Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oqurlar
Oqurlar və ya Oqur boyu — qədim türk boylarından biri. Müxtəlif corafi ərazilərə yayılmışdilər. Onlara bəzən Bulqar boyu da deyilməkdədir. Tarixi qaynaqlara görə, Tinq-linqlərin qərb qrupundan çıxdıqları bilinən Oqurlar Şərqi Avropaya doğru köç etmədən əvvəl 3 ayrı kütlə halında yaşayırdılar. Birinci kütlə Sır Dərya və Çu çayları arasında, ikinci kütlə Emba çayı hövzəsində, yəni qərbi Qazaxıstan bozqırlarında, üçüncü kütlə isə Yayık çayı civarında yaşayırdı. Böyük ehtimalla, birinci kütlə On Oqurları, ikinci kütlə Otuz Oqurları, üçüncü kütlə isə Doqquz Oqurlarını meydana gətirirdi. Oqurlar daha sonra Saroqur, Bittioqur, Ultinqur-Altziaqır, Kutriqur-kuturqur, Unqur-Hunnuqur, Utriqur kim boy birlikləri halında tarixdə görülməkdədir. Sabarlar tərəfindən 461-465-ci illərdə Ural dağlarının şərqindən qərbinə doğru sıxışdırılmışdırlar. Bu zaman onların bir qismi Cənubi və Şimali Qafqaz ərazilərində də məskunlaşmış və buranın tarixində mühüm rol oynamışdır. Qafqaz ərazisində adının kökü Oqurlardan gələn çox saylı yaşayış məskəni vardır.
Oğuzlar
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.
Uğurlar, Çarli!
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Uğurlar Charlie
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Qanuni oğrular
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Aqullar
Ağullar (aqul. агъулар, rus. агулы) — Qafqaz xalqlarından biridir. Ləzgi dilləri qrupuna aid olan Ağul dilində danışırlar. Cənub-şərqi Dağıstanın mərkəzi hissəsində (Ağul və Dərbənd rayonlarında) yaşayırlar. Dindarları sünni müsəlmanlardır. 1952-ci ilə qədər aqul məktəblərində tədris ləzgi dilindədə, sonra isə rus dilində olmuş, 1992-ci ildən isə ağul dilində aparılır. == Məşhur ağullar == Məhəmmədsaleh Qusayev — milli siyasəti, informasiya və Dağıstan Respublikasının xarici əlaqələr naziri (1998-2003).
Daurlar
Dahurlar — Çin Xalq Respublikasında milli azlıq statusuna sahib 55 etnik qrupdan biri, monqol dilli xalq. == Mənşə == Daur toplumunun necə formalaşdığı tam olaraq aydın deyil, belə ki, onların etnik mənşəyinə dair müxtəlif tədqiqatçı müəlliflər tarixən iki cür yanaşma formalaşdırıblar. Birinciyə görə daurlar kökən olaraq monqol mənşəlidir, ancaq sonradan güclü şəkildə tunqus-mancur təsirinə məruz qalmışdırlar. İkinciyə əsasən isə daurlar tunqus-mancur mənşəli qövm olmuş, ancaq 13-14-cü əsrdə monqol dilində danışmağa başlamışdırlar. Daurlar isə özlərini monqol dilli Kidan (Kitay və ya Xitay) xalqının birbaşa varisi hesab edirlər. Hazırda tədqiqatçıların çoxu daurları monqol kökənli hesab etməkdədir. Daurların ana dilində "Daur" sözü "əkinçi" mənasını verir. Bu ada ilk dəfə Min sülaləsinin Çində hakimiyyətdə olduğu dövrə (1368-1644) aid məxəzlərdə rast gəlinir. == Dil == Ana dillərindən başqa Daurların əksəriyyəti çin və monqol dillərində, az bir qismi isə evenk, qazax və mancur dillərində danışa bilir. 1990-cı il siyahıyaalınması zamanı Çində daur dilində danışanların sayı 84.950 nəfər olmuşdur.
Nohurlar
Nohurlar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Nohur yerli əhalinin ana dili olan tat dilində göl deməkdir. Kənd adını kənd ərazisində yerləşən 7 göldən(nohurdan) almışdır.
Ofiurlar
İlanquyruqlar (lat. Ophiuroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi.
