Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pəncəli Hüseynov
Pəncəli Teymurov
Pəncəli Nurməhəmməd oğlu Teymurov (24 mart 1981; Əzərüd, Astara rayonu, Azərbaycan SSR – 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram.
Gənclik
Gənclik- uşaqlıq və yetkinlik arasında həyat dövrü (18-35 yaş)
Gəncəli
Gəncəli — Azərbaycanda çox işlədilən təxəllüs və kişi adı. Gəncəli Sabahi — XX əsr Azərbaycan yazıçısı. Gəncəli Gənciyev — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-1995) Kəndlər Gəncəli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Gəncəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Gənclik Mall
Gənclik Mall — Gənclik metrostansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində yerləşən ticarət mərkəzi.
Gənclik metrostansiyası
Gənclik metrostansiyası — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda "Yadındamı" mahnısından fraqment səslənir. == Tarixi == 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Stansiyanın 6 giriş-çıxışı var.
Gənclik parkı
Gənclik parkı – Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən meşə tipli park. 26 avqust 2021-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak etmişdirlər. Parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlamışdır. Park Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə yaradılmışdır. Burada ziyarətçilərin istirahəti üçün müxtəlif infrastruktur yaradılmışdır və Xəzər dənizinin mənzərəsini də seyr etmək mümkündür. Park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib və yaşıllıqlar salınmışdır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksion quraşdırılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılmışdır.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Gəncəli (Xaçmaz)
Gəncəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Gəncəli Gənciyev
Gənciyev Gəncəli Əziz oğlu (19 fevral 1942, Astara – 27 iyul 2022) – professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994–1995-ci illər)[mənbə göstərin] == Həyatı == Gənciyev Gəncəli Əziz oğlu 19 mart 1942-ci ildə Astara şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri işləmişdir. Çoxlu sayda doktorant və dissertantların elmi rəhbəri olmuş, 10-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti və proqramın müəllifidir. 1994–1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. Gəncəli Əziz oğlu Gənciyev 1942-ci il matın 19-da anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olub. 1971-ci ildə akademik Əhməd Əkbər oğlu Mahmudovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə EA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə seçilib.
Gəncəli Qanbayev
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. == Haqqında == Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir. Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.
Kirakos Gəncəli
Gəncəli Kirakos (təq. 1200, Gəncə – 1271, Qazaka) — Qafqaz Albaniyası ədəbiyyatının nümayəndələrindən biri. == Həyatı == Kirakos Gəncəli 1201-ci ildə Gəncədə (Qandzax) anadan olmuş, 1271-ci ildə vəfat etmiş alban tarixçisi və rahibi. Mənbələr onu Aravelsi, yəni Şərqli, həmçinin Nor Qetik monastrının adı ilə əlaqədar olaraq Qetisi də adlandırırlar. O həmin monastrda Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil görmüş və ömrünün böyük bir hissəsini orada keçirmişdir. Kirakos erməni, fars, türk və ərəb dillərini mükəmməl bilirmiş. Kirakos Gəncəli Qafqaz Albaniyası tarixinə dair ən qiymətli mənbələrdən biri olan "Tarix" əsərinin müəllifidir. Bu əsərdə Albaniyaya və Xaçın bölgəsinə aid xüsusi bölmə ayrılmışdır. Gəncəli Kirakos bu əsərində Albaniyanın katolikosları, knyazları, həmçinin ölkədə kilsə tikintiləri və ayrı-ayrı məbədlər haqqında, o cümlədən Amaras məbədi haqqında məlumat verir. Monqolların Azərbaycana hücumu, onların daxili və xarici siyasətindən bəhs edir.
Muğan Gəncəli
Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan Gəncəli kəndi Kür çayı sahilində yerləşir. Kənd bir növ yarımadanı xatırladır. Üç tərəfindən Kür çayı ilə əhatə olunub. Bu hissə yerlilər tərəfindən Bucaq adlanır. Qalan hissə isə Bülbülə adlanır. Çayın kəndi əhatə etməsi qədimdə insanların burada yerləşmə səbəblərindən biri kimi qiymətləndirilir. Qədim qəbristanlığı var. Məzarlığın orta hissəsində Məşhur Seyid Mirağababanın məzar-ziyarətgahı yerləşir. Kəndin yaranma tarixi XV-XVI əsrlərə aid edilir.[mənbə göstərin] Qonşu kəndlər: Salmanlı, Çiçəkli, Cəngən.
