Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paper
Paper (azərb. Kağız‎) — İslandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnını ifa edən müğənni Svala eyni zamanda mahnının island dilində olan versiyasını da ("Ég veit það") təqdim etmişdir. Mahnı Svala, Svalanın həyat yoldaşı Einar Eqilsson və eyni zamanda Lester Mendes, Lili Elise tərəfindən bəstələnmişdir.
Edinburq Napier Universiteti
Edinburq Napier Universiteti (şot. Oilthigh Napier Dhùn Èideann) — Şotlandiyanın Edinburq şəhərində yerləşən dövlət universiteti. Universitetdə 19,500-dən çox tələbə təhsil alır. 2018-ci ilin göstəricilərinə görə universitetdə Avropa İttifaqı daxil olmaqla dünyanın 140-dan çox ölkəsindən təxminən 9500 xarici tələbə təhsil alırdı. == Tarixi == 1964-cü ildə Napier Texniki Kolleci kimi yaradılmışdır. XVI-cı əsrdə yaşamış şotland riyaziyyatçısı və ilahiyyatçısı, loqarifmlərin ixtiraçısı Con Napierin şərəfinə adlandırılmışdır. Kollec 1986-cı ildə Napier Texnik İnstitutu adlandırıldı. 1992-ci ilin iyununda qurum rəsmi olaraq Edinburq Napier Universiteti adı aldı. Edinburq Napier Universiteti iki dəfə Kraliçanın Yubiley Mükafatına layiq görülüb. Universitetin şüarı Nisi sapientia frustra — "Bilik olmadan hər şey əbəsdir" mənasını verir.
Rock, Paper, Shotgun
"Rock Paper Shotgun" — ABŞ videooyun veb saytı. Saytın məzmunu videooyunlar və geyminq sənayesinə əsaslanmışdır. Strukturuna görə "Rock, Paper, Shotgun" bloqdur və diqqəti kompüter oyunlarına və çox platformalı oyunların PC versiyalarına yönəldir. Sayt 2007-ci ilin iyulunda təsis edilmişdir və 2010-cu ildə "Eurogamer" saytının tərəfdaşı olmuşdur. "Rock, Paper, Shotgun" saytının məzmunu xəbərlər, resenziyalar, önizləmələr, müsahibələr və analitik məqalələrdən ibarətdir. "Rock, Paper, Shotgun" videooyun jurnalistikasında kifayət qədər nüfuzlu resursdur və ona tez-tez istinad edilir.
North American XF-108 Rapier
XF-108 Rapier, North American Aviation aviasiya şirkəti tərəfindən SSRİ mənşəli supersonik kəşfiyyat və qırıcı təyyarələrinə qarşı (MiG-25 Foxbat) ABŞ və Kanadanı qorumaq üçün hazırlanması dizayn mərhələsində ikən dayandırılmış hərbi təyyarə. Layihənin proqram qiyməti 141.9 milyon ABŞ dolları təşkil etmişdir.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Papaver
Lalə və ya xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Pamir
Pamir dağları — Orta Asiyada Tacikistan-Çin, Sincan-Uyğur Muxtar Rayonu sərhədlərində olan və Himalay dağlarının şimal silsilələrini təşkil edən sıra dağlar. Hisar vadiləri Tanrı dağlarını Pamir dağ sistemindən ayırır. Bir digər adıda Zalım Xalıd olan Pamir dağları, eyni zamanda Sincan-Uyğur Muxtar Rayonu daxilinə 1.760 km girir. Ən yüksək zirvəsi 7495 m. yüksəkliyi ilə İsmayıl Samani zirvəsidir. Pamir dağlarından gələn Amudərya və Sırdərya çaylarının sularının toplanması ilə bu gün qurumaqda olan Aral gölü həyata qayıdır. Xaşxaşın vətəni sayılır.
Papio
Pavianlar (lat. Papio) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin əntərmeymunlar fəsiləsinə aid heyvan cinsi.
