Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərisuz
Pərisuz və ya Parisos — orta əsr Azərbaycanında çarlıq, şəhər, qala və monastır adı. Onun mərkəzi Şəmkirçayın yuxarı hövzəsində, indiki Azərbaycanın Qalakənd kəndi yaxınlığında yerləşirdi. Pərisuz çarlığı X əsrdə Ermənistan yaylasının şərqində ən mühüm knyazlığa çevrilmişdir. == Tarixi == === Zəmin === Pərisuzun xarabalıqları tarixən Pərisuz adlanan, Şəmkirçayın qolu olan çayın sol sahilindəki qayanın üzərində yerləşir. Pərisuz həmçinin, Şəmkirçay hövzəsini əhatə edən ətraf mahalın və paytaxtı burada olan bir çarlığın adı idi. Pərisuz qala-şəhərinin IX əsrdə qurulduğu ehtimal olunur. Şəmkirçayın daha aşağı axınında, yaxınlıqdakı Girdman qalasını Şəmkirçay hövzəsinin mərkəzi kimi əvəz etmişdir. Pərisuz Girdmandan daha çətin coğrafi mövqeyə malik idi. Mahal əsasən əvvəlki Girdman ilə üst-üstə düşürdü. Yaxınlıqda Pərisuz adlı bir monastır da mövcud idi.
Pərqu
Pərqu (fars. پرگو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (16 ailə).
Həriri evi
Həriri evi (fars. خانه دكتر حريري‎) — Təbrizdə Tərbiyət küçəsində yerləşən, XIX əsrdə Qacarlar dövründə tikilmiş tarixi ev. Gözəl memarlıq xüsusiyyətlərinə görə milli irs siyahısına əlavə edilib. 2017-ci ildən etibarən binada "Azərbaycan Mətbuat Muzeyi" fəaliyyət göstərir. == Haqqında == Həririnin evi XIX əsrdə Təbrizdə tikilib. Bina Qacar dövrünə aiddir, iki blokdan ibarət olan və qibləyə üzləşən evin həm daxili və həm xarici həyəti var. Divarlarda olan çoxsaylı rəsmlər, müxtəlif dizaynlar və rənglər doktor Həririnin evini Təbrizdəki digər köhnə evlərdən fərqli edib. Həriri evinin otaqları hər kəsi heyrətə gətirən, unikal divar rəsmləri ilə bəzədilib. Bina 17 yanvar 1999-cu ildə milli abidə olaraq qeydə alınıb.Binanın xarici orijinal Qacar sənətinin təzahürüdür. Evin daxilində divarlara çəkilmiş rəsmlər isə Quran, Yusif və Züleyxa hekayəsi və digər tarixi hekayələr kimi qədim mifoloji mövzulardan ilhamlanaraq çəkilib.
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir.Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir.Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. == Tarix == Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır. Yusuf Ziya paşanın ölümündən sonra ailə 1990-cı illərin əvvəllərinə qədər malikanəyə sahib çıxmağa davam etmişdir. == Təmir == Malikanə 1993-cü ildə xeyriyyəçi iş adamı Basri Ərdoğan tərəfindən satın alındı və 1995-ci ildə binanın təmirinə başlanıldı.
Pərinuş Sənii
Pərinuş Sənii İran əsilli yazıçı, sosyoloq və psixoloqdur. Tehran Universitetinin psixologiya fakultəsində təhsil almışdır. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır. == Mənim Payım == Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 Dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görulmuşdur. Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı.
Rafiq Həriri
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري‎; 1 noyabr 1944, Sayda – 14 fevral 2005[…], Beyrut) — Livanın sabiq baş naziri. == Həyatı == Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır.Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür. Suriya Rəfiq Həririnin qətlilə əlaqəli olduğu barədə Amerika tərəfindən səslənən iddiaları rədd edir.