Novruz Gəncəli
Novruz Gəncəli (azərb. Novruz Sadıqov İsmayıl oğlu‎; 12 sentyabr 1921, Maştağa, Bakı qəzası – 19 oktyabr 1995, Bakı) — Azərbaycan sovet yazıçısı. Novruz Gəncəli 12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşamışdır. Qardaşı Qulamhüseyn Sadıqov və anası H.Z. Tağıyev adına Toxuculuq fabrikində işə düzəlmiş, Novruz Gəncəli isə həmin fabrikin nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil almışdır. Bir müddət sonra Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq Gəncədəki fabrikə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncəli Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir. Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir və ailənin bütün qayğıları Novruz Gəncəlinin üzərinə düşür.
Rza Gəncəli
Rza Gəncəli (d. 1911 – ö. 1995) — İran naziri, jurnalisti. Rza Gəncəli 1911-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Əslən Hacıəlili elinin Gəncəli oymağındandır. Bu oymaq camaatı Gəncə şəhərindən gəlib. İlk və orta təhsilini doğma şəhərində almışdır. Sonra Almaniyada ali təhsilə yiyələnmişdi. Mühəndis Gəncəli kimi tanınırdı. "Babaşəmil" nəşrinin təsisçisi və baş redaktoru olmuşdu.
Sabir Gəncəli
Sabir Gəncəli (tam adı: Məmmədov Sabir Süleyman oğlu; 1930, Gəncə) — tarix elmləri doktoru, yazıçı, jurnalist. Sabir Gəncəli 1930-cu ildə Gəncədə anadan olmuşdur. M. Ə. Sabir adına orta və ibtidai rəssamlıq məktəbini bitirmişdir. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. 1958–1963-cü illərdə Bakı qəzetində, 1963–1967-ci illərdə "Azərbaycan qadını (jurnal)" jurnalı redaksiyasında ədəbi işçi, 1967–1975-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmişdir. 1976–2010-cu illərdə "Azərbaycan qadını (jurnal)" jurnalının məsul katib vəzifəsində çalışmışdır. 1990–1996-cı illərdə yeni yaranan bir çox qəzet və jurnalların — "Fermer" və "Vəfa" jurnalı, "Cik-Cik" qəzeti, "Səhnə", "Dəli Kür" qəzetlərinin nəşrlərində fəal iştirak etmiş, onların işıq üzü görməsində köməklik götərmişdir. 2000–2014-cü illərdə Azərbaycanın İctimai Siyasi Universitetinin professoru olan Sabir Gəncəli "Azərbaycan mətbuat tarixi" və "Jurnalistika sənətkarlığı" fənnindən dərs demişdir. Sabir Gəncəli ömrünün 68 ilini jurnalistika və elmi-tədqiqat işinə, milli mətbuatın öyrənilməsinə və təbliğinə həsr etmişdir. 1947-ci ildən başlayaraq, Azərbaycanda maarif və mədəniyyətin, qadın azadlığı hərəkatının, qadın təhsilinin inkişafında böyük rolu olmuş ziyalı qadınlarımızın həyatından, nəcib xidmətlərindən bəhs edən 1000-dən çox məqalə, tarixi silsilə oçerk, sənədli hekayə, iki sənədli povestin müəllifidir.
