Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ABŞ Ordusu
Andorra ordusu
Andorra (kat. Andorra) və ya rəsmi adı ilə Andorra Knyazlığı (kat. Principat d'Andorra) — Cənubi Avropada mikrodövlət. Andorra dənizə çıxışı olmayan ölkələrdən biridir və Pireney yarımadasının şərqində yerləşir. Şimalda Fransa, cənubda isə İspaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Andorra la Vella, ümumi sahəsi 467,63 kvadrat kilometr, əhalisinin sayı 79000 (2021) nəfərdir. İdarəetmə forması konstitusiyalı monarxiya olan ölkə Fransa Respublikasının prezidenti və Urjel yepiskopu tərəfindən birgə idarə olunur. Andorranın sahəsi 465 kv. km-dir. Ölkə Şərqi Pireneyin cənub yamacında, Ebro hövzəsinə aid Cerpe çayının qolu Valiranın orta və yuxarı axını boyu dağ dərəsində yerləşir.
Arktika ordusu
Arktika ordusu — Kanadanın Şimal qütbündə xidmət edən xüsusi ordusu Uzun zamandan bəri Şimal qütbü uğrunda Rusiya ilə gərginlik yaşayan Kanada bu istiqamətdə yeni addım atıb. Kanada şimal qütbündə xidmət edəcək xüsusi ordu - "Arktika ordusu" yaradıb. Kanadanın müdafiə naziri Piter Mak Kay ölkənin şimalındakı sonuncu əyalət olan Şimal-Qərb ərazilərinin paytaxtı Yellounayf şəhərində keçirilən mərasimdə "Arktika ordusu"nun yaradıldığını rəsmi şəkildə açıqlayıb. Nazir hazırda 60 əsgərdən ibarət olan bu ordunun sayının, habelə texnika və digər avadanlıqların artırılacağını, prosesin 2019-cu ilədək davam edəcəyini bəyan edib. Qeyd edək ki, yeni yaradılan ordu Kanada ordusunun tərkib hissəsi olaraq, şimalda xidmət edəcək. Hazırda isə "Arktika ordusu"nun sayını artırmaq üçün elanla əsgər axtarılır.
Azərbaycan Ordusu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Biçeraxov Ordusu
Dambldorun Ordusu
Dambldorun Ordusu (və ya qısaca olaraq DO) C. K. Roulinq-in Harri Potter seriyasındakı qondarma tələbə təşkilatıdır və əsas personajlar Harri Potter, Ron Uizli və Hermiona Qreyncer tərəfindən Hoqvarts ali inkvizitoru Dolores Ceyn Ambric rejiminə qarşı durmaq, həmçinin Qara qüvvələrə qarşı praktiki müdafiəni öyrənmək üçün yaradılmışdır. Onun əsası beşinci kitab olan "Harri Potter və Simurq Ordeni"də qoyulub. == Xülasə == === Tarixçə === "Harri Potter və Simurq Ordeni"ndə yeni Qara qüvvələrə qarşı müdafiyə professoru Dolores Ambric Magiya naziri Kornelius Facın səhv qorxusu səbəbindən dərslərində praktiki tətbiqlər əvəzinə fənnin yalnız əsas nəzəri prinsiplərini öyrətməyi seçir ki, Albus Dambldor onu devirmək üçün tələbə ordusu yaratmağa hazırlaşır. Yalnız nəzəriyyəyə əsaslanan bu yanaşma tələbələr, xüsusən də beşinci kursda oxuyan və ilin sonunda bu mövzuda Sadə Sehrbazlıq Səviyyəsi (S. S. S) (ing. Ordinary Wizarding Levels (O.W.L.s)) imtahanlarını verməli olan Harri kimi personajlar arasında çox populyar deyil. Harri həmçinin hesab edir ki, praktiki təcrübənin olmaması onları Lord Voldemortun qüvvələri qarşısında onları daha həssas edir, baxmayaraq ki, Nazirlik Lord Voldemortun geri qayıtmasını qəti şəkildə qəbul etmir. Bu, Hermiona Qreynceri Harrinin Qara qüvvələrə qarşı müdafiəni praktiki olaraq öyrədəcəyi bir tələbə qrupu yaratmağı təklif etməyə sövq edir. Ambric layihə haqqında öyrəndikdən sonra bütün təsdiqlənməmiş tələbə təşkilatlarını qadağan edir, buna görə də iclaslar gizli şəkildə "ehtiyac otağında" keçirilir və Hermiona tərəfindən yaradılmış sehrli saxta Qaleonlardan istifadə etməklə üzvlərə elan edilir. Ço Çanq qrupun rəsmi adı olaraq "M. A." olaraq qısaldılmış "Müdafiə Assosiasiyasını" (ing. "Defence Association" (D.A)) təklif edir, lakin nazirliyin paranoyyasını ələ salmaq və qrupun Dambldora sadiqliyini göstərmək üçün Cinni Uizlinin "Dambldorun Ordusu" təklifi seçilir.