Onqutlar
Onqutlar (Çincə: 汪古) — Çingiz xanın müttəfiqi boylardan biri və güclü tayfa. Çingiz xan zamanında Monqolustanda adları keçən Uyğur kökənli olduğu düşünülən və özlərinin bildirdiklərinə görə Şatolara dayanan bir tayfadır. Nəsrani Xristianlığı mənimsəmişdilər. Yaşadıqları coğrafiya, Çin səddi boyunca Ordos bozqırının şimal tərəfləri və bozqırın şimal-şərqindəki bölgələrdir. Gunumuzde,onlardan indiki söylənən xalqlar Qazaxistanda (Uvaklar-Waqdar), Monqolustanda (Tumed monqollari icinde bir Otaq),Cin Xalq Respublikasında və Rusiya Federasiyasında yasamaqdadırlar. Azərbaycana gələn onqutlar sonra hüngüt adlandı. Grousset, René, The Empire of the Steppes, 1970, p. xxxv, 213, Rutgers University Press Saunders, J.J., The History of the Mongol Conquests, 1970, p. 52, Routledge & Kegan Paul Ltd.
Ormurlar
Ormurlar—Əfqanıstanda yaşayan puştun tayfası. Ormurlar Əfqanıstanda yaşayırlar və Ormur dilində danışırlar. Sayları 5 min nəfərdir.
Oyunlar
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Qoturlar
Qoturlar (Xudafərin)
Qurdlar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Lurlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Qullar
Qullar (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Dərbənd) - Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Yuxarı Qullar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur. Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Quşlar
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Qırlar
Qırlar — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
Atalar və oğullar
Atalar və oğullar — rus yazıçı İvan Turgenevin ən məşhur əsəri. 1862-ci ildə yazılmış əsərin adı original olaraq "Отцы и дети" olsa da, azərbaycancaya "Atalar və oğullar" olaraq tərcümə edilmişdir. Əsərin hekayəsi 1850-ci illərin Rusiyasında keçir. Universitetdən yeni məzun olan Arkadi Kirsanov dostu Yevgeni Bazarovla birlikdə atasının malikanəsinə gəlir. Arkadinin atası Nikolay gəncləri öz malikanəsində, Marinoda sevinclə qarşılayır, lakin Nikolayın qardaşı Pavel bu gəlişdən heç də məmnun qalmır. Bunun səbəbi isə gənclərin, xüsusilə də Bazarovun davamçısı olduğu nihilizm fəlsəfi cərəyanıdır. Əsərin baş qəhrəmanı Bazarov tibb tələbəsi və qatı nihilistdir. O Arkadiyə müəllimlik edir, "qocaların" — Kirsanov qardaşlarının liberal ideyalarını amansızlıqla lağa qoyur. Bazarov üçün köhnə dünyadan qalmış heç bir qayda keçərli deyil, o bunları yıxmağa qərarlıdır. Pavelin kinayə ilə soruşduğu "Bəs hər şeyi dağıdandan sonra nə edəcəksiniz?" sualına isə, Bazarov "Bilmirik.
Bacarıqsız oğrular (film, 2011)
30 dəqiqə və ya daha az (ingiliscə orijinal adı: 30 Minutes or Less) — 2011-ci ildə çəkilmiş Amerika komediya filmidir. Filmin rejissoru Ruben Fleischer olmuş, baş rollarda isə Cessi Ayzenberq, Denni Makbrayd, Əziz Ansari və Nik Svardson oynamışdır. O, Columbia Pictures tərəfindən çəkilmiş və Media Rights Capital tərəfindən maliyyələşdirilmişdir. == Süjet xətti == Nik (Jesse Eisenberg) pizza çatdıran kuryerdir. Təsadüfən bir gün o, iki quldur tərəfindən qaçırılır və 30 dəqiqə ərzində bank soymağa məcbur edilir.
