Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oui
Oui (fr. hə) həmçinin digər mənalarda işlənir: == Digər mənaları == === Coğrafiyada === Oui, Burkina Faso, şimali Burkinada bir kənd. === Kitablar və jurnallar === Oui, René Lévesque tərəfindən, 1980 Oui, Marc-Edouard Nabe tərəfindən, 1998 Oui: Salvador Dali və Robert Descharnes tərəfindən Paranoidal-tənqidi Revalusiya(1971) Oui, Alman romanının Thomas Bernhard tərəfindən 1978-ci ildə yazılmış Fransızca tərcüməsi Oui, bir kişi jurnalı === Film və radio === Oui (film), 1996-cı ildə çəkilmiş Fransız filmi. Ouï FM, Fransız radiostansiyası === Musiqi,albomlar === Oui, dəniz və tort qrupu tərəfindən 2000-ci ildə yaradılan bir albom Oui, Pierre de Bethmann (fr) tərəfindən 2007-ci ildə yaradılan caz albomu Oui, Enzo Enzo (fr) tərəfindən 1997-ci ildə yaradılan uşaq albomu Oui, Avant-Garde á Chance,Skyclad tərəfindən bir albom(1997) Oui Oui, Si Si, Ja Ja, Da Da, 2012-ci il Madness tərəfindən yaradılan bir albom === Mahnılar === "Oui", Ceremi tərəfindən yaradılıb (2015-ci ildə) "Oui", Stéphane Grappelli və Django Reinhardt yaradıblar.Alix Combelle və Louis Gasté isə mahnının bəstəkarlarıdırlar. "Oui", Charles Aznavour tərəfindən yaradılıb "Oui", Pierre d'Aragon və Claude Nicolas yaradıb "Oui", Zazie tərəfindən, (2004) "Oui mais...
Tux
Tux (Tuks) - Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox. == Tarixi == Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar. Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi.. Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir. Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.
Out (jurnal)
Out — ABŞ-nin homoseksual və biseksual auditoriyasına yönəlmiş, 1992-ci ildə təsis edilmiş populyar qlyants brend jurnal. Maykl Hoff tərəfindən əsası qoyulub. The New York Timesa görə jurnal ən oxunan jurnallar siyahısına daxil edilib. Jurnalın tiraj sayı 190 min nüsxədir.
Oxu.az
Vinni-Pux
Vinni-Pux (ing. Winnie-the-Pooh) — plüş ayı balası, Alan Aleksandr Milnin povest və şeirlərinin personajı, 20-ci əsrin ən məşhur ədəbi uşaq qəhrəmanı. 1960-1970-ci illər Boris Zaxoderin yenidən nağıl etməsi, daha sonra Leonovun səsləndirdiyi "Soyuzmultfilm" studiyasının filmləri Vinni-Puxu Sovet İttifaqında da məşhur etdi. 2009-cu ildə Böyük Britaniyada Vinni-Puxun birinci müəllifləşdirilmiş davamı çıxıb. == Adının əmələ gəlməsi == Milnin kitablarının digər əksər personajları kimi ayı balası Vinni də öz adını yazıçının oğlu Kristofer Robinin (1920-1996) həqiqi oyuncaqlarının birinin adından götürüb. Öz növbəsində, həmin oyuncaq 1920-ci illərdə London zooparkında saxlanılan Vinnipeq (Vinni) ləqəbli dişi ayının adıyla adlandırılıb. == Personajlar == Kristofer Robinə məxsus plüş Vinni-Pux indi Nyu-York kitabxanasının uşaq otağında yerləşir. O, Şepardın illüstrasiyalarında gördüyümüz ayıya az bənzəyir. İllüstratora model nümunəsi öz oğlunun "Growler" plüş ayısı olmuşdur. Təəssüflər olsun ki, o, rəssamın ailəsində yaşayan itin qurbanı olaraq qalmamışdır.
Yan oxu
Yan ağacları (bəzən yan oxu) — divar hanasının (toxucu dəzgahının) yan hissələrini təşkil edən yoğun və möhkəm ağac hissə.
Yer oxu
Yer oxu — Yerin sutkalıq hərəkəti zamanı ətrafında fırlandığı düz xəttdir. Yer oxu yerin mərkəzindən keçir və coğrafi qütblərdə yer səthini kəsir. Yer oxunun epliktika müstəvisinə olan orta meyilliyi 66 ∘ 33 ′ 19 ″ 85 {\displaystyle 66^{\circ }33'19''85} -dir. Lakin bu meyillik Günəş sisteminin digər planetlərinin cazibə qüvvəsinin təsiri nəticəsində hər il 0 ″ , 468 {\displaystyle 0'',468} artır. Hesablamalara görə bu bucaq təqribən 15000 il böyüyəcək və ondan sonra kiçilməyə başlayacaq.
Oxu (albom)
Oxu – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 45 dəqiqəlik alboma 11 mahnı daxildir.
Wiped Out!
Wiped Out! — amerikan rok qrupu The Neighbourhood-un ikinci studiya albomu. 30 oktyabr 2015-ci ildə Columbia Records tərəfindən buraxılıb. Alboma daxil olan "Daddy Issues" mahnısı 2020-ci ildə TikTok tətbiqində populyarlıq qazanmışdır.
Oxu... (Live)
Oxu... (Live) – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın ilk live (canlı) albomu.
Ox
Ox (texnika) — maşın hissəsi. Ox (həndəsə) — mərkəz xətti. Ox (silah) — soyuq silah növü.
"Oxu məni" qəzeti
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. == Tarixi == "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub. Qəzetin ilk nömrəsi 150 min tirajla çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla, "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Oxu, Tar (1968)
== Məzmun == Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. == Festivallar və mükafatlar == 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, Tar (1989)
== Məzmun == Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.
Oxu məni (qəzet)
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. == Tarixi == "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub. Qəzetin ilk nömrəsi 150 min tirajla çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla, "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Rux Zdzeşovitse FK
"Rux" Zdzeşovitse FK ( pol. Ruch Zdzieszowice) — Polşa futbol klubu. Zdzeşovitse şəhərini təmsil edən klub Polşa İkinci Liqasında çıxış edir. == Adların tarixi == 1946 – "Anna" Zdzeşovitse Əməkçi İdman Klubu. "Uniya" Zdzeşovitse. 1965 – "Ruç" Zdzeşovitse Metallurgiya İdman Klubu .
Strychnos nux-vomica
Qarğabükən, qusdurucu qoz (lat. Strychnos nux-vomica) - loqaniyakimilər fəsiləsinin strychnos cinsinə aid bitki növü.
Walking Out (mahnı)
Walking Out (azərb. Çölə çıxmaq‎) — Ermənistanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Srbuk "Walking Out" mahnısı ilə Ermənistanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Lost Capital və tokionine, sözləri isə Qarik Papoyana aiddir.
Yanq Soux Tegin
Yanqsu Tigin (鞅素特勤) — Göytürk şahzadəsi, Muğan xaqanın oğlu. Biçurin isə onu Tardu xaqanın oğlu sayır. Lakin Takeşi Osava Monqolküre yazılarını oxuyaraq Nili xaqanın atasının Yanqsu, babasının isə Muğan xaqan olduğunu isbatlamışdır. == Hakimiyyəti == 587-ci ildə Apa xaqanın Tarduya qarşı gəlib Buxaranın 40 km qərbindəki Paykəndi ələ keçirib orada möhkəmlənməsi əhali arasında ciddi narazılıq yaratmışdı. Tardunun göndərdiyi orduya qoşulan və qalib gəldikdən sonra Tardu tərəfindən Buxara və Paykəndin yabqusu təyin olunan Yanqsu Mamastin, Sakmatin, Samtin və Fərab şəhərlərini saldırmışdı. == Ölümü == 589-cu ildə Bəhram Çubin tərəfindən öldürülən Savə şahın o olduğu güman olunur.
Yeva-Mariya Aux
Yeva-Mariya Aux (alm. Eva-Maria Auch‎; 21 sentyabr 1955, Lyuterştadt-Aysleben) — Almaniya və Şərqi Avropada tarix professoru, din və siyasət müəllifidir. 2010-cu ildən Berlin Humboldt Universitetinin Tarix şöbəsində Azərbaycan tarixi kafedrasının müdiridir. == Bioqrafiyası == Yeva-Mariya Aux 1955-ci ildə Lyuterştadt-Aysleben şəhərində anadan olub. Bakıda ərəb və islam dillərini öyrənmişdir və Leypsiqdə rus dilinə əlavə tərcüməçi diplomu almışdır. 1985-ci ildə Universitetdə müasir və yaxın tarixdə doktorluq dərəcəsini almışdır, Qrayfsvald universitetində (alm. Universität Greifswald (EMAU)‎). Mövzu: "Liviya inqilabının tarixi mənşəyi, gedişi və nəticələri, liderlərinin ictimai konsepsiyası və daxili siyasətində İslama xüsusi diqqət yetirilməsi" (1969-1983). " 1991-ci ildə Qrayfsvald universitetində Şərqi Avropa tarixini öyrətməyə icazə almışdır. 1999-cu ildə Bakı Qərb Universitetinin fəxri doktoru dərəcəsini almışdır.
Yurd-Aux məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Building Our Peace
Building Our Peace – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın dördüncü studiya albomu.
Altı ox
Altı ox (türk. Altı Ok) — Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) simvolu və bayrağı. Oxlar Türkiyənin qurucu ideologiyası olan kamalizmin təməl sütunlarını təmsil edir. Bunlar respublikaçılıq, populizm, milliyətçilik, laisizm, etatizm və reformizmdir. Oxların Türkiyə təhsil sisteminə mühüm töhfələr vermiş türk alimi İsmayıl Haqqı Tonquç tərəfindən hazırlandığı güman edilir. Altı ox prinsipləri 5 fevral 1937-ci ildə Türkiyə Konstitusiyasına əlavə edilmişdir. 1938-ci ilin avqust ayından etibarən bayraq bütün rəsmi binalarda qaldırılmışdır.