Gənclik İK
Gəncəli Kirakos
Gəncəli Kirakos (təq. 1200, Gəncə – 1271, Qazaka) — Qafqaz Albaniyası ədəbiyyatının nümayəndələrindən biri. == Həyatı == Kirakos Gəncəli 1201-ci ildə Gəncədə (Qandzax) anadan olmuş, 1271-ci ildə vəfat etmiş alban tarixçisi və rahibi. Mənbələr onu Aravelsi, yəni Şərqli, həmçinin Nor Qetik monastrının adı ilə əlaqədar olaraq Qetisi də adlandırırlar. O həmin monastrda Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil görmüş və ömrünün böyük bir hissəsini orada keçirmişdir. Kirakos erməni, fars, türk və ərəb dillərini mükəmməl bilirmiş. Kirakos Gəncəli Qafqaz Albaniyası tarixinə dair ən qiymətli mənbələrdən biri olan "Tarix" əsərinin müəllifidir. Bu əsərdə Albaniyaya və Xaçın bölgəsinə aid xüsusi bölmə ayrılmışdır. Gəncəli Kirakos bu əsərində Albaniyanın katolikosları, knyazları, həmçinin ölkədə kilsə tikintiləri və ayrı-ayrı məbədlər haqqında, o cümlədən Amaras məbədi haqqında məlumat verir. Monqolların Azərbaycana hücumu, onların daxili və xarici siyasətindən bəhs edir.
"Gənclik" metrostansiyası
Gənclik metrostansiyası — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda "Yadındamı" mahnısından fraqment səslənir. == Tarixi == 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Stansiyanın 6 giriş-çıxışı var.
Afaq Gəncəli
Afaq Aqil qızı Gəncəli (7 sentyabr 1977, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Afaq Aqil qızı Gəncəli 1977-ci il 7 sentyabr Bakı şəhərində anadan olub. İki qardaşı var. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktyor" fakültəsində təhsilini alıb. == Fəaliyyəti == Şair, dramaturq Novruz Gəncəlinin nəvəsi olan Afaq Gəncəli 1998-ci ildən televiziyada çalışır. Hazırda Xəzər TV kanalında yayımlanan "Səhər mərkəzi " və "Şourum" verlişinin aparıcısıdır .
Xəzər Gəncəli
Xəzər Gəncəli (26 yanvar 1956, Bakı) — Azərbaycan rejissoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (23 aprel 1997), Azərbaycan Respublikasının Əməkdar Artisti (16 oktyabr 2018) Xəzər Novruz oğlu Gəncəli 1956-cı il yanvar ayının 26-da Bakı şəhərində şair-dramaturq Novruz Gəncəlinin ailəsində dünyaya gəlib.1973-78-ci illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakultəsini bitirərək dram rejissoru ixtisasına yiyələnmişdır. Bir müddət Universitetin nəzdində yerləşən “Tədris teatrı”nda rejissor işləmiş, daha sonralar isə fəaliyyətini Gənc Tamaşaçılar Teatrında baş rejissorun truppa üzrə köməkçisi vəzifəsi ilə davam etmişdir (1987-1990). 1990-cı ildən 2000-ci ilə qədər X.Gəncəli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsində “Aktyor və rejissor sənəti” fənnindən dərs demiş, burada pedaqoji fəaliyyət göstərmişdir. X. Gəncəli 2000-ci ildən etibarən Türkiyə Cümhuriyyətinə getmiş və 2014-cü ilə qədər əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzində, daha sonralar, “Dərya Öncü Egitim” qurumunda və İstanbul Mərmərə Universiteti “Atatürk Egitim fakultəsi”ndə həm rejissor, həm də pedaqoq kimi fəaliyyət göstərmiş bu müəssisələrin səhnəsində müxtəlif janrlı pyeslərin tamaşaya hazırlanmasına rejissor olaraq quruluş vermişdir. Bunlardan Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” (2003), Mirzə Fətəli Axundzadənin “Yıxılasan, Paris!” (2004), Güngör Dilmenin “Deli Dumrul” (2005), Turqut Özakmanın “Töre” (2006), Üstün İnancın “İstanbulun Fəthi” (2007), Tuncər Cücənoğlunun “Dosye” (2008), Jan Batist Molyerin “Meşşan dvoryanlıqda” (2009), Nəcib Fazıl Kısakürəyin “Para” (2010), Vilyam Şekspirin “Venetsiya taciri” (2011), İbrahim Şinasinin “Şair evlənməsi” (2012) tamaşalarını misal göstərmək olar. Xəzər Gəncəli İstanbulun Mərmərə Universitetində pedaqoq kimi fəaliyyət göstərən yeganə həmyerlimiz olmuş və burada onun “Yönetmen ve oyun” (“Rejissor və pyes”) adlı elmi-nəzəri kitabı nəşr olunmuşdur (2011). 2014-cü ildən etibarən X. Gəncəli Azərbaycana geri dönmüş və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 22 dekabr 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunmuşdur. Bu teatrda 2018-ci ilə qədər 11 səhnə əsərinə quruluş vermişdir. X. Gəncəli həmcinin Türkiyə Cümhuriyyətində fəaliyyəti dövründə bir necə filmlərə də çəkilmişdir. “Sevgi ana” (inspektor, 2003), “Yusuf yüzlü” (aptekçi Murad, 2004), “Kareli çay” (Çayçı rolu, 2008), “Qırx altı nömrəli oda”, (Rüstəm, 2008), “Yaxşı cazibə”, (Gəray, 2011) obrazlarına və Azərbaycanda isə “Əfsanənin qayıtması” filmində isə 2018-ci ildə Doktor obrazına çəkilmişdir.
