Mineral palçıq
Mineral palçıq – bataqlıqların, dəniz, liman və laqunların, göllərin üzvi və mineral çöküntüləri. Tərkibində olan maddələr hesabına palçıqların fiziki-kimyəvi və biokimyəvi dəyişilmələrə məruz qalır. Mənşəyinə görə onları 3 qrupa ayırırlar. 1-ci qrupda liman və laqun palçıqları (S, K, Na), 2-ci qrupda göl və bataqlıq palçıqları (Na, S, B) və 3-cü qrupda palçıq vulkanları məhsulları (2-ci qrupdan əlavə olaraq Li, Se, F, Br, J və s.) iştirak edir.
== Haqqında ==
Palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur. Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb.