Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Optik simsiz rabitə
Optik Simsiz Rabitə (ing. Optical wireless communications; abr. OWC) gözlə görünən, infraqırmızı (İQ) və ya ultrabənövşəyi (UV) işıqdan istifadə edilərək signalın ötürüldüyü bir optik kommunikasiya növüdür. Ümumiyyətlə qısa məsafəli ünsiyyətdə istifadə olunur. Görünən spektrumunda (390-750 nm) fəaliyyət göstərən OWC sistemləri ümumilikdə "görünən işıq rabitəsi" (Visible Light Communication - VLC) adlanır. VLC sistemləri, işıq çıxışı və insan gözünə təsir göstərmədən çox yüksək sürətlə impuls yaya bilən işıq diodlarından (LED) istifadə edir. VLC simsiz lokal şəbəkələrdə, simsiz fərdi lokal şəbəkələrdə və nəqliyyat şəbəkələri də daxil olmaqla geniş formada istifadə oluna bilər. Digər tərəfdən, boş yer optik (Free Space Optical) sistemləri kimi tanınan yerüstü və nöqtədən nöqtəyə optik simsiz rabitə sistemləri yaxın IR tezliklərində (750-1600 nm) işləyir. Bu sistemlər adətən lazer ötürücülərindən istifadə edir və yüksək məlumat sürəti ilə, yəni hər dalğa uzunluğu üçün 10 Gbit/s olmaqla qənaətli və protokol-şəffaf (protocol-transparent) əlaqəsini istifadə edir. Əgər məlumat axını tıxansa (backhaul) geri çəkilmə üçün potensial həll yolu təqdim edir.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Optik cihazlar
Optik cihazlar — optik şüalanmanı çevirməklə görmə imkanlarını genişləndirən cihazlar. Geniş yayılmış optik cihazlara misal kimi persikop, mikroskop, teleskop və kameraları göstərmək olar. == Təsvirin təkmilləşdirilməsi == İlk optik cihazlar uzaqdakı cisimlərin böyüdülmüş xəyalını almaq üçün istifadə edilən teleskoplar və çox kiçik obyektlərin təsvirini böyütmək üçün istifadə edilən mikroskoplar idi. Qaliley və van Levenhukun dövründən bəri, bu cihazlar çox təkmilləşdirilmiş və elektromaqnit spektrinin digər hissələrini də əhatə etməyə başlamışdır. Binokl daşınabilən yığcam cihazdır. Kamera optik cihazların bir növü hesab olunur, stenop və obskura kamerası belə cihazların çox sadə nümunələridir. == Analiz == İşıq və ya optik materialların xassələrin analiz etmək üçün başqa bir optik cihazar sinfi tətbiq olunur. Onlara daxildir: İnterferometr — işıq dalğalarının interferensiya xassələrini ölçür Fotometr — işığın intensivliyini ölçür Polyarimetr — polyarlaşmış işığın dispersiyasını və ya polyarlaşma müstəvisinin fırlanmasını ölçür Reflektometr — səth və ya obyektin qaytarma qabiliyyətini ölçür Refraktometr — müxtəlif materialların sındırma əmsalını ölçür Spektrometr və ya monoxromator — kimyəvi analiz və ya material analizi məqsədi ilə optik spektrin bir hissəsini generasiya edir və ya ölçür Avtokollimator — bucaq sapmalarını ölçür Vertometr — kontakt linzaların, eynək və lupa linzalarının sındırma qüvvəsini təyin etmək üçün istifadə olunurDNT sekvenserləri də optik cihazlar hesab edilə bilər, çünki onlar DNT zəncirinin xüsusi nukleotidinə qoşulmuş flüoroxrom tərəfindən buraxılan işığın rəngini və intensivliyini analiz edirlər. Səth plazmon rezonansına əsaslanan cihazlar biomolekulyar qarşılıqlı təsirləri ölçmək və analiz etmək üçün refraktometriyadan istifadə edir.
Optik lif
Fiber-optik və ya optik lif — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif. Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir. Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir. Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür. Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir.Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır. Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır. Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur. 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur. Optik liflərin aşağı itkilərlə birləşdirilməsi optika rabitə üçün çox vacibdir.