Dominika ordusu
Dominika ordusu — Dominika Birliyinin milli hərbi qüvvələrinə verilən ad. Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi (RTS) təmin edir. Dominika Polis Qüvvəsini Vətəndaş Birliyinin bir Xüsusi Təyinatlı Vahidi var. Müharibə və ya fövqəladə hal vəziyyətində hakimiyyət tərəfindən elan edilibsə, ölkənin polis qüvvəsi ordu kimi fəaliyyət göstərə bilər.
Ermənistan Ordusu
Ermənistan Silahlı Qüvvələri (ermənicə Հայաստանի Հանրապետության զինված ուժեր) — Ermənistanı qorumaq məsuliyyəti daşıyan ordu. 1992-ci ildə Ermənistan dövlət müstəqilliyini qazandıqdan həmən sonra yaradılmışdır. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir. == Səfərbərlik == Əsgərlik yaşı: 18 Xidmət müddəti: 24 ay Əsgərliyə alınması mümkün vətəndaş sayı:[mənbə göstərin] 722.836 kişi, 15–49 yaş arası 795.084 qadın, 15–49 yaş arası Əsgərliyə yararlı vətəndaş sayı:[mənbə göstərin] 551.938 kişi, 15–49 yaş arası 656.493 qadın, 15–49 yaş arası Ermənistanda hərbi çağırış 27 yaşa qədər aparılır.
Gürcüstan Ordusu
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Həbs orderi
Həbs orderi və ya Tutulma haqqında qərar — cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq olunan prosessual məcburiyyət tədbirini əks etdirən qərar.
Kabus ordusu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar. Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Korinf orderi
Korinf orderi — kapitellərin akanthus yarpaqları ilə bəzədildiyi və sütunların bir postamentə qoyulduğu klassik memarlıqdakı üç orderdən biridir. Afinada, ehtimal ki, eramızdan əvvəl V əsrdə, dorik və İonik orderlərdən sonra meydana gəlmişdir. İonik orderdən daha mürəkkəb bir formaya malik olan Korinf orderinin forması Yunan mifologiyasına görə daxilində akanthus yarpaqları olan bir səbətdən ilham alınaraq yaradılmışdır. Klassik memarlıqdakı digər iki orderdən daha gec ortaya çıxmışdır və qədim yunan şəhəri Korinfin adını daşıyır. İonik orderdə olduğu kimi baza diametri və hündürlüyü arasında 1/9 nisbət vardır. Bununla birlikdə, Dorik orderinə baxarkən bu nisbətin 1/6 olduğu görünür, yəni Dorik sütunların İonik və Korinf sütunlarından daha qısa bir formaya sahib olduğu görülür.
