etməsi barədə fraqment vardır. Bunun da tarixi 1648–1654-cü illər Böyük azadlıq müharibəsindən çox-çox əvvələ, XVII əsrin əvvəllərinə gedib çıxır. 1620-ci ilin oktyabrında hələ gənc olan Xmelnitski öz atası Mixail ilə birlikdə Podolda, Tsetsoroy kəndi yaxınlığında polyak-osmanlı döyüşündə iştirak etmişdi. Bu döyüşdə atasının tatarlar tərəfindən öldürülməsinin şahidi olan Boqdan qəzəblə düşmən qılınclarının üzərinə atılır və əsir düşür.
Boqdan Qurdziçki
Boqdan Qurdziecki (Fars dilində Bohtam Beg kimi tanınır) (12 aprel 1700-cü ildə vəfat edib) Səfəvilər dövlətində ilk daimi Polşa sakini kimi xidmət edən Gürcüstan əsilli Polyak diplomatı. == Həyatı == Gürcüstanda zadəgan gürcü ailəsində anadan olan Qurdziçmki 1650-ci illərin əvvəllərindən Polşa tacına xidmət edirdi. Soyadı türk və farsların gürcüləri adlandırdığı "Gürcü" sözündən gəlir. O, Səfəvilər dövlətini Osmanlı əleyhinə ittifaqa cəlb etmək məqsədilə Səfəvilər dövlətində Rusiya və Polşanın siyasi və iqtisadi maraqlarını güdən Polşa diplomatik missiyasının rəhbəri kimi İsfahana göndərilmişdi. Bundan sonra Qurdziçki Polşa və Səfəvilər arasındakı diplomatik münasibətlərdə, eləcə də Rus-Gürcüstan qarşılıqlı əlaqələrində mühüm rol oynamışdır. 1700-cü ildə Moskvada vəfat etmişdir.
Ayrılarmı könül candan? (konsert)
Öndağ düzənliyi
Öndağ düzənliyi- dağların ətəyinə söykənən, əmələgəlməsi və inkişafı onlarla bağlı olan, düzənlik. Aydın müşahidə edilən meyilliyə malik olub, akkumulyativ və ya denudasion mənşəli ola bilər.
"Boqdan Xmelnitski" ordeni
Boqdan Xmelnitski ordeni — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni.
Bançan
Bançan (/ ˈbɑːnˌtʃɑːn, koreyaca: 반찬) və ya bansang Koreya mətbəxində bişmiş düyü ilə birlikdə təqdim olunan kiçik yan yeməklərə verilən addır. Sadə bançan adətən bişmiş düyü, şorba, acı bibər pastası, soya sosu, cige (şorba) və kimçidən ibarət olur. Masaya qoyulan bançanın sayına görə 3çop(삼첩), 5çop(오첩), 7çop(칠첩), 9çop(구첩), 12çop(십이첩) kimi növləri var, 12çop adətən Koreya kral mətbəxində istifadə olunur. Banchan paylaşılacaq masanın ortasına qoyulur. Masanın mərkəzində, ikinci dərəcəli əsas kurs, məsələn, galbi və ya bulgogi və ortaq bir jjigae . Bişmiş düyü və guk (şorba) qabları ayrıca qoyulur. Banchan kiçik hissələrdə verilir, hər yeməkdə bitməli və kifayət deyilsə yemək zamanı doldurulur. Adətən, yemək nə qədər rəsmi olarsa, daha çox banchan olacaqdır. Jeolla əyaləti, bir yeməkdə bir çox müxtəlif çörək növünə xidmət etməklə məşhurdur . == Tarixi == BBançanın Üç Krallıq dönəmində buddizmin təsiri və bu krallıqların monarxiyaları tərəfindən ət yeməsinə qarşı qoyduqları qadağa hökmünün nəticəsində meydana gəldiyi düşünülür.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Burdun
Burdun — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır (yenə orada). Türk dillərində bor, bur boz və ton təpə sözlərindən ibarətdir.
Bustan
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazinin “Bustan” əsəri fars ədəbiyyatının ən mühüm klassiklərindən biridir və 1257-ci ildə yazılmışdır. “Bustan” (“Bağça”) öyüdlər və hekayələrdən ibarət etik-didaktik bir əsərdir. Sədi bu əsərində həyatın müxtəlif sahələrindən; ədalət, doğruçuluq, fəzilət, mərhəmət, təvazökarlıq kimi mövzulardan bəhs edir. Əsər on fəsildən ibarətdir və hər bir fəsil müxtəlif mövzulara həsr edilib: 1. Ədalətli padşahların davranışları 2. Şəxsi fəzilətlər 3. Məhəbbət və dostluq 4. Təvazökarlıq və təmkin 5.
Butuan
Butuan — Filippində şəhər. Aqusandel-Norte əyalətinin inzibati mərkəzi, Karaqa rayonunun ən böyük şəhəri. == Əhalisi == Əh. 309,7 min (2010). == Coğrafiyası == Mindanao adasının şimalında, Aqusan çayının Mindanao dənizinin Butuan buxtasına töküldüyü yerdədir. Transfilippin avtomagistralında avtomobil yolları qovşağı. Bərə yolu Mindanao adasını Manila ilə birləşdirir. Yerli dəniz portu. Aeroport. == Tarixi == İndiki Butuandan 5 km aralı olan ərazidə yaxşı vəziyyətdə qalmış ağacdan düzəldilmiş bir neçə dəniz gəmisi – “balanqay(uz.
Handan Sultan
Xəndan Sultan (1565, Osmanlı imperiyası – 9 noyabr 1605, Konstantinopol) — 13. Osmanlı sultanı III Mehmedin xanımı və I Əhmədin anası, Validə sultan. == Saraya daxil olmağı == Xəndan Sultan , son araşdırılan Balyos Raporları'na görə Boşnak əsilli və Cərrah Mehmed Paşanın cariyələrindən olan bir qız idi. Gözəlliyindən görə o dövrdə Manisa bayraq bəyi olan III Mehmedə hədiyyə edilmiştir. Yəni qısaca Xəndan Sultan 1583-cü ilin ikinci yarısında hareme girmişdir. Harama addım atmasından sonra Səfiyyə Sultanın ilk gəlini Halime Sultanın anlaşılmazlıqları nəticəsində III . Mehmed'e şəxsən Səfiyyə Sultan tərəfindən təqdim edildiyi aydın olur. 1589-cu ilin ətrafında III Mehmedin yoldaşı olduğu düşünülməkdədir. Daha sonra özünə ''gülər'' ya da ''şən'' mənasına gələn ''Xəndan'' adı verilmişdir . Təmiz əxlaqı ilə özünü hər kəsə sevdirən Xəndan Sultan yaşadığı müddət boyunca oğlu Şahzadə Əhmədin tərbiyəsi ilə maraqlandı.
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Cunqan
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,660 nəfər və 3,437 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Dunqan
Dunqanlar- Huey xalqının Orta Asiyadakı hissəsinin adı. XIX əsrdə baş vermiş üsyanın yatırılmasından sonra hakimiyyətin cəza tədbirlərindən xilas olmaq məqsədilə, o vaxtkı Rusiya imperiyasının ərazisi olan Orta Asiyaya qaçmaq məcburiyyətində qalmışlar. Həmin dövrdən etibarən orada məskən salaraq, yaşamağa başlamış, yerli əhali tərəfindən dunqan adı ilə tanınmışlar. Onların rəsmi surətdə bu adı almaları yalnız SSRİ-nin dövründə, 1924-cü ildə baş vermişdir. Sayları Qazaxıstanda 40 min, Qırğızıstanda isə təxminən 60 minə yaxındır. Buradan başqa Özbəkistan, Tacikistan və Rusiya Federasiyasında da kompakt şəkildə yaşayırlar. Onlar əsasən kənd təsərrüfatı, ticarət və restoran biznesi ilə məşğul olurlar. O da çox maraqlıdır ki, dunqanlar Orta Asiyada ən aşağı sosial vəziyyətə və ən çox dini özünüdərk duyğusuna malik xalq hesab edilirlər. Onların yalan danışmamaları, ticarətlə məşğul olsalar belə, alıcıları aldatmamaq kimi xislətləri qonşu xalqların arasında bir zərb-məsəl halına gəlmişdir. Dunqanlar özünəməxsus mədəniyyətə malikdirlər və qonşu xalqlar içərisində öz ənənələrinə görə də seçilirlər.
Lunğan
Lunğan (lat. Dimocarpus longan, çin. 龍眼 lùhngngáahn – əjdahanın gözü), Sapindaceae ailəsindən tropik yerlərdə bitən bir ağac növü və həmin ağacın meyvəsidir. Lunğan meyvəsi Liçidən daha dadlı hesab olunur, fəqət liçi daha suludur, bununla birlikdə liçinin əksinə daha sərin yerlərdə yetişmə imkanına sahibdir ayrıca Liçiyə görə quraqlığa daha dözümlüdür. Kiçik ağacların dalları −1 dərəcədən sonra zərər görür. Birneçə dərəcə daha düşdüyündə isə təmamən donur və ölür. Böyük ağaclarda −3 dərəcələrdə yarpaqlarda itkilər görülür; −4 dərəcələrə düşdüyündə kişik dalllarda itki görülür. İstilik −5 dərəcənin altına düşdüyündə isə Böyük dallarda itki görülür və hətta ağac təmiz ölə bilər.
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Hunday
Hyundai bu mənalara gələ bilər:
Boqdan Xmelnitski ordeni
Boqdan Xmelnitski ordeni — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni.
Dandan Beer-Şevaya
Dandan Beer-Şevaya — "Yəhudi Bibliyası"nda doqquz dəfə istifadə edilən ifadə. Bu, şimalda Dan və cənubda Beer-Şeva arasında İsrail qəbilələrinin məskunlaşdığı ərazilərə aid edilir. Bu termin Birinci Dünya müharibəsindən sonra Britaniyanın Fələstin mandatı ilə bağlı danışıqlar zamanı İngiltərə siyasətçiləri tərəfindən istifadə edilən mövqeyə töhfə vermişdir. == Müasir tarix == Birinci Dünya müharibəsindən sonra aparılan sülh danışıqları zamanı "Dandan Beer-Şevaya" ifadəsi Britaniyanın Fələstinin ərazisinin Millətlər Liqasının mandatı olaraq Osmanlı imperiyasından çıxarılması təklifinə töhfə vermişdir. 13 sentyabr 1919-cu ildə Lloyd Corcdan Jorj Klemansoya verilən memorandumda Britaniya Fələstinin "Dandan Beer-Şevaaya qədər qədim sərhədlərinə uyğun olaraq müəyyən ediləcəyi" ifadə edilmişdir.
Bünyad
Bünyad — kişi adı. Bünyad Sərdarov Bünyad Sərdarov (inqilabçı) — Azərbaycanlı inqilabçı, bolşevik. Bünyad Sərdarov (alim) — Azərbaycanlı alim, professor. Bünyad Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Bünyad Məmmədov — azərbaycanlı rejissor. Təxəllüs Yaşar Bünyad — azərbaycanlı yazıçı. == Həmçinin bax == Bünyad (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.