Pencalı Bəhmən oğlu Hüseynov (7 may 2001; Qaralı kəndi; Neftçala rayonu; Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Pencalı Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaralı kəndi, Neftçala, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur. |
Dəfn yeri | Qaralı kəndi, Neftçala |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Bəhmən Hüseynov |
Anası | Hicran Hüseynova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Kəlbəcər döyüşü |
Təltifləri | 2020 2020 |
Pencalı Hüseynov 7 may 2001-ci il tarixində Neftçala rayonunun Qaralı kəndində anadan olmuşdur. Pencalı 2007-ci ildə Qaralı kənd məktəbində 1-ci sinfə başlamışdır. Mülayim, xoşrəftar, mehriban olması ilə müəllim və şagirdlərin hörmətini qazanmışdı. 2018-ci ildə həmin məktəbin məzunu olmuşdur. Pencalının ev heyvanlarına xüxusi marağı vardı.
Pencalı Hüseynov 2 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidməti müddətində fəal, qorxmaz və intizamlı olması ilə komandir və zabitlərin rəğbətini qazanmışdı. Pencalının təlimlərdə və hərbi hissənin tərkibində göstərdiyi davranışına görə ailəsinə 2 dəfə (26.06.2020 və 12.09.2020-ci il tarixlərində) təşəkkür məktubu göndərilib. 2020-ci ilin avqustunda türklərlə olan təlimlərdə snayperçi olaraq göstərdiyi nəticəyə görə yenidən hərbi xidmətə dəvət almışdır. 26 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölümündə snayperçi olaraq iştirak etmişdir. O, Murovdağ və Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Pencalı Hüseynov 28 sentyabr tarixində Murovdağ istiqamətindəki döyüşdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Oktyabrın 2-də Neftçala rayonunun Qaralı kəndində dəfn olunmuşdur.