ZABİTƏ

is. [ ər. ]
1. Qayda, qanun, nizam, intizam.
[Divanbəyi:] Barı bu işin şükranəsinə nizamə tabe olun, əgərçi heç nizamı və zabitəni anlamırsınız. M.F.Axundzadə.

2. Başqalarına nüfuz və təsir etmə, özünə qarşı hörmət oyandırma qabiliyyəti; nüfuz, ciddiyyət. Onun heç zabitəsi yoxdur.
– Getgedə Müqim bəy Cavanşirin zabitəsi birə yüz artır, o, sürtülüb yağlanan bir qılınc kimi bərq verirdi. S.Rəhimov.
Xanpərinin zabitəsi əskilir, inadı azalırdı. Ə.Vəliyev.
[Sultan:] …Bu gündən belə mənim qaradinməzliyim, nə də zabitəm səni çəkindirməməli, əl-qolunu bağlamamalıdır. İ.Hüseynov.

Синонимы

  • ZABİTƏ qayda — qanun — nizam — intizam
  • ZABİTƏ nüfuz — ciddiyyət
  • ZABİTƏ zabitə bax 1. intizam 1; 2. nüfuz
ZABİT
ZABİTƏLİ

Значение слова в других словарях