Pencalı Hüseynov

Pencalı Bəhmən oğlu Hüseynov (7 may 2001; Qaralı kəndi; Neftçala rayonu; Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Pencalı Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaralı kəndi, Neftçala, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur.
Dəfn yeri Qaralı kəndi, Neftçala
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Bəhmən Hüseynov
Anası Hicran Hüseynova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 2019-2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Kəlbəcər döyüşü
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Pencalı Hüseynov 7 may 2001-ci il tarixində Neftçala rayonunun Qaralı kəndində anadan olmuşdur. Pencalı 2007-ci ildə Qaralı kənd məktəbində 1-ci sinfə başlamışdır. Mülayim, xoşrəftar, mehriban olması ilə müəllim və şagirdlərin hörmətini qazanmışdı. 2018-ci ildə həmin məktəbin məzunu olmuşdur. Pencalının ev heyvanlarına xüxusi marağı vardı.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Pencalı Hüseynov 2 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidməti müddətində fəal, qorxmaz və intizamlı olması ilə komandir və zabitlərin rəğbətini qazanmışdı. Pencalının təlimlərdə və hərbi hissənin tərkibində göstərdiyi davranışına görə ailəsinə 2 dəfə (26.06.2020 və 12.09.2020-ci il tarixlərində) təşəkkür məktubu göndərilib. 2020-ci ilin avqustunda türklərlə olan təlimlərdə snayperçi olaraq göstərdiyi nəticəyə görə yenidən hərbi xidmətə dəvət almışdır. 26 sentyabr 2020-ci ildə AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölümündə snayperçi olaraq iştirak etmişdir. O, MurovdağKəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Pencalı Hüseynov 28 sentyabr tarixində Murovdağ istiqamətindəki döyüşdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Oktyabrın 2-də Neftçala rayonunun Qaralı kəndində dəfn olunmuşdur.

  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (aze). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2021.
  2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (aze). 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2021.