Optik materiallar
Optik materiallar Optik materiallar təbii və sintetik materiallar, monokristallar, polikristallik ( şəffaf keramik materiallar), şüşələr ( optik şüşələr, fotositallar), polimer ( üzvi şüşə) və bu və ya digər elektromaqnit dalğaların diapazonunda şəffaf olan materiallar. Onlardan spektrin ultrabənövşəyi, görünən, infraqırmızı oblastında işləyən optik elementlərin hazırlanmasında (istehsal üçün) istifadə olunur. Danışıq dilində və sənayedə bir çox hallarda bütün bərk optik materialları şüşə adlandırırlar. Bəzən optiki şüanı ötürən optiki mühit, bəzi polimerlər, lent, hava qaz, maye və başqa maddələr də optik material rolunu oynayır. == Silikat şüşələr == Ən qədim və tanınmış optik material silisium dioksid və digər maddələrin qarışığından ibarət adi şüşədir. Texnologiyanın inkişafı və optik cihazların təkmilləşdirilməsi tələblərinin sərtləşdirilməsi texniki şüşələrin xüsusi bir sinifi optik şüşələrin yaradılmasına gətirib çıxartdı. Digər şüşələrdən yüksək şəffaflığı, saflığı rəngsizliyi, həmcinsliyi, ciddi sındırma və dispersiya qabiliyyəti ilə fərqlənir. == Kvars şüşə == Təmiz silisium dioksidi (məsələn, dağ billurunu) əritməklə kvars şüşəsini əldə etmək olar. Digər silikat şüşələrdən kimyəvi davamlılığı, olduqca aşağı xətti genişlənmə əmsalı və nisbətən yüksək ərimə temperaturu (1713-17280C) ilə fərqlənir. Bunun sayəsində daha geniş temperatur diapazonunda və aqressiv mühitdə işləyə bilən optik sistem qurmaq mümkündür.
Optik mikroskop
Optik mikroskop — XX əsrin ortalarına qədər alimlər ancaq optik cihazlarla işləyirdilər. Onlar nöqtələr arası məsafə ~0,20 mкm olan strukturları görə bilirdilər, ona görə də maksimal böyütmə ~2000 krat ola bilirdi. Bu isə elmin tələblərini ödəyə bilmirdi.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.
Optik reflektometr
Optik reflektometr (ing. OTDR, Optical Time Domain Reflectometer) — fiber-optik ötürmə xətlərinin parametrlərini ölçmək üçün cihazdır. == İş prinsipi == Cihazın iş prinsipi reflektometrin optik lifə buraxdığı əks olunan optik impulsların təhlilinə əsaslanır. Optik reflektometr ilə ölçmələr işığın lifdə geri səpilməsi hadisəsinə və sındırma indeksində sıçrayışlardan işığın əks olunmasına əsaslanır. Xətt boyunca yayılan işıq impulsları , xətt üzrə qeyri-homogenlik və mühitdə udulma səbəbindən əks olunma və zəifləmə yaşayır. Optik implus yönləndirici bağlayıcı vasitəsilə lifə vurulur. Bu implus lif vasitəsilə yayılır və lifin zəifləmə faktoruna uyğun olaraq zəiflədilir. Optik gücün əhəmiyyətsiz bir hissəsi dağılır və nəticədə əks səpələnmiş şüalanma istiqamətləndirici birləşdirici vasitəsilə fotodetektora daxil olur, elektrik siqnalına çevrilir, gücləndirilir, işlənir və nəticə göstərilir. Optik reflektometrdən istifadə edərək zəifləmənin ölçülməsi müəyyən bir lif üçün geri səpilmə əmsalının sabit olduğu fərziyyəsinə əsaslanır, yəni lifin hər bir nöqtəsində eyni miqdarda optik güc geriyə səpilir, lakin lifin özünün zəifləməsi səbəbindən, Optik reflektometr fotodioduna xətti azalan optik güc verilir. 1 və 2 nöqtələri arasında lifin zəifləməsi müvafiq güc səviyyələri P1 və P2 arasındakı fərqin yarısı kimi müəyyən edilir: A=-(0.5)*(P1-P2)(dB) - fakta görə -0.5 çarpan görünür.