Rəfiq Həriri
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري‎; 1 noyabr 1944, Sayda – 14 fevral 2005[…], Beyrut) — Livanın sabiq baş naziri. == Həyatı == Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır.Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür. Suriya Rəfiq Həririnin qətlilə əlaqəli olduğu barədə Amerika tərəfindən səslənən iddiaları rədd edir.
Su pərisi
Su pərisi – belindən yuxarısı dişi bir insan görünümündə olan amma eyni zamanda bir balıq quyruğuna sahib mifoloji varlıq. Həmçinin bir heraldika məxluqudur. Obrazı "Min bir gecə" nağıllarında da var. Eləcə də Varşava və Norfolk (ABŞ) şəhər gerblərində təsvir edilib. == Həmçinin bax == Susulu Sirena Undina Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Səəd Həriri
Səəd əl-Həriri (ərəb. سعد الحريري‎; tam adı Sə’dəddin Rəfiq əl-Həriri; ərəb. سعد الدين رفيق الحريري‎; 18 aprel 1970[…], Ər-Riyad) — livanlı siyasətçi və milyarder, 2016- ci ildən etibarən Livanın baş naziri olmuşdur. Həmçinin, o, 2009-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər Baş nazir vəzifəsində çalışmışdır. O, 2005-ci ildə öldürülən keçmiş Livan baş naziri Rəfiq Həririnin ikinci oğludur. Həriri, 2005-ci ildən "Gələcək hərəkatı "nın lideri olmuşdur. O, 14 mart Koalisiyasının "ən güclü namizədidir". 3 il xaricdə yaşadıqdan sonra 2014-cü il 8 avqustda Livana döndü və 3 noyabr 2016-cı ildə baş nazir təyin edildi. 4 noyabr 2017-ci ildə Səudiyyə dövlət televiziyasında yayımlanan Həriri'nin istefa etmək niyyəti gözlənilməz olmuş, İran-Səudiyyə Ərəbistan vasitəçilik müharibəsinin Livanda bir hissəsi kimi qəbul edilmiş və Livan və Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə səbəb oldu. Prezident Mişel Övnün çıxışından sonra 5 dekabrda Həriri istefasını təxirə saldı.
Təll-Həriri
Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri Şumer və Levant arasına salmışdır. Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə.
Əli Həriri
Əli Həriri (kürd. Elî Herîrî) və ya Şeyx Əhməd Botani (1009 – 1079) — kürd şairi. O, kurmanc dilində yazırdı, klassik kürd sufi ədəbiyyatında qabaqcılı və kürd ədəbi ənənəsinin banisi hesab olunur. == Həyatı == Həriri 1009-cu ildə Botanın Hakkari mahalına bağlı Hərir kəndində anadan olmuşdur. Onun adını ilk dəfə XII əsrdə Əhməd Xani çəkmişdir və onun haqqında məhdud məlumatlar məlumdur. Həririnin poeziyası məhəbbət, Kürdüstan sevgisi, onun gözəl təbiəti və xalqının gözəlliyi üzərində qurulmuşdur. Şeirləri məşhur idi və bütün regiona yayılmışdı. Tarixçi Muhibbinin məlumatına görə, Həriri təhsil almaq üçün Dəməşqə köçmüşdür. Onun molla olduğu güman edilən Şeyx Əhməd adlı bir oğlu var idi.O, 1079-cu və ya 1080-ci ildə Cizrədə vəfat etmişdir. Onun məzarı müqəddəs yer sayılır və hər il çoxsaylı insan tərəfindən ziyarət edilir.