Uğurlar, Baltazar (film, 1966)
Uğurlar, Baltazar (fr. Au hasard Balthazar) — Robert Bresson tərəfindən çəkilmiş, 1966-cı ildə işıq üzü görən fransız filmidir. Anne Vyazemskinin ilk aktyorluq işidir. Filmin premyerası 1966-cı ildə Venesiya Film Festivalında baş tutub. Film “Qızıl eşşək” əsərinin süjetini yenidən təsvir edərək, ilk sahiblərinin — uşaqların Baltazar adlandırdığı uzunqulağın taleyindən bəhs edir. Film boyu uzunqulaq əldən-ələ keçərək sahiblərini dəyişir və hər kəs ona fərqli davranır - kimsə daha çox mehribanlıq (Anne Viazemskinin oynadığı Mari kimi), kimsə daha çox qəddarlıq göstərir. Baltazar və Mari tez-tez eyni insanlardan əziyyət çəkirlər. Heyvan taleyin bütün döngələrini həlimliklə, bir növ nəcib stoisizmlə qəbul edir. Süjet inkişaf etdikcə film bir ayəyə çevrilir və eşşək getdikcə daha çox müqəddəs görünür, Məsihin ardınca dünyanın əzablarını öz üzərinə götürən çoxsaylı Bresson fiqurlarına yaxınlaşır və hətta bu saleh insanları həlimlik və təvazökarlıqda üstələyir. Baltazarın ölümü "İvan İliçin ölümü" əsərinin ruhunda onun mənəvi çevrilməsi kimi göstərilir.
Uğurlar, Çak (film, 2007)
Uğurlar, Çak - Deyn Kuk və Cessika Albanın baş rolları paylaşdığı 2007-ci il amerikan romantik komediya filmi. Filmdə qadınlar Cakla seks etdikdən sonra "həyatlarının tək sevgilərini" tapırlar. 1985-ci ildə bir yığıncaqda cənnətdə yeddi dəqiqə oynarkən 10 yaşındakı Çarli Çak Loqan onunla seks etmək istəyən Anişa adlı qotik bir qızı öpməyi rədd edir. Əvəz olaraq Anişa Çarliyə lənətlənir. Beləliklə, yatdığı hər qadın Varlidən ayrılır və tezliklə başqa biriylə evlənir. İllər ötür, Çarli otuzlu yaşlarında uğurlu diş həkimidir və ənyaxın dostu Stu ilə eyni yerdə işləyir. Çak sevgilisi Karola onu sevdiyini deyə bilmir və sahildə onunla sekslə məşğul olarkən ondan ayrılır. Ayrılmadan sonra Çak və Stu Cakın köhnə sevgililərindən Keytin toyuna getməyə qərar verirlər. Keytin toyunda Çak Ceym Vekslerə aşiq olur. Ceym bacarıqsız, amma çəkici və mehriban dəniz bioloqudur.
Uğurlar, Çarli! (teleserial, 2010)
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Burlar
Bur sözü alman və bur dilində "fermer" mənasına gəlir. Cənubi Afrikada bu deyim niderland dilli Keyp sakinlərinə yönəldilir.
Orlar
Orlar, Horlar (yun. Ὥραι, fəsil) qədim yunan mifologiyasında, il fəsili ilahələri, Zevs və Temisin qızları (Helios və Selenanın qızları).
Dəyirmi qurdlar
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Həlqəvi qurdlar
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Kirpikliqarın qurdlar
Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir. == Ümumi xarakteristika == Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur. == Xarici quruluşu == Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir.
Lentşəkilli qurdlar
Lentşəkilli qurdlar (lat. Cestoda) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Parazit həyat tərzi özünü daha kəskin göstərir. Yetkin halda onurğalı heyvanların bağırsağında rast gəlinir. Cavan mərhələlərdə isə onurğasız və onurğalı heyvanların bədən boşluğunda və müxtəlif orqanlarına parazitlik edir. == Quruluşu və fiziologiyası == Bədən adətən uzununa dartılmış formada olub, lentşəkillidir. Uzunluğu 1mm-dən 10 m arasında dəyişir. Rəngi ağ və ya sarımtıl rəngdədir. Lentşəkilli qurdların bədəni başcıq, boyuncuq və buğumlardan ibarətdir. Başcıq üzərində əzələli sormaclar və qarmaqlar vardır.
Oyunlar nəzəriyyəsi
Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[mənbə göstərin] [mənbə göstərin] Oyunlar nəzəriyyəsi — (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər.
Qoturlar (Urmiya)
Qoturlar (fars. قطورلار‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (97 ailə).
Ağullar
Ağullar (aqul. агъулар, rus. агулы) — Qafqaz xalqlarından biridir. Ləzgi dilləri qrupuna aid olan Ağul dilində danışırlar. Cənub-şərqi Dağıstanın mərkəzi hissəsində (Ağul və Dərbənd rayonlarında) yaşayırlar. Dindarları sünni müsəlmanlardır. 1952-ci ilə qədər aqul məktəblərində tədris ləzgi dilindədə, sonra isə rus dilində olmuş, 1992-ci ildən isə ağul dilində aparılır. == Məşhur ağullar == Məhəmmədsaleh Qusayev — milli siyasəti, informasiya və Dağıstan Respublikasının xarici əlaqələr naziri (1998-2003).
Onogurlar
Onogurlar, Macarların, Bolqarların və Uyğurların bir qisiminin mənşəyini meydana gətirən Hiungu konfederasiyası içərisində iştirak etmiş Türkcə danışan bir qövm. Macarların, Bolqarların və Uyğurların bir qisminin mənşəyini meydana gətirən Onogur, Hiungulara bağlı birliklərdən biri olaraq ana yurdları Tanrı dağlarının qərbi ilə Eli çayı arasındakı bölgə idi. Onogurlara aid ilk məlumatlar 461–465 illəri arasında Qərbi Sibir qövmləri arasında baş verən köç hadisəsi ilə əlaqədardır. Hiungnular çökdükdən sonra, Altay dağları ilə Ural dağları arasında müstəqil fəaliyyətlərə giriş idilər. Sabir/Sabar köçləriylə fəaliyyətlərini itirdilər. a. Bir qisimi Ugor xalqlari ilə birləşərək bugünkü Macarları meydana gətirdilər və Avropaya köçdülər. b. Bir qisimi Qaradənizin şimalında Bolqar boyunu meydana gətirdilər. c.
Oğurluq
Oğurluq — özgəsinə məxsus olan əmlakın ələ keçirilməsi. Bəzi oğrular şəxsi maraqları üçün oğurluq edirlər, bəziləri isə ehtiyac və ya çarəsizlik üzündən oğurlaya bilər. Bəzi hallarda oğurluq asılılıq və ya digər psixi sağlamlıq problemlərindən qaynaqlanır. Oğurluq qanuna ziddir və cinayət sayılır. Oğurluq edən şəxslər cərimə və həbs cəzası kimi nəticələrlə üzləşə bilərlər. Oğurluğun ən geniş yayılmış növlərindən biri şopliftinqdir.
Uyğurlar
Uyğurlar — Göytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin] Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir. Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub. ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar.
Uğuzlar
Uğuzlar və ya Uzunlar — Azərbaycan mifoloji mətnlərində nəhəng varlıqlar. Azərbaycanın bəzi bölgələrində yazıya alınmış rəvayətlərə görə, uğuzlar əvvəllər yaşamış, iri cüssəli, azman varlıqlardır. Yemək istədikləri bir şeyi əlləri ilə Günəşə qaldırıb, pişirib yeyərlərmiş. Onlar tərəfindən böyük xalçalar hazırlanıb. Normal boyda olan insanlar onların gözündə cırtdan görünərdi. İnsanlar köhnə məzarların içində tapılan böyük sümüklərin azmanlara aid olduğunu iddia edər və "Uğuz ölçüsü" adlandırardılar. Bədəni böyük olan insanlara da "Uğuzdan qalma" deyilərdi. Xalq inanclarında Uğuz və Təpəgöz fərqlidir. Uğuzlar insan sayılır və xalça hörür. Onlar köçəridirlər və harada ölsələr, orada basdırılırlar.
Oğurca
Oğurca (türkm. Ogurjaly adasy) — Xəzər dənizinin cənub-şərqində yerləşir. Şimaldan cənuba doğru 42 km uzanır, eni 1-1,5 km təşkil edir. Qumluqlardan ibarətdir. Ruslar adanın xiyara bənzəməsi ilə onu rusca “Oqureç” adlandırıblar. Əslində isə hələ 1392-ci ildə adada yaşayan oğurçalı türk tayfası ilə bağlıdır. Oğurçalı isə Dəniz qulduru mənasını verir. Doğrudanda 15-17 əsrlər ərzində dəniz quldurları fars karvanlarına basqınlar təşkil edirdilər. Qışda güçlü dalğalar adanın üzərindən keçərək onu bölür. Çələkən yarımadasından Çələkən Oğurçalı boğazı ayırır.