Optik skaner
Optik skaner (optical scanner) – kağızda və ya başqa daşıyıcıda olanları xüsusi proqram təminatının (məsələn, qrafikanın oxunması və ya simvolların optik tanınması) köməyilə oxuyaraq, açıq və tünd (və ya rəngli) nöqtələr yığınını rəqəmli siqnala çevirən daxiletmə qurğusu. Quruluş özəlliklərinə görə skanerlərin bir neçə növünü fərqləndirirlər: planşet skanerlər (FLATBED SCANNER), səhifə skanerləri (PAGE SCANNER), slayd skanerləri (SLIDE SCANNER), əl skanerləri (HANDHELD SCANNER). Ən çox yayılmış növü planşet skanerlərdir ki, orada darayıcı qurğu tərpənməz sənəd boyunca hərəkət edir. Skanerlər adi faksimil operatorlarda olduğu kimi, baxdıqları kağızı tərpənməz baxış mexanizmi üzəri ilə hərəkət etdirə də bilər. Bəzi xüsusi skanerlər videosiqnalı proqram təminatı vasitəsilə emal olunmaq üçün rəqəmli siqnala çevirən standart videokamera ilə də işləyir. Əl skanerləri də çox tanınır; belə adlanmalarına səbəb istifadəçinin onları əllə tutaraq sənədin üzəriylə hərəkət etdirməsidir. Əl skanerləri ucuz olsalar da, onların baxış zonasının eni məhdud olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Skaner nədir?
Optik spektr
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib. Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur.
Optik sıxlıq
Optik sıxlıq — işığın uducu mühitdə, aşkarlanmış fotolövhələrdə, işıq süzgəclərində və s. optik sistemlərdə udulmasını xarakterizə edən optik parametr. Buraxma əmsalının ( τ {\displaystyle \tau } ) tərs qiymətinin onluq loqarifmi ilə təyin olunur: D = lg ⁡ ( 1 / τ {\displaystyle D=\lg(1/\tau } ), yaxud D = lg ⁡ F d a x F x a r {\displaystyle D=\lg {\frac {F_{dax}}{F_{xar}}}} . Burada Fdax və Fxar uyğun olaraq verilmiş dalğa uzunluğuna malik işığın obyektə daxil olma və ondan xaric olma intensivliyidir. D=4 olması o deməkdir ki, işıq 104=10 000 dəfə zəifləyib, yəni insana bu, mütləq qara obyekt kimi görsənir. Optik sıxlıq monoxromatik şüalanma zamanı additiv kəmiyyətdir, yəni ardıcıl qoyulmuş bir neçə obyektin optik sıxlığı bu obyektlərin optik sıxlıqının additiv cə-minə bərabərdir. Şüalanma qeyri-monoxromatik olduqda, udma qabiliyyətinə malik olan obyektlərin optik sıxlığı ayrı-ayrı obyektlərin optik sıxlığının cəmindən kiçikdir. Səpici olmayan bircins mühitlər monoxromatik şüalanmaya məruz qaldıqda (uducu layın üzlərindən qayıtma nəzərə alınmadıqda) onların optik sıxlıqğı D= κ {\displaystyle \kappa } cl kimi təyin olunur (c—konsentrasiya, l—uducu mühit layının qalınlığı, κ {\displaystyle \kappa } —maddə-nin vahid konsentrasiyasın müvafiq udma əmsalıdır). Uducu layın işıq düşən və çıxan üzlərindən qayıtma baş verdiyi nəzərə alındıqda D = κ {\displaystyle \kappa } cl— lg[(1— R1) (1— R2)] olur (R1 və R2 uducu mühit üzlərinin qaytarma əmsallarıdır). Mühit qismən səpici olduqda optik sıxlıq düşən işıq dəstəsinin forma və ölçülərindən asılı olur.
Fiber-optik
Fiber-optik və ya optik lif — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif. Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir. Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir. Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür. Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir.Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır. Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır. Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur. 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur. Optik liflərin aşağı itkilərlə birləşdirilməsi optika rabitə üçün çox vacibdir.