Pəri
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar Şotlandiyanın 95% əhalisi uçan pərilər haqqında olan əfsanələrə XIX əsrin ortalarına qədər inanırdı. Həmin müddət ərzində artıq Londonda metro belə tikilmişdi, lakin bu əhalinin ağılında uşaq vaxtlarından onlara danışılan nağıllar mühüm rol oynamışdı. Şotlandlar qızlarının, müxtəlif ev heyvanlarının, hətta həyat yoldaşlarının belə onlar tərəfindən qaçırıldığını düşünə bilərdilər. Zaman keçdikcə pərilərə inam Şotlandiyadan keçərək Avropaya doğru istiqamətlənməyə başladı, daha sonra isə bütün dünyanı əhatə etdi, lakin əsl həqiqətə uyğun məlumatlar hələ də dünyada məlum deyil. Bir çoxları pərilərin ölmüş insanların ürəklərindən meydana gəldiyini deyirdi, bir çoxları isə göydə uçan mələklərin yerə enərək pəriyə çevrildiyini düşünürdü. Əsl həqiqət isə həmişə mistika ilə qarışırdı. Con Frensis Kembell 1860-cı ildə özünəməxsus bir teoremlə önə çıxdı. O, bildirdi ki, pərilər sadəcə adalarda yaşayan balaca insanlardır. Bu teoremi 2004-cü ilə kimi araşdırmağa davam etdilər. Bir gün İndoneziya adalarından arxeoloji qazıntılar nəticəsində maraqlı bir fakt üzə çıxarıldı.
Mustafa Zərir
Mustafa Yusif oğlu Zərir (XIV əsr, Ərzurum – 1350) — XIV əsr Azərbaycan şairi. == Həyatı == Mustafa Yusif oğlu Ərzurum şəhərində anadan olmuşdur. 1377-ci ildə Misirə getmişdir. == Yaradıcılığı == XIV əsrdə yaşamış Azərbaycan şairi Mustafa Zəririn "Sirətün-Nəbi və ya Siyər" kitabı çox məşhurdur. Bu, türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastandır. Mustafa Zərir Misirdə olduğu müddətdə VIII əsrdə yaşamış ərəb alimi İbn İshaqın "Kitabu-sirətür-Rəsulullah" əsərini "Sirətün-Nəbi" adı ilə Azərbaycan dilinə həm nəsr, həm də nəzmlə tərcümə etməyə başlayıb. Böyük mütəfəkkir–şair bu ağır işi 1380-ci ildə tamamlayıb. Mustafa Zəririn bu kitabı Azərbaycan ədəbiyyat tarixində ilk tərcümə və nəsr əsəri, eləcə də türkdilli ədəbiyyatda peyğəmbərə həsr olunmuş ilk dini dastan nümunəsi hesab olunur. Belə bir kitabın varlığı bilinsə də mətninin tapılıb-üzə çıxarılması yalnız indi mümkün olub. XIV əsrdə Mustafa Zərir Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsər yaratmışdır.
Perikl
Perikl (yun. Περικλῆς, περί + κλέος — "şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495 və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə. Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb. Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi.
Period
Period — bir tam rəqsə sərf olunan zamandır. Düsturla ifadəsi belədir: T = 1 f {\displaystyle T={\frac {1}{f}}} T = t N {\displaystyle T={\frac {t}{N}}} burada T - period, t - zaman, N - rəqslər sayı, f isə tezlikdir.
Kiçik Su pərisi
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi".Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür."Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi).Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir. O, yazır ki, "Serir olaraq bu ölkəni VII-VIII əsrlərin ərəb müəllifləri adlandırıb. Adın mənşəyi aydın deyil: onu İran padşahının qızıl taxtı əfsanəsi ilə əlaqələndirilər (VII əsrin əvvəlləri), güya taxtı özlərindən öncə Dağıstan dağları kimi təhlükəsiz yerə yollayıblar ki, orada ona əyləşsinlər. Lakin padişah öldürüldü.
Aşıq Pəri
Aşıq Pəri (1811, Aşağı Maralyan, Qarabağ xanlığı – 1847, Şuşa) — Azərbaycan aşıq-şairi. == Həyatı == Aşıq Pəri 1811-ci ildə indiki Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub. Uşaq yaşlarından aşıq şeiri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti geniş yayılıb və öz dövrünün aşıqlarının diqqətini cəlb edib. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb. Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazır. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər. Aşıq Pəri Mirzə Həsən bəy Mirzə, Kərbəlayı Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov və s. aşıqlarla və şairlərlə deyişmişdir.
