onurğa
orbita
OBASTAN VİKİ
Rita Ora
Rita Ora (ing. Rita Sahatçiu Ora; 26 noyabr 1990, Priştina, Kosovo, Yuqoslaviya SFR) — ingilis müğənni və aktrisa. 2012-ci ildə ilk albomu Ora, Birləşmiş Krallıqda siyahılarda birinci yerə yüksəldi. Albomun ən məşhur sinqlları R.İ.P və How We Do(Party) olmuşdur. Rita Ora, arxa-arxaya üç dəfə zirvədə olmaqla UK Singles Chartda bir nömrə olan ən çox sinqla malik müğənni oldu Həmçinin 2015-ci ildə The Voice UK dördüncü mövsümündə münsif kürsüsündə əyləşmişdir.
Eucalyptus oraria
Eucalyptus oraria (lat. Eucalyptus oraria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Köhnə Orand
Köhnə Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 110 nəfərdir. == Toponimiyası == Bu kəndin əsasında yaranmış yeni yaşayış məntəqəsi Orand adlandırıldığından keçmiş kənd Köhnə Orand adını almışdır.
Mamiya Oraxelaşvili
Mamiya Oraxelaşvili (gürc. მამია ორახელაშვილი, rus. Иван (Мамия) Дмитриевич Орахелашвили, İvan (Mamiya) Dmitrieviç Oraxelaşvili; 10 iyun 1881 və ya 1881, Kutaisi – 11 dekabr 1937 və ya 1937) — Rusiya və Gürcüstanda inqilabi hərəkatda fəal iştirak edən gürcü bolşevik və sovet siyasətçisi. == Erkən həyat və karyera == Rusiya imperiyasının Kutais qubernatorluğunda (indiki Gürcüstanda) mülkədar ailəsində anadan olan Oraxelaşvili Xarkov Universitetində və Sankt-Peterburq Hərbi Tibb Akademiyasında tibb təhsili alıb. O, 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının bolşevik fraksiyasına qoşulmuş, 1905-ci ildə Peterburqda baş vermiş üsyanda fəal iştirak etmişdir. 1906–1914-cü illərdə bir neçə dəfə çar polisi tərəfindən həbs olunub. == Rus inqilabı == 1917-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra Oraxelaşvili Vladiqafqaz Sovetinə sədrlik etdi. 1918–1920-ci illərdə Gürcüstan Demokratik Respublikasında gizli bolşevik dəstəsində çalışmış və Gürcüstan hökuməti tərəfindən həbs edilmişdir. Gürcüstan və Sovet Rusiyası arasında bağlanmış Moskva müqaviləsinə əsasən (1920-ci ilin mayında) azad edilib və daha sonra leqallaşdırılan Gürcüstan Kommunist Partiyasının sədri olub. 1921-ci ilin fevralında Gürcüstanın cənubunda bolşevik təxribatında iştirak etdi.
Məhəmməd Oraz
Məhəmməd Oraz (16 sentyabr 1969, Nəqədə, Qərbi Azərbaycan ostanı – 7 sentyabr 2003, İslamabad) — İran alpinisti. Everest dağın fəth edən ikinci İranlıdır.
Nerkin Oratağ
Aşağı Oratağ (bir müddət işlənilən adı: Ortakənd, daha əvvəl: Aşağı Oratağ, daha əvvəl: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. "Aşağı Oratağ" toponiminin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləşmış və Sovet hakimiyyəti illərində Nerkin (ermənicə "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. Bir müddət kəndin adı Ortakənd kimi qeyd olunurdu. Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Oraban bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oracle
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120.000-ni aşan işçisi, 380.000-dən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir. Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.
Oracle Corporation
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120.000-ni aşan işçisi, 380.000-dən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir. Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.
Oracle Database
Oracle Database (əsasən Oracle kimi tanınır) — Oracle şirkəti tərəfindən istehsal olunan və satılan verilənlər bazasının idarə edilməsi sistemidir. Larry Ellison və onun dostları tərəfindən 1977-ci ildə yaradılmağa başlanmışdır.
