Ruxa
Ruxa (əsil və tam adı ilə Ruhəngiz Rezabala qızı Əliyeva) — Azərbaycanlı stilist, vizajist və rəssam.
Azərbaycan estrada müğənniləri və bir çox başqaları üçün albom üzlükləri, fotosessiya və çıxışlar üçün təsvirlərin müəllifidir.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) Rəssamlıq fakultəsinin məzunudur
Heydər Əliyev Sarayında rəssam kimi fəaliyyət göstərib.
İlk olaraq, Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Brilliant Dadaşova, Samir Bağırov, Röya Ayxanla, Nisə Qasımova, 54-cü Avroviziya Mahnı Müsabiqəsinin laureatı Aysel Teymurzadə və b. ilə çalışmışdır.
Zülfiyyə Xanbabayevanın dördüncü solo albomu "Sənsiz"in fotoqrafı olub.
2003-cü ildə Planet Parni iz Bakunun Fransada çəkilən xüsusi buraxılışının stilisti olub.
2012-ci ildə Bakıda keçirilən Avroviziya (Eurovision) Mahnı Müsabiqəsinin "core time" qrupunda 20-dən artıq müsabiqə[mənbə göstərin] iştirakçılarının stilisti olub.
Aygün Kazımovanın 16 iyun 2016-cı ildə təqdim olunan "Orasına-burasına" sinqlının fotosessiyasının stilisti olub.
"by Rukha" adlı kosmetika markasını təqdim etmişdir.