Bloom (pəri)
Bloom -Cizgi qəhrəmanı. Yaşı-Winx club-a qatılanda 16 yaşı var. Fəsil 1-də 16,fəsil 2-də 17,fəsil 3-də 18 və fəsil 4-də 19 yaşı,5-də 20,6-da 21,7-də 22 yaşı var Gücü-Magix-nın ən güclü sehrinə Əjdər oduna malik olan qızdır.Od gücündən istifadə dir. Sonradan od qoruyucu pərisi olur. Ölkəsi-Dünyadan Alfea-ya gəldiyi bilinsədə əslində öksəsi Dominodur(Sparks). Sevgilisi-Sky. Pixie-si (mini pərisi)-Lockette-dir. Otağını yığışdırmağa nifrət edir. Blum problemləri, məktəb ilə bağlı öhdəlikləri,dostları və xəyalları ilə dünyadakı hər hansı bir gənc qızdan fəqsizdir. Hər gün səssiz, sakit keçməkdə olan yaşantısını sevməkdə,digər tərəfdən cadulu yerlərdən və sehirli varlıqlardan ibarət bambaşqa bir dünyanın varlığını xəyal etməkdədir.
Pəri (məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri Sultan
Pəri Sultan (1506, Təbriz – 1543, Şəki) — Səfəvi Sultanı, Şirvan Məleykəsi, Şah I İsmayıl ilə Şah (Taclı) Sultanın qızı olmuşdur. Şah ismayıl xətainin ən sevimli qızı olan Pərixan sultan dövlətdə öz mənafeyini yaxşı tutmuşdur == Həyatı == Pəri Sultan Şah I İsmayıl ilə Behruzə Sultanın ilk övladı olaraq dünaya göz açmışdır. Təhsilli, savadlı bir xanım olan Pəri Sultan 1521-ci ildə gənc yaşda atasının da istəyi ilə siyasi evliliyə qədəm qoymuşdur. Saray intigalarıdan uzaq olsa da, 1 il bu xənədan mübarizəsində iştirak etmişdir.İki evlilik etməsinə baxmayaraq, övladı olmamış 1540 cı ildə Şəki xan bağında qəfil vəziyyəti pisləşərək vəfat etmişdir. == Fəaliyyəti == Şirvanşahlarla Səfəvilərin əlaqələrinin yaxşılaşması məhz Pəri Sultanın adı ilə bağlıdır. Lakin Şah I İsmayılın ölümündən sonra münasibətlər dəyişir. Şirvan sarayı hələ ilk gündən Pəri Sultanla yola getmirdi. Çünki Pəri Sultan bir növ Şirvan hakimi kimi paytaxt Təbrizdən bura göndərilmişdi. Şeyxşahdan övladı olmayan və onla yaxınlıq qurmayan Pəri Sultanı atasından sonra da buraya bağlayan bir şey yox idi. Pəri Sultan şeyxşahdan olduqca şübhəli idi.
Pəri cadu
"Sehirli pəri" və ya "Pəri cadu" — 1901-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış faciə pyesi. 1901-ci ildə Şuşadan Bakıya qayıtdığı zaman pyesi bitirmişdir. Pyes milli dram qızıl fonduna daxil edilmiş, uğur qazanmışdır, Tiflis, İrəvan, Naxçıvan və digər şəhərlərdə səhnəyə qoyulmuşdur. 1924-cü ildə Mirseyfəddin Kirmanşahlı tərəfindən səhnələşdirilən Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində qoyulmuşdur. == Əsərin təhlili == "Pəri cadu" pyesində, «Azərbaycan tarixi» (Bakı, 1960, cild 2-ci) monoqrafiyasının müəlliflərinin fikrinə görə, "Bəxtsiz cavan" pyesində olduğu kimi Haqverdiyev işləyənlər üçün sevgisini və səmimiyyətini ifadə edirdi. Ədəbiyyatşünas Əziz Şərifin sözlərinə görə, "Pəri cadu" simvolik dramasında Haqverdiyev insanın şəxsi xoşbəxtliyini sorğulamışdır. Əziz Şərif qeyd edirdi: Teatr mütəxəssisi Cəfər Cəfərov qeyd edir ki, "Pəri cadu" pyesi onun canlılığı və doğruluğu üçün dəyərlidir. Cəfərovun sözlərinə görə N.Nərimanovun "Şamdanbəy", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxıb yağmura düşdük", "Hacı Qara" əsərləri kimi Haqverdiyev, pul mübadiləsi, mülkiyyət ideyalarını ortaya qoyur və onların bu faciəli nəticələrini aydın şəkildə nümayiş etdirir əlaqələr və fikirlər irəli sürür. Cəfərovun sözlərinə görə, "Pəri cadu" pyesin tərzi və forması Azərbaycan səhnəsinin tarixində tamamilə yeni bir fenomen idi. == İstinadlar == Mənbələr == Ədəbiyyat == Kamran Məmmədov (Önsöz yazarı).
Pəri dağı
Pəri dağı — Xankəndinin keçmiş Şuşakənd sovetliyininin Çanaqçı qəsəbəsində yerləşir. Hündürlüyü 2059 metr. Burada palıd, vələs və şam ağacları vardır. == Tarixi == Dağın tarixi haqqında məlumat Süleyman Rəhimovun "Pəri çınqılı" əsərində geniş yayılmışdır. Qaçaq Nəbi və Həcər düşmən qoşunlarından qaçmaq üçün bu dağlara sığınmışdır.
Pəri Əliyeva
Pəri Əbdül Hüseyn qızı Əliyeva (ilk soyadı: Həsənova; aprel 1908, Bakı – noyabr 1992, Bakı) — jurnalist, müəllimə, Şərq qadını jurnalının məsul katibi (1930-cu illər). 1927-ci ildə bolşeviklər tərəfindən güllələnmiş Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının rəhbəri Dadaş Həsənovun bacısı və 1938-ci ildə repressiyalara uğramış Xalq Yüngül Sənaye komissarı İskəndər Əliyevin həyat yoldaşı idi. == Həyatı və fəaliyyəti == Pəri Həsənova 1908-ci ilin aprel ayında Bakıda anadan olmuşdur. Atası Əbdül Hüseyn tacir idi, 1903-cü ildə Şuşadan Bakıya köçmüşdür. Qardaşı həbs olunandan sonra təqiblərə məruz qalmışdır. Pəri Həsənova 1926-ci ildə Bakı Qızlar (Ünas) məktəbini, 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Lisaniyyat (Dilçilik) şöbəsini bitirir. Təhsil illərində o dövrün məşhur müəllimləri professor S.Vasilyev, professor Bəkir Çobanzadə, professor A.Baqridən, çox tanınmış şərqşünas professor P. Juzedən dərs alır. Pəri Həsənova 1931-ci ildə İskəndər Əliyev ilə ailə həyatı qurur. Evlilikdən bir qədər sonra Əliyeva familiyasını qəbul edir. Həyat yoldaşı İskəndər Əliyev Azərbaycan SSR xalq təsərrüfatında yüksək vəzifələrdə işləmişdir.
Pəri (Mahnişan)
Pəri (fars. پري‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 777 nəfər yaşayır (177 ailə).