Oradur-Sür-Qlan
Oradur-sür-Qlan (Oradour -sur-Glane) — Fransanın Cənub-Qərbində Limoj (Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, İkinci Dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətl ediblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib. Qadın və uşaqlar kilsəyə toplanaraq partladılıblar. 642 adam məhv edilib, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında yeni kənd salınıb. Həmin hadisələr fransız rejisöru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.
Oradur-sür-Qlan qətliamı
Oradur-sür-Qlan (Oradour -sur-Glane) — Fransanın Cənub-Qərbində Limoj (Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, İkinci Dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətl ediblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib. Qadın və uşaqlar kilsəyə toplanaraq partladılıblar. 642 adam məhv edilib, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında yeni kənd salınıb. Həmin hadisələr fransız rejisöru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.
Oradya Hava Limanı
Oradya Hava Limanı (rum. Aeroportul Internațional Oradea, mac. Nagyváradi Nemzetközi Repülőtér) (IATA: OMR, ICAO: LROD) — beynəlxalq hava limanı, Rumıniyanın şimal-qərbində Oradya şəhərindən 5 km cənub-qərbdə, Bihor judetsində, Macarıstana aparan avtomobil və dəmir yolu yaxınlığında yerləşir. Rumıniyada turizm potensialının (Baile Felix isti bulaqları, Padişin qoruq ərazisi və s.) inkişafında mühüm amildir. E60 Avropa marşrutu yolunun və inşası davam etdirilən A3 Transilvaniya avtomobil yolunun yaxınlığında yerləşir. 2017-ci ildə müasir bir hava limanının açılması son iki ildə sərnişin və yük daşımalarını iki dəfə artırmışdır. Debresen (82 km, Macarıstan) və Kluj-Napoki (165 km) hava limanlarına rəqib sayılır. 2009-cu ildə Bixor bölgə rəhbərliyi daha əvvəl mövcud hava limanının uçuş-enmə zolağını genişləndirmək, yük terminalı tikmək və sərnişin terminalını yeniləmək üçün müqavilələr bağlamağa başlayır. Terminal yeniləməsinə yeni xidmətlərin açılması daxildir: avtomobil icarəsi, valyuta mübadiləsi, mağazalar və s. Bixor bölgə komissiyası, Avropa Komissiyasının nümayəndələri ilə 7 fevral 2014-cü ildə hava limanının yenilənməsi üçün Avropa fondlarından 30 milyon avro ayrılması barədə razılığa gəlir.
Orakul
Orakul (lat. oraculum, "danışıram, diləyirəm" mənalarını verən oro sözündən əmələ gəlir) — antik dövrdə ən çox yayılmış fal forması. O, inananların istəyi ilə tanrı adından orakul adlandırılan kahin tərəfindən gələcək haqqında xəbər verməkdən ibarət idi. Daha geniş mənada, orakul həm xəbərin elan olunduğu yer və həmin xəbərin mətni demək idi. Müasir dildə orakul gələcəkdən xəbər verən və həmçinin hər fikiri danılmaz həqiqət və vəhy olan insana deyilir. Delfili Pifiya xaricində bütün qədim orakullar kişi cinsinə aid idilər. Tarixçilər orakulların Qədim Yunanıstana Qədim Şərqdən gəldiyini iddia edirlər, çünki oxşar falçılıq yerləri Mari, Assuriya və Qədim Misir şəhəri olan Butoda mövcud idilər. Herodotun yazdığına görə, Qədim Yunanıstan orakullarından ən qədimi Epir regionunun Dodona şəhərində yerləşirdi. Ora yunanların Elladaya gəlməsindən əvvəl yarandığı güman edilir və ehtimala görə, əvvəl bura yunan ənənəsində yer tanrıçası Geya olaraq təfsir edilən Ana Tanrıçasının müqəddəs yeri idi. Göründüyü kimi, qədim orakkuların hamısı kimi ora da xtonik kultu ilə əlaqəli idi, çünki kahinlər gələcək haqqında xəbərləri müqəddəs palıd yarpaqlarının xışıltısından verirdilər.