Mehdi Ordusu
Mehdi Ordusu (arb: جيش المهدي) — İraqda şiə lideri Müqtəda əs-Sədr tərəfindən qurulan müqavimət təşkilatı. 2003-cü ilin iyununda yaradılıb və hələ də fəaliyyət göstərir və təxminən 60.000 hərbçisi var. Mehdi ordusu İraq müqavimət hərəkatının ən nüfuzlu təşkilatlarından biridir və Bağdaddan 5 kilometr məsafədə yerləşən Sədr şəhərini azad edilmiş bir bölgə elan etmişdir. == Təşkilati strukturu == Mehdi Ordusundakı 50 nəfərdən ibarət olan Fazillər ən kiçik yaraqlı qrupdur. Bundan əlavə 6 Fasil bölməsi 300 nəfərlik səriyyə birliyini təşkil edir. Ən böyük birlik 7 səriyyədən (2100 nəfər) ibarət olan fəvc birliyidir.
Qrenada ordusu
Qrenada (ing. Grenada) — Karib dənizinin cənub-şərqində yerləşən ada dövlət, Qrenada və Qrenadin adasının cənub hissəsini əhatə edir. == Tarix == 1649-1763-cü illərdə Qrenada Fransanın müstəmləkəsi olmuşdur,sonra isə Böyük Britaniyanın hakimiyyəti altında idi.Ölkə 1974-cü ilin fevralın 7-də müstəqilliyini qazandı. == Siyasət == Vaxtilə Böyük Britaniya müstəmləkəsi olan Qrenadanın kraliçası II Elizabet sayılır. Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. == İqtisadiyyat == 2010-cu ildə Qrenadada 201 million kVt-saat elektrik enerji istehsal edildi. == Əhali == Əhalinin 80% - Afrika mənşəli zəncilərdir,15% - mulatlar,yerdə qalanlar isə- ağ avropalılar və hindistan -pakistanlılardır.
Rus Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Rusiya Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
SSRİ ordusu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Sevgi kordur
Amor caecus — latın dilində məşhur ifadə "sevgi kordur" ya "eşqin közü kordur", sevən, eşqə düşən insanın gözü kor olar mənasını daşıyır. Buna bənzər ifadə azərb. "Sən ona Məcnunun gözlərilə bax"‎, rus dilində isə rus. "Любовь зла, полюбишь и козла" — sevgi kordur, keçini də sevə bilərsən və s.
Osmanlı ordusu
Osmanlı ordusu (osman. اردوي همايون) — Osmanlı imperiyasının rəsmi ordusu. Osmanlı ordusunun tarixi iki əsas dövrə bölünür. Klassik dövr adlanan birinci dövr dövlətin yarandığı 1299-cu ildən XIX əsrin əvvələrinə qədər davam etmişdir. Bu dövrdə əsasən müxtəlif tipli hərbi islahatlar keçirilmişdir. İkinci dövr isə müasir dövr adlanır və bu dövrdə Osmanlı ordusu quru qoşunları, donanma və hava qüvvələri olmaqla üç yerə bölünür. == Quru qoşunları == === Klassik dövr === Osmanlı imperiyasının ordusunun formalaşması zamanı Rum sultanlığı, Elxanilər dövləti və Məmlük dövlətində istifadə olunan hərbi sistemlərdən istifadə olunmuşdur. Osmanlı ordusunda ordu başçısı xaqan adlandırıdı. Piyada və atlılardan təşkil olunmuş hərbi birləşmələr, zamanla müsəllam qoşun növünün tərkibinə qatılmışdır. 1299-cu ildə dövlət yaranarkən Osmanlının paşalarından olan Ələddin Paşa və Qadı Cəndərəli Qara Xəlilin rəhbərliyi ilə türk gənclərindən təşkil olunmuş, hər biri min nəfərlik, iki ordu birləşməsini yaradıldı.
Sovet Ordusu
Sovet Ordusu — SSRİ-nin Silahlı Qüvvələri.
Terrakota ordusu
Terrakota ordusu, Yeraltı heykəllər ordusu və ya Torpaq əsgərlər (Sadələşdirilmiş Çin dilində: 兵马俑; Ənənəvi Çin dilində: 兵马俑; pinyin: bīngmǎ yǒng; düz olaraq "əsgər və at cənazə heykəlləri") — 1974-cü ildə Çində kəşf olunmuş Yeraltı Heykəllər Ordusu. İlk Çin imperatoru Sin Şi Xuandinın məzarında olan heykəllər. Ordunun "ilklərin imperatoru" olaraq bilinən Sin Şi Xuandinin məzarını qoruduğuna inanılar. Yeraltı Heykəllər Ordusu 1974-cü ildə Çin Xalq Respublikasının Shaanxi əyalətinə bağlı Xi'an yaxınlarında bir əkinçi tərəfindən tapılmışdır. Kəşf edildikdən sonra Sit sahəsində 1977-1985-ci illərdə 2 dəfə qazıntı işləri aparılıb. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 atıyla 8000 min əsgərin, 130 döyüş arabası, 150 suvari atı olduğu təxmin edilir. Çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən, Terro Cotta əsgərləri olaraq bilinən yeraltı heykəllər ordusunun tapıldığı Sit sahəsində 2009-cu il iyul ayının 13-də üçüncü qazıntı işlərinə başlanıldı. Şansı əyaləti mədəni əsərlər müdirliyinə bağlı Mədəni əsərlər və arxeologiya dairəsi basçısı Co Kuiying heykəllərin üzərindəki rəngli boyaları qoruma, heykəlləri sağlamlaşdırma və təmiri texnikaların artıq inkişaf etdiyini və bunların 3-cü qazıntı işləri üçün lazımlı zəmanəti təmin etdiyini ifadə edib. O, 3-cü qazıntı işlərinin Sit sahəsinin, heykəllərin çıxarıldığı qazıntı bölgəsinin xaricində qalan hissələrində icra ediləcəyini, lakin bu anda qazıntı işləri haqda hər hansı bir təxmin verməyin mümkün olmadığını söyləyib.
Toskan orderi
Toskan orderi, yivli və kanelurlu olmayan sütunlara malik, tərkibində triqlif və qutta olmayan, sadələşdirilmiş dor modelinə uyğun bir quruluşa malik tərtibdir. Toskan orderi, üç memarlıq orderinin bir hissəsi deyil, ancaq standartlaşdırılmış bir rəsmi order olaraq təqdim olunur. Əsasən milliyətçiliyə əsaslanan İtalyan İntibahı dövrünün yazıçılarının ixtirasıdır. Bununla birlikdə, yuvarlaq başlı nisbətən sadə sütunlar İtaliyanın və ən azından Avropanın əksər hissəsinin Etrusk memarlığından bəri bağ memarlığının bir hissəsinə çevrilmişdir.
Türkiyə Ordusu
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
İsrail ordusu
İsrail Silahlı Qüvvələri (ivr. ‏צְבָא הַהֲגָנָה לְיִשְׂרָאֵל‏‎) — İsrail dövlətinin hərbi qüvvələri. İsrail Quru Qoşunları(en), İsrail Hərbi Hava Qüvvələri və İsrail Hərbi Dəniz Qüvvələrindən(en) ibarətdir. Baş qərərgah rəisi Herzi Halevidir. == Tarixi == İsrail hərbi qüvvələrinin əsası 1948-ci ildə, İsrail dövləti elan olunduqdan bir neçə həftə sonra qoyulub. "Məcburi hərbi mükəlləfiyyət barədə qanun"a uyğun olaraq, 18 yaşı tamam olan bütün İsrail vətəndaşları məcburi hərbi xidmətə yollanmalıdırlar. Kişilər üçün xidmət müddəti 3, qadınlar üçün 2 ildir. Hərbi komissiyanın xidmət üçün yararsız bildiyi adamlar (bura xəstələr, əlillər və s., o cümlədən bəzi tələbələr daxildir) əsgərlik borcundan azad olunurlar. 1956-cı ilin oktyabr ayının sonlarında İsrail, Fransa və Böyük Britaniya Misirə hücum etdi. Lakin, bir neçə gün ərzində bu dövlətlər atəşkəs haqqında razılığa gəldilər.