Piper
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Tapir
Tapir (lat. Tapirus) — təkdırnaqlılar dəstəsindən otyeyən heyvan cinsi. Formasına görə donuzu xatırlatsa da, tutmağa qabil olan qısa xortuma malikdir. Kabuslarla bəslənir. Donuza bənzəsə də maral kimi buynuzu var.
Panzer IX/Panzer X
Panzerkampfwagen IX və Panzerkampfwagen X, Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Panzerkampfwagen Zirehli sinfində müasir tanklar hazırlamağı hədəfləyən lakin yalnız nəzəri olaraq qalan, bir layihədir. 1946-1947-ci illərdə istismara verilməsi planlaşdırılan texnikalar müharibəyə çatdırıla bilinmədi. Texnikalar yalnız proyekt kimi qalmışdır. İki layihə ilə də əlaqədar olan heç bir layihə tapılmamışdır. PzKpfw X Maus tankından daha geniş, lakin daha balaca idi. Tankın əsas silahı kimi 88mm-lik və ya 128 mm-lik top nəzərdə tutulmuşdur. Hər iki dizaynda da çox böyük dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər bu gün belə istifadə olunur.
Erigeron pauper
Erigeron pauper (lat. Erigeron pauper) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eugenia pauper
Eugenia pauper (lat. Eugenia pauper) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Fransisk Xavier
Fransisk Ksaveri (lat. Franciscus Xaverius, Fransisko Xavyer, isp. Francisco (de) Javier, bask Frantzisko Xabierkoa, doğum adı: Fransisko de Xassa i Aspilikueta, isp. Francisco de Jasso y Azpilicueta; 7 aprel 1506 – 3 dekabr 1552) — katolik müqəddəs və missioner, Yezuit Ordeninin qurucularından biri. O, Yaponiyaya gedən ilk katolik missioner idi. Fransisk İqnati Loyola ilə birlikdə 12 mart 1622-ci ildə Papa XV Qriqori tərəfindən müqəddəs elan edilmişdir. Lizyölü Tereza ilə birlikdə o, katolik missionerlərin himayədarıdır. == Həyat hekayəsi == Fransiskn 7 aprel 1506-cı ildə İspaniyanın şimalındakı Sangüesa şəhərindəki Xavier qəsrində 5 uşaqlı bir ailənin ən kiçiyi olaraq anadan olmuşdur. 1525-ci ilin yayında o, ilk təhsilini aldığı Francisco de Xavier qəsrini evinə qayıtmamaq şərti ilə tərk etdi və qərbi Avropanın ən yaxşı universiteti olan Paris Universitetində fəlsəfə təhsili alır. Parisdəki təhsil müddətindən sonra fəlsəfə tədrisi vermiş və bu sahədəki uğurlarına görə təriflənmişdir.
Karl Pauker
Karl Pauker( rus. Карл Викторович Паукер;12 yanvar 1893 və ya yanvar 1893, Lvov, Sisleytaniya – 14 avqust 1937, Moskva) — Sovet xüsusi xidmət orqanlarının icra məmuru; İosif Stalinin təhlükəsizliyinin rəhbəri. 2-ci dərəcəli dövlət təhlükəsizlik komissarı (1935). Kütləvi repressiyaların təşkilatçısı. == Həyatı və təhsili == === Erkən illəri. I Dünya Müharibəsi. Əsirlik həyatı. === 1893-cü ilin yanvarında Lembergdə bərbər Benjamin Pauker ailəsində olduqca kasıb bir anadan olub. Yəhudi. İbtidai ev təhsili aldı.
Karl Popper
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper‎; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu adını Lui Pasterdən almışdır.Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Papaver alpinum
Papaver alpinum (lat. Papaver alpinum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Papaver argemone
Papaver argemone (lat. Papaver argemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Papaver atlanticum
Papaver atlanticum (lat. Papaver atlanticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Papaver bracteatum
Papaver bracteatum (lat. Papaver bracteatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Passer domesticus
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.