Oral seks
Oral seks (lat. os, oris — ağız sözündəndir) — partnyorun cinsi orqanına dodaqlar, dişlər, dil, yanağın içi, boğaz, bütün ağız və bütövlükdə ağız boşluğu və ya bu bədən hissələrinin birləşməsi ilə stimulyasiya etməklə cinsi oyanma və/yaxud həzzin əldə edildiyi cinsi əlaqə. Erogen zonaların stimulyasiyası öpüşmə, yalama, dil ilə masaj hərəkətləri, zərif dişləmə, əmmə (ağız və dodaqların qarşılıqlı hərəkətləri) şəklində olur. Oral seks, insanlardan başqa, digər primatlarda, eləcə də yarasalarda mövcuddur. Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün oral seks zamanı prezervativlərdən (kişilər üçün) və lateks lentlərdən (qadınlar üçün) istifadə edilməlidir ki, bu, oral cinsi əlaqə zamanı, həmçinin vaginal cinsi əlaqə zamanı mümkündür. Bununla belə, iki səbəbə görə həkimlərin tövsiyələrinə nadir hallarda əməl olunur: hətta nazik prezervativ belə həssaslığı azaldır və xoşagəlməz "rezin" dad cinsi əhval-ruhiyyəni aşağı salır. Oral seks ağız boşluğunda və yuxarı tənəffüs yollarında (kəskin respirator virus infeksiyaları, tonzillit, skarlatina, tonzillit, faringit və s.) hər hansı iltihabi proseslər üçün təhlükəlidir, çünki infeksiya partnyorun cinsiyyət orqanlarına yayılaraq, iltihablı təsirlər yarada bilər. Bu cür infeksiyalar çox vaxt xarakterik olmayan klinik mənzərəyə (diaqnozun qoyulmasını çətinləşdirir) və ya bəzi cinsi yolla keçən infeksiyalara oxşar simptomlara malikdir. Oral seks təcrübəsi nəticəsində bakteriya, virus və göbələklərin yaratdığı yoluxucu xəstəliklər keçə bilər. Ağız mikroorqanizmləri (həm normal şəraitdə, həm də xəstəliklərdə, məsələn, kariyesdə) də ağız boşluğunun iltihabına və cinsiyyət orqanlarının mikroflorasının pozulmasına səbəb ola bilər.
Oral Çalışlar
Oral Çalışlar (14 dekabr 1946, Tarsus) — türk jurnalist və yazıçı. 14 dekabr 1946-cı ildə Tarsusda doğulmuşdur. İstanbul Universitetini bitirmişdir.
Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. Oralar — Internet Movie Database saytında.
Oralmanlar
Oralmanlar (qaz. Оралмандар - qayıdanlar) və ya qandaşlar (qaz. қандастар) — Qazaxıstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini alandan bəri ora köçmüş etnik qazaxlar. 2008-ci ildən başlayaraq etnik qazaxların göçmə proqramı Nurlu göçmə (qaz. Нұрлы көш) adlanır. O vaxtan bəri Qarağandı və Çimkənd kimi cənub şəhərlərində ormanların müvəqqəti məskənləşməsi üçün bir sıra inteqrasiya mərkəzləri açılıb. Repatriasiya Qazaxıstan köçetmə siyasətinin ən vacib məsələlərindən biri sayılır. Ormanlar ənənəvi olaraq, hava və rahatlıq səbəblərinə görə keçmiş yaşayış yerləri ilə bitişik və ya yaxın olan Qazaxıstanın bölgələrində məskənləşirlər. Dolayısıyla, Özbəkistanla Qırğızıstandan gələnlər əsasən ölkənin cənubunda, Çinlə Monqolustandan gələnlər isə şərqində qalırlar. Hökumət onları şimalda yerləşdirməyə, lakin ormanların özləri gündəlik həyatda rus dilinin vacibliyi az olduğu yerlərdə, özəlliklə ölkənin cənubunda yerləşməyə üstünlük verirlər, baxmıyaraq ki, şimalda qalan ormanlara imtiyazlar təklif olunur.
