PAPİRÓS

[ alm. papier – kağız] Çəkmək üçün içi tütünlə doldurulmuş kağız lüləsi (gilizi). Papiros çəkmək. Papiros qutusu.
– Mahmud dinməzcə bir papiros yandırıb, gözlərini yerə zillədi. Y.Əzimzadə.

□ Papiros kağızı – adətən papiros gilizləri hazırlamaq üçün işlədilən çox nazik şəffaf kağız növü.

Синонимы

  • PAPİROS PAPİROS [Əfəndi:] Təşəkkür edirəm, əfəndim, bən də papiros çəkmirəm (Ə.Haqverdiyev); SİQARA Süleyman: Buyurunuz, əfəndim, siqara çəkiniz (Ə

Этимология

  • PAPİROS Polyak sözüdür, papirus kəlməsinin təhrifi ilə bağlı yaranıb, mənası “kağız” deməkdir. Bizdə məna bir qədər dəyişib
PAPIŞ
PAPİROSALIŞDIRAN
OBASTAN VİKİ
Papiros
Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər. Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir. İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853–1856) sonra yayılmağa başlayıb.

Значение слова в других словарях