Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi.Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. === Məşhurlaşması === 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır. Onun Dost və OD ilə birgə ifa etdiyi "1st class" treki böyük diqqət cəlb edir.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu onun adını Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Boris Pasternak
Boris Leonidoviç Pasternak (rus. Борис Леонидович Пастернак, təxminən 1920-ci ilə qədər Boris İsaakoviç Pasternak; 29 yanvar (10 fevral) 1890, Moskva – 30 may 1960[…], Peredelkino[d], Moskva vilayəti) — rus şair, yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958). == Həyatı == Boris Leonidoviç Pasternak yəhudi əsilli rus sovet şairi və yazıçı, sovet ədəbiyyatının Nobel mükafatı alan ilk nümayəndəsidir. Moskvada, ziyalı ailəsində doğulmuşdu. Atası Leonid Pasternak Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbinin professoru və tanınmış portretçi-rəssam, anası Poza Kaufman isə uşaqlarının tərbiyəsi üçün musiqi karyerasından imtina etmiş məşhur pianoçu idi. Ailənin mütəvazi güzəranına baxmayaraq, Pasternakların evi Moskva bomondunun toplaşdığı əsas yerlərdən biri idi. Bu evdə Lev Tolstoy, Raxmaninov, Skryabin, Erix Mariya Rilke və s. məşhur adamlar olmuşdular. Rəssamlıq və musiqi mühitində böyüyən Boris Pasternak əvvəlcə Moskva Konservatoriyasında kompozisiya nəzəriyyəsini öyrənməyə başlamışdı. Lakin musiqi duyumunun yetərincə olmadığını başa düşdükdən sonra bu işdən əl çəkmişdi.
Pasterellyoz
Pasterellyoz (Pasteurellosis) — Pasterellyoz infeksion xəstəlik olub, iti gedən zaman septisemiya əlamətləri, digər gedişlərdə isə ən çox ağciyərin iltihabı ilə səciyyələnir. == Tarixi məlumat == Xəstəliyin infeksion xarakterili olmasını ilk dəfə Bollinger 1878-ci ildə qeyd etmişdir. Sonralar Kitt qaramalda (1885-ci ildə), E.M.Zemmer, Pirronçito və Rivolto isə qoyunlarda pasterellyozun törədicisini müəyyən etmişlər. 1880-ci ildə Paster quşlarda pasterellyozun törədicisini, 1881-ci ildə dovşaların pasterellyozunu Qafki, 1836-cı ildə Lofler donuzların, Qreste 1887-ci ildə camışların, Qalte 1889-cu ildə xırdabuynuzlu heyvanların pasterellyozu haqqında ilk məlumat vermişlər. Paster quşlarda pasterelyozun törədicisinin tam öyrənmiş və bakteriyanın kulturasını zəiflədərək vaksin hazırlamışdır. 1910-cu ildə ayrılmış törədici Pasterin şərəfinə pasterella, xəstəlik isə pasterellyoz adlandırılmışdır. Xəstəliyin törədicisinin zooloji təsnifatı haqqında elmdə uzun müddət mübahisə olmuşdur. Yalnız 1939-cu ildə Rozenbuş və Merqant tərəfindən xəstəliyin törədicisi bütün növ heyvanlarda Pasterella multocida olduğu sübut olundu. Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanların pasterellyozuna qarşı effektli vaksin akademik M.Q.Qəniyev tərəfindən hazırlanmışdır. Pasterllyoz geniş yayılmış xəstəliklərdən olmaqla ən çox quşlarda, donuzlarda, az halda isə iri və xırdabuynuzlu heyvanlarda müşahidə edilir.