Oralxan Bukeyev
Oralxan Bökey (28 sentyabr 1943 – 17 may 1993, Dehli) — qazax yazıçısı. Oralxan Bökey 1943-cü ildə Qazaxıstanın Qaton-Qarağay rayonunun Çinqistau kəndində doğulubdur. 1961-ci ildə Sultanmahmud Torayğırov adına orta məktəbi bitirdikdən sonra bir müddət pioner dəstə rəhbəri, daha sonra Altay sovet təsərrüfatının traktorçusu olubdur. 1968-ci ildə Kirov adına Qazaxıstan Dövlət Universitetinin jurnalistika fakültəsini qiyabi bitirən Bukeyev bir müddət "Əmək bayrağı" adlı rayon qəzetində korrektor, tərcüməçi, redaktor əvəzi, əyalət qəzeti olan "Kommunizm bayrağı"nda ədəbi əməkdaş olaraq çalışmışdır. sonra Alma-Ataya köçmüş, əvvəlcə respublika gəncləri qəzeti "Leninçi gənclər"də, daha sonralar isə uzun illər (1974-1983) "Ulduz" dərgisində şöbə müdiri, 1991-ci ildən isə "Qazax ədəbiyyatı" dərgisinin baş redaktoru vəzifəsində işləmişdir. Bökey 1991-ci ildə qazax ədəbi birliyi "Ağ quş"u yaratmış və ona rəhbərlik etmişdir. Oralxan Bökey 1993-cü ilin may ayında Hindistanda ezamiyyət zamanı qəfildən dünyasını dəyişmişdir. "Dəstələr", 1971 "Hardasan, qaçqalı dayçam", 1973 "Buz dağı", 1975 "Yuxusuzluq", 1987 "İldırım izi" (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012. Nərmin Azadgil, "Sadəcə sözün sahibi" (ön söz), Oralxan Bukeyev, "İldırım izi" kitabı (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012.
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Oran sülaləsi
Oran və ya Оran-Nassaus sülaləsi (nid. Oranje-Nassau) — Niderland krallığının 1815-ci ildən kral sülaləsi, Nassau knyaz evinin qolu. XVI əsrdən Oran şahzadəsi Birləşmiş Vilayətlər Respublikasında stathauderlər seçilən nüfuzlu oliqarx ailəsidir. Sülalə rəngi kmi narıncı rəng qəbul edilib.
Orand
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. Əhalisi 1534 nəfərdir.
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Oranienbaum (saray-park kompleksi)
Oranienbaum (alm. Oranienbaum‎ — "portağal ağacı") — Fin körfəzinin cənub sahilində və Sankt-Peterburq şəhərindən 40 km qərbdə yerləşən məşhur saray-park ansamblıdır. XVIII əsrə aid müxtəlif saray və parkların yerləşdiyi kompleks Lomonosov (1948-ci ilə kimi - Oranienbaum) şəhərinin ərazisində yerləşir. Oranienbaum Saray-park ansamblı Sankt-Peterburqun tarixi mərkəzi və onunla əlaqəli bütün komplekslər kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 2007-ci ildən saray və parklar Peterhof muzey-qoruğu tərəfindən idarə olunur. XVIII əsrin əvvəllərində Teiris mızasına (malikanəsinə) bitişik sahələr I Pyotr tərəfindən knyaz Aleksandr Menşikova hədiyyə edilmişdir. Knyaz 1711-ci ildə həmin əraziyə yaxınlığında, Karasta çayının Fin körfəzinə töküldüyü yerdə Böyük Sarayın inşasına başladı. Oranienbaum - Peterhof yolunun son nöqtəsi və Kronştadt şəhərinin əsas bərə keçidi sayılır. 1727-ci ildə ulu knyazın rəzalətindən sonra, Oranienbaum kompleksi ilk öncə Binalar üzrə Baş Şöbə İdarəsinə, 1737-ci ildə isə Admiral-Kollegiya və Dəniz Xəstəxana İdarəsinə köçürülmüşdü. 1743-1762-ci illərdə Oranienbaum böyük knyaz Pyotr Fyodoroviçin (gələcək İmperator III Pyotrun) əsas iqamətgahına çevrilmişdir.

Значение слова в других словарях