Optik fiber
Fiber-optik və ya optik lif — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif. Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir. Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir. Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür. Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir.Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır. Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır. Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur. 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur. Optik liflərin aşağı itkilərlə birləşdirilməsi optika rabitə üçün çox vacibdir.
Kimyəvi rabitə
Kimyəvi rabitə — molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu. Kimyəvi rabitə- maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların qarışılıqlı təsiri ilə müəyyən edilir. Atomun quruluş nəzəriyyəsi kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edir. == Kimyəvi rabitənin növləri == Rabitələrin aşağıdakı növləri var: Hidrogen Kovalent İon Metal == Molekul == Molekul, iki və daha çox atomdan təşkil olunmuş hissəcikdir. Ən sadə molekul iki hidrogen atomundan əmələ gəlmiş hidrogen molekuludur (H2). Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır. Müəyyən edilmişdir ki, kimyəvi rabitənin yaranması və onun təbiəti, əsasən qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə əlaqədardır. Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir. Oktet qaydasına görə, kimyəvi rabitə yaranarkən xarici energetik səviyyələr tamamlanır, əksər hallarda 8 elektronlu oktet… ns2np6, bəzi hallarda (H-, He0, Li+, Be2+, B3+ atom və ionları üçün 2 elektronlu dublet vəziyyəti −1s2 yaranır. == Elementlərin elektromənfiliyi == Birləşmələrdə kimyəvi rabitənin tipini qabaqcadan bilmək üçün elementlərin elektromənfilik anlayışından istifadə edilir.
Naqilsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Proseslərarası rabitə
Proseslərarası rabitə (ing. interprocess communication (IPC); rus. межпроцессное взаимодействие; türk. süreçler arası iletişim) – bir kompüterdə çoxtapşırıqlı əməliyyat sistemində icra olunan proqramlar arasında, yaxud şəbəkə mühitində icra olunan proqramlar arasında verilənlərin ötürülməsi metodları. IPC’nın ümumi üsulları və vasitələrinə kanallar (PIPES), semaforlar, yaddaşın bölünməsi, növbələr, siqnallar, Clipboard, DDE, OLE aiddir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qazaxıstanda rabitə
Məlumat dünyanın CIA Kataloqundan götürülmüşdür (20 mart 2011-ci il) : Telefonlar — əsas xətlər: 4.928 milyon (2011) Telefonlar — cib telefonları: 14.995 milyon (2009) Telefonun ölkə kodu: +7 Telefon sistemi: Ölkədaxili: Quru xətləri, radiorele rabitəsi və peyk rabitəsi vasitəsi ilə şəhərlər arasında. Sabit əlaqələrin sayı tədricən artır və hər 100 nəfərə təxminən 40 nəfərdir. Mobil (mobil) əlaqələr sürətlə böyüyür və onların sayı 100 nəfərə 88 nəfərdir. Beynəlxalq: Digər postsovet respublikaları və Çin ilə beynəlxalq rabitə quru xətləri və mikrodalğalı radiorele rabitəsi vasitəsi ilə həyata keçirilir. Digər ölkələrlə peyk və Trans-Asiya-Avropa (TAE) fiber optik kabel vasitəsilə. Peyk yerüstü stansiyaları: Intelsat. Qazaxıstan peykləri — KazSAT-1, KazSAT-2, KazSAT-3, KazSAT-4. Radio yayım stansiyaları: AM - 60, FM - 24, qısa dalğa - 14 (2011) Radio: 11.47 milyon (2011) Televiziyalar: 26 (üstəgəl 14 təkrarlayıcı) (2011) İnternet provayderləri: 18 (öz beynəlxalq kanalları ilə) (2011) İnternet aparıcıları: 180 217 (2011) İnternet istifadəçiləri: 400.000 (2005) 1,247,000 (2006); 5.300.000 (2011) İnternet domeni :.kz, .қаз == Mobil əlaqə == Qazaxıstanda mobil rabitə GSM (900, 1800) və UMTS (900, 2100) formatında həyata keçirilir. 2012-ci ildə mobil rabitənin nüfuz nisbəti 120% təşkil etmişdir. 2015-ci ildə Qazaxıstanda mobil rabitə səviyyəsi 185% -ə çatdı - ölkədə 31 milyondan çox SİM kart qeydiyyata alındı.