Pəri (dəqiqləşdirmə)
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar. Pəri (məlayir) — Pəri (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Pəri Miniatür
Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; d. 16 oktyabr 1976, Naxçıvan rayonu) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan rəssamı, 1000-dən çox əsərin müəllifi, azərbaycanlı miniatürcü qadın rəssam. == Həyatı və təhsili == Pəri Miniatür 1976-cı il oktyabrın 16-da Naxçıvan MR-nın Babək rayonunda anadan olub. 1983-cü ildə Babək rayonu Təzəkənd orta məktəbində ibtidai təhsilini alan rəssam 1993-cü ildə orta təhsilini başa vurmuşdur. 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsilini almışdır. Pəri Miniatür 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Fəaliyyəti == 2020-ci ildə Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata keçmiş miniatür sənətinin layiqli davamçılarındandır Pəri Miniatür. Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam, miniatür sənətinə könül verir.Pəri Miniatürün müxtəlif illərdə Azərbaycanda, həmçinin bir çox ölkələrdə bir sıra beynəlxalq sərgiləri keçirilmiş və o, keçirilən bir çox beynəlxaq sərgilərin də iştirakçısı olmuşdur: 2000-ci ildə Türkiyədə fərdi sərgisi keçirilb. 2012-ci ildə "Creative Center"də fərdi sərgisi keçirilib. 2013-cü ildə "Azerbaijan Art Festival-2013" layihəsinin iştirakçısı olmuşdur.
Kiçik Su pərisi (personajlar)
Kiçik Su pərisi - 1989-cu ildə istehsal edilmiş cizgi filmidir. Onun ardınca daha iki seriyası çəkilmişdir. Bu siyahıda "Kiçik Su pərisi" cizgi filminin personajları haqqında məlumat verilmişdir. == Personajlar == === Ariel === Ariel - Kral Tritonun ən kiçik qızıdır. Altı bacısı vardır: Akvata, Alana, Arista, Attina, Adela və Andriana. Onun çoxlu dostları vardır, amma ən yaxşı dostu kiçik balıq Flaunderdir. Arielin gözəl səsi vardır və yaxşı mahnı ifa etmək bacarığına malikdir. Onu ən çox insan dünyası maraqlandırır. Arielin yaşıl quyruğu vardır. Ariel personajı "Disney qadın personajlarının kraliçası" siyasında birincidir.
Berisu (Sərdəşt)
Berisu (fars. بريسو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 367 nəfər yaşayır (61 ailə).
Couto Pereira
Kouto Pereyra (port. Estádio Major Antônio Couto Pereira) — Braziliyanin Koritiba şəhərində 1932-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi "Koritiba" komandasıdır.
Fırlanma periodu
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Perdyu Universiteti
Perdyu Universiteti (ing. Purdue University) — ABŞ-nin İndiana ştatının Vest-Lafayett şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1862-ci il iyulun 2-də ABŞ prezidenti Avraam Linkoln Morill qanununu imzalayır. Həmin qanuna əsasən ABŞ-nin hər bir ştatında kənd təsərrüfatı, mexanika və hərbi hazırlıq ixtisasları üzrə mütəxəssis hazırlayan dövlət universitetlərinin yaradılması üçün torpaq sahələri ayrılır. 1865-ci ildə İndiana ştatının Baş Assambleyası Morill qanunundan istifadə edərək maşınqayırma sahəsi üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi yaratmağı planlaşdırır. İş adamı və xeyriyyəçi Con Perdyu İndiana ştatında kollec yaradılması üçün 150000 ABŞ dolları, eləcə də Tippekano ərazisində 100 akr torpaq sahəsi bağışlayır. 1869-cu il mayın 6-da Vest-Lafayett şəhəri yaxınlığında yeni ali təhsil müəssisəsi yaradılır və himayəçisinin şərəfinə Perdyu Universiteti adlandırılır. 1872-ci ildə Riçard Ouen universitetin ilk prezidenti təyin olunur. Ali məktəbdə ilk dərslər 1874-cü il sentyabrın 16-da 6 müəllim və 39 tələbə ilə başlayır. 1875-ci ildə universitet kimya sahəsi üzrə ilk bakalavr səviyyəsini verir.
Periqö (rayon)
Periqö (fr. Périgueux) — Fransanın Akvitaniya regionun rayonlarından biri (fr. Arrondissement). Departamenti — Dordon. Suprefektura — Periqö. Rayon əhalisi 2006-cı ildə 181 182 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 54 nəf / km². Rayon ərazisi — 3337 km².