Öncəlik (iqtisadiyyat)
Öncəlik iqtisadi nəzəriyyədə — istehlakçının fərqli alternativləri (istehlakçı dəstləri, məhsul dəstləri) müqayisə etmək (arzuolunana görə sifariş) qabiliyyətinin rəsmi təsviridir. Riyazi nöqteyi-nəzərdən hər hansı bir üstünlük sistemi, qəbul edilə bilən alternativlər dəsti ilə ikili münasibətdir (əvvəlcədən sifariş, sərt sifariş və ya ekvivalentlik). Tercih anlayışı nizamlı (sıralı) faydalılıq nəzəriyyəsinin mərkəzində durur. İstehlakçının fərqli alternativləri bir-biri ilə müqayisə etməsi kifayətdir. Xüsusilə bir köməkçi funksiyası varsa, onun ədədi dəyərləri belə bir müqayisəyə imkan verir. Funksiya dəyəri nə qədər böyükdürsə, alternativ də bir o qədər yaxşıdır. Eyni zamanda, nizam nəzəriyyəsindəki fayda subyektivdir, çünki standart və ümumiyyətlə qəbul edilmiş ölçü vahidi yoxdur. Buna görə ədədi dəyərlərin özləri və aralarındakı fərq, müştəri məmnuniyyətinin səviyyəsi və bir alternativə digərinə üstünlük dərəcəsi haqqında heç nə demir. Kardinalist (ədədi) faydalılıq nəzəriyyəsində ədədi dəyərlər, əksinə, həm müştəri məmnuniyyətinin səviyyəsini, həm də alternativə üstünlük dərəcəsini göstərir. Sıralı yanaşma müasir mikroiqtisadiyyatda əsasdır, lakin bu, pul vahidlərindəki kommunal (istehlakçı rifahı) dəyişikliklərini qiymətləndirmə ehtimalını istisna etmir.
Kifayət Gəncəli
Kifayət İslam qızı Gəncəli (Məmmədova) (2 noyabr 1937, Kirovabad – 22 sentyabr 2024) — Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə == Həyatı == 2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1 il ibtidai sinif müəllimi ixtisasında təhsil alıb. Lakin sonra təhsilini yarımçıq qoyaraq, institutdan ərizə yazıb kənarlaşıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, Nəriman Əliyevin muğam sinfində təhsil alıb. O, fəaliyyətinə Yusif Heydərovun "Gənclik" ansamblında başlayıb. 1968-ci ildə Filarmoniyaya yollanıb. Ləqəbini Filarmoniyanın ovaxtkı direktoru Kərim Kərimov gəldiyi yerə görə verib. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 22 sentyabr 2024-cü ildə vəfat edib.
Encelia
Encelia (lat. Encelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pallasia L'Hér.
Pencalı Hüseynov
Perelik burnu
Perelik burnu (bolq. нос Перелик, ‘Nos Perelik’ \'nos pe-re-'lik\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Qarinya buxtasından cənub-şərqdə, Kozloduy buxtasından şimalda yerləşmişdir. Burun Nelson boğazından 900 m şimal-qərbdə, Kitçen burnundan 1.4 km şimal-qərbdə, Smirnenski burnundan 1.2 km cənub-şərqdə yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Rodof dağlarının Qolyam Perelik zirvəsinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Pəncalı Hüseynov