Rabitə, kommunikasiya
Rabitə Bakı
Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparırdı. Komanda tez-tez heyətini dəyişdirdiyindən hər mövsüm Rabitədə fəqli-fərqli voleybolçuları görmək olardı. Yerli voleybolçulara üstünlük verməyən klubda dünyanın hər yerindən ən tanınmış simaları görmək mümkün idi. Komandanın əvvəlki heyətinə baxdıqda onlarla dünya çempionu, olimpiya çempionu və mükafatçıları görmək mümkündür. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub. == Tarixi == 2001-ci ilin 14 dekabrında əsası qoyulan Rabitə Voleybol Klubunun Rabitə Bakı komandası 2004-cü ildə yaradılmışdı. Klub ölkə çempionatında ilk gümüş medalını 2005-ci ildə qazanıb. 2007-ci ildə ilk dəfə qızıl medalı qazanıb. Həmin ildən etibarən komanda hər il ölkə çempionatının qalibi olub.
Rabitə protokolları
Verilənlərin ötürülməsi protokolları — müxtəlif proqramlar arasında məlumatların mübadiləsi tanımlayan bir interfeys logic level müqavilələr toplusu. Bu razılaşmalar yer, avadanlıq, ayrılır proqram qarşılıqlı mesaj və səhv rəftar göndərmək üçün tutarlı bir yol müəyyən və ya interfeys ilə bağlıdır. Standartlaşdırılmış ötürülməsi protokolu da xüsusi hardware platforma və istehsalçının (məsələn, USB, Bluetooth) bağlı deyil interfeys inkişafı (artıq fiziki səviyyədə), imkan verir. == Şəbəkə protokolları == Şəbəkə Protokol - iki və ya daha arasında əlaqə və mübadilə məlumatlar şəbəkə cihazları daxil imkan verən qaydalar və hərəkətlərdən (tədbirlər ardıcıllıqla) bir sıra. Şəbəkə protokollarının 4 siyahısı Link Layer Network Layer Nəqliyyat Layer Session Layer Application LayerIETF müəyyən İnternet yeni protokollar və digər protokollar - IEEE və ISO. İTU-T telekommunikasiya protokolları və formatlar ilə məşğul olur. TCP / IP - İnternet üçün əsas olan iki protokol. Protokol TCP (Transmission Control Protocol) paketlər və üzrə ötürülən informasiya ayırır. Protokol IP (Internet Protokol) Bütün paketləri köçürülür. Sonrakı bütün hissələri qəbul olub-olmadığını yoxlamaq üçün TCP protokolu istifadə edərək. TCP bütün hissəsinin sonra alınması üçün onların təşkil və birlikdə toplanır.
Radio rabitə
Radiorabitə — XX əsrin əvvəllərindən istifadəyə verilmiş bir telekommunikasiya sistemidir. Bu sistem elektromaqnit dalğaları hesbına əmələ gəlir və verilənləri almaq və ötürmək qabilliyətinə malikdir.Onu elmə Qulyelmo Markoni gətirmişdir. Sistem inkişaf etdikcə onu hətta qitələrarası teleqraf rabitəsində də istifadə edirlər. == Yaranma yolları == Elekromaqnit rəqsləri almaq üçün rəqs koturundan istifadə olunur.Rəqs konturunda elektrik sahəsi kondensatorun köynəkləri arasında ,maqnit sahəsi isə sarğac daxilində və onun ətrafında mövcud olur. Bu cür kontur fəzaya elektrommaqnit dalğaları şüalandırmır.Ona görə belə kontur qapalı rəqs konturu adlanır.
Simsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Türkmənistanda rabitə
Türkmənistanda telekommunikasiya — Türkmənistan iqtisadiyyatının bir sahəsidir. == Mobil rabitə == Türkmənistanda mobil rabitə GSM formatında həyata keçirilir. Bir mobil "Altın Asır" operatoru GSM formatında işləyir. Monopol bir şirkətdir, 2010-cu ildə şirkət 500 mindən çox abunəçiyə xidmət göstərirdi.2010-cu ildə lider 2,4 milyon abunəçisi olan MTS-Türkmənistan şirkəti idi. Lakin 21 dekabr 2010-cu ildə MTS şirkəti rabitə xidmətlərinin göstərilməsini dayandırdı, yəni şirkətin bütün abunələri (2,4 milyon nəfər) əlaqədən çıxdı. Elə həmin gün ana şirkət olan MTS-nin (Rusiya) rəsmi elanında deyilirdi ki, "Rabitə Nazirliyi tərəfindən üçtərəfli müqavilənin bir sıra pozuntuları ilə bağlı şirkət Beynəlxalq Ticarət Palatasındakı Beynəlxalq Arbitraj Məhkəməsinə iddia qaldırıb. Türkmənistan və ayrıca BCTI lisenziyalarının dayandırılması barədə yuxarıda göstərilən bildirişlə əlaqədar Türkmənistanın Arbitraj Məhkəməsinə iddia verdi. 30 avqust 2012-ci ildə MTS-Türkmənistan işini davam etdirdi və sakinlərinə mobil xidmətlər göstərməyə başladı. === Mobil abunəçilər === 3.198.000 (2009-cu il üçün) Ölkənin dünya ilə müqayisəsi: 117 == İnternet == Türkmənistan 1997-ci ildə MCI Communications (daha sonra MCI WorldCom) ilə müqaviləyə əsasən İnternetə giriş əldə etmişdir. 2001-ci ildə TürkmənTelecom məlumat ötürmə xidmətlərinin göstərilməsində inhisara çevrildikdə az sayda müstəqil İnternet provayderi fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı.
İon rabitə
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. == Xarakteristika == İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
Üçqat rabitə
Kimyada üçqat rabitə, bir kovalent tək əlaqədə adi iki əvəzinə altı əlaqə elektronunun iştirak etdiyi iki atom arasındakı kimyəvi rabitədir. Üçlü rabitələr ekvivalent tək rabitə və ya ikiqat rabitədən daha güclüdür. Ən çox yayılmış üçqat rabitə azot N2 molekulundadır; Ən çox yayılmış ikincisi, alkinlərdə tapıla bilən iki karbon atomu arasında olmasıdır. Tərkibində üçlü bağ olan digər funksional qruplar siyanidlər və izosiyanidlərdir. Dinitrogen və karbon monoksit kimi bəzi diatomik molekullar da üçqat bağlanır. Skelet formullarında üçlü bağ iki bağlı atom arasında üç paralel xətt (≡) şəklində çəkilir.
Optika
Optika (q.yun. ὀπτική "görünənlər haqında elm") — işığın yaranma mexanizmini, təbiətini, onun yayılma və maddə ilə qarşılıqlı təsir qanunlarını öyrənən fizika bölməsi. İşıq dedikdə dalğa uzunluğu 0,01÷105 nm aralığında yerləşən elektromaqnit dalğaları başa düşülür. Dalğa uzunluqları 400÷760 nm intervalında yerləşən elektromaqnit dalğaları gözə görmə təsiri göstərir və bu səbəbdən görünən işıq adlanır. Optikanı şərti olaraq aşağıdakı bölmələrə ayırmaq olar: Həndəsi optika Dalğa optikası Molekulyar optika Kvant optikasıBir çox hallarda optikanın həndəsi optikadan başqa qalan bölmələrini birlikdə fiziki optika adlandırırlar. Optika elmi astronomiya, müxtəlif mühəndislik sahələri, fotoqrafiya və tibb (oftalmologiya və xüsusən də fizioloji optika adlanan optometriya) daxil olmaqla bir çox fənlərlə əlaqəli şəkildə öyrənilir. Optikanın praktiki tətbiqləri müxtəlif texnologiyalarda və gündəlik əşyalarda, o cümlədən güzgülər, linzalar, teleskoplar, mikroskoplar, lazerlər və lifli optikada mövcuddur. == Klassik optika == Klassik optika iki əsas budağa ayrılır: həndəsi optika və dalğa optikası. Həndəsi optikada işığa şüa kimi, dalğa optikasında isə elektromaqnit dalğası kimi baxılır. Şüa dedikdə işıq enerjisinin yayılma istiqamətini müəyyən edən xətt başa düşülür.