Piter Petiqrü
Piter Petiqrü, Harri Potter seriyasında xəyali personajdır. Harri Potterin atası Ceyms Potterin ən yaxın dostlarından biridir. Eyni zamanda siçana dönüşə bilən bir animaqusdur. Buna görədə onun ləqəbi Qılquyruqdur. Uşaqlıq dönəmində Ceyms Potter və Sirius Blekə heyran olan Petiqrü; Harrini Voldemortdan qorumaq üçün Albus Dambldorun etdiyi Fidelius sehrinin sir tutanı olaraq seçilmişdir. Pitr gedib Potterların yerini Voldemorta demiş, Ceyms və Lilinin ölümünə səbəb olmuşdur. Sirius Blek olanları öyrəndiyində Petiqrünü bir küçədə sıxışdırır. Bunun üzərinə Petiqrü küçənin böyük bir qismini havaya uçurtmuşdur və siçana dönüşmədən öncə bir barmağını qopartıb kanalizasiyaya qaçmışdır. Bu hadisənin ardından illərcə Harri Potterin ən yaxın dostu Ron Uizlinin ev heyvanı Skabbers olaraq yaşamış və beləcə gizlənməyi başarmışdır. On üç il ərzində Uizlilərin ev heyvanı olaraq gizlənmiş olan Petiqrü bütün sehrbazlıq toplumu Sirius Blek tərəfindən öldürülmüş (12 maql ilə birlikdə) olaraq bilinirdi.
Rudolf Perina
Rudolf Perina — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Yarımparçalanma periodu
Yarımçevrilmə periodu- radioaktiv nüvələrin yarısının çevrilməyə məruz qaldığı müddət. Onun vahidi saniyədir və T hərfi ilə işarə olunur. Hər bir kimyəvi elementin və radioaktiv izotopun yarımçevrilmə periodu var.
Elula Perrin
Elula Perrin (31 mart 1929, Hanoy – 22 may 2003, Paris) — vyetnaməsilli Fransa yazıçısı. O, 1969-cu ildə Emi Mori ilə birlikdə Parisdə qadınlar üçün ilk gecə klubu olan "Katmandou"nu qurmuşdur. Məkan 1989-cu ildə bağlanmışdır.
Peru
Peru (İspanca: Perú, Quechua dili: Piruw, Aymara dili: Piruw) və ya rəsmi adı Peru Respublikası (İspanca: República del Perú, Quechua: Piruw Republika, Aymara: Piruw Suyu) — Cənubi Amerikanın qərbində bir ölkədir. Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla məhduddur. == Təbii bölgələr == Peru dəyişik iqlim bölgələrinə malikdir. Sahil bölgələr– Ölkənin təxminən % 11i Dağlıq bölgələr – təxminən %15 Meşəlik və meşə ilə örtülü dağlıq ərazilər – təxminən % 64 == Sahil bölgələr == Costa Humboldt Axıntısının təsiri altında olub, əkinçiliyin yalnız Andlardan gələn çaylar boyunca və çay vahələrində mümkün olduğu, geniş ölçüdə bir sahil çölüdür. Perunun cənubunda, Çili sərhədində dünyanın ən quraq səhrası olan Atakama səhrası başlayır. Limanın şimalında yağıntının miqdarı bir az artar ki beləliklə əkinçilik imkanı çay vahələrinin xaricində də mümkün olar. İstilik qışda 12 °C və yazda 35 °C olar. Limanın yanında sahildəki böyük şəhərlər (şimaldan cənuba) Tumbes, Sullana, Piura, Chiclayo, Trujillo, Chimbote, Huaral, Pisco, Ica, Naz tərəfindəndir. == Dağlıq ərazilər == Ensiz sahil bölgəsinin ardında Sierra başlayır. Bura, uzun vadilərlə kəsilməyə uğrayan (isp.