Pasterizə
== Pasterizə == Pasterizə — maye mühitdə, qidada mikroorqanizimlərin veğetativ formalarını (termofil istisna olmaqla) birdəfəlik və ya qısa müddətdə 100°C-dən aşağı temperaturda qızdırılması yolu ilə məhv edilməsidi. Adətən bu proses ən cox maye qidaları və ya maddələri 60 dəq. ərizində 60°C-yə qədər, və ya 30 dəq. ərzində 70–80°C-yə qədər qızdırmaqla baş verir. Bu texnologiya XIX əsrin ortalarında fransız mikrobioloqu Lui Paster tərəfindən təklif olunmuşdur. Bu üsul qida məhsullarını zərərləşdirmək həm də onların saxlama müddətini uzatmaq üçün istifadə olunur. == Tətbiq sahələri == Qida xammalın növündən və xüsusiyyətlərindən asılı olaraq müxtəlıf pasterizə rejimləri istifadə olunur. Təsnifatla tanış olaq: uzun pasterizə (63–650C 30–40-dəqiqə ərizində); qısa pasterizə (82–850C 0,5–1 dəqiqə ərizində); ani pasterizə (92–980C, bir neçə saniyə ərizində), məhsulu 1000C yuxarı bir neçə saniyə ərizində qızdırılması isə ultrapasterizə adlanır. Pasterizə zamanı məhsulda mikroorqanizimlərin vegetativ forması məhv olunur, lakin sporlar canlı vəziyyətdə qalir və əlverişli şərait yarandıqda intensiv inkişaf etməyə başlayır və buna görə pasterizə edilmiş məhsullar (süd.pivə və s.) məhdud müddət və aşağı temperaturda saxlanılır. Belə saymaq olar ki, məhsulların qida dəyəri pasterizə zamanı praktiki dəyişmir, çünki dad keyfiyyətləri və qiymətli komponentlər (vitaminlər, fermentlər) tam qorunub saxlanılır.(3)Pasterizə məhsulun sterilləşməsi deyil.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. == Pastellər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 481.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. == Tarix == XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Aster
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Baster şəhəri
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Kaster (Vaşinqton)
Kaster (ing. Custer) — ABŞ-nin Uotkom dairəsində siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 366 nəfər olmuşdur. == Tarixi == Adı ilk poçt müdiri Alber Kasterin adından götürülmüşdür. İlk ərazi Valley View və Bay Roads yollarının kəsişməsində olsa da, 1890–1892-ci illərdə dəmiryolunun çəkilməsi ilə əlaqədar indiki əraziyə köçürülmüşdür. == Coğrafiyası == Ümumi ərazisi 4.7 km² olub, tamamilə quru ərazisindən ibarətdir. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 366 nəfər əhali, 138 şəxsi təsərrüfat və 98 ailə vardı. Əhalinin sıxlığı 63.5 nəfər/km²-di. Burada 147 ev var və evlərin sıxlığı 31.3/km²-di. Əhalinin etnik tərkibini 89,3%-i Ağ amerikalılar, 1,9%-i Asiyalılar, 0,3%-i Hindilər, 0,5%-i Afroamerikalılar, 6,3%-i digər irqdən olanlar və 1,6%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
Passer domesticus
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. == Bioloji təsviri == === Xarici görünüş === Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Pastor roseus
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. == Qısa təsviri == Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Puster vadisi
Puster vadisi— İtaliyada Cənubi Tirolda Brixen yaxınlığında Mülbaç və Avstriya və Şərqi Tirolda Lixtenşteyn arasında Alp dağlarında şərq-qərb istiqamətində uzanan bir dərə. Puster vadisinin Cənubi Tirol bələdiyyələri Puster vadisi rayonunu yaradır.
Qara panter
Qara panter bəbir (Panthera pardus) və yaquarın (Panthera onca) melanistik rəng variantıdır. Hər iki növün qara panterləri qara piqmentlərə malikdirlər, lakin onlarda tipik xallar da mövcuddur. Onlar əsasən tropik meşələrdə yaşayırlar. Qara bəbirlərə əsasən Keniya, Hindistan, Şri-Lanka, Nepal, Tailand, Qərbi malayziya və Yava, qara yaquarlara isə Meksika, Panama, Kosta-Rika və Paraqvayda rast gəlmək mümkündür. Bəbirlərdəki melanizmə ressesiv allel, yaquarlarda kı melanizmə isə dominant allel səbəb olur. allel səbəb olur. == Bəbir == 1788-ci ildə fransız araşdırmaçı Jan Klod Delametri Benqaliyadan gətirilmiş və London qəsrində saxlanılan qara bir bəbirdən bəhs edir. 1794-cü ildə Fridnix Albreçt Anton Meyer isə Hindistan bəbiri olan bu pişik üçün Felis fusca elmi adını təklif etdi. 1809-cu ildə isə Jorj Küvye Yavadan gətirilmiş və "Ménagerie du Jardin des plantes" botanik bağında saxlanılan qara bəbirdən bəhs edir. Küvye həmin Yava bəbirinə Felis melas adını verməyi təklif etdi.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Aster ageratoides
Aqeratobənzər çayırçiçəyi (lat. Aster ageratoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. == Yarımnövləri == Aster ageratoides var. firmus (Diels) Hand.-Mazz. Aster ageratoides var. grossedentatus (Franch. ex Diels) Kitam. Aster ageratoides var. laticorymbus (Vaniot) Hand.-Mazz. Aster ageratoides var.
Aster alpinus
Alp çayırçiçəyi (lat. Aster alpinus) — mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. == Yarımnövləri və variasiya == Aster alpinus var. serpentimontanus (Tamamsch.) Ling Aster alpinus subsp. tolmatschevii (Tamamsch.) Á.Löve & D.Löve Aster alpinus subsp.
Aster ambiguus
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü. == Arealı == Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. == Sinonim == Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Aster amellus
Gözəl çayırçiçəyi (lat. Aster amellus) — çayırçiçəyi cinsinə aid bitki növü. Bu bitki Pireneydə və Alp dağlarından Karpatlara qədərki Avropa dağlarında yetişir. Avropadan kənarda Qərbi Asiyada (Türkiyə), Qafqazda, Sibirdə, Cənubi Asiyada (Uttarakhand, Hindistan) və Mərkəzi Asiyada (Qazaxıstan) rast gəlinir.[mənbə göstərin] == Variasiyaları == Aster amellus subsp. bessarabicus (Bernh. ex Rchb.) Soó Aster amellus subsp. ibericus (Steven) V.E.Avet.
Aster atticus
Zərif çayırçiçəyi (lat. Aster atticus) - çayırçiçəyi cinsinə aid bitki növü.
Aster bellis
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.
Aster carolinianus
Ampelaster (lat. Ampelaster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ampelaster carolinianus (Walter) G.L.Nesom == Sinonimləri == Aster carolinianus Walter bazionim Aster scandens J.Jacq. ex Spreng.
Paştet
Paştet (alm. Раstеtе‎) == Ərzaqlar == 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. == Hazırlanma qaydası == 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Hamster
Kastor
Kastor - Əkizlər bürcünün α ulduzu. Adını mifologiyadakı əkiz döyüşçülərdən biri olan Kastordan almışdır. Digəri olan Polluks Əkizlər bürcünün β ulduzudur. Çılpaq gözlə Kastor tək görünsə də müasir teleskoplarla onun əslində üç ulduzdan ibarət olduğunu müşahidə etmək olar. Bu ulduzlar sıra ilə Kastor A, B və C adlandırılmışdır. Daha da maraqlısı bu üç ulduzun hər birinin spektroskopik qoşa ulduz olduğu kəşf edilmişdir. Yəni əslində Kastor altı ulduzdan ibarət bir sistemdir. Alpha Geminorum (α Geminorum, qısaldılmış Alpha Gem, α Gem) olaraq ifadə edilən Castor, Əkizlər bürcünün ən parlaq ulduzu və gecə səmasındakı ən parlaq ulduzlardan biridir. Baxmayaraq ki, 'Alfa' identifikatoruna malikdir, Beta Geminorum'dan (Pollux) daha zəifdir. Kator , James Pound tərəfindən 1718-ci ildə qoşa ulduz kimi qeydə alınmışdır.
Klaster
'Klaster (ing. cluster — topluluq) — bir neçə eynicinsli elementlərin birləşməsi, hansı ki, müşahidə zamanı, sadəcə xüsusiyyətlərə malik olan vahid kimi qəbul oluna bilər. İnformasiya texnologiyalarında: Klaster — bir mövzu ilə bağlı axtarışın altçoxluğu nəticələri kimi; Klaster — bilgisayara quraşdırılmış çevik və sərt disklərin vahid kimi saxlanılması; Klaster — yüksək sürətli rabitə kanalları ilə birləşdirilmiş bilgisayarlar qrupu; eləcə də — məntiqlə birləşdirilmiş, oxşar sorğuları emal edə bilən və vahid resurs kimi istifadə olunan serverlər qrupu; Klaster — obyekt, Oracle Database`də çətin sorğuların sürətli yerinə yetirilməsi üçün müxtəlif cədvəllərdən fiziki cəhətdən birləşdirilmiş məlumatların saxlanılması.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Napster
Napster — dünyada ilk mp3 mübadiləsi saytı və şəbəkəsi. Musiqiləri peer-to-peer (P2P) kodlaşmış dildə paylaşan şirkət sonradan fəaliyyətini dayandırmışdır. Şirkətin işinin dayandırmasında musiqilərin müəllif hüquqları məsələlərində çətinliklər yaşaması, tez-tez məhkəmələrdə iştirak etməsi səbəb oldu. Xidmət məhkəmənin qərarı ilə bağlansa da, Napster nəzarət edilməsi çox çətin olan mərkəzləşməmiş “tay-tuşlar” şəbəkələrinin yaranmasına səbəb oldu. == Yardıcıları == Şirkət Şon Fenninq, Con Fenninq, Şon Parker tərəfindən qurulub. 1999-2001-ci illər aralığında dünyada böyük rəğbət qazanan Napsterdə insanlar musiqi paylaşımı edirdi. Məhkəmə qərarları nəticəsində bağlanan şirkət, sonradan başqa biznsmenlər tərəfindən alındı. Napster xidməti enişli-yoxuşlu yollardan keçməsinə baxmayaraq 80 milyon istifadəçi toplayıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Napster, Inc.
Olster
Olster (ing. Ulster) — İrlandiyanın 4 tarixi əyalətindən biridir və hal-hazırda adanın şimalında 9 qraflığı özündə birləşdirir. Bu qraflıqlardan altısı - Antrim, Arma, Dau, Fermana, Londonterri və Tiron Şimali İrlandiyanın tərkibinə,qalan - Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Olsterdə 2 milyona yaxın insan yaşayır. Əyalətin ərazisi 24 481 km²-dir. Olsterin ən böyük şəhəri Belfastdır. Burada 500 000 insan yaşayır. Əsas dili ingilis dilidir, yayılmasına görə ikinci dil isə irland dilidir. Olsteri səhvən Şimali İrlandiyanın ərazisi kimi adlandırırlar. = Tarixi = Erkən orta əsrlərdə bu əyaləti O’Nillər sülaləsi idarə edirdi.
Alaştər
Alaştər – İranın Luristan ostanının şəhərlərindən və Silsilə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 77,306 nəfər və 12,033 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Kaşmər
Kaşmər — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kaşmər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 81,527 nəfər və 21,947 ailədən ibarət idi.