Müstəqillik ordusu
Müstəqillik ordusu (erm. Անկախության բանակ) — 1989-cu ildə Ermənistanda təsis edilmiş silahlı dəstə. Bu, Aşot Navasardyan, Movses Qorqisyan, Azad Arşakyan və Razmik Markosyan da daxil olmaqla, Milli Öz Müqəddəratını Təyin Etmə İttifaqının üzvləri tərəfindən yaradılmışdır. Silahlı dəstə Ermənistanın 1991-ci ildə müstəqil dövlət olması ərəfəsində fəaliyyət göstərmişdir. Müstəqillik Ordusunun elan etdiyi məqsəd "Ermənistanın müstəqil ölkəyə çevrilməsi prosesini qorumaq" idi və bu məqsədlə Ermənistandakı sovet hakimiyyəti ilə, eləcə də Azərbaycan–Ermənistan sərhədində və Dağlıq Qarabağda Azərbaycan qüvvələri ilə toqquşmalara başlamışdır. Qrupun yaradılmasından az sonra onun yaradıcılarından biri Movses Qorqisyan Arazdəyən yaxınlığında Azərbaycan qüvvələri ilə döyüş zamanı öldürülmüşdür. 1990-cı ilin fevralında Müstəqillik Ordusu Ermənistandakı müxtəlif silahlı birləşmələrin fəaliyyətini əlaqələndirmək üçün nəzərdə tutulmuş müdafiə koordinasiya komitəsinin yaradılmasında iştirak etmişdir. 23 mart 1990-cı ildə Müstəqillik Ordusu Milli Öz Müqəddəratını Təyin Etmə İttifaqı ilə əlaqələri kəsərək müstəqil qrupa çevrilmişdir. Müstəqillik Ordusunun bir neçə lideri 2 aprel 1990-cı ildə Aşot Navasardyan tərəfindən yaradılan Ermənistan Respublika Partiyasının sıralarına qoşulmuşdur. Müstəqillik Ordusu yeni hərbi şura yaratmış, Navasardyan ali komandan, Leonid Azqaldyan isə baş komandan olmuşdur.
Gordərə
Gordərə — Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir.
Kordərə
Kordərə çayı — Oğuz rayonu ərazisində yerləşən çay, Əlicançayın sol qolu. Kordərə (Sultaniyə) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd.
Şordərə
‎Şordərə-i Süfla (Germi) ‎Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay.
Ördüc
Ördüc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Ördüc oyk., sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Molt çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Ördüccədir. Orduc variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini Qonaqkənddən çıxmış ailələr Ördüccə adlı yerdə salmışlar. Keçmişdə Ör- dücqışlaq da adlanmışdır. Yerli əhalinin dilində ördüc ardıc ağacına deyilir. Oykonim “ardıc ağacı bitən yer” mənasındadır.
Bədurə Əfqanlı
Əfqanlı Bədurə Məlik qızı (25 oktyabr 1912, Bakı – 7 may 2002, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1949) və Xalq Rəssamı (1974). == Həyatı == Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurə Ağamalova da ilk əvvıl Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirir (1931) və o burada qrafika şöbəsində təhsil alır. Teatr rəssamı olmaq qərarına gələn Bədurə xanımın diplom işinin mövzusu V.Şekspirin “Otello” faciəsi olmuşdur. Diplom işini uğurla başa vurduqdan sonra o həyat yoldaşı, məşhur kino və teatr aktyrou Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada işləməyə yola düşür.
Kordərə (Sultaniyə)
Kordərə (fars. كردرق‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (43 ailə).
Kordərə çayı
Kordərə çayı — Oğuz rayonu ərazisində yerləşən çay, Əlicançayın sol qolu. Çay axdığı Kordərə adlı dərənin adı ilə adlandırılmışdır. Dərənin adı isə Koradərə adının təhrif olunmuş variantıdır. Toponim türk dillərindəki kora (quzu saxlanan yer) və dərə sözlərindən düzəlib, "kora olan